hərbculuq 2021
hərbçilik
OBASTAN VİKİ
Hərbçi
Hərbi qulluqçu — hərbi xidmətin yerinə yetirilməsi ilə əlaqədər xüsusi hüquqi statusa malik şəxs. Müddətli (əsgər) və müddətsiz (zabit və gizir) xidmət edə bilərlər. Hərbi qulluqçuya bir qayda olaraq hərbi rütbə verilir. Hərbi rütbə hərbi and qəbul edildikdən və xüsusi təhsil aldıqdan sonra verilir.
Eduard Ayanyan (hərbçi)
Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919, Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi. == Həyatı == Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. 1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur.
Elvin Səfərov (hərbçi)
Elxan Hüseynov (hərbçi)
Hüseynov Elxan Hüseyn oğlu (21 avqust 1963, Bakı – 2 oktyabr 2011, Danimarka) — polkovnik, Ordu Korpusunun əməliyyat və döyüş şöbəsinin rəisi. ”Danimarka-Azərbaycan dostluq cəmiyyəti”nin sədri (2001). == Həyatı == Elxan Hüseynov 1963-cü il avqust ayının 21-də Bakı şəhərində anadan olmuşdur. Əslən Ağdaş rayonunun Qolqəti kəndindəndir. O, 1976-cı ildə Bakı şəhəri Nizami rayonundakı N saylı məktəbi bitirdikdən sonar general Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə təhsil almışdır. O, 1980-ci ildə həmin məktəbi bitirmiş və ali hərbi təhsilini Azərbaycan SSR Rəyasət Heyəti adına Ali Ümumqoşun Zabitlər məktəbində davam etdirmiş və 1984-cü ildə oranı fərqlənmə diploma ilə tamamlamışdır. 1998-ci ildə isə NATO Hərbi Akademiyasını Fərqlənmə ilə bitirmişdir. == Fəaliyyəti == Elxan Hüseynov 1984-1986-cı illərdə Əfqanıstanda baş leytenant kimi kəşfiyyat tağımının komandiri vəzifəsində çalışmışdır. O burada döyüşlərin birində qəlpə yarası almışdır. 1986-cı ildə kapitan rütbəsinə layiq görülən Elxan Hüseynov 1988-ci ilə kimi Türküstan Hərbi Dairəsində bölük komandiri, 1988-1990-cı illərdə Macarıstanda Qərb Hərbi Dairəsində bölük komandiri, 1990-1991-ci illərdə isə Ukrayna Hərbi Dairəsində tabor komandirinin müavini vəzifəsində işləmişdir.
Elçin Məmmədov (hərbçi)
Elçin Qarayev (hərbçi)
Elçin Vəli oğlu Qarayev — "Beynəmiləlçi döyüşçü", Əfqanıstan müharibəsi veteranı (1987–1989), Qarabağ müharibəsi veteranı (1991–1994). == Həyatı == Elçin Qarayev 1969-cu il yanvar ayının 1-də Mingəçevir şəhərində dünyaya gəlmişdir. Əslən Ağdamın Novruzlu kəndindəndir. Orta təhsilini Mingəçevir şəhər 12 saylı orta məktəbdə almış, 1986-cı ildə buradan məzun olmuşdur. 1987-ci ildə hərbi xidmətə çağırılmış, Türkmənistana səfərbər edilmiş, 2 ay sonra oradan da SSRİ-Əfqanıstan müharibəsinə yollanmışdır. 1-ci müharibədən döndükdən sonra daxili işlər orqanlarında yol polis əməkdaşı kimi xidmətə başlamış, 1991-ci ildə Birinci Qarabağ müharibəsinə yollanmışdır. Ağdam, Kəlbəcər, Füzuli, Zəngilan, Ağdərə, Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak etmiş, döyüş yoldaşlarını, yaralıları döyüş meydanından çıxararaq həyatlarını xilas etmişdir. 1994-cü ildə Qarabağ müharibəsindən geri dönmüşdür. Hal-hazırda Azərbaycanda həyatda olan az saylı 2 müharibə veteranlarındandır. Ailəlidir, 2 oğlu var.
