Halva

Bu yemək növü Azərbaycanın bütün dialekt və şivələrində işlənir. Umac ovulur, yağda qovrulub qızardılır. Sonra ora şəkər tozundan hazırlanmış şirə əlavə edilir. Azərbaycanda halvanın vətəni Şəki hesab edilir. Azərbaycan folklorunun bəzi janrlarında halva sözü işlənmişdir: Halva-halva deməklə ağız şirin olmaz; Döyüşdə halva paylamazlar; Eşşəyi minib, halvanı yeyib (28, 137) Bu söz Türkiyə türkcəsində helva, başqırd türkcəsində xəlvə, qazax türkcəsində aluvi, xaluva, qırğız türkcəsində xalvı, özbək türkcəsində həlvü, tatar türkcəsində xəlvə, türkmən türkcəsində halva, uyğur türkcəsində halva (33, 330-331) fonetik formalarında işlənir. Qeyd etməliyik ki, bu söz rus dilində xalva şəklində işlənir ki, bu dilə söz türk dillərindən keçmişdir.
Haquy
Haşil
OBASTAN VİKİ
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur. Buğdadan adi qayda üzrə səməni cücərdir. Səməni cücərtiləri sarımtıl rəngdə olduqda ətçəkən maşından buraxılır, şirəsi tənzifdən süzülür və un əlavə edilib xəmir yoğrulur.
Sarı halva
Sarı halva (az-əbcəd. ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Tər halva
Əla növ buğda unu — 400q, ərinmiş yağ — 200q, doşab — 250q və ya şəkər tozu — 200q, darçın — 2q. Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
Halvane
Çerkes simitidir. Bu simit ümumiyyətlə naharlarda və bəzi yeməklərin yanında yeyilir. Bayramlarda, xüsusi günlərdə, həftəsonu səhərlər və ya qonaq gələcəyi zaman bişirilir. 5 çay stəkanı ilıq süd 1 çay stəkanı maye yağ 1 yumurta (ağı içinə, sarısı xaricinə) 2 çay qaşığı şəkər 2 çay qaşığı duz Yarım paket yaş maya un Əvvəlcə ələnilmiş unun ortasına yumurta ağı, süd, duz, maye yağ, şəkər və yaş maya əlavə olunur. Qulaq məməsi yumşaqlığında bir xəmir yaxşıca özləşənə qədər yoğrulur və üzəri təmiz bir bezlə örtülərək 1 saata qədər mayalanmağa buraxılır. Mayalanan xəmir 18 bərabər parçaya bölünərək hər bir parça əvvəl uzun lentlər halında qıvrılıb ikiyə bükülür, təkrar qıvrılıb simit şəklində iki ucu bir-birinə birləşdirilərək nimçəyə düzülür. 1 saata qədər nimçədə qabardıldıqdan sonra üzərinə yumurta sarısı sürtülərək normal soba nizamında 200 dərəcədə 25-30 dəqiqəyə qədər üzəri qızarana qədər bişirilərək sobadan çıxardılır. Yüngülcə soyumasını gözlədikdən sonra yeyə bilərsiniz.
Halvaçı Yusif Paşa
Halvaçı Yusif Paşa (ö. 1715) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından xəzinədar kəndxudası olaraq xidmətə alınmışdır. 1691-ci ildə vəzir rütbəsi alaraq Sivas sancaqbəyliyinə gətirildi və Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı. Nigahın ardından kaptan-ı dəryalığa gətirildi. 1693-cü ildə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1695-ci ildə bilinməyən səbəblə Midilli adasında həbs edildi. 2 illik həbsin ardından paytaxta çağırıldı və 1698-ci ildə taxt naibi oldu. Sultan Əhmədin taxta çıxmasının ardından Rumeli və Anadolunun müxtəlif əyalətlərinə təyin olunan Yusif Paşa 1715-ci ildə son vəzifə yeri olan Trabzonda vəfat etdi.
Mannı halvası
Mannı halvası, manna yarmasının un, şəkər, yağ (marqarin və ya kərə yağı) və istəyə görə ağac fıstığı, su və süd kimi digər qatqılarla qovulması nəticəsində hazırlanmış bir Türk mətbəxinə məxsus desertdir. İsti və ya soyuq şəkildə yeyilə bilər. Nisbətən aşağı kalorili olan manna yarması liflə zəngindir. Kərə yağı əridilir və ağac fıstığı qovrulur. Daha sonra mannı əlavə edilir və mannının rəngi qaralıncaya qədər davamlı qarışdırılaraq qovurma prosesi davam etdirilir. Ayrı bir qazanda su, şəkər və süd qarışdırılıb qaynadılır və şərbət hazırlanır. Qaynadılmış mannının üzərinə isti şərbət tədricən davamlı qarışdırılaraq əlavə edilir. Zəif odda 10 dəqiqə bişirilir, sonra dincəldilir və süfrəyə verilir.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsfahan halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsti Halvanın Dadı (1987)
İsti halvanın dadı (film, 1987)
Şəki halvası
Şəki halvası və ya Şəki paxlavası — Azərbaycan Respublikasının Şəki rayonuna xas şirniyyat məhsulu. Tərkibi düyü unu, su, fındıq və ya qoz, şəkər tozu və keşniş toxumundan ibarət olur.

Значение слова в других словарях