hampalıq
hanaçı
OBASTAN VİKİ
Hana
Hana (toxucu dəzgah) — əsrlər boyu xalça və parça toxunuşunda istifadə edilən, sadə konstruksiyaya malik istehsal alətidir. Hananın iki növü var: Yer hanası — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Divar hanası - şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah.
Dik hana
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Hana Poniska
Hana Poniska (slovak. Hana Ponická; 15 iyul 1922 – 21 avqust 2007, Banska Bistritsa) – Slovak yazıçı, publisist, tərcüməçi, ictimai xadim, dissident. == Bioqrafiyası == Hana Poniska 1922-ci ildə anadan olub. 1944 Slovakiya milli qiyamında iştirak edir. 1948-1950-ci illərdə əri, şair Stefan Jari ilə birlikdə Romada yaşayır. Vətənə qayıtdıqdan sonra "Smena na nedeľu" jurnalının ədəbi redaktoru vəzifəsində çalışır. 1956-1977-ci illərdə Yazıçılar Birliyinin üzvü olur. 1968-ci ildə Varşava Paktı birliklərinin Çexoslovakiyaya hücumuna etiraz etdiyi üçün işindən qovulur. Daha sonra 1972-ci ildə Smena qəzetinin redaksiyasından çıxarılır. 1977-ci ildə Hana Poniska Çexoslovakiya Yazıçılar Birliyinin qurultayında müasir mədəniyyət siyasətini tənqid edəcək çıxına icazə verilimir, ancaq məruzəsi protokola daxil edilir.
Hana Singer
Hana Singer — YUNİSEF-in Azərbaycandakı keçmiş nümayəndəsi.
Hana Mey Li
Hana Mey Li (ing. Hana Mae Lee; 28 sentyabr 1988, Los-Anceles, Kaliforniya) — amerikalı aktrisa, komediyaçı, model və dəb dizayneri.
Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai.
Anohana: The Flower We Saw That Day (azərb. Anohana: Həmin gün gördüyümüz çiçək‎), Yaponiyada tanınan adı ilə Ano Hi Mita Hana no Namae wo Bokutachi wa Mada Shiranai. (あの日見た花の名前を僕達はまだ知らない。, "Biz hələ də həmin gün gördüyümüz çiçəyin adını bilmirik.") — Tatsuyuki Naqayın rejissorluğu ilə 2011-ci ildə A-1 Pictures studiyası tərəfindən çəkilmiş 11 seriyalıq anime serialı. Fuji TV-nin NoitaminA bloku vasitəsilə 2011-ci ilin aprelindən iyununa kimi yayımlanmışdır. Şimali Amerikada NIS America tərəfindən lisenziyalaşdırılmışdır. 31 avqust 2013-cü ildə Yaponiyada anime filminin premyerası baş tutmuşdur.
Anton Hanak
Anton Hanak (alm. Anton Hanak‎; 22 mart 1875[…], Brno, Sisleytaniya – 7 yanvar 1934[…], Vyana) — XX əsrin əvvəllərində fəaliyyət göstərmiş çex heykəltaraş. Anton Hanak Avstriya-Macarıstanda ən tanınmış heykəltaraşlardan biri kimi qəbul olunmuşdur. 1875-ci ilin 22 mart tarixində Avstriya-Macarıstan imperiyasının Brno şəhərində anadan olan Hanak 1889–1893-cü illər arasında Vyana şəhərində heykəltaraşlıq üzrə ali təhsil almışdır. Vyanada təhsil aldığı müddətdə Vyana Rəssamlıq Akademiyasında işləyən professor Edmund Hellmer ilə tanış olur. 1908-ci ildə Vyana Mədəniyyət Məktəbində heykəltaraşlıq işlərindən əlavə dərs deməyə başlamışdır. Avropanın bir çox şəhərində yerləşən heykəllərin müəllifi olan Anton Hanak 1934-cü ilin 7 yanvar tarixində ürək tutması nəticəsində vəfat etmişdir.
Beyt HaNassi
Beyt HaNassi (ivr. ‏בֵּית הַנָּשִׂיא‏‎) bəzən Mişkan HaNassi (ivr. ‏מִשְׁכָּן הַנָּשִׂיא‏‎) — İsrail Prezidentinin rəsmi iqamətgahıdır. Qüdsün Talbiya məhəlləsində yerləşir.
Cukki Hanada
Cukki Hanada (花田 十輝, Hanada Jukki, 1969) — Yaponiya ssenaristi, ranobe və komiks yazıçısı. Əvvəllər Koyama Takaonun Brother Noppo (ぶらざあのっぽ) anime ssenarisi evinin üzvü olub.
