Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tapılma (1939 film)
Tapılma (rus. Подкидыш) — Rina Zelenaya və Aqniya Bartonun ssenarisi əsasında rejissor Tatyana Lukaşeviç tərəfindən 1939-cu ildə Mosfilm kinostudiyasında çəkilmiş sovet bədii filmi. Film 27 yanvar 1940-cı il tarxində ekranlara çıxıb. Bu film, ilk sovet ailə filmlərindən biri olur. Əvvəlcə qara-ağ rəngdə olan film, 2010-cu ildə rəngli olaraq təkrar istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Aqniya Barto və Rina Zelenaya evdən çıxıb Moskva küçələri ilə gəzintiyə çıxan və onu "Mosfilm" kinostudiyasına gətirən qızın axtarışı haqqında ssenari yazırlar. Baxmayaraq ki, o vaxt hər ikisinin hələ kino üçün ədəbi-dramaturji materialla işləmək təcrübəsi yox idi və hətta kinostudiya ilə ilkin razılaşma da olmasa da, buna baxmayaraq, Mosfilmdə heç bir redaktə tələb olunmadan ssenari dərhal təsdiq olunur. 1939-cu ildə rejissor Tatyana Lukaşeviçin rejisorluğa ilə filmin istehsalına başlanılır. Tatyana Lukaşeviç 3 may 1939-cu ildə çəkiliş üçün hazırlıq işlərinə başlayır. Həmin il dekabrın 1-də film ilk görünüşü üzərində işlər tamamlanır.
Tapılma (film, 1939)
Tapılma (rus. Подкидыш) — Rina Zelenaya və Aqniya Bartonun ssenarisi əsasında rejissor Tatyana Lukaşeviç tərəfindən 1939-cu ildə Mosfilm kinostudiyasında çəkilmiş sovet bədii filmi. Film 27 yanvar 1940-cı il tarxində ekranlara çıxıb. Bu film, ilk sovet ailə filmlərindən biri olur. Əvvəlcə qara-ağ rəngdə olan film, 2010-cu ildə rəngli olaraq təkrar istehsal edilmişdir. 1930-cu illərin ikinci yarısında Aqniya Barto və Rina Zelenaya evdən çıxıb Moskva küçələri ilə gəzintiyə çıxan və onu "Mosfilm" kinostudiyasına gətirən qızın axtarışı haqqında ssenari yazırlar. Baxmayaraq ki, o vaxt hər ikisinin hələ kino üçün ədəbi-dramaturji materialla işləmək təcrübəsi yox idi və hətta kinostudiya ilə ilkin razılaşma da olmasa da, buna baxmayaraq, Mosfilmdə heç bir redaktə tələb olunmadan ssenari dərhal təsdiq olunur. 1939-cu ildə rejissor Tatyana Lukaşeviçin rejisorluğa ilə filmin istehsalına başlanılır. Tatyana Lukaşeviç 3 may 1939-cu ildə çəkiliş üçün hazırlıq işlərinə başlayır. Həmin il dekabrın 1-də film ilk görünüşü üzərində işlər tamamlanır.
