HALF-AND-HALF

adj 1. iki müxtəlif hissədən ibarət olan; 2. mütərəddid, qətiyyətsiz

HALF
HALF-BACK
OBASTAN VİKİ
Half-Life
Half-Life (fiziki termin: yarımçevrilmə dövrü) — Valve tərəfindən yaradılan və elmi-fantastik janrda olan, dünyanın ən məşhur oyunlarından biridir. Oyun elmi-fantastik janrda özünəməxsus yer tutmuş və tənqidçilər tərəfindən ən yüksək rəylər almışdır. Half-Life seriyasından ilk oyundur. 2001-ci ildə Gearbox Software studiyası oyunu Sony PlayStation 2-yə portlaşdırır. Bir müddətdən sonra Half-Life həmçinin Sega Dreamcast platformasına da çıxır.Half-Life — süjeti tamamilə oyun məkanında inkişaf edən ilk oyundur (video çarxlardan istifadə etməyərək). Oyun nəşrçiləri süjetin və ümumiyyətlə oyun dünyasının novator stilini yüksək qiymətləndirmişlər. Oyunun başqa güclü tərəfi, düşmənin süni intellekti (AI) göstərilir. Half-Life müttəfiqlərin yarandığı ilk oyundur. Bir çox nəşriyyatçılar xüsusilə qeyd edirlər ki, Half-Life atıcı janrında inqilab etmiş və onun inkişafında yeni mərhələnin təməlini qoymuşdur.Oyun dövri mətbuatdan çoxlu sayda müsbət rəylər almışdır. 50-dən çox oyun nəşrçiləri Half-Life-ı "İlin oyunu" adına layiq görmüş PC Gamer isə üç dəfə "bütün zamanlar ərzində yaradılan ən mükəmməl oyun" elan etmişdir.Uğur dalğasında bir neçə əlavələr buraxılıb: Half-Life: Opposing Force (OpFor), Half-Life: Blue Shift (BS) və PS2-versiyası üçün eksklüziv addon — Half-Life: Decay.
The Half
The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 martdan başladıqları yolu 2021-ci il 9 iyulda sonlandırmışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur. == Tarixi == "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazov da qrupa vokalist kimi qoşulmuşdur. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Musiqi qrupu 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdi. == Diskoqrafiya == === Sinqllar === Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft.
Half-Life: Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Half-Life (seriya)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2
Half-Life 2 (stilləşdirilmiş yazım — HλLF-LIFE 2, qısaldılmış HL2) — Valve tərəfindən 2004-cü ildə yaradılan, özləri və Sierra Entertainment tərəfindən nəşr edilən elmi-fantastik birinci şəxs atıcı janrında olan oyundur. Half-Life oyununun sikvelidir. Seriyanın ilk oyunu olan Half-Life kimi, bu oyun da atıcılıq, tapmacalar və hekayə kimi xüsusiyyətləri özündə birləşdirir və nəqliyyat vasitələri və fizika əsaslı oynanış kimi xüsusiyyətləri əlavə edir. Oyunçular, qravitasiya silahı kimi silahlardan istifadə edərək, Aliks Vans ilə birlikdə "Kombayn" adlı yadplanetli ordusuna qarşı mübarizə aparan Qordon Frimanı idarə edərək oynayırlar. Oyun geniş tanınmış və bir çox mükafat və 45-dən çox "İlin Oyunu 2004" adlarını qazanmışdır. 2012-ci ildə Half-Life 2, on ilin ən yaxşı oyunu olaraq Spike VGA 10 (Spike Video Game Awards) mükafatına layiq görülmüşdür. İnkişaf altı il davam etdi, bu müddət ərzində oyunun mənbə kodu hətta oğurlanaraq internetdə yerləşdirilib. Oyun geliştiricilərin əsas texnoloji nailiyyətləri, oyunçuların təəccüblü bir xarakter animasiyası, rəqiblərin inkişaf etmiş süni intellekti, real fizika və kölgə salma təmin edən Source oyun mühərriki hesab edilə bilər. Havok Physics fizika mühərrikinin dəyişdirilmiş bir versiyasının istifadəsi ilə xarici aləmlə oyunçuların görünməmiş bir səviyyədə qarşılıqlı əlaqəsi əldə edildi. Bu günə qədər Steam servisi vasitəsi ilə satışlar da daxil olmaqla oyunun 12 milyondan çox nüsxəsi satılıb.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Half-Life: Opposing Force