Divar hanası
Divar hanası (toxucu dəzgah) — Şaquli istiqamətdə, yuxarı hissəsi divara, aşağı hissəsi döşəməyə dayanan, xalça toxumaq üçün istifadə edilən toxucu dəzgah Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan xalçaları hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın iki növü mövcuddur; yer hanası və divar hanası. Divar hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Qollar (2 ədəd); Oxlar (2 ədəd); Yan ağacları (2 ədəd); Vərəngalan (1ədəd); Vərəngalanın uzunluğu oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır Çubuq (2 ədəd); Çubuqlar oxların qollar arasındakı uzunluğuna bərabər olmalıdır. Küjü ağacı (1ədəd); Əvvəlcə üfiqi dəzgahlar olan yer hanasından istifadə olunurdu. Yer hanası təkmilləşmiş və zaman keçdikcə şaquli şəklə salınaraq divar hanası adlanan toxucu dəzgah şəklinə düşmüşdür. Şaquli toxucu dəzgah olan divar hanası əriş saplarla dartılmış dördbucaqlı taxta çərçivədir. Toxucu dəzgzah olan hana ustalara təsvirin xətləri və rəngləri ilə çevik işləmək imkanı verir. Hər bir hana ensiz hamar çubuq ilə təchiz olunmuşdur. Arğac ipliyin keçirilməsi üçün əriş saplarda boşluğun yaradılması bu çubuq vasitəsilə həyata keçitrilir.
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島) – Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır. Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi. Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.
Hanae Mori
Hanae Mori (森 英恵, 8 yanvar 1926 – 11 avqust 2022, Tokio) – Yaponiya dəb dizayneri. Kolleksiyalarını Paris və Nyu-Yorkda sərgiləmiş iki yapon qadından biridir və ilk asiyalı qadındır ki, moda evi Fransa Moda Federasiyası tərəfindən "yüksək moda" kimi qəbul edilib. 1951-ci ildə Yaponiyada öz moda evini açıb və 1990-cı illərdə 500 milyon dollarlıq beynəlxalq biznesə çevrilib. == Karyerası == Mori 8 yanvar 1926-cı ildə Şimane prefekturasının Muikayçi şəhərində anadan olmuşdur. Tokio Qadın Xristianlıq Universitetində məzun olduqdan sonra evlənmi və dərzi məktəbinə daxil olmuşdur. 1951-ci ildə Hiyoşiyada ilk atelyesini açmışdır və bir neçə il ərzində yüzlərlə film üçün kostyum dizayn etmişdir. 1965-ci ildə "Şərq Qərblə görüşür" adlı ilk Nyu-York kolleksiyasını təqdim etmişdir. 1977-ci ildə sonra Parisdə "yüksək moda" salonu açılmışdır. Mori Japan Airlines üçün ardıcıl 3 dəfə uniforma dizayn etmişdir. İlk uniforma 1967–70-ci illərdə istifadə olunmuşdur.
Hanae Şibata
Hanae Şibata (d. 27 iyul 1992) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Hanafuda
Hanafuda (yap. 花札) — Yaponiyada yaranmış oyun kartları. == Həmçinin bax == Paçinko == İstinadlar == == Xarici keçidlər == Hanafudanın qaydaları.
Hanami
Hanami (花見, hərfi "hana" - gül və "mi" - baxmaq) - yaponların gül ləçəylərinə seyr etmə ənənəsi, xüsusən albalı ləçəylərinə (桜, sakura).. 1000 ildən çox tarixi olan ənənə indidə çox populyardır. Ləçəylər yalnız yazda iki həftəlik, martdan aprelə kimi olur. Qısa bir zamandan sonra ləçəylər yerə düşür və bu da, öz sirasında, daha bir gözəl mənzərə yaradır. == Tarixi == Ənənə Nara dövründə Çinin Tan sülaləsinin Yaponiyaya təsiri zamanı yaranıb və Heian dövründə məşhurlaşıb. Heian dövründə sakura daha çox diqqət çəkməyə başladı. Sakura ağacı müqəddəs sayılırdı və bu günə kimi Yaponiyanın mədəni rəmzi sayılır. İnsanlar ağaclarda Tanrıların yaşadığına inanırdılar və hanami bayramını ilin başlanğıcını və düyünün əkin vaxtını müəyyən edirdi. İlk dəfə Hanamı anlayışı Gencinin hekayəsi əsərində istifadə olundu. Ondan sonra tanka və hayku poeziyasında "gül" "sakura" demək idi və "hanami" və "gül bayramı" anlayışları yalnız sakura güllərini seyr etmək" mənasını daşıyırdı.
Hanau
Hanau, Almaniya'nın Hessen vilayətinin bir şəhəridir. Qrimm qardaşları bu şəhərdə anadan olublar.Hessen vilayətinin 88 min nəfərlik nüfusu ilə altıncı böyük şəhəridir. == Əhali == Şəhər əhalisi 88.637 nəfərdir. Əhalinin 20% müxtəlif xalqlardır.Əsası isə Türkiyəli işçilərdi. == Qardaşlaşmış şəhərlər == Nöyi-sür-Sen, Fransa Yaroslavl, Rusiya == Şəkillər == == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hanau ilə əlaqəli mediafayllar var.