Dövrün tapılması
İnformatikada dövrün tapılması iterativ funksiyalar ardıcıllığında dövrün tapılması üçün alqoritmik problemdir (alqoritmdir). Sonlu S {\displaystyle S} çoxluğunun özünə uyğun gələn, hər hansı bir f {\displaystyle f} funksiyası üçün, və eyni zamanda S {\displaystyle S} çoxluğundan olan x 0 {\displaystyle x_{0}} başlanğıc nöqtəsi üçün iterativ funksiyalar ardıcıllığı aşağıdakı kimidir: x 0 , x 1 = f ( x 0 ) , x 2 = f ( x 1 ) , … , x i = f ( x i − 1 ) , … {\displaystyle x_{0},\ x_{1}=f(x_{0}),\ x_{2}=f(x_{1}),\ \dots ,\ x_{i}=f(x_{i-1}),\ \dots } Nəticə etibarilə burada funksiyanın eyni qiyməti aldığı cütlük olmalıdır, yəni elə bir i {\displaystyle i} və j {\displaystyle j} cütlüyü olmalıdır ki, x i = x j {\displaystyle x_{i}=x_{j}} şərti ödənmiş olsun. Bu baş verən andan ardıcıllıq dövri olaraq x i {\displaystyle x_{i}} və x j − 1 {\displaystyle x_{j-1}} aralığında eyni ardıcıllığı təkrarlayacaqdır. Dövrün tapılması məsələsi f {\displaystyle f} və x 0 {\displaystyle x_{0}} -a görə i {\displaystyle i} və j {\displaystyle j} qiymətlərinin tapılmasıdır. Bu məsələnin həlli üçün müxtəlif alqoritmlər mövcuddur. Məsələn, Floydun "bağa və dovşan alqoritmi" iki göstəricinin müxtəlif sürətlərlə hərəkət etdirilməsi və onlarn hansısa bir nöqtədə rastlaşmasına əsaslanır. Brentin alqoritmi isə eksponensial axtarış üsuluna əsaslanıb. Hər iki alqoritm iki göstəricidən istifadə edir. Yaddaşı daha çox istismar etməklə hesablamaları bir qədər azaldan digər müxtəlif alqoritmlər də mövcuddur. Dövrün tapılması alqoritminin tətbiqi müxtəlifdir, nümunə olaraq psevdo-təsadüfi ədədlər generatoru, kriptoqrafik həş funksiyalar, ədədi üsullar üçün alqoritmlər, kompüter proqramlarında və konfiqurasiyalarında sonsuz dövrlərin tapılması və s.
Bayılma
Bayılma, özündəngetmə, ürəkgetmə (lat. syncope) — beyində qısamüddətli qanazlığı nəticəsində birdən-birə halsızlaşma, başgicəllənməsi, gözün qaralması və nəhayət huşun itməsi. Bayılma zamanı xəstə huşunu tamamilə itirməyə də bilər. Bayılma beyinə gələn qanın qəflətən azalması nəticəsində huşun qısamüddətli itməsidir. Bu, adətən ayaqüstü və ya oturaq vəziyyətlərdə baş verir. Bayılma bayılmaönü vəziyyətlə müşayiət olunur. Belə ki, bayılmadan öncə xəstə özünü pis hiss edir, ayaqları sanki ağırlaşır, göz önündə qaralma və işartılar, qulaqlarda cingilti ola bilər, bəzən ürəkbulanma və qusma da olur. Xəstənin rəngi avazıyır, dərisi soyuyur, soyuq tər basır. Bütün bu əlamətlər çox zaman xəstəyə imkan verir ki, yıxılmamaq üçün tədbirlər görsün. Lakin bayılma qəfləti də ola bilər.
Tayılqa
Tapalqa (Germi)
Tapalqa (fars. تپلقا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 46 nəfər yaşayır (8 ailə).
Tapılan obyekt
Tapılmış obyekt (Fransızca objet trouvé -dən hərfi tərcüməsi ) və ya tapılmış sənət , ört-basdır edilməmiş, lakin əsasən dəyişdirilmiş əşyalardan və ya məmulatlardan yaradılmış sənətdir ki, onlar adətən sənət olduğu qəbul edilməyən materiallardır. Onların qeyri-bədii funksiyası var, çünki adətə belə edilir. Pablo Pikasso bu ideyadan ilk dəfə stul çəngəllərinin çap olunmuş şəklini “Stulun çəmənliyi ilə natürmort” (1912) adlı rəsminə yapışdırarkən istifadə etdi. Marsel Duchamp bir neçə il sonra özü tərəfindən seçilmiş və sənət kimi təyin edilmiş tamamilə dəyişdirilməmiş gündəlik əşyalardan ibarət bir sıra hazır məhsullar ortaya qoyaraq konsepsiyanı təkmilləşdirdiyi güman edilir. Ən məşhur nümunə Fəvvarələrdir (1917), bir tikinti malları mağazasından alınmış və yan tərəfində dayanan bir postamentdə nümayiş etdirilən standart pisuardır. Ən ciddi mənada "hazır" termini yalnız geyim sənayesindən bu termini götürmüş Marsel Dyuşampın istehsalı olan əsərlərə tətbiq edilir ( fr. prêt-à-porter ) Nyu Yorkda yaşayarkən və xüsusilə 1913-cü ildən 1921-ci ilə qədər olan əsərlərə. Tapılan əşyalar sənət əsəri kimi kimliklərini rəssamın onlara qoyduğu təyinatdan və obyektlə birlikdə gələn sosial tarixdən alır. Bu ya onun anonim köhnəlməsi ( Kurt Şvittersin kollajlarında olduğu kimi) və ya istehlakçıların qəbul etdiyi mənası ilə tanınması ( Haim Steinbachın heykəllərində olduğu kimi) ilə göstərilə bilər. Onun yerləşdirildiyi kontekst də çox aktual amildir.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Tamilla
Tamilla — qadın adı. Tamilla Mahmudova — Azərbaycan pianoçusu Tamilla Quliyeva — Aktrisa Tamilla Haşımova — Azərbaycan Respublikasının əməkdar jurnalisti Tamilla Abbasova — Rusiyanın tanınmış velosipedçisi Tamilla Şirəliyeva — Azərbaycanın balet artisti Tamilla Kazımova Tamilla Maqsudova — kimya elmləri doktoru.
