Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hümeyir Əhmədov
Hümeyir Əhmədov (tam adı: Əhmədov Hümeyir Hüseyn oğlu; 14 avqust 1958, Bakı, Azərbaycan SSR, SSRİ) — pedaqogika üzrə elmlər doktoru, professor, RF Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasnın, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, akademik, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Elmi-pedaqoji kadr hazlığı şöbəsinin müdiri. == Həyatı == Hümeyir Əhmədov 14 avqust 1958-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Bakı şəhəri Binəqədi rayonu 30 nömrəli orta məktəbin I sinfinə getmiş və 1975-ci ildə 246 nömrəli orta məktəbi bitirdikdən sonra, elə həmin il V.İ. Lenin adına Qırmızı Əmək Bayrağı ordenli Azərbaycan Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olmuşdur. İnstitutda ali təhsil almaqla yanaşı 1976-cı ildə Zaqafqaziya komsomol məktəbini «əla» qiymətlə bitirmiş, 1976-1977-ci illərdə institutda fəaliyyət göstərən ictimai peşələr fakültəsinin jurnalistika şöbəsinin dinləyicisi olmuş, 1979-cu ildə həmin institutu fərqlənmə diplomu ilə bitirərək, təyinatla Xaçmaz stansiyası 45 nömrəli dəmir yolu orta məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. == Fəaliyyəti == 1979-1981-ci illərdə Vətən qarşısında borcunu Uzaq Şərq hərbi dairəsinin Xaba­rovsk-Vladivostok diyarlarında yerləşən hərbi hissələrdə yerinə yetirmiş, tərxis edildikdən sonra əmək fəaliyyətini Saatlı stansiyasında 33 nömrəli dəmir yolu orta məktəbində riyaziy­yat, fizika və əmək müəllimi kimi davam etdirmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildən A.S.Makarenko adına 12 nömrəli rus dili təmayüllü internat məktəbində riyaziyyat müəllimi işləyən Hümeyir Əhmədovun elmə olan marağı onu 1984-cü ilin payızında Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna gətirmişdir. Ə.A.Ağayevin rəhbərliyi ilə pedaqogika nəzəriyyəsi və tarixi şöbəsində əyani aspirant kimi təhsilini müvəffəqiyyətlə başa vuraraq, 1988-ci ilin yayında “Azərbaycan SSR-də hamılıqla ümumi orta təhsilə keçilməsinə hazırlıq və onun həyata keçirilməsi” (1961-1977-ci illər) mövzusunda 13.00.01- pedaqogika nəzəriy­yəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1987-ci ilin noyabrında institutun pedaqogika nəzəriyyəsi və tarixi şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunmuş, 1989-cu ilin aprelindən isə böyük elmi işçi vəzifəsinə seçilmişdir. 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi attestatı almışdır.
Büzeyir
Büzeyir — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 442 nəfərdir. == Toponimiyası == Bizeyir kəndi dağətəyi ərazidə yerləşir. Toponim talış dilindəki biz (keçi) və zeyid (saxlamaq) sözlərinin birləşməsindən əmələ gəlib, "keçi saxlanılan yer" mənasında izah olunur. Əslində biz (dağ) və yer komponentlərindən ibarət toponim "dağətəyi sahə" mənasını da bildirir.
Hüseyin
Hüseyn — Daha çox islam dünyasında yayılmış kişi adı. Hüseyn ibn Əli — tam adı Hüseyn ibn Əli ibn Əbu Talib olan imam. Hüseyn adlı ilk şəxs. Hüseyn Rəvazadə — həkim Hüseyn Avni Qarslıoğlu — Hüseyn Həsənov (alim) — Hüseyn Hüseynov Hüseyn Hüseynov (alim) — Hüseyn Hüseynov (professor) — Hüseyn Hüseynov (şair) — Hüseyn Kıvrıqoğlu — Hüseyn Qabulov — Hüseyn Qafarov — Hüseyn Quliyev Hüseyn Quliyev (general-mayor) — Hüseyn Quliyev (səfir) — Hüseyn Sözlü — Hüseyn Talıbov — Hüseyn Yusubov — Hüseyn bəy Şərifbəyov — Hüseyn ibn Ruh Nobəxti — Hüseyn İbrahimov (neftçi) — Hüseyn Əli Hüseynov — Hüseyn Arac — Hüseyn Vaiz Kaşifi — Hüseyn Xəlilov (alim) — Hüseyn ağa Sarıcalı-Cavanşir — Hüseyn bin Abdullah — Hüseyn Hüsnü Paşa — Hüseyn Həmadani — Hüseyn Mamə (Bükan) — Hüseyn Nadim Naxçıvani — Hüseyn Zeynalov (alim) — Hüseyn Ələkbərov — Hüseyn Azəri — Hüseyn Səhhaf — Hüseyn bəy Ququşov — Hüseyn Əbdülhüseynov —Sovet partiya və dövlət xadimi, "İşıqlı yol" (indi "Şərurun səsi") qəzetinin baş redaktoru, İkinci Dünya müharibəsinin iştirakçısı. Hüseyn Əsgərov —Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, Azərbaycan Respublikası Əməkdar müəllim[1] Aşıq Hüseyn Aşıq Hüseyn Şəmkirli — 1811–1891 Aşıq Hüseyn Bozalqanlı — 1868–1941 Aşıq Hüseyn Dəmirçi — 1885–?
