HİMAYƏ

is. [ ər. ] Birini (daha zəif olanı) qoruma, ona havadarlıq və qayğı göstərmə, qanadı altına alma; himayəçilik. Nənə himayəsində böyümək.
– Telli indi bir ilə yaxındı ki, qaynının himayəsində yaşayırdı. S.Hüseyn.
Aslan [Mansuru] götürüb, öz himayəsi altında saxlayaraq … oxutdururdu. C.Cabbarlı.

□ Himayə olmaq – bax himayəsinə almaq (götürmək).
[Dərviş:] Bu fikri başından çıxart, qızım, get, atana himayə ol! Ə.Haqverdiyev.

Himayəsinə almaq (götürmək) – himayə etmək, havadarlıq etmək, qayğı göstərmək; sığındırmaq, qanadı altına almaq. Yetimləri himayəsinə götürmək.
[Səlim] həm onu, həm oğlunu; Aldı himayəsinə. B.Vahabzadə.

// Məc. mənada.
…Qız qaratikan kolunun himayəsinə sığınmış xırdaca çiçəkli boyaqgülünün kövrək zoğlarını gördü. Ə.Məmmədxanlı.

// məc. Qayğı, kömək, diqqət, arxa. Yoldaşın himayəsi.
[Fərman Mələyə:] Yaxşı bir dostun himayəsinə, köməyinə ehtiyacın vardır. M.İbrahimov.

□ Himayə etmək – qorumaq, qanadı altına almaq.
…İran əksinqilabını himayə edən çar hökuməti öz içərisindən çürüməkdədir. M.S.Ordubadi.

Синонимы

  • HİMAYƏ havadarlıq — hamilik — qayğı
HİM-CİM
HİMAYƏÇİ
OBASTAN VİKİ
Himayədar (film,1985)
Himayədar (ing. The Protector) — Ceki Çanında çəkildiyi,ABŞ-Honq Konq İstehsalıdır. İkinci ("Böyük Döyüş" dən sonra) və yenidən Amerika film bazarına nüfuz etmək cəhdi olan bu film uğusuz nəticə qazandı. == Məzmun == Billi Vonq (Ceki Çan) Honq Konqdan gələn New York polisidir. Heç bir çətinlik və təhlükə qarşısında dayanmayacaq və cinayətkarı tutmaq üçün qorxmaz və rəhbərlərinin əmrlərini pozmayacaq insandır. Bir gecə izlədikdən sonra bir neçə quldurun soymağa qərar verdiyi bir kafedə ortağı ilə birlikdə zəng edir. Başlanan atışma zamanı Vonq'un ortağı ölür.Qisas almaq üçün susuz qaldığı üçün yenə cinayətkarları üstələyir, lakin çoxsaylı polis qaydalarını pozduğuna görə yalnız rəhbərlərindən töhmət alır.
Himayədar (film, 1985)

Значение слова в других словарях

двоетёсный задвижно́й и́чиги ли́ственничник нумерова́ние обюрокра́чивать паха́ть пригре́в рассказа́ться узурпи́роваться похвала́ путёвый распя́лочный филосо́фия коек Arius asbestosis sap-green sawdust металлический напастись начёс нивелировщик подплыть тюленевые