Qapışma (film, 2000)
Qapışma (ing. Snatch) — 2000-ci ildə rejissor Qay Ritçi tərəfindən çəkilmiş cinayət-komediya filmi. Filmdə əsas obrazlar anası ve atası təyyarədə tanış olduğu üçün Türk (Ceyson Stetem) adını alan bir ingilis və silahları çox sevən dostu və Tommidir. Onlar qanunsuz boks görüşləri təşkil edir, bu boks üçün Kərpic Sifət (Alan Ford) adında böyük bir mafiyadan kömək istəyirlər. O da, Türk ve Tommi üçün lazım olanı edir. Ancaq bir gün bu ikisinin boksçusu Möhtəşəm Corc (Bred Pitt) adında bir qaraçıya uduzur. Türk ilə Tommi boksçularını dəyişdirmək məcburriyətində qalırlar ve elə bu səbəbdən onlar Mikini özlərinə yeni boksçu götürürlər. Kərrpic Sifətin onlardan istəyi dördüncü raundda Mikinin uduzmasıdır. Ancaq buna əməl etmir və bunun nəticəsində boksçunun anası öldürülür. Həmçinin qumarbaz Dört Barmaq ləqəbli Frenki (Benisio del Toro) indi Əmioğlu Avi (Denis Ferina) adındakı öz bossu üçün almaz oğurlayacaqdır.
Dəqiqlik və tanıma
Dəqiqlik və tanıma (ing. Precision and recall) — informasiyanın alınması (en:informational retrieval) və obyektlərin tanınmasında, precision alınan informasiyanın nə qədərinin uyğun (relevant) olmasını, recall isə uyğun nümunələrin nə qədərinin alındığını göstərən nisbətdir. Misal üçün, fərz edək ki, proqram göstərilən şəkildən 7 it şəklini tanıyır. Şəkildə isə 9 it və bir neçə pişik şəkli var. Proqramın 4 şəkli doğru tanıyıb, 3 şəkil isə pişikdir. Onda proqramın precisionı 4/7, recall isə 4/9 olur.