Half-Life: Opposing Force və ya OpFor (azərb. Qarşı duran qüvvə‎) — birinci-şəxs atıcı janrında olan və Half-Life üçün əlavə (add-on) yaradılan oyundur. Half-Life: Opposing Force Valve-nin sifarişi ilə Gearbox Software studiyası tərəfindən yaradılmışdır. Əlavədə oyunçu baş qəhrəman Adrian Şepard adlı HECU xüsusi təyinatlını idarə edir. Orijinal Half-Life-da olduğu kimi Opposing Force-da da şəbəkə oyunu var. 2000-ci ilin mayında Valve və Gearbox şəbəkə oyunu üçün əlavə — Opposing Force: Capture the Flag buraxır ki, bu da oyuna müxtəlif xəritələr və rejimlər əlavə edir.2005-ci ildə Opposing Force Steam-də Half-Life 1: Anthology paketi daxilində yayımlanır. == Oyun prosesi == Half-Life: Opposing Force əlavəsində oyunçu HECU əsgərinin rolunu üzərinə götürür və buna görə də PCV tipli zirehli geyimlə təchiz edilir. Bu zirehli geyim Half-Life-da olan HEV kostyumunun analoqudur. Can göstəricilərin yanına həm də onu ağır zədələrdən qoruyan zirehin faizləri də əlavə olunur. İtirilən zireh faizləri Qara Mezanın çox yerində rast gəlinən həm xüsusi HECU cihazları, həm də batareyalar vasitəsilə bərpa etmək olar.
Half-Life (oyun seriyası)
Half-Life (azərb. yarımçevrilmə dövrü‎) — Valve korporasiyası tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın rəsmi simvolu yunan hərfi - λ lyambdadır. Seriya oyunlarının əksəriyyətinin süjeti fizik Qordon Frimanın macərası əsasındadır. Ssenari cərəyan etdikcə oyunçu anlayır ki, yalnız doktor Friman Planeti gəlmələrin əsarətindən xilas etməyə qadirdir. Seriya xüsusi düşünülmüş dizaynı, xüsusi oyun prosesi və qeyri-adi tarixçə forması ilə fərqlənir. Qəhrəman təkbaşına ətrafda baş verən hadisələrə varmalı, faktları açmalı və özü oyun dünyasında nələrin baş verdiyini anlamalıdır. Seriyanın bir çox oyunu dövrünün ən yaxşı oyunu seçilmiş və bütün zamanlar ərzində yaradılmış ən mükəmməl videooyunlar sırasına daxil olmuşdur. == Nəzər == Seriya oyunlarının çoxusunun süjeti oyunçuya doktor Qordon Frimanı qəhrəman obrazı kimi təqdim edir. Friman insanlar ilə inkişaf etmiş yüksək texnologiyalı və Yeri ələ keçirmək istəyən gəlmələr arasında böyük müharibəyə cəlb olunmuş olur.
Half-Life 2: Deathmatch
Half-Life 2: Deathmatch — Valve tərəfindən hazırlanılan və birinci-şəxs atıcı janrında olan multipleyerli videooyun. Deathmatch 30 noyabr 2004-cü ildə buraxılıb. "Half-Life 2" oyununun multipleyer versiyasıdır. Oyun rəqəmsal distributer olan Steam sistemi vasitəsilə yayımlanır və bir neçə kolleksiya qutularına daxildir. Deathmatch həmçinin The Orange Box yığımında da var. Müəyyən dövrlərdə xüsusi promo-aksiyalar keçirilirdi ki, bunun sayəsində ATI, sonradan isə nVidia istifadəçiləri oyunu pulsuz əldə edirdilər. == Geympley == === Deathmatch === Deathmatch rejimi Quake, Doom və ya Unreal Tournament daxil olmaqla bu tip müxtəlif oyunlara xas özündə çoxlu xüsusiyyətlər birləşdirir. Bu xüsusiyyətlər arasında ən əsaslarına daxildir: ani respawn, silahda konkret nöqtəlik, fəzada sürətlə hərəkət və xüsusi ləvazimatlar (sprint, fənər və bu kimi başqa alətlər). Deathmatch-da hədəf sadədir: oyunçu digər oyunçuları öldürməli və bununla da maksimum xal qazanmalıdır. Bu zaman oyunçu özü-özünü təsadüfən öldürdükdə xal itirir.
