HALVA

I
сущ. халва:
1. кушанье, приготовляемое на жареной муке и масле, замешанных медом, сахаром или бекмезом. Bal halvası медовая халва; halva bişirmək (çalmaq) приготовить халву
2. кондитерское изделие, представляющее собой твердую массу из тертых жирных семян или орехов и карамельной массы. Qoz halvası ореховая халва, küncüt halvası кунжутная (тахинная) халва
II
прил. халвичный, халвовый. Halva sexi халвичный цех; halva istehsalı халвовое производство
◊ halvası çalınır kimin на ладан дышит кто ; halvasını çalmaq kimin стараться погубить кого ; строить козни к ому (тайные коварные умыслы); halvası çalınıb kimin песня спета чья, кого , доживает последние дни кто ; halva-halva deməklə ağız şirin olmaz сколько ни говори халва, во рту сладко не будет (не станет); halva deyil не так легко, не фунт изюма; qulağının dibindən halva iyi gəlir kimin на ладан дышит кто
HALSIZLIQ
HALVAÇI
OBASTAN VİKİ
Halva
Halva — Yaxın Şərqdə o cümlədən Azərbaycanda geniş yayılmış şirniyyat növü. Halva hazırlamaq üçün qoz, fındıq və yağlı toxumlar (küncüt, günəbaxan, yerfındığı və soya), un, yağ, şəkər, patka, ədviyyat, kakao məhsullarından istifadə edilir. Halvaya vanil, şokolad, vafli, kişmiş və s. qatılır. Tərkibində 4%ə qədər su, 35–47% şəkər, 30–32% yağ, 12–13% zülallı maddə, 1.8–2.9% mineral maddə vardır. Saxlanılma müddəti 2 aya qədərdir. 100 qram halvanın kaloriliyi 545–555 kkal olur. == Növləri == === Taxıldan halvalar === Mannı taxılından hazırlanan halvalara Hindistanda suci ka halva (hind. सूजी का हलवा, marathi रव्याचा शिरा, urdu سوجی کا حلوہ), Türkiyədə isə irmik helvası deyilir. ==== Səməni halvası ==== Buğda, buğda unu, ərinmiş yağ, doşab, qoz ləpəsi, cirə, istiot, darçın, razyana istifadə olunur.
Sarı halva
Sarı halva (az-əbcəd. ساری حالوا‎) — Həmədan bölgəsinin ənənəvi şirniyyatlarından biri ki əsasən orucluq aylarında hazırlanır. Sarı halva görünüşünə görə sıyığa bənzəsədə, rəngi sarı, quruluşuna görə isə sıyıqdan daha bərkdir. 10 ədəd yumurta sarısı Yarım stəkan şəkər tozu Yarım fincan gülab 3 yemək qaşığı ərinmiş kərə yağı 3 yemək qaşığı əridilmiş zəfəran Yumurta sarılarını qarışdırdıqdan sonra, üstünə şəkər tozunu töküb maddənin qabarmasına kimi qarışdırın ki krem rəngli olsun. Kərə yağını tavaya qoyub qızdırdıqdan sonra üzərinə öncədən hazırlanmış yumurta-şəkər qarışığını əlavə edin. Tərkiblər sərtləşdikdən sonra qızılgül suyu və əridilmiş zəfəranı qarışdırın və qarışığınıza əlavə edib qarışdırın və zəif odda 10 dəqiqə qaynadandan sonra götürün və sərtləşdirmək üçün soyuducuya qoyun. Həmədan Sarı halvasını dilimlənmiş püstə, badam və darçınla bəzəyə bilərsiniz.
Tər halva
Əla növ buğda unu — 400q, ərinmiş yağ — 200q, doşab — 250q və ya şəkər tozu — 200q, darçın — 2q. Tavada qızdırılmış yağa un əlavə edilib qızılı rəngə çatınca qovrulur. Sonra buna doşab və ya şəkər şərbəti qatılır və arası kəsilmədən qarışdırılaraq qızdırılır. Halva dayaz desert boşqaba qoyulur, üstünə darçın səpilir. Bəzən halvanı lavaşa bükürlər. Doşab əvəzinə baldan da istifadə etmək olar., bu zaman halvanın keyfiyyəti yaxşılaşır.