Hüseyin Bodaninski
Hüseyin Bodaninski (d. 1 dekabr 1877, Simferopol Rusiya imperiyası – v. 17 aprel 1938, SSRİ) — Krım Tatarı əsilli tarixçi, arxealoq, etnoqraf, incəsənət xadimi və siyasi aktivist. Bağçasaray şəhərindəki Krım xan sarayı muzeyinin ilk direktoru. == Həyatı == Hüseyin Bodaninski 1 dekabr 1877-ci ildə Rusiya imperiyasının Simferopol bölgəsindəki Badana kəndində anadan olmuşdur. 1888-ci ildə dövlət məktəbini bitirmiş, 1888-1895-ci illərdə Simferopoldakı Tatar müəllim məktəbində, 1895–1905-ci illərdə Moskvadakı Stroqanov məktəbində oxumuşdur. Stroqanov məktəbini bitirdikdən sonra 1907-ci ilə kimi Simferopol Ticarət məktəbində qrafika müəllimliyi etmişdir. 1907-ci ildən sonra Stranqov məktəbinin müdiri kimi işləmişdir. 1911–1917-ci illərdə Sankt-Peterburqda dekorativ işləmişdir. Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnmişdir.
Hüseyin Cavid
Hüseyn Cavid (doğum adı: Hüseyn Abdulla oğlu Rasizadə; 24 oktyabr 1882, Naxçıvan, İrəvan quberniyası, Rusiya imperiyası – 5 dekabr 1941, Tayşet rayonu[d], İrkutsk vilayəti) — Azərbaycan şairi, yazıçı və dramaturq. Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavid milli romantik şeirin və mənzum faciənin banisidir. İbtidai təhsilini Naxçıvan molla məktəbində, orta təhsilini M. T. Sidqinin "Məktəbi-tərbiyə" adlı yeni üsullu məktəbində almışdır. 1899–1903-cü illərdə Təbrizin "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, "Cavid teatrı" kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atmışdır. 1926-cı ildə müalicə üçün Almaniyaya gedən və 7 ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şerlər yazır.
Hüseyin Cəfərov
Hüseyin Cəfərov ( ) — Azərbaycanlı şəhid. == Həyatı == Cəfərov Hüseyn Səməd oğlu 1915-ci ildə Gədəbəy rayo-nunun Göyəlli kəndində doğulmuşdur. == Hərbi xidməti == 1941-ci ildən 1945-ci ilə qədər müharibədə olmuşdur. Müharibədən gələndən sonra Yamən Həmid qızı ilə evlənmişdir. Bir oğlanları olmuşdur. O da 13 yanvar 1980-ci ildə vəfat etmişdir. 13 mart 1990-cı ildə Cəfərov Hüseyn Səməd oğlu meşə-dən odun gətirərkən ermənilər onu diri tutaraq Krasno-selski rayonuna aparmışlar. Bu günə qədər Hüseyn Səməd oğlu itkin düşmüşdür. == İstinadlar == http://www.gedebey-ih.gov.az/page/77.html.
