HÜMEYİR
HÜMMƏT
OBASTAN VİKİ
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, Konstantinopol, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, 1939-cu ildə İsmət İnönünün prezidentliyi dövründə Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
акклиматизи́ровать матери́ться медиева́льный на́пповый Недо́брый си́гма брошюро́вочный демонта́жный забола́чиваться мемуари́стка перелива́ться дребездень карбовать biradial symmetry boccie coheritor comprehensive eupnea master-builder old-maidish respectfulness автогонки загребать подвёртывать узаконить