Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilim
Elm — obyektiv, sistemli və əsaslandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyəti növüdür. Bu fəaliyyətin əsasını elmi faktların toplanması, onların daima yenilənməsi və sistemləşdirilməsi, tənqidi analizi və bu əsasda elmi biliklərin toplanması təşkil edir. Elm təkcə müşahidə edilən təbiət və ictimai halları təsvir etmir, həm də onların əlaqələrini tapır və nəticəni müəyyən edə bilir. == Ümumi məlumat == Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metod və prinsipini öyrənməkdən başlayır. Elm aşağıdakı şərt və dərketmə komponentlərini özündə birləşdirir: elmi əməyin bölünməsi və birliklərinin yaranması; elmi müəssisələr, sınaq və laborator avadanlıqları; elmi-tədqiqat işlərinin metodları; dərketmə və kateqoriya aparatı; elmi informasiya sistemi; əvvəldən toplanmış bütün biliklər məcmusu.Elm yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və bunun sayəsində onun rifahının yaxşılaşdırılmasına xidmət etmişdir. Elmlə məşğul olan şəxslərə "alim" deyilir. Onlar insanların arasından öz bacarığı, savadı və düşüncəsi ilə fərqlənirlər. == Elm tarixi == Elm müasir halda XVI–XVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o, texnika və texnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsir edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10–15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı).
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Aktif təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aktiv təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. == Adı == Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. == Həyatı == Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. === Ağqoyunlular tərəfindən təzyiqlər === Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Aqus Səlim
Aqus Səlim (8 oktyabr 1884, Bukittinqqi[d], Qərbi Sumatra – 4 noyabr 1954, Cakarta) — İndoneziyanın milli qəhrəmanı, İndoneziya siyasi xadimi. İndoneziyanın müstəqillik uğrunda mübarizənin fəal iştirakçısıdır. 1945-ci ildə İndoneziya Konstitusiyasının hazırlanmasında iştirak etmiş, 1947-ci ildən 1949-cu ilədək İndoneziyanın xarici işlər naziri vəzifəsində çalışmışdır. Sarekat İslam partiyasının liderlərindəndir.
Ağcaqala (Səlim)
Ağcaqala — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 48 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 18 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 859 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Cəli kənd cəmiyyətinin Ağcaqala kəndində 178 nəfər əhali yaşayırdı, onların hamısını etnik qarapapaqlar təşkil edirdi.
Bəlil (Ərdəbil)
Bəlil (fars. بليل‎) — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xanəndəbil kəndistanında, Xalxal şəhərindən 3 km. cənubda, Xalxal-Miyanə avtomobil yolunun üstündədir.
Dilarə Səlim
Dilarə Hamlet qızı Səlim (15 avqust 1968, Bakı) — Azərbaycan Televiziyasında proqram müəllifi və telejurnalist. == Həyatı == Dilarə Səlim 15 avqust 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili tərcüməçiliyi fakültəsini bitirib. 1990-cı ildən AzTV-də çalışmağa başlayıb. "Televiza", "Kinofakt" və "Səhər" verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə "Mir" Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Gustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə "ABA" televiziyasında "Kontra" tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə "İnternyus" televiziya şirkətinin Azərbaycan Təmsilçiliyində prodüser və aparıcı olaraq "Media və Mən" verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də "Səhər" proqramında müəllif və aparıcı, "Xəbərlər"də isə aparıcı kimi işləyib.
