HİDROBİOLÓGİYA

[ yun. hydor, bios – həyat və logos – söz] Biologiyanın, su mühitində yaşayan orqanizmlərin həyatını öyrənən bəhsi.
Dəniz heyvanlarının və bitkilərinin yayılması xüsusiyyətlərinin öyrənilməsi inkişaf edib, bioloji elminin xüsusi bölməsi – hidrobiologiya – suda həyat haqqındakı elm olmuşdur. “Sualtı aləm”.
HİDROAKÚSTİKA
HİDRODİNAMİ́K
OBASTAN VİKİ
Hidrobiologiya
Hidrobiologiya su orqanizmləri və onların xarici mühitlə qarşılıqlı əlaqəsindən bəhs edən elm. Hidrobiologiya, əsasən, ekoloji elm olub okeanların, dənizlərin və şirin suların bioloji məhsuldarlığını öyrənir. Orqanizmlərin suda yaşamasında xarici mühitin rolu böyükdür. Xarici mühit amillərinə suyun şəffaflığı, temperaturu, duzluluğu, suda həll olmuş qazlar, biogen elementlər və sairə aiddir. == Ümumi == Yunanca hydor — su, bios – canlı, loqos – söz, elm sözlərindən yaranmışdır. Hidrosferdə yayılmlış birhüceyrəli orqanizmlərdən başlamış məməlilərədək bütün canlıları, onların növ tərkibini, ekoloji göstəricilərini, bir-biri ilə və mühitlə qarşılıqlı münasibətlərini öyrənən elm sahəsidir. Hidrosfer özünün canlı aləmi – hidrofaunası ilə birlikdə insanın yaşayışında əvəzedilməz rol oynayır. Bəşəriyyətin inkişafı ilə birlikdə bütün sututarlar içməli və texniki su təchizatı, kənd təsərrüfatı sahələrinin suvarılması, balıqçılıq təsərrüfatı sahələri, energetika, gəmiçilik, istirahət və başqa məqsədlər üçün daha intensiv istifadə edilir. == Məqsəd və vəzifələri == Müasir hidrobiologiyanın əsas məqsədi su ekosistemlərində baş verən mürəkkəb bioloji proseslərin mahiyyətini dərk etmək və onları idarə edə bilmək vərdişlərinə yiyələnməkdir. Başqa sözlə, başdan ayağa ekoloji elm sahəsi olan hidrobologiya sututarlarda bioloji məhsuldarlığın artırılması və onlardan daha çox istehlak əhəmiyyətli məhsul (balıq, molyusk və xərçəng) əldə edilməsi ilə bərabər, həm də insanların təmiz su ilə təminatının elmi əsaslarının işlənilib hazərlanması ilə məşğul olur.

Значение слова в других словарях