Obraz tanıma nəzəriyyəsi
Obraz tanıma nəzəriyyəsi — bəzi xüsusiyyətlər və atributların məhdud dəsti ilə xarakterizə olunan obyektlərin, hadisələrin, proseslərin, siqnalların, vəziyyətlərin və s. obyektlərin təsnifləşdirilməsi və müəyyənləşdirilməsinin əsaslarını və metodlarını inkişaf etdirən kompüter elmləri və əlaqəli fənlər bölümü. Bu cür problemlərə, məsələn, yol siqnallarına görə küçəni keçərkən və ya avtomobil idarə edərkən rast gəlinir. İşıqforun rəngini tanımaq və yol qaydalarını bilmək küçəni keçib-keçə bilməyəcəyiniz barədə düzgün qərar qəbul etməyə imkan verir. Bu cür tanıma ehtiyacı müxtəlif sahələrdə — hərbi işlərdən və təhlükəsizlik sistemlərindən analoq siqnalların rəqəmsallaşdırılmasına qədər yaranır. Təsvirin tanınması problemi, insanın özünə gələn mesajları xətti-ardıcıl dərk etməsinin öhdəsindən gəlmədiyi hallarda böyük əhəmiyyət kəsb edir. Bu hallarda beyin bu cür tanıma ilə xarakterizə olunan eynizamanlı qavrayış və düşünmə rejiminə keçir və məlumatın həddən artıq yüklənməsi baş verir. Təsadüfi deyil ki, naxış tanıma problemi, fənlərarası tədqiqat sahəsində, o cümlədən süni intellektin yaradılması ilə əlaqədar olaraq ortaya çıxıb və nümunələrin tanınması üçün texniki sistemlərin yaradılması getdikcə diqqəti cəlb edir. İki əsas sahəsi vardır : Canlı varlıqların tanıma qabiliyyətlərinin öyrənilməsi, izahı və modelləşdirilməsi; Tətbiqi məqsədlər üçün fərdi problemlərin həlli üçün nəzərdə tutulmuş qurğuların qurulması nəzəriyyəsi və metodlarının inkişafı. Obrazın tanınması, bu məlumatları qeyri-vacib məlumatların ümumi kütləsindən xarakterizə edən əsas xüsusiyyətləri vurğulamaqla mənbəli məlumatların müəyyən bir sinfə təyin edilməsidir.
Azərbaycan ərazisində tapılmış heykəllər
== İstinadlar ==
Dağılma dönəmi Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Dağılma dövrü Osmanlı sədrəzəmləri
== Quruluş dövrü == Quruluş dövrü Osmanlı sədrəzəmləri siyahısı Osman Qazioğlu Ələddin Paşa Çandarlı Xəlil Paşaya qədər, yəni 1320–1453 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Yüksəliş dövrü == Yüksəliş dövrü Osmanlı sədrəzəmləri siyahısı Zağanos Paşadan Sokollu Mehmed Paşaya qədər, yəni 1453–1579 dönəmindəki Osmanlı sədrəzəmlərinin siyahısıdır. Təqribən 126 ildə 34 sədrəzəm dəyişmişdir. == Durğunluq dövrü == Durğunluq dövrü Osmanlı sədrəzəmləri siyahısı Səmiz Əhməd Paşadan Almas Mehmed Paşa da daxil olmaqla, yəni 1579–1697 illəri arasında sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmlərinin siyahısıdır. == Geriləmə dövrü == Geriləmə dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, Körpülü Hacı Hüseyn Paşadan Muhsinzadə Mehmed Paşaya qədər, yəni 1697–1773 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır. == Dağılma dövrü == Dağılma dövrü Osmanlı sədrəzəmlərinin siyahısı, İzzət Mehmed Paşadan Əhməd Tofiq Paşaya qədər, yəni 1773–1922 dönəmində, sədarətə gətirilmə tarixlərinə görə sıralanmış Osmanlı sədrəzəmləri siyahısıdır.
Tamilla Abbasova
Tamilla Abbasova (rus. Тами́лла Раши́довна Аба́сова; azərb. Tamilla Rəşid qızı Abbasova‎; 9 dekabr 1982, Moskva) — Rusiyanın tanınmış velosipedçisi, Rusiyanın əməkdar idman ustası. Tamilla Abbasova 1982-ci il dekabrın 9-da Moskvada anadan olub. Velosiped sprinti üzrə 2004-cü il Yay Olimpiya Oyunlarının və 2005-ci il Dünya Çemionatının gümüş mükafatçısıdır. Dəfələrlə Avropa çempionu olan Abbasova Rusiyanın əməkdar idman ustasıdır. Azərbaycanlı idmançı dini inanc baxımından baptistdir.