Fəal təlim
Aktiv təlim və ya fəal təlim. Təlim prosesində müəllimlə yanaşı şagirdlər də dərsin fəal iştirakçılarıdır. Passiv təlimdən fərqli olaraq burada müəllim və şagirdlər bərabər hüquqlara sahibdirlər. Passiv təlim avtokrat əlaqəyə əsaslandığı halda, aktiv təlim metodu demokratik münasibətlər əsasında qurulur. Onu interaktiv metodla eyniləşdirənlər də var, lakin bu tamamilə səhv yanaşmadır. Bəzi ümumi cəhətlərinə baxmayaraq onların arasındakı ciddi fərqlər elə ilk nəzərdə görünür.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim məşhur Özbək əmiri Qiyasəddin Tarxan Kişlıkın qızıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
III Səlim
III Səlim (Osmanlı türkcəsi: سليم ثالث Səlim-i Salis) (24 dekabr 1761[…], Konstantinopol, Osmanlı imperiyası – 29 iyul 1808, Konstantinopol) — 28-ci Osmanlı sultanı və 107-ci İslam xəlifəsi. == Həyatı == === İlk illəri === 24 dekabr 1761-ci ildə dünyaya gəlmişdir. Atası 26. Osmanlı sultanı III Mustafa, anası isə Mihrişah Sultandır. Əslən gürcü olan anası, dövrün şeyxülislamlarından Vəliüddin Əfəndi tərəfindən sultana hədiyyə edilmişdi. III Əhməddən sonra taxta çıxan I Mahmud və III Osmanın övladları olmamış və aradan keçən 40 il müddətində Osmanlı sülaləsində oğlan övladı dünyaya gəlməmişdi. Məhz bu səbəblə Səlimin dünyaya gəlişi bir həftə davam edən şənliklərlə qeyd edilmişdir. 5 yaşında ilk təhsilini almağa başlayan Səlimin təhsil həyatına, xüsusilə atasının səltənətində xüsusi diqqət göstərilmişdir. Kiçik yaşlarından etibarən dövlət mərasimlərində və rəsmi görüşlərdə iştirak edən Səlim, atasının sahil tərsanələrinə etdiyi təftişlərə tez-tez qatılırdı. Atasının vəfatının ardından (21 yanvar 1774) taxta əmisi I Əbdülhəmid çıxdı və 13 yaşlarındakı qardaşı oğluna yaxşı davrandı.
II Səlim
II Səlim və ya Sarı Səlim və ya Sərxoş Səlim (osm. سليم ثانى‎ — Selîm-i sânî, türk. İkinci Selim; (28 may 1524, İstanbul – 15 dekabr 1574, İstanbul) — 11. Osmanlı sultanı və 90-cı İslam xəlifəsi, Sultan Süleyman Qanuni və Xürrəm Sultanın oğlu. Qardaşı Şahzadə Bəyazidlə taxt uğrunda mübarizədə atasının dəstəyi ilə qalib gəlmişdir. Atasının vəfatından sonra 1566-cı ildə taxta çıxmışdır. Hakimiyyətə gələn kimi ilk səfərini qərb istiqamətinə etmiş və ölkə sərhədlərini Mərkəzi Avropaya qədər genişlətmişdir. Kipr adasının və Tunisin fəthi ilə Osmanlı İmperiyası Aralıq dənizində güclü mövqe sahib olmuşdur. Turqut Rəis kimi dənizçisi, Sokullu Mehmed Paşa kimi sədrəzəmi, Əbus-Səud Əfəndi kimi şeyxülislamı və Memar Sinan kimi memarı ilə ən şanslı Osmanlı sultanlarından biri olmuşdur. Atasından 14.892.000 km2 olaraq aldığı imperiyanın sərhədlərini genişlədərək 15.192.000 km2-ə çatdırmışdır.
I Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. == Həyatının erkən dövrü == Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi.Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi. Bu zaman 1595-ci il idi.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Passiv təlim
Passiv təlim — Təlim prosesində müəllim dərsin aparıcı siması və idarəedicisi, şagirdlər isə onun göstərişlərinə sözsüz əməl edən passiv dinləyicilər — obyektlərdir. Bu formalı prosesdə tərəflər arasında əlaqə daha çox suallar, yoxlama işləri və test tapşırıqları vasitəsilə saxlanılır. Müasir təlim texnoloqlarına görə passiv metod dövrümüzün ən səmərəsiz metodudur. Onun müsbət cəhəti isə müəllimin dərsə asan hazırlaşmasına və məhdud zaman çərçivəsində daha çox tədris materialı təqdim etməsinə imkan yaratmasıdır. Ona görə hələ də bir çox müəllim bu metoda üstünlük verir. Mühazirə-dərs bu metodun ən yayılmış formasıdır.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. == Həyatı == Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Sultan Səlim
I Səlim və ya Yavuz Sultan Səlim (Osmanlı türkcəsi: سلطان سليم اول Sultan Selīm-i Evvel) (10 oktyabr 1470 – 22 sentyabr 1520) — 9-cu Osmanlı sultanı və 88-ci islam xəlifəsidir. Eyni zamanda ilk türk-islam xəlifəsi və Hâdim'ul-Harameyn'uş-Şerifeyn (Məkkə və Mədinənin xidmətçisi) ünvanına malikdir.Atası II Bəyazid, anası Gülbahar Xatundur. Taxta oturanda 2.375.000 km2 olan Osmanlı torpaqlarını səkkiz il kimi qısa bir müddətdə 2,5 qat böyütmüş və ölümündə imperiyanın torpaqlarını 6.557.000 km2'ə çatdırmışdır. Padşahlığı dövründə Anadoluda birlik təmin edilmiş; xəlifəlik Misir Məmlüklərinə bağlı Abbasilərdən Osmanlı xanədanına keçmişdir. Bundan başqa dövrün ən əhəmiyyətli iki ticarət yolu olan İpək və Ədviyyat Yolunu ələ keçirən Osmanlı, bu sayədə şərq ticarət yollarını tamamilə nəzarəti altına almışdır. Səlim taxta atası II Bəyazidə qarşı çevriliş edərək çıxmışdır. Şahzadə Səlim, taxta çıxmadan əvvəl hakim olaraq Trabzonda hökm sürürdü. Yavuz Sultan Səlimə qızını vermiş olan Krım Xanı Məngli Gəray, ona hərbi dəstək təmin edərək taxta keçməsinə kömək etmişdir. 1512-ci ildə taxta çıxan Sultan Səlim, 1520-ci ilin sentyabr ayında şarbon xəstəliyinə bağlı olaraq Aslan Pəncəsi (Şirpəncə) deyilən bir çiban səbəbilə 49 yaşında ikən vəfat etdi və yerinə oğlu I Süleyman keçdi. Yavuz Sultan Səlimin türbəsi İstanbulun Fateh səmtindədir.
Sultanum Bəyim
Sultanım Bəyim və ya Qədəmli Sultan Xanım (1516 – 1593, Qəzvin) — ikinci Səfəvi hökmdarı olan Şah Təhmasibin birinci arvadı və Şahbanusu. O, Şah Təhmasibin varisi olan II Şah İsmayılın, 1578-ci ildən 1587-ci ilə qədər hökmranlıq edən Şah Məhəmməd Xudabəndənin və Gövhər Sultanın anasıdır. == Həyatı == Sultanım Bəyimin atası Ağqoyunlulardan olan İsa bəy Mosullu idi. Şah Təhmasibin anası Taclı Bəyim kimi Sultanım Bəyim də Mosullu tayfasına aid idi və öz ərinin qohumu idi. Azərbaycan bəylərbəyiliyinin bəylərbəyisi olan Musa Sultan Mosullu onun qardaşı idi. Təhmasiblə Şah I İsmayılın hakimiyyətinin son illərində evləndiyi düşünülür. Bu evlilikdən sonra o yeni şahın əsas arvadı oldu və iki oğul dünyaya gətirdi. Bu dövrdə Təhmasibin azyaşlı olmasına görə taxt-tac üzərində Şamlı-Ustaclı naibliyi mövcud idi. Bu naiblik müddətinin əvvəllərində, yəni ərinin hələ 18 yaşı olarkən ilk oğlanları olan Məhəmməd Xudabəndə dünyaya gəldi. 1537-ci ildə isə İsmayıl Mirzə doğuldu.Sultanım Bəyim Taclı Bəyimin 1540-cı ildə Şiraza göndərilməsindən sonra hərəmin hakimi oldu.