Hanava Hokiiçi
Hanava Hokiiçi (yap. 塙 保己; 23 iyun 1746 – 7 oktyabr 1821, Edo[d])- Yaponiyanın tanınmış kor mütəfəkkiri, tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərinə yiyələnən Edo dövrünün tanınmış elm xadimi və buddist keşişi. == Haqqında == Hanava Hokiiçi 1746-cı il iyun ayının 23-də Yaponiyanın Musaşi əyalətinin Hokino kəndində (hazırda Saytama Prefekturasında Xondzyo şəhəri) anadan olub. O, Edo dövrünün tanınmış kor elm xadimi və buddist keşişi idi. Hokiiçi 7 yaşı olanda kor qalmışdır. 15 yaşı olanda Edoya gəlmişdir. Burada o, Ametomi Kengyoda şagird olur. Bir neçə ustaddan tarix, ədəbiyyat, tibb elmləri və hüquq biliklərini öyrənmişdir. Onlardan biri və ən məşhuru Kamo Mabuçi (Kamo no Mabuçi) idi. 34 yaşında o, Yaponiyanın milli tarixini yazmağa başlamağa qərar verir.
Uqo Hanaşiro
Uqo Hanaşiro (8 aprel 1981) — Braziliyanı təmsil edən stolüstü tennisçi. Uqo Hanaşiro Braziliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 25-ci pillənin sahibi olub.
Yer hanası
Yer hanası (toxucu dəzgah) — üfüqi istiqamətdə, torpağa və ya döşəməyə uzadılan, parça, xalça və xalça məmulatları toxumaq üçün istifadə edilən sadə toxucu dəzgah. Qədim zamanlardan bizim günlərə qədər əllə toxunan məmulatlar hana adlanan sadə dəzgahlarda toxuyurdular. Hana, paralel və əks tərəfləri olan dördbucaqlı şəklində toxucu dəzgahdır. Hananın ikinövü mövcuddur; yer hanası və divar hanası. İlk öncə yer hanası meydana gəlmişdir. Yer hanası aşağıdakı əsas hissələrdən ibarət olur: Yer hanasının hər bir hissəsinin öz vəzifəsi var. bir cüt köndələn dolağacdan, onları bir-birindən xeyli aralıda, sabit saxlayan iki cüt mıxçadan, gücü ağacından və gücülənmiş əriş taylarını üfüqi vəziyyətdə saxlayan 3 ədəd çatma ayağından ibarət idi. Hana kompleksi ağız çubuğu, çarpaz çubuğu, asma ipləri, və taxta "qılınc" ilə tamamlanırdı. XX əsrin əvvəllərinə qədər geniş çeşiddə istehsal edilən yun parçaların bəzi növləri (şal, mahud, tirmə, dügürd, cecim, çul, ladı və s.) yer hanasında istehsal edilirdi. Yer hanasında, daha çox qadınlar tərəfindən toxunan şal (yer şalı), əsasən, ailənin daxili ehtiyacını ödəməklə, əsrlər boyu ev peşəsi kimi qiymətləndirilmişdir.
Şaşin hanayome
Fotogəlin (写真花嫁, şaşin hanayome, ing. picture bride) və ya bəzən poçtla gələn gəlin (ing. mail-order bride) – XX əsrin əvvəllərində ABŞ-yə miqrasiya etmiş yapon kişilərin özlərinə Yaponiyadan gəlin tapmaq üçün istifadə etdikləri praktika. Yaponiyaya qayıtmaq istəməyən kişi miqrantlar ölkələrindəki əlaqələndirici şəxslərin vasitəsilə özlərinə uyğun gəlin tapırdılar. Bu zaman cütlük bir-birini ancaq fotoşəkillərdən tanıyırdı və fotogəlin ancaq ABŞ-yə gələndə əri ilə tanış ola bilirdi. Fotogəlinlər ABŞ-də yapon icmasının formalaşmasında vacib rol oynamışdırlar: ABŞ-də yapon kişilərlə qadınların sayında bərabərliyi təmin etmiş və ABŞ yaponları arasında ailə həyatını stabilləşdirmişdir. Onların uşaqları ABŞ vətəndaşı olmuş və yapon icmasının ABŞ cəmiyyətinə assimilasiyası üçün vasitəçi olmuşdurlar. ABŞ-yə miqrasiya etmiş birinci nəsil yaponların çox böyük qismi kişilər olmuşdur. 1905-ci ildən sonra ABŞ-də məskunlaşmağa qərar verən kişi miqrantlar evlənmək üçün fotogəlin praktikasından istifadə etməyə başlamışdırlar. Fotogəlin praktikasının mənşəyi Yaponiyadakı evlilik konsepsiyası ilə əlaqədardır.