Tamilla Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Tamilla Ağamirova
Tamilla Mirsüca qızı Ağamirova (rus. Тамила Суджаевна Агамирова; 21 may 1928, Bakı – 31 avqust 2021, Nikolina Qora[d]) — Azərbaycan-rus teatr və kino aktrisası, RSFSR xalq artisti (1988), Azərbaycan SSR əməkdar artisti (1960). Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. Bakı Teatr Məktəbi və MXAT məktəb-studiyasını bitirib. 1952-ci ildən "Romen" Moskva Musiqili-Dram Teatrının qabaqcıl aktrisasıdır. Dünyada yeganə olan qaraçı teatrının səhnəsində bir çox parlaq obrazlar canlandırıb. Və indiyədək aktiv ictimai fəaliyyətlə məşğul olur. O, Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, "Maski" Fondunun vitse-prezidenti, Beynəlxalq Akademiya Teatrının fəxri magistridir. Tamilla Ağamirova 26 avqust 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 1982-ci ildə "RSFSR əməkdar artisti", 1988-ci ildə isə "RSFSR xalq artisti" fəxri adlarına layiq görülüb. Bir sıra orden və mükafatlarla təltif olunub.
Tamilla Bunyatova
Tamilla Faiq qızı Bunyatova (8 fevral 1950, Bakı) — A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası, Azərbaycan Respublikasının əməkdar artisti (2015). Tamilla Faiq qızı Bunyatova 8 fevral 1950-ci ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alıb. Beş il müxtəlif sahələrdə işləyib. 1973–1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakultəsində təhsil alıb. Tamilla Faiq qızı Bunyatova 01 dekabr 1976-cı ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında çalışır. Teatrda debütü "Cırtdan" tamaşasında Arıq roludur. 1988-ci ildə rejissor Namiq Ağayevin quruluş verdiyi Ədbürrəhimbəy Haqverdiyevin "Pəri cadu" tamaşasında oynadığı Hafizə obrazı "Ən yaxşı qadın rolu" mükafatı ilə təltiflənib. 1995-ci ildən aparıcı səhnə ustasıdır. Aktrisa bir sıra Beynəlxalq Teatr festivallarında iştirak etmiş və xarici ölkələrdə qastrol səfərlərində olmuşdur.
Tamilla Haşımova
Tamilla Haşımova (d. 7 noyabr 1939 - 17 oktyabr, 2021, Moskva, RF) — Azərbaycan Respublikasının əməkdar jurnalisti, "Qızıl qələm" mükafatı laureatı. T.Haşımova Bakı şəhərində, görkəmli teatr rejissoru, Xalq artisti Məhərrəm Haşımovla Xalq artisti Rahilə Ginzburqun ailəsində anadan olub. Tamilla Haşımova uzun illər Azərbaycan Dövlət Televiziyasında müxtəlif vəzifələrdə çalışıb. Televiziyanın “Dostluq” baş redaksiyasına rəhbərlik edib, onlarla maraqlı verilişin, proqramların və sənədli filmlərin ərsəyə gəlməsində iştirak edib. O, həmçinin gənc rejissor və redaktorlar nəslinin yetişməsinə əhəmiyyətli töhfə verib. Hazırda onun yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkə telekanallarında da uğurla fəaliyyət göstərirlər. Azərbaycan televiziyasının inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Tamilla Haşımova Prezidentin fərdi təqaüdçüsü idi. T.Haşımova musiqi və musiqiçilər haqqında sənədli filmlər çəkmiş, televiziya verilişləri hazırlamışdır. Bakıda anadan olmuş görkəmli violançelist və dirijor Mstislav Rastropoviçə həsr edilmiş "Slavanın beş günü", "Ustad sinfi” filmləri, ABŞ-da yaşayan digər həmyerlimiz, pianoçu Bella Davidoviç və onun oğlu skripkaçı, dirijor Dmitri Sitkovetski haqqında çəkilmiş "Darıxdığım şəhər" filmi, dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovdan "Estradanın əlifbası", Qara Qarayev musiqisinin İrlandiya orkestrinin ifasından bəhs edən "Qara Qarayev ilə Balfast görüşü", həmçinin görkəmli xoreoqraf İqor Moiseyevə həsr edilmiş qısametrajlı "Ömrə bərabər qostrol” filmləri onun yaradıcılıq uğurlarıdır.