Səlim (Urmiya)
Səlim kəndi (fars. سليم كندي‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (16 ailə).
Səlim (şair)
Əbdülrəhman bəy Sahibqıran (kürd. Ebdulrehman Begî Sahibqîran/عەبدولڕەحمان بەگی ساحێبقران), təxəllüsü Səlim (kürd. سالم) — XIX əsr kürd şairi. O, Nali və Kürdi ilə birlikdə sorani dilində olan Babani şeir məktəbinin yaradıcılarındandır. Odur ki, Səlim Nali və Kürdi ilə eyni vaxtda yaşamış və əslən Süleymaniyyədən olmuşdur. O, 1866-cı ildə həmin şəhərdə vəfat etmişdir.
Səlim Babullaoğlu
Səlim Babullaoğlu (10 dekabr 1972, Əli-Bayramlı) — şair, tərcüməçi, esseist, müstəqillik illəri Azərbaycan şeirinin öncüllərindən biri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi. == Həyatı == Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) ziyalı ailəsində anadan olub. Əli Bayramlı şəhərində orta məktəbi bitirdikdən sonra (1979-1989) M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində (1990-1995) ali təhsil alıb. İlk mətbu şeirləri və məqalələri orta təhsil aldığı illərdə Əli-Bayramlı şəhərinin "İşıq" və "Mayak" qəzetlərində dərc olunub. Universitet illərindən müxtəlif qəzetlərlə ("Bakı Universiteti", "Dədəm Qorqud", "İstiqlal", "Yeni Quruluş", "Biznes-press", "Aydınlıq", "Zaman" (Türkiyə), "7 gün", "Xalq qəzeti", "Azadlıq" qəzeti ("Ədəbi Azadlıq" əlavəsi), "Yeni Azərbaycan", "525-ci qəzet") əməkdaşlıq edib. Şeirləri və tərcümələri dövri ədəbi mətbuatda çap olunub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Xəzər" redaksiyasında (1997-2000) müxbir və redaktor kimi çalışıb, "Yaddaş" proqramının aparıcısı, "Üz-üzə" proqramının redaktoru olub. "Yeni Azərbaycan" qəzetinin rus dilində nəşr olunan "Сегодня" əlavəsinin məsul redaktoru (2003), "ATV Kitab" seriyasının redaktoru, "Kitabçı" jurnalının baş redaktoru (2013-2016) olub. Ötən əsrin 90-cı illərinin ortalarından etibarən ədəbiyyatla peşəkar məşğul olmağa başlayıb. Şeirləri, müsahibə və məqalələri 20-dən artıq dilə (türk, alman, polyak, ingilis, gürcü, ukrain, rus, yapon, fransız, macar, ərəb, fars, özbək, qırğız, serb, monteneqro, makedon, fin, rumın, ispan, italyan, türkmən və s.) tərcümə edilib, müxtəlif nüfuzlu qəzet, jurnal və saytlarda ("Türk edebiyatı", "Kültür-Sanat", "Cumhuriyet", "Hece" — Türkiyə; "Literaturnaya qazeta", "Drujba narodov", Knijnoye obozrenie, "Vavilon/Text only" — Rusiya; "Odra", "Kultura liberalna" — Polşa; "La Traductiere" — Fransa; "Kultura", "Kiyevskaya Rus", "Vsesvit" — Ukrayna; "Kitob dünyosi", "Jaxon odobiyyatı" — Özbəkistan; "Revista Literara" — Moldova, "Sveske", "Knijne novine" — Serbiya; "Convorbırı literare" — Rumıniya, "Современи диjалози" — Makedoniya, "Alternativa", "New Saunje" — Gürcüstan; "Publisher Weekly-Arabian" — BƏƏ, "Nizwa" — Oman və s.) dərc edilib, Türkiyə, Almaniya, Ukrayna, Polşa, Gürcüstan, Rumıniya, Macarıstan, İran və Serbiyada kitabları nəşr olunub.
