Hülaku Mirzə Qacar
Hülakü mirzə Qacar (Şiraz – 1866) — Fətəli şah Qacarın nəvəsi, şair
== Həyatı ==
Fətəli şahın nəvəsi Hülakü mirzə atasının Xorasanda, Yəzddə, Kirmanda hakimlik etdiyi, digər dövlət vəzifələrini yerinə yetirdiyi vaxtlarda onu müşayiət etmişdi. H.1250/1834-cü ildə Fətəli şah vəfat etdikdən sonra bəzi şahzadələr hakimiyyət sevdasına düşdülər və iğtişaşlar törətdilər. Həmin vaxt Hülakü mirzənin atası Həsənəli mirzə Kirman hakimi idi. O, qiyam qaldıraraq İsfahana hücum etmiş, oğlu Hülakü mirzə isə Yəzd şəhərini ələ keçirmişdi. Lakin tezliklə Məhəmməd şah taxt-tacda yerini möhkəmlədərək, bu qiyamları yatırmağa nail oldu. Həsənəli Mirzə dustaq edildi və gözləri kor edildikdən sonra Ərdəbil qalasında həbsə salındı. O, Nəsirəddin şahın hakimiyyətinin əvvəlində azadlığa buraxılaraq Tehrana gəldi və h. 1270/1853-cü ildə vəfat etdi. Həsənəli Mirzə "Şikəstə" təxəllüsü ilə şeirlər yazardı. Onun divanı Astani-Qüdsi Rizəvi kitabxanasında 4680 şifrəsi ilə mühafizə edilir.