Tamilla Həsənova
Tamilla Xavərən qızı Həsənova — Azərbaycan alimi. Tamilla Həsənova 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.1976-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1991- f-r.e.n. “Исследование некоторых линейных операторов в весовыхпространствах целых функций многих переменных” 1992- dosent Riyazi analiz ixtisası üzrə 1970-ci ildə Biləcəri qəsəbəsi Kənd sovetində kargüzarlıq vəzifəsində çalışmışdır. Daha sonra BDU “Diferensial və inteqral tənliklər” kafedrasında metodist işləyib. 1973- cü ildən h/h kimi AMEA RMİ baş laborant, böy.e.i, 1981-ci ildən isə elmi katib vəzifəsində çalışır. Elmi rütbəsi- dosent ixtisasın adı- Riyazi analiz Namizədlik dissertasiyasının mövzusu: Исследование некоторых линейных операторов в весовых пространствах целых функций многих переменных Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 60 xaricdə çıxmış elmi əsərlərinin sayı- 18 Əsas elmi nailiyyətləri-Funksiyalar nəzəriyyəsi sahəsinin mütəxəssisidir. Çoxdəyişənli funksiyaların çəkili fəzalarında funksiyanın indikator diaqramı terminində Bernşteyn və Nikolski tipli çəkili bərabərsizliklər təyin etmişdir. Ümumiləşmiş çoxhədlilərdə analitik funksiyaların yaxınlaşmasını öyrənmişdir. Bir çox beynəlxalq və respublika konfranslarda iştirak edib.
Tamilla Kazımova
Tamilla Həsən qızı Kazımova — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru. Tamilla Həsən qızı Kazımova 1939-cu il iyunun 16-da Kürdəmir rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1946-cı ildə Kürdəmir rayon orta məktəbinin birinci sinfinə daxil olmuş, sonra 3 saylı Naxçıvan şəhər məktəbində oxumuş və 1956-cı ildə Bakı şəhərində orta təhsilinu başa vurmuşdur. Həmin ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul olunmuş, 1961-ci ildə isə oranı bitirmişdir. Təyinat ilə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutuna göndərilmişdir. Əmək fəaliyyətinə akademik Y.Məmmədəliyevin laboratoriyasında başlamışdır. Onun şəxsi rəhbərliyi altında diplom işini yerinə yetirmişdir. 1962-1965-ci illərdə NKPİ-nin aspirantı olmuş, 1967-ci ildə “Heksaxlortsiklopentadienin sis-D-tsikloheksen-1,2-dikarbon turşularının anhidridləri ilə dien kondensləşməsi törəmələri və alınmış birləşmələrin çevrilmələri sahəsində tədqiqatlar” mövzusunda namizədlik, 1992-ci ildə isə “Allil- və proparqil efirlərinin polihalogentsiklopentadienlərlə tsiklobirləşmə reaksiyaları” mövzusunda “Üzvi kimya” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. T.H.Kazımova Dils-Alder reaksiyaları ilə polihalogentsiklodienlər əsasında geniş spektrdə tərkibində polihalogensaxlayan yeni norbornen birləşmələri sintez etmiş və onların tətbiq sahələrini aşkar etmişdir. Apardığı tədqiqatlardan məlum olmuşdur ki, həmin maddələr polimer materiallarında antipiren, rezinin vulkanlaşdırılmasında ləngidici, hermetikləşdirici, yapışqan kompozisiyasında antipiren, sürtkü yağlarında yeyilmə aşqarı, bakterisid və digər xassələr daşıyırlar.
Tamilla Mahmudova
Tamilla Zahid qızı Mahmudova (21 aprel 1931, Bakı – 12 sentyabr 2014, Moskva) — Azərbaycan pianoçusu, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru, Azərbaycan SSR xalq artisti (1974), Rusiyan Federasiyasının əməkdar artisti (1994), "Şöhrət" ordeni laureatı (2002). Tamilla Mahmudova Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. 1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y. Zakın sinfində aspiranturanı bitirib. 1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q. Qarayev, F. Əmirov, C. Hacıyev və A. Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur. 3 sentyabr 2014-cü ildə Moskva şəhərində vəfat etmişdir.
