Hürufi-münfasilə
Hürufi-münfasilə (osman. حروف منفصله), xətti-cədid, xətti-Ənvəri, Ənvər yazısı, Ənvəriyyə, ordu əlifbası və yaxud alman yazısı — Ənvər Paşanın Osmanlı türkcəsinin yazılmasını asanlaşdırmaq üçün ərəb əlifbasını dəyişdirərək əldə etdiyi yazı sistemi. Sistem Hərbiyyə Nəzarətinin də töhfəsi ilə uzun müddət istifadədə qaldı. Bu sistemə görə hərflərin son formaları bir-biri ilə əlaqələndirmədən yazılır və saitlər də göstərilirdi. Ənvər Paşa 1917-ci ildə bu sistemi öyrətmək üçün Əlifba adında bir oxu kitabı hazırladı. Yazının rəsmi olaraq sona çatması, yoxsa kortəbii şəkildə tərk edilməsi bilinmir. Bu yazı sistemi 35-i samit və 10 sait-i olmaqla cəmi 45 hərfdən ibarətdir.