Hanako (rəqqasə)
Hisa Ota (大田 ひさ, Ota Hisa, 7 may 1868, Ovari vilayəti[d], Tokaydo[d] – 2 aprel 1945, Gifu) və ya səhnə adı ilə Hanako (花子) – Yaponiya aktrisası və rəqqasəsi. Aşağı dərəcəli geyşa olan Hanako XX əsrin əvvəllərində Avropadakı performanslarına görə tanınır. == Həyatı və karyerası == Hisa Ota 1868-ci ildə Gifu şəhərində doğulmuşdur. Beş yaşından etibarən nihon-buyu rəqsini öyrənməyə, 10 yaşından etibarən isə səyahət edən teatr truppası ilə məşq etməyə başlamışdır. Geyşa karyerasına hazırlaşmaq üçün rəqs və musiqi öyrənmişdir. 1901-ci ildə o, bir vodevil ansamblı ilə Avropaya səyahət etmiş və 1902-ci ildə Danimarkanın paytaxtı Kopenhagendə çıxış etmişdir. Uzun və qısaboy bədən quruluşuna malik olan Ota Londonda yerləşən Savoy teatrında çıxış edərkən ABŞ rəqqasəsi Loi Fuller tərəfindən "kəşf edilmişdir". Fuller əvvəllər də Yakko və Kavakami kimi şinpa sənətçiləri üçün bahalı Avropa turları təşkil etmişdi. Fuller Otadan təsirlənmiş və onu ansamblın ulduzuna çevirmişdir. Bundan sonra Ota özünə Hanako səhnə adını qəbul etmişdir.
Suzuşi Hanayaqi
Suzuşi Hanayaqi (花柳 寿々紫, Hanayaqi Suzuşi, 15 avqust 1928, Docima[d] – 1 oktyabr 2010) – Yaponiya müasir rəqqasəsi və xoreoqrafı. Hanayaqi 15 avqust 1928-ci ildə Osaka şəhərinin Docima bölgəsində doğulmuşdur. O, nihon-buyo rəqsi üzrə Hanayaqi məktəbində şiha (hərf. usta) dərəcəsini əldə etmişdir. Han Takehara və Yaşiyo İnoedən ciuta-may dərsləri, Takaya Equçidən neur-tanz dərsləri və Hisao Kanzedən no dərsləri almışdır. Hanayaqinin nihon-buyo rəqsi üzrə debüt çıxışı 1955-ci ildə baş tutmuşdur. 1961-ci ildə Nyu-Yorka köçmüş, orada Marta Qrehem, Mers Kanninqem və Anna Halprindən rəqs və xoreoqrafiya dərsləri almışdır. Hanayaqi ABŞ-də Hanter Tamaşa Evi, Asiya Cəmiyyəti, Texnologiya Dəb İnstitutu, "The Village Gate" və Cudson Memorial Kilsəsi kimi yerlərdə çıxış etmişdir. O, Cudson Rəqs Teatrının qurucusu olmuşdur. 1984-cü ildə avanqard teatr direktoru Robert Vilson ilə əməkdaşlıq etməyə başlayaraq onun "Diz oyunları" əsəri üçün rəqs etmiş və xoreoqrafiya hazırlamışdır. Hanayaqi xoreoqrafiya işlərinə Paris Opera Balet Teatrı üçün hazırlanmış "Müqəddəs Sebastyanın şəhidliyi" baleti və Bastiliya Operası üçün hazırlanmış "Madam Batterflay" operası daxildir.
Altınəmək (Hanak)
Altınəmək — Türkiyənin Ərdəhan ilinin Hanak ilçəsində kənddir. Əhalisi 44 nəfərdir (2021). Kənddə müsəlman türkmənlər yaşayır.
Hanak
Hanak — Ərdəhan ilinin Hanak ilçəsində bir şəhər və eyniadlı ilçənin mərkəzidir. Əhalisi 2,880 nəfərdir (2021). Əhalisi türklərdən ibarətdir. Digər bir mənbəyə əsasən şəhər əhalisi Axısqa türklərindən ibarətdir.
Hanak ilçəsi
Hanak — Ərdəhan ilinin bir ilçəsidir. Mərkəzi Hanak şəhəridir. Sahəsi 647 km² və əhalisi 8,418 nəfərdir (2021). Əhalisi əsasən türklərdən (Axısqa türkləri və Dədəli türkmənləri) az sayda isə kürdlərdən ibarətdir. İlçə əhalisinin əksəriyyəti müsəlman olaraq Axısqa türkləri sünni hənəfi, Dədəli türkmənləri ələvi, Kürdlər isə sünni şafi məzhəbinə etiqad edirlər.

Значение слова в других словарях