Tamilla Maqsudova
Tamilla Rüstəmova
Tamilla Səid qızı Rüstəmova (1936, Bakı – 23 iyul 2020, Moskva) — Azərbaycanlı aktrisa və pianoçu. Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun "fortepiano" ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür. Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları "Ulduz" filmində Ulduz və "Böyük dayaq" filmində Maya bacı rollarıdır. 2020-ci ildə Moskvada vəfat etmişdir. Moskva şəhərində dəfn edilib.
Tamilla Seyidova
Tamilla Əbdürrəhman qızı Seyidova (29 fevral 1940) — rəssam, Azərbaycanın əməkdar rəssamı (2018), 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü. 1963-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbini, 1969-cu ildə Sankt-Peterburqda Rəssamlıq İnstitutunu bitirib. «Bakının səhəri», «Şah İsmayıl Xətai» əsərləri Dövlət İncəsənət muzeyində saxlanılır. «Qarabağ şikəstəsi» 10 tablodan ibarət silsilə əsərlərin müəllifidir. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. 27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.
Tamilla Şirinova
Tamilla Şirəliyeva
Tamilla Xudadat qızı Şirəliyeva — Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti (10.01.1978), SSRİ Dövlət mükafatı laureatı (1980), Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri. Şirəliyeva Tamilla Xudadat qızı 8 dekabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1964). Həmin ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov), Gülyanaq ("Qız qalası", Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu ("Məhəbbət əfsanəsi", Arif Məlikov), Ayişə, Fiyetta ("Yeddi gözəl", "İldırımlı yollarla", Qara Qarayev), Odetta-Odilliya ("Qu gölü", Pyotr Çaykoski), Kitri, Paxita ("Paxita", L.Minkus), Şəhrizad ("Min bir gecə", Fikrət Əmirov) və s. əsas partiyalarıdır. 1977-ci ildən pedaqoji fəaliyyət göstərir.
Tamilla Şəfəq
Tanilla Əhmərova
Əhmərova Tanilya Aysayevna — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti(2007). Tanilya Əhmərova 1950-ci ildə iyunun 1-də Bakıda anadan olub. Uşaq yaşlarından təhsil aldığı məktəbdəki dərnəkdə çıxış etməyə başlayıb.M.Əliyev adına Dövlət Teatr İnstitutunun (indiki ADMİU) tələbələri sırasına qoşularaq dövrün ustad sənətkarlarından böyük kino və teatr sənətinin sirlərini öyrəndi. 1977-ci ildə ali məktəbi bitirən aktrisa kinoda ilk işinə “Qəribə adam” filmi ilə başladı.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının aktrisası olmuşdur.Tanilə Əhmərova bir sıra filmlərdə lirik və zərif obrazlar yaratmışdır. O, "Şir evdən getdi", "Tələ", "Təhminə", "Arşınmalçı”, “Evlənmək istəyirəm”, “Əlavə iz”, “İlıq dənizdə buz parçası”, “İşarəni dənizdən gözləyin”, “Qəribə adam” kimi 20-yə yaxın filmdə rolunun miqyasına baxmayaraq tamaşaçı yaddaşında qala bildi. Obrazının xarakterini, daxili dünyasını, hiss və həyəcanlarını təbii boyalarla ifadə edən aktrisa incə, məlahətli qadın portretini çəkməyi bacardı. Tanilə Əhmədova "Qaynana" filmində canlandırdığı "Sevda" obrazı ilə xalqın sevimlisinə çevrilmişdir. Tanilya Əhmərova uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.
Tapiola metrostansiyası
Tapiola (fin Tapiola) və ya isveçcə Haqalund (isv. Hagalund) — Helsinki metropoliteninin 18 noyabr 2017-ci il tarixində açılışı olmuş 8 stansiyasından biri. Stansiya Espoo şəhərinin Tapiola rayonunda yerləşir. Stansiya Aalto və Urheylupuisto metrostansiyaları arasında yerləşir. Aaltoya kimi olan məsafə 1.7 km, Urheylupuistoya kimi olan məsafə isə 1.3 km-dir. Bu stansiyanın gündəlik sərnişinlərinin sayının 30 min nəfərədək olması gözlənilir. Dərinliyi — 30 m-ə yaxındır.
