həddən artıq yemək (çox yemək)
həddini aşmadan (qədərində)
OBASTAN VİKİ
Azərbaycanda seçki həddi
Azərbaycanda seçki həddi hal-hazırda yerli bələdiyyə və parlament seçkilərində tətbiq olunmur. Majoritar sistemlə keçirilən seçkilərdə ən çox səs toplayan şəxs seçilmiş hesab olunur. Azərbaycanda sadəcə referendumlarda seçki həddi tətbiq olunur. Belə ki, əgər seçicilərdən yarısından çoxu referendumun lehinə səs verərsə, referendum baş tutmuş və təkliflər qəbul edilmiş sayılır. Azərbaycanda bir müddət qarışıq üsulla keçirilən parlament seçkilərində majoritar seçki üçün 50+1%, proporsional üsulla keçirilən seçkilər üçün isə əvvəlcə 8%, daha sonra isə 6%-lik seçki həddi tətbiq olunmuşdur. == Tarixçə == Azərbaycanda seçki həddi 1995-ci ildə keçirilən ilk parlament seçkilərində tətbiq olunmuşdur. Belə ki, bu seçkilərdə proporsional seçki üçün ayrılmış 25 yer üçün mübarizə aparan partiyalar 8%-lik seçki həddini keçdiyi təqdirdə nisbət hesabına uyğun olar parlamentdə təmsiliyyət haqqı qazanırdı. 2000-ci il parlament seçkilərində isə bu hədd 6%-ə endirilmişdir. === Proporsional sistemdə === 1995-ci ildə keçirilən ilk parlament seçkilərində Azərbaycan Demokratik İstiqlal Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası və Yeni Azərbaycan Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmış, beləliklə qeyd olunan partiyalar proporsional seçki üzrə mübarizə haqqı qazanmışdır. Bununla yanaşı seçki qanununun şərtlərini pozduqlarına görə 4 siyasi partiya — Müsavat Partiyası, Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kommunist Partiyası və Ümid Partiyası Mərkəzi Seçki Komissiyası tərəfindən proporsional seçkilərə buraxılmamışdır.
Sürət həddi (film, 2017)
Sürət həddi və ya Overdrayv (fr. Overdrive) — Rejissor Antonio Neqretin çəkdiyi fransız döyüş filmidir. Filmin süjet xətti maşın oğurluğu ilə məşğul olan iki macəraçı qardaşın Fransanın Marsel şəhərinə gəlməsi və burada böyük bir cinayətkar şəbəkənin qəddar lideri ilə görüşündən və bundan sonrakı hadisələrdən bəhs edir. Filmin baş rollarında Skut İstvud və Freddi Torp çəkilmişdirlər. Filmin Rusiyada premyerası 20 iyul 2017-ci ildə baş tutmuşdur. == Süjet xətti == Peşəkar şəkildə həyata keçirdikləri avtomobil oğurluqları ilə bütün Avropanın cinayət aləminə səs salmış Endru və Qarrett Foster qardaşları, Fransanın cənubundakı son oğurluqları zamanı işləri korlayırlar. Belə ki, mafiya başçısı Cakomo Moryerin Bugattisini oğurlamağa cəhd etdikləri zaman yaxalanırlar. Moryer, sağ qalmaları üçün onların qarşısına bir şərt qoyur — ən böyük rəqibi olan Maks Klempin çox dəyərli Ferrari 250 GTO markalı avtomobilini oğrulamalıdırlar və bunun üçün onların sadəcə olaraq 1 həftə vaxtları vardır. == Rollarda == Skott İstvud — Endru Foster Freddi Torp — Qarrett Foster Ana de Armas — Stefani Qaya Vays — Devin Klemens Şik — Maks Klemp Simon Abkaryan — Cakomo Moryer Musa Maaskri — Pənahi Kaaris — Frenk Filmdə Mettyu Qud, Aleks Pettifer, Qarrett Hedlund, Ceymi Bell, Ben Barns, Karl Urban, Sem Klaflin və Emiliya Klark da rol almışdırlar. == Tənqid və rəylər == The Hollywood Reporter bu filmi formal (şablon) və axmaq, lakin xoşbəxtlikdən tamamilə uzaq olmayan bir parodiya kimi qiymətləndirmişdir.

Значение слова в других словарях