Half-Life 2: Lost Coast
Half-Life 2: Lost Coast (azərb. "Qərib sahil"‎) — Valve Corporation tərəfindən Half-Life 2 üçün buraxılan, ancaq ayrıca oyun olan xüsusi mərhələdir. 27 oktyabr 2005-ci ildə yayımlanıb. Oyun Half-Life 2-də olmayan Source mühərrikinin yeni texniki imkanlarını nümayiş etdirmək üçün yaradılıb. Sözü gedən yeni texnologiyaların maksimal nümayişi üçün ətraf mühitə xüsusi diqqət edilib. Həmçinin Lost Coast yaradıcı şərhlərini əlavə edən Valve-nin ilk oyunudur. == Süjet == İki Half-Life hissələrinin dəyişməz lideri Qordon Friman, dəniz kənarında özünə gəlir. Onu qoca balıqçı qarşılayır və Alyansın qayadakı kilsəni ələ keçirdiyini, oradan hedkrablarla dolu raketdən qəsəbəyə atəş açdığını deyir. Qordon Friman rolunda oyunçu yuxarı qalxmalı və kilsəyə çatmalıdır. Qəhrəman yol boyu Alyansın müxtəlif əsgərləri və texnikası ilə döyüşür.
And
And - türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. Ant olaraq da deyilir. Monqolcada Anda və ya Andgay deyilir. == Məna və tərif == Anddan dönmək böyük bir günah və cinayət olaraq qəbul edilir. Sözün müqəddəs gücündən qaynaqlanan bir anlayışdır. Söz ilə bildirdiyi davranış, nəticə və ya obyekt arasında bir fərqlilik olmadığı, sözün (və adların) bir mənada bunların ruhu olduğu, söz ilə bunlar arasında cisimi bir bağ olduğu düşüncəsinin bir nəticəsidir. Böyük bir and içilirken bir qaba qan axıdılması səbəbi debudur. Başkırtlar'da yeri qazaraq and içmə faktı da məzarı çağrıştırması ilə əlaqəlidir. Bu gün belə "And içmək" təbiri istifadə edilər və and edilərkən içilən Süd ilə əlaqəlidir. Söz Vermek deyimi də sözün bir obyekt kimi başqalarına devrdildiği düşüncəsinin bir qalıqları.
AND elementi
AND elementi məntiqi əlaqələrdə tətbiq edilən əsas rəqəmli məntiq elementidir –bu sağdakı riyazi cədvələ uyğun şəkildə özünü göstərir. Əgər AND elementində hər iki giriş maximum 1 olarsa , yalnız o zaman maxsimum çıxış 1 alınar. Əgər AND elementində yalnız bir giriş maxsimumdursa, nəticə minimum alınar. == Simvollar == AND elementləri üçün 3 simvol var: Amerikan simvolu (ANSİ və ya "hərbi"), IEC (Avropa və ya düzbucaqlı), həmçinin də DIN simvolu. AND elementi A və B girişləri və çıxış C ilə məntiqi ifadəni yerinə yetirir: C=A•B. == Tətbiqləri == AND elementi adətən N-kanallı və ya P-kanallı metal oksid yarımkeçirici sahə effekti tranzistorularından (MOYSET) istifadə edilərək işlənib hazırlanır.Əsas rəqəmli girişlər a və b, çıxış F AND funksiyası kimi eyni nəticəyə malik olmalıdır. == Alternativlər == Əgər heç bir səciyyəvi AND elementləri mövcud olmazsa, bir NAND və ya NOR elementlərindən hazırlana bilər, çünki NAND və NOR elementləri universal elementlər qəbul edilib.Buna görə də onlar başqalarının (başqa elementlərin) yerinə istifadə edilə bilər. Həmçinin XOR elementləri AND elementi ilə orşar istifadə edilə bilər,lakin nadir hallarda bunun üçün istifadə olunur.
And (dəqiqləşdirmə)
And — türk və moğol xalq mədəniyyətində və inancında əhd, söz vermə. And (film, 2002) — rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmiş film. And (qəzet) — ictimai-siyasi qəzet. And (kənd) — Vedibasarda kənd.