Hüseyin Həmidzadə
Həmidzadə Hüseyn Akif oğlu (15 oktyabr 1995, Bakı şəhəri – 1 noyabr 2020, Xocavənd rayonu) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Həmidzadə Hüseyn Akif oğlu – 1995-ci il oktyabr ayının 15-də Bakı şəhərində anadan olub. Əslən Şəki rayonu Oxud kəndindəndir. 2013-cü ildə Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbini bitirmişdir. 2014–2018-ci illərdə Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində ali təhsil almışdır. 2018-ci ildə Murovdağ zirvəsində həqiqi hərbi hissədə xidmətdə olmuşdur. 27 sentyabr 2020-ci ildə başlamış İkinci Qarabağ müharibəsi zamanı Vətənə olan bağlılığı, düşmənə olan nifrəti onu sakit dayanmağa qoymur və könüllü olaraq Cəbrayıl rayon Komissarlığına yazılaraq, qısa müddət ərzində ön cəbhəyə yollanır. == Şəhadətlik zirvəsi == Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının işğaldan azad edilməsində misli görünməmiş qəhrəmanlıq göstərir, düşmənin çox sayda tankını, ağır texnikasını sıradan çıxarır. 25 oktyabrda Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı ağır yaralanan Hüseyn 01 noyabr 2020-ci ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Şəki rayonunun Oxut kənd məzarlığında dəfn olunub.
Hüseyin Kürkçü
Hüseyin Kürkçü — krım tatar türkoloq, dilçi, pedaqoq. Filologiya elmləri namizədi olan o Krım Pedaqoji İnstitutunda dərs deyib. Ömrünün 16 ilini əmək düşərgələrində keçirdikdən sonra 1957-ci ildə bəraət alaraq azad olub. == Haqqında == Hüseyin Kürkçü 23 yanvar 1905-ci ildə Bağçasarayda anadan olub. Məktəb illərində şair, pedaqoq Yaqub Şakirəlinin şagirdi olub. Orta təhsilini bitirdikdən sonra İsmayıl Qaspıralı adına Bağçasaray Müəllimlər Seminariyasına daxil olur. 1924-1926-cı illərdə Bakı Dövlət Universitetinin tarix-filologiya fakultəsində təhsil alıb. Burada Vasili Bartold, Bəkir Çobanzadə, Əziz Qubaydullin kimi alimlərdən dərslər alır. Bakıdakı təhsilini bitirdikdən sonra Krıma qayıdaraq burada Kökköz kənd məktəbində dərs deməyə başlayır. "Okuv işleri" (Tədris işləri) jurnalında fəaliyyət göstərir.
Hüseyin Sultanov
Hüseyn Fərhad oğlu Sultanov (6 aprel 1996, Hacıqurbanoba, Xaçmaz, Azərbaycan — 21 oktyabr 2020;, Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyin Sultanov 6 aprel 1992-ci ildə Xaçmazın Hacıqurbanoba kəndində anadan olub. Hüseyn ailədə 3 qardaşın ən kiçiyi idi. 2009-cu ildə Xaçmaz şəhər 2 saylı orta məktəbi bitirib Sumqayıt Dövlət Universiteti'nin İqtisadiyyat və idarəetmə fakültəsinə daxil olub. 2013-2014-cü illərdə hərbi xidmətdə olmuşdur. Daha sonra dövlət qulluğuna qəbul olaraq Dövlət Statistika İdarəsinin Xaçmaz Rayon Şöbəsində çalışmışdır. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hüseyn Sultanov Füzulinin azad edilməsində savaşıb. 21 oktyabr 2020-ci ildə Xocavəndin Düdüklükəndinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Xaçmazda torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseyin Sultanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Hüseyin Türkmen
Hüseyin Türkmen (1 yanvar 1998, Ağcaabad, Trabzon ili) — Türkiyə Superliqasında çıxış edən Trabzonsporun futbolçusu. == Karyerası == === Trabzonspor === Trabzonsporda ilk matçına 12 dekabr 2017-ci ildə keçirilən Trabzonspor-Ərzurumspor matçında çıxıb. Matç Trabzonsporun 5–1 hesablı qələbəsi ilə başa çatıb. Trabzonsporda ilk qolunu 9 fevral 2022-ci ildə keçirilən Dənizlispor-Trabzonspor matçının 8-ci dəqiqəsində vurub. Matç Trabzonsporun 1–2 hesablı qələbəsi ilə başa çatıb.
Hüseyin Əsgərov
Hüseyin Ramiz oğlu Əsgərov (3 iyun 1995; Gədəbəy rayonu, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Hüseyin Əsgərov 1995-ci il iyunun 3-də Gədəbəy rayonunun Qoşabulaq kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Hüseyin Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Hüseyin Əsgərov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 19-da Gədəbəy rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyin Əsgərov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üzeyir Abdullayev
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009). == Həyatı == Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrosmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib.