Tamilla Məmmədzadə
Tamilla Məmmədzadə (tam adı:Məmmədzadə Tamilla Məmmədağa qızı) — Azərbaycan bəstəkarı Tamilla Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir. 1981-ci ildə oğlu Çingiz Zeynalov dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Qətli törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür.
Kötü İnsanları Tanıma Senesi
Kötü İnsanları Tanıma Senesi (azərb. Pis insanları tanıma ili‎) — Sagopa Kajmer tərəfindən Melanxoliya musiqi etiketi ilə çıxarılan ilk solo albom. Albom 13 mart 2008-ci ildə yayımlanmışdır. Həmçinin, albomun instrumental parçaları 28 fevral 2015-ci ildə Sagopa Kajmerin rəsmi YouTube hesabından yayımlandı. Sagopa Kajmer, əvvəlki tərzini davam etdirəcəyini söylədiyi albomun adı ilə əlaqədar şərhlər haqqında da açıqlama verdi. O, albomun adının heç kimə xüsusi olaraq yazılmadığını bildirmişdir. Albomun istehsalı, albomdakı skreçlər və sözlər ona aiddir. Sadəcə "Gölge Haramileri" mahnısının bir hissəsi ona aid deyil. Albomun ilk 5000 nəşri kolleksiyaçılar üçün Limited Edition olaraq təyin edilmişdir. Xüsusi buraxılışda, Sagopa Kajmerin 5 dəqiqə qarışıq konsert görüntülər, 2 şəkil, o cümlədən afişa və stiker yer alır.
Qaladan tapılan mücrü (film, 1982)
Qaladan tapılan mücrü — rejissor Gülbəniz Əzimzadənin filmi. Filmdəki hadisələr Bakıda cərəyan edir. İki məktəbli dost — Mənsur (Kamran Şahmərdanov) və Ənvər (Ülvi Səfərov) xəzinə tapmaq arzusu ilə yaşayırdılar. Bir gün uşaqlar İçərişəhərin sökülüləri arasından içərisində qiymətli daş-qaş olan mücrü tapırlar. Lakin uşaqları güdən cinayətkarlar xəzinəni ələ keçirirlər. Uşaqlar bu barədə milisə məlumat verir və quldurların tutulmasında milis əməkdaşlarına köməklik göstərirlər. Filmin yaradıcılarının ümdə məqsədi gənc tamaşaçılara vicdan, yoldaşlıq, fədakarlıq kimi məfhumlar barədə söhbət açmaq, xeyirlə şəri bir-birindən ayırmaqda onlara kömək etməkdən ibarətdir. 1) 1983-cü ildə Gənc nəslin təlim-tərbiyəsində bu vacib problemin yaradıcılıqla işlənməsinə görə rejissor Gülbəniz Əzimzadəyə Özbəkistan Gənclər İttifaqı MK-nın Fəxri Fərmanı verilmişdir. Film operator Ələkbər Muradovun quruluşçu operator kimi kinoda ilk işidir. 1983-1984-cü illərdə bu film digər Azərbaycan kinolentləri arasında Sovet İttifaqında tamaşaçı sayına görə (4 milyon 80 min nəfər) I yeri tutmuşdur.
Kötü İnsanları Tanıma Senesi (albom)
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı
Tapılmış və bərpa edilmiş Azərbaycan filmlərinin siyahısı — Əvəz-əvəzə Vulkan üzərində ev İki yoldaş Dəcəl dəstə Bəstəkar Müslüm Maqomayev Əzablı yollar Şəhərimin daşları Foto "Fantaziya" Bircəciyim Su ərizəsi İstintaq Bizim Cəbiş müəllim Qətldən yeddi gün sonra Uşaqlığın son gecəsi Bizi bağışlayın Ötən ilin son gecəsi Tütək səsi Bəyin oğurlanması Gümüşgöl əfsanəsi Gümüşü furqon Yay günlərinin xəzan yarpaqları Arşın mal alan Bir ailə "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016. "AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.