And böhranı
And böhranı — Birinci dünya müharibəsinin sonlarına yaxın Almaniya İmperiya Ordusu ilə Yozef Pilsudski rəhbərliyindəki Polşa ordu birləşmələri arasında yaşanan siyasi qarşıdurma. Birinci dünya müharibəsinin əvvəllərində Üçlər ittifaqı tərəfindən Rusiyaya qarşı döyüşən Pilsudski, Rusiya İmperiyası və Üçlər ittifaqından Almaniya və Avstriya-Macarıstanın müharibənin sonlarında məğlub olacağını ümid edirdi. Buna baxmayaraq, 1917-ci ildə Rusiyanın məğlubiyyətindən sonra Üçlər ittifaqının Polşanın müstəqilliyinə zəmanət verəcək mövqedə olmadığı məlum oldu. 5 noyabr 1916-cı ildə qəbul olunan qanun və Polşa krallığının yaradılmasına baxmayaraq, yeni yaradılan dövlətin Orta Avropa planının bir parçası olan kukla dövlətdən o yana keçə bilməyəcəyi aşkar idi. Bu məqamda Pilsudski Antanta ölkələrinin, xüsusilə də İngiltərə və Fransanın dəstəyini qazana bilmək üçün tərəf dəyişdirməyə qərar verdi. Polşa Legionundan 1917-ci ilin iyul ayında Almaniya İmperatoru II Vilhelmə bağlılıq və itaət göstərməsi istənildiyi zaman bunun üçün bəhanə ortaya çıxmış oldu. Pilsudskinin razı saldığı Polşa Legionunun 1 və 3-cü briqadalarının əsgərləri and içməkdən imtina etdilər. Hadisənin nəticəsində legiona bağlı birliklər dağıdıldı. Avstriya-Macarıstan öz vətəndaşı olan 3000 nəfəri öz ordusuna cəlb elədi. Birliklərin bir hissəsi zorla Polşa Krallıq Ordusununnın tərkibinə verildi.
And dağları
And dağları, And Kordilyer dağları (isp.: Andes; Cordillera de los Andes), (Andes, anta sözündən, inklərin dilində – mis, misli dağlar), — Cənubi Amerika qitəsinin Sakit okean sahili boyunca uzanan və dünyada ən uzun dağ silsiləsi. Cənubi Amerikanı şimaldan və qərbdən əhatə edir. Kordilyer dağlarının cənub hissəsidir. Yeddi ölkənin ərazisində yerləşir: Venesuela, Kolumbiya, Ekvador, Peru, Boliviya, Çili və Argentina. Yer kürəsinin ən uzun (təqr. 9000 km) və ən yüksək dağ sistemlərindən biri. Cənubi Amerikanın bütün qərb sahilini əhatə edir. Venesuelladan başlayıb Kolombiya, Ekvador, Peru, Boliviya, Argentina və Çiliyə kimi uzanır. Bu yeddi dövlət eyni zamanda And ölkələri olaraqda tanınırlar. And dağları şimaldan cənuba uzunluğu 7000 km'dir.
And kondoru
And kondoru (Vultur gryphus) — Yeni Dünya leşyeyən qartalı ailəsindən olub, Cənubi Amerika quşudur və növün tək üzvü Vulturdur.
And mədəniyyəti
And mədəniyyəti — Cənubi Amerikada qədim mədəniyyət. == Tarixi == And mədəniyyətinə tarixi ədəbiyyatda İnka sivilizasiyası da deyilir. «İnka» -terminin mənşəyi «günəş» sözündən götürülmüşdü. Onların mədəniyyətinin tarixi 1200-1572-ci illəri əhatə edir. İnkaların ölkəsi materikin cənub-qərbindən başlayaraq cənuba doğru bir-neçə min kilometrə qədər uzanırdı. Özünün çiçəklənmə çağında həmin ərazidə 15-16 milyon adam yaşayırdı. Bu xalqın mənşəyi haqqındakı əfsanədə deyilir ki, Günəş Allahı İnti kədərlə yer üzərində insanların həyatını müşahidə edirdi: insanlar vəhşi heyvanlardan da əcaib formada yaşayırdı. Günəş Allahının onlara yazığı gəldiyindən öz övladlarını – oğlu Manko Kapaka və qızı Mama Oklonu yerə göndərir. Təmiz qızıldan onlara əsa verən İlahi Ata əsasının çətinlik çəkmədən yerə girdiyi ərazidə məskunlaşmağı əmr edir. Bu hadisə Kusko düzənliyində baş verdiyi üçün Günəş Allahının əmrinə görə burada salınan şəhərə Kasko adı verildi… Burada məskunlaşmış insanlara din və qanunlar verildi, təsərrüfatla məşğul olmaq öyrədildi.