Halvane
Çerkes simitidir. Bu simit ümumiyyətlə naharlarda və bəzi yeməklərin yanında yeyilir. Bayramlarda, xüsusi günlərdə, həftəsonu səhərlər və ya qonaq gələcəyi zaman bişirilir. == Vəsaitlər == 5 çay stəkanı ilıq süd 1 çay stəkanı maye yağ 1 yumurta (ağı içinə, sarısı xaricinə) 2 çay qaşığı şəkər 2 çay qaşığı duz Yarım paket yaş maya un == Hazırlanması == Əvvəlcə ələnilmiş unun ortasına yumurta ağı, süd, duz, maye yağ, şəkər və yaş maya əlavə olunur. Qulaq məməsi yumşaqlığında bir xəmir yaxşıca özləşənə qədər yoğrulur və üzəri təmiz bir bezlə örtülərək 1 saata qədər mayalanmağa buraxılır. Mayalanan xəmir 18 bərabər parçaya bölünərək hər bir parça əvvəl uzun lentlər halında qıvrılıb ikiyə bükülür, təkrar qıvrılıb simit şəklində iki ucu bir-birinə birləşdirilərək nimçəyə düzülür. 1 saata qədər nimçədə qabardıldıqdan sonra üzərinə yumurta sarısı sürtülərək normal soba nizamında 200 dərəcədə 25-30 dəqiqəyə qədər üzəri qızarana qədər bişirilərək sobadan çıxardılır. Yüngülcə soyumasını gözlədikdən sonra yeyə bilərsiniz.
Halvaçı Yusif Paşa
Halvaçı Yusif Paşa (ö. 1715) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi və əsli barədə məlumat yoxdur. Əndəruna alınaraq burada tərbiyə edilmiş, ardından xəzinədar kəndxudası olaraq xidmətə alınmışdır. 1691-ci ildə vəzir rütbəsi alaraq Sivas sancaqbəyliyinə gətirildi və Sultan İbrahimin qızlarından Gövhərxan Sultanla nigahlandı. Nigahın ardından kaptan-ı dəryalığa gətirildi. 1693-cü ildə İstanbul boğazının mühafizəsi ilə vəzifələndirildi. Ancaq 1695-ci ildə bilinməyən səbəblə Midilli adasında həbs edildi. 2 illik həbsin ardından paytaxta çağırıldı və 1698-ci ildə taxt naibi oldu. Sultan Əhmədin taxta çıxmasının ardından Rumeli və Anadolunun müxtəlif əyalətlərinə təyin olunan Yusif Paşa 1715-ci ildə son vəzifə yeri olan Trabzonda vəfat etdi.
Mannı halvası
Mannı halvası, manna yarmasının un, şəkər, yağ (marqarin və ya kərə yağı) və istəyə görə ağac fıstığı, su və süd kimi digər qatqılarla qovulması nəticəsində hazırlanmış bir Türk mətbəxinə məxsus desertdir. İsti və ya soyuq şəkildə yeyilə bilər. Nisbətən aşağı kalorili olan manna yarması liflə zəngindir. == Hazırlanması == Kərə yağı əridilir və ağac fıstığı qovrulur. Daha sonra mannı əlavə edilir və mannının rəngi qaralıncaya qədər davamlı qarışdırılaraq qovurma prosesi davam etdirilir. Ayrı bir qazanda su, şəkər və süd qarışdırılıb qaynadılır və şərbət hazırlanır. Qaynadılmış mannının üzərinə isti şərbət tədricən davamlı qarışdırılaraq əlavə edilir. Zəif odda 10 dəqiqə bişirilir, sonra dincəldilir və süfrəyə verilir.
Səməni halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsfahan halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsti Halvanın Dadı (1987)
İsti halvanın dadı (film, 1987)
Şəki halvası
Şəki halvası və ya Şəki paxlavası — Azərbaycan Respublikasının Şəki rayonuna xas şirniyyat məhsulu. Tərkibi düyü unu, su, fındıq və ya qoz, şəkər tozu və keşniş toxumundan ibarət olur.

Значение слова в других словарях