Səlim Cabbarov
Səlim Qılman oğlu Cabbarov (6 fevral 2002; Şirinbəyli, Saatlı rayonu, Azərbaycan — 2 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səlim Cabbarov 6 fevral 2002-ci ildə Saatlı rayonunun Şirinbəyli kəndində anadan olub. Əslən axısqa türkü idi. 2008-2019-cu illərdə Saatlı rayon Şirinbəyli kənd tam orta məktəbində orta təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Səlim Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın və Talışın işğaldan azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr 2020-ci ildə Talış kəndi istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Səlim Cabbarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Beliz
Beliz (ing. Belize) — Mərkəzi Amerikanın şimal-şərqində dövlətdir. Qərbdə və cənubda Qvatemala ilə (sərhəddin uzunluğu 266 km), şimal-qərbdə - Meksika ilə (250 km) sərhədlənir. Sərhədlərin ümumi uzunluğu 516 km-dir. Ölkənin ərazisi Yukatan yarımadasının şərq hissəsində, Karib dənizinin sahilindədir. Sahəsi – 23 min km², əhalisi - 0,3 mln nəfər (2008-ci il). Paytaxt – Belmopan şəhəridir, rəsmi dili ingiliscədir. == Adın etimologiyası == 1973-cü ilə qədər Britaniya Hondurası adlanan ölkə 1981-ci ildə müstəqillik qazanmışdır. Beliz bayrağında insan rəsmi olan dünyanın yeganə ölkəsidir. == Coğrafiya == Dövlətin çox hissəsi düzənliklərdən ibarətdir.
Belém
Belen — Braziliya da yerləşən şəhər. Para vilayətinin mərkəzi şəhəri.
Belıy
Belıy — Rusiya Federasiyasının Tver vilayətində şəhər.
Belem qalası
Belem qalası (port. Torre de Belém)- Portuqaliyanın paytaxtı Lissabonun Belem bölgəsində 16-cı əsrə aid tarixi bir qaladır.Qotik stilin dəvamı olan Manuelin stilində olan qala 16. əsrin başlarında Portuqaliyalı səyyah Vasko da Qama şərəfinə tikilmişdir.
Beliz bayrağı
Beliz bayrağı — Belizin Dövlət bayrağı. Ölkə bayraqları arasında üzərində insan rəsmi olan və 12 fərqli rəngin olduğu yeganə bayraqdır. Bayrağın ortasında Belizin gerbi göstərilib. Gerbin sol tərəfindəki adam yerli xalqı, sağ tərəfindəki adam isə Afrikalıları təmsil edir.
Beliz dolları
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Beliz valyutası
Beliz dolları — Belizin pul vahidi. Bir dollar 100 sentə bərabərdir.
Belıe Kuçuqurı
Belıe Kuçuqurı — dil Ukraynanın Xerson vilayəti, Qolopristan rayonu ərazisində yerləşir. == Coğrafiyası == Dilin uzunluğu 6 km, sahil xəttində hündürlük isə 40 sm-dir. Dilin daxilinə doğru topaq yol gedir. Yaşayış məntəqəsi yoxdur. Şimalında qumluqlar və qamışlıqlar, cənubunda isə şoranlıq və quruyan göllər mövcuddur. Dil Qaradəniz biosfer qoruğu ərazisinə daxildir. == Mənbə == Топографическая карта. Лист: L-36-064. Издание 1979 года.
Besim Bokşi
Besim Bokşi (serb. Бесим Бокси, Besim Bokši; 12 noyabr 1930 – 16 avqust 2014) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur. == Karyerası == Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi.1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961-1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967-1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967-1971-ci illərdə bu məktəbin direktoru olmuşdur. O, həmçinin 8 ay Albanologiya Universitetində də işləmişdir.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.