And pişiyi
And pişiyi (lat. Leopardus jacobita) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pələng pişiyi cinsinə aid heyvan növü. Pişiklər fəsiləsinin Cənubi Amerikada yaşayan növüdür. Onun And dağlarının nisbətən əlçatmaz yerlərində yaşaması səbəbindən haqqında çox az elmi məlumat əldə edilmişdir. Məsələn, And pişiyinin yalnız 2000-ci ildən sonra videogörüntüləri əldə edilmişdir.
And qızılqazı
And ölkələri
And ölkələri - Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr. == Haqqında == And ölkələri Cənubi Amerikada xüsusi xalqlar qrupunu təşkil edir, ümumi coğrafiyanı, İnklərə qədərki və sonrakı dövrdə mövcud olan mədəni dəyərləri, o cümlədən də keçua dili və And mətbəxi kimi dəyərləri paylaşan ölkələr qrupunu təşkil edir. Siyasi baxımdan Argentina və Çili doğma andlı irsindən məhrum olduğuna görə Andlı ölkələrə daxil edilmir. Çünki bu iki ölkə mədəni baxımdan Avropa ölkələri tərəfindən daha çox təsirə məruz qalıb. Bu səbəbdən də bu iki ölkə Andlı Millətlər Birliyinin tərkibinə də daxil edilmir. And ölkələrinə Sakit okean sahili boyu uzanan And dağlarında yerləşən ölkələr daxil edilir: Venesuela Kolumbiya Ekvador Peru Boliviya Argentina ÇiliOnların birlikdə sahəsi 5482,5 kv km-dir. Burada çoxlu təbii sərvətlər, meşə və su ehtiyatları, sahillərində zəngin balıq ehityatı vardır. And ölkələrində hasilat sənayesi, əlvan metallurgiya, tropik bitkilərin becərilməsi əsas təsrrüfat sahələridir. Regionda əhali əsasən liman şəhərlərində və 100-2500 m-dən yüksək olan ərazilərdə yaşayır. Regionun nisbətən inkişaf etmiş ölkələrindən biri Venesueladır.
Hərbi And
And (film, 2002)
And qısametrajlı sənədli televiziya filmi rejissor Rafiq Quliyev tərəfindən 2002-ci ildə çəkilmişdir. Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycan əsgəri haqqındadır. == Məzmun == Film Azərbaycan əsgəri haqqındadır.
And dillər qrupu
Amerind dilləri — Kolumböncəsinə qədər Amerika qitəsində danışılan yerli dillər - başda qədim astek, maya, keçua dillərini ehtiva edən böyük dil ailəsi. Amerind dilləri hipotezi ilk dəfə amerikalı linqvist Cozef Qrinberq tərəfindən elm dünyasında təklif olunmuşdur. Hipotezin təsdiqlənmiş və çözülmüş iddiaları mövcuddur.
Bald and Bankrupt
Bald and Bankrupt (azərb. Keçəl və müflis olmuş‎) — Benjamin Riç (ing. Benjamin Rich) və ya Mister Bold (ing. Mr. Bald) kimi tanınan britaniyalı videoblogerin apardığı ingilis və rusdilli yutub kanalı. 2018-ci ilin iyun ayında açılmış kanalda əsasən postsovet məkanı və Hindistan yarımqitəsi ölkələrindən bəhs olunur. 2022-ci ilin mart ayına olan göstəriciyə əsasən 3,48 milyon abunəçiyə və 489 milyon baxışa malikdir. 2019-cu ilin iyul ayında podkast zamanı yutub-bloger Pyudipay bildirib ki, Bald and Bankrupt onun sevimli yutub kanalıdır.
Bağışlamaq haqqında And
Bağışlamaq haqqında And — xeyriyyəçilik məqsədilə multimilyarderlərin anlaşması Amerikalı multimilyarderlər Bil Geyts və Uorren Baffetin təşəbbüsü ilə hazırlanmış "Bağışlamaq haqqında And"ı imzalayan milyarder sərvətinin böyuk qismini xeyriyyə işlərinə sərf etməyə boyun olur. Sənədi 2010-cu ilin dekabrına kimi artıq 50 milyarder imzalayıb.