Üzeyir Abduramanov
Üzeyir Abduramanov (12 (25) mart 1916 – 19 yanvar 1991) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı səngər qazmaqla məşğul olub. 15 yanvar 1944-cü ildə Soj çayı boyunca ağır düşmən atəşi altında və qoşunların təhlükəsiz daşınmasını təmin edərək Sovet İttifaqı Qəhrəmanı elan. == Həyatı == 25 mart 1916-cı ildə Krımda dünyaya gəlib. 1933-cü ildə oxuduğu Ticarət məktəbindən məzun olduqdan sonra Simferopol şəhərində işləməyə başlayıb. 1939-cu ildə isə Qırmız Ordu qoşunlarına çağırılıb. 1991-ci ildə Navoiy şəhərində vəfat edib. == Fəaliyyəti == Abduramanov Barbarossa əməliyyatı başlandıqdan bir müddət sonra İkinci Dünya müharibəsində döyüşmək ön cəbhəyə aparıldı; əvvəllər Xalxin Məqsəd müharibəsində döyüşmüşdü. Belarusiyaya keçməzdən əvvəl Stalinqrad döyüşündə iştirak etdi. 1943-cü ildə Qomel rayonundakı münaqişə əsnasında Qırmızı Ordu qoşunlarının irəliləməsi üçün buzlu Soj çayı boyunca bir körpü inşa etmək vəzifəsi verildi.
Üzeyir Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Hacıbəyov
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. == Həyatı və yaradıcılığı == Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir. 2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin] 2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar.
Üzeyir Məmmədli
Məmmədli Üzeyir Məhəmməd oğlu (26 avqust 1987, Bərdə) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus. == Həyatı == 1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. == Təhsili == 1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur. == İctimai Fəaliyyəti == Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub.
Üzeyir Novruzov
Üzeyir Novruzov (ing. Uzeyer Novruzov) - Azərbaycanlı sirk ustası. Üzeyir Novruzov hal-hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. == Ginnesin Rekordlar Kitabında == Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Üzeyir Rüstəmov
Üzeyir Əyyub oğlu Rüstəmov (17 may 1997; Şəmkir rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Üzeyir Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Üzeyir Rüstəmov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üzeyir İbrahimov
Üzeyir İbrahimov (18 yanvar 1984, Laçın rayonu) — Azərbaycan qapıçı məşqçisi, qapıçı mövqeyində çıxış etmiş keçmiş futbolçusu. Hal-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır. == Həyatı == Üzeyir İbrahimov 18 yanvar 1984-cü ildə Laçın rayonunda anadan olub. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub. 2004–2006-cı illərdə "Neftçi" FK-nın yeniyetmə komandalarının qapıçılar üzrə məşqçisi işləyib. 2007–2017 ci ildə "İnter" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2017–2018 ci ildə "Keşlə" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakultəsini bitirmişdir. UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir. 2010–2012-ci ildə Azərbaycanın U-17 yığma komandasında qapıçıların məşqçisi vəzifəsində işləyib.
Üzeyir Şabanbəyov
Üzeyir Əliyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Humeyra
Pərvane Əmir Əfşari(farsca:پروانه امیر افشاری), Humeyra(farsca:حمیرا) adıyla tanınan İran müğənnisi == Həyatı == Humeyra 17 mart, 1945-ci ildə Tehran şəhərində zadəgan bir ailədə dünyaya gəlib. Əmir-Avşari soyundan, Avşar elindəndir. Əslən Zəncanlıdır. Nəcib bir ailəyə mənsub bu qızın birdən-birə oxumaq istəməsi qohum-qəbilənin narazılığına səbəb oldu.Lakin o, oxumağa üstünlük verdi.
