HÜMEHR
HÜMEYR
OBASTAN VİKİ
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. == Həyatı == Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xaba­rovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziy­yat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.
нелицензио́нный охло́пывать пакга́узный прокача́ться репатриа́нт шабло́нность бакши́ш бормота́ние голо́вушка кожа́н подтира́ние сострада́ние хроно́метр ванна dukery encyc flapper mode reflate treaty woodreeve биокибернетика загрузка обмерять поистине