Leyli və Məcnun (Həqiri)
Leyli və Məcnun - Həqiri Təbrizi tərəfindən məsnəvi janrında yazılmış poemadır. Həqiri “Leyli və Məcnun” mövzüsuna Füzulidən on il əvvəl müraciət etmişdir. Həqirinin “Leyli və Məcnun”u bu mövzuda Azərbaycan dilində yazılmış ilk əsərdir. Əsər orijinallığı və mündəricəsi, dolğun və canlı xarakterləri, obrazları, sadə və aydın dili ilə diqqəti cəlb edir.
== Məzmunu ==
== Tədqiqi ==
Həqirinin əsərlərindən ibarət divanın tərtib olunması haqqında məlumat yoxdur. Lakin, bir çox təzkirə müəlliflərinin Həqiri şerini təqdir etməsi, habelə qəzəllərindən nümunələr gətirilməsi şairin divanının mövcud olması fikrini təsdiq edir. Həqiridən bəhs edən təzkirə müəllifləri onun yalnız fars dilində yazılmış qəzəllərindən nümunələr gətirsələr də, dövrümüzə qədər şairin yalnız Azərbaycan dilində yazdığı “Leyli və Məcnun” əsəri gəlib çatmışdır. Əsər elm aləminə ilk dəfə Şarl Rio tərəfindən təqdim edilmişdir. Şarl Rio əlyazması halında olan bu əsəri yaxşı oxuya bilmədiyindən onu “Azərbaycan dilində yazılmış naməlum müəllifli əsər” kimi təqdim edir.
Həqiri “Leyli və Məcnun” poemasının başlanğıcında Nizami, Dəhləvi və Hatifinin adını hörmətlə yad edir, onların əsərlərində mövzu və sənətkarlığı yüksək qiymətləndirərək göstərir ki, bu maraqlı mövzunu mən isə türk dilində qələmə aldım.