Hümeyra xanım Sultan
Hümeyra xanım Sultan və ya Hümeyra Özbaş (4 iyun 1917, Nişantaşı, Konstantinopol, Osmanlı imperiyası – 17 may 2000, Quşadası, Türkiyə) — son Osmanlı sultanı VI Mehmedin qızı Fatma Ülviyə Sultanın qızı, Osmanlı xanım sultanı. == Həyatı == Hümeyra xanım Sultan 1917-ci ildə nənəsi Əminə Nazikəda xanımın Nişantaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı sədrəzəmi Əhməd Tofiq Paşanın oğlu İsmayıl Haqqı bəy, anası son Osmanlı sultanı Sultan Vahidəddinin qızı Fatma Ülviyə Sultan idi. 1922-ci ildə atası İsmayıl Haqqı bəy Mustafa Kamal Paşanın Anadoluda başlatdığı İstiqlal müharibəsinə könüllü olaraq qoşulmuş, bu səbəblə babası Sultan Vahidəddin tərəfindən atası və anası ayrılmışdır. Bir il sonra isə anası Zülfiqar İsmayıl Paşanın oğlu Əli Heydər Gərmiyanoğlu ilə evləndirildi və balaca Hümeyra da ailəsi ilə birlikdə Nişantaşındakı bir köşkdə məskunlaşdı. Ancaq 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra 7 yaşlı Hümeyra ailəsiylə birlikdə İtaliyanın San-Remo qəsəbəsində yaşayan babası Sultan Vahidəddinin yanına getmiş, babasının 1926-cı ildə vəfatından sonra cənubi Fransadakı Menton qəsəbəsində məskunlaşmışdır. Atasının siyasi gücündən istifadə edərək Atatürkün verdiyi xüsusi icazəylə əfv qanunundan öncə Türkiyəyə gələn ilk Osmanlı mənsubu idi. Əvvəlcə atasının diplomatik pasportu ilə, daha sonra isə öz adına çıxardılan pasportla ölkəyə gedib gəlməyə başladı. Nəhayət, 1939-cu ildə İsmət İnönünün prezidentliyi dövründə Hümeyra Özbaş və Ənvər Paşa ilə Naciyə Sultanın övladları Mahpeykər xanım Sultan, Türkan xanım Sultan və Sultanzadə Əli bəyə Türkiyə vətəndaşlığı verildi. Atası İsmayıl Haqqı bəy anası Ülviyyə Sultandan ayrıldıqdan sonra Bülent Əcəvitin anasının xalası olan Fərxundə xanımla evlənmiş, bu səbəblə Bülənt Əcəvitlə uzaq qohumluğu olmuşdur.
Hüseyin Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Pir Hüseyin türbəsi
Pir Hüseyin xanəgahı — Pir Hüseyin türbəsi (Hacıqabul) — Pirsaatçay xanəgahı ərazisində yerləşən türbə. Pir Hüseyin türbəsi (İrəvan) — Qərbi Azərbaycanın (indiki Ermənistan) Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində (indiki Arqavand) qırmızı tuf daşdan inşa edilmiş səkkiztilli türbə.
Humeyl
Humeyl — İranın Kirmanşah ostanının İslamabad Qərb şəhristanının Humeyl bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,303 nəfər və 306 ailədən ibarət idi.
Buzeyir mağarası
Büzeyir mağarası — Lerik rayonu ərazisində Büzeyir inzibati ərazisində yerləşən mağara. == İnzibati ərazisi == Buzeyir mağarası Lerik rayonu ərazisində, Talış dağlarının ən yüksək zirvəsində yerləşir. Düşərgə Zuvandçayın sol sahilində olub, dəniz səviyyəsindən 1640 metr yüksəklikdə, Zuvandçayın müasir yatağından 300-350 metr yüksəklikdə yerləşir. Buzeyir mağarasının yerləşdiyi müasir ərazi Talış dağlarının ən mənzərəli guşələrindən biri olub, ətrafları ağac örtüyü ilə əhatə olunmuşdur. Aparılan kəşfiyyat işləri nəticəsində Zuvandçay vadisində mağaralar və qaya sığınacaqları qeydə alındı. Lerik rayonu ərazisini İranla sərhəd boyunca Talış silsiləsi, bundan şimalda Peştəsər silsiləsi, sonra isə Buravar silsiləsi əhatə edir. Talış və Peştəsər silsilələri arasında Zuvand çökəkliyi yerləşir. Ən yüksək zirvələri Kömürgöy (2492 m) və Qızyurdudur (2433 m).Əsasən üçüncü geoloji dövrdə formalaşmış Talış dağları bir növ Kiçik Qafqaz dağlarının davamıdır. Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında vulkanik proseslər daha kəskin olmuş, ona görə də buradakı mağaralar vulkanik yolla əmələ gəlmişdir. Talış dağlarının yüksək zirvələri tamamilə çılpaqdır.