HALQA-MƏRƏKƏ

türk. halqa, fars. mərəkə

Mühasirə. (“Koroğlu” dastanının lüğəti) 

Camaatın arasına qarışıb meydanı elə halqa-mərəkə eləyərsiniz ki, misri qılınclar çəkiləndə bir adam da tərpənə bilməsin. (“Durna teli”)

*

Paşa qoşun böyüyünü çağırıb əmr verdi ki:

– Bu saat qoşun götürüb meydanı halqa-mərəkə elə! Hər nə təhər olsa, gərək onu tutub gətirəsən mənim yanıma. (“Məhbub xanımın Çənlibelə gəlməyi”)

HALİCƏ
HALQA-MƏRƏKƏ ELƏMƏK