Elçin Quliyev (hərbçi)
Elçin İsağa oğlu Quliyev (22 sentyabr 1967, Sumqayıt) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Silahlı Qüvvələrinin general-polkovniki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi rəisi (2002-ci ildən), Azərbaycan Sərhəd Qoşunlarının komandanı (2001–2017), Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini (2001–2002). == Həyatı == Elçin Quliyev 1967-ci il sentyabrın 22-də Sumqayıt şəhərində anadan olmuşdur. Elçin Quliyev 1974–1978-ci illərdə Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbdə, 1978–1982-ci illərdə isə buradakı 23 nömrəli tam orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1982–1984-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirmiş, 1984-cü ildə isə Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olmuşdur. 1988-ci ildə oradan məzun olmuşdur. == Fəaliyyəti == Elçin Quliyev 1988–1992-ci illərdə Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda bir sıra vəzifələrdə xidmət etmişdir. 1992-ci ildə Azərbaycan Ordusunun sıralarında xidmət etməyə başlamışdır. 1992–1996-cı illərdə Xudat şəhərində əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996–2001-ci illərdə isə Xudat şəhərində sərhəd dəstəsinin rəisi vəzifələrində xidmət eləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 mart 2001-ci il tarixli Fərmanına əsasən Elçin Quliyev Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini — Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir. 2001-ci il avqustun 15-də isə Elçin Quliyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən general-mayor hərbi rütbəsi vermilmişdir.
Elşad Quliyev (hərbçi)
Elşad Vəli oğlu Quliyev (19 dekabr 1972; Zəngilan şəhəri, Azərbaycan SSR — 6 aprel 2012; Gəncə şəhəri, Azərbaycan) — Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı, "Qartal" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçusu, I Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == Elşad Quliyev 1972-ci il dekabrın 19-da Zəngilan şəhərində həkim ailəsində anadan olub. Atası Vəli Quliyev həkim-cərrah, anası Kəsirə Quliyeva isə həkim-ginekoloqdur. 1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alan Elşad Quliyev, 1990—1995-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra, yəni 1995-ci ildən etibarən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətə qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə rəisi və şöbə rəisi kimi vəzifələrdə xidmət edib. 2012-ci il aprelin 6-da Gəncə şəhərində "Mahrasa bağı" adlanan ərazidə yerləşən mənzildə terrorçularla baş verən atışma zamanı şəhid olmuşdur. == Ailəsi == Sevinc adlı xanımla ailəli idi. Əmmar və Nəim adlı 2 oğlu yadigar qaldı. == Mükafatları == (16.03.2005) — "İgidliyə görə" medalı (26.06.2005) — "Qüsursuz xidmətə görə" III dərəcəli medalı (28.03.2009) — "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı (28.03.2009) — "Vətən uğrunda" medalı (09.04.2012) — "Azərbaycan Bayrağı" ordeni (ölümündən sonra) == İstinadlar == == Mənbə == Təranə Şükürova.
Fuad Məmmədov (hərbçi)
Fuad Məmmədov (31 yanvar 1968, Bakı – 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, 2018–2020-ci illərdə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini — Maddi-Texniki Təminat Baş İdarəsinin sabiq rəisi.221 nömrəli məktəbdə təhsil alıb. == Həyatı == Fuad Məmmədov 31 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirib. 1990-cı ildə Riqa Ali Hərbi Aviasiya Mühəndislər məktəbini bitirmiş və həmin ildən 1992-ci ilədək Zaqafqaziya Hərbi Dairəsində xidmətini davam etdirmişdir. 1992-ci il aprel ayında Müstəqil Dövlətlər Birliyinə məxsus Sitalçay hərbi aeroduromundan Su-25 markalı hərbi təyyarənin Azərbaycan tərəfinə qaçırılmasının təşəbbüskarı və iştirakçısı olub. Düşmənə qarşı aparılan hərbi əməliyyatlarda həmin təyyarədən istifadə edilmişdir. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və dəfələrlə döyüş uçuşları keçirib. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrində qrup rəhbəri, eskadrilya komandirinin müavini, baş mühəndis, Hərbi Hava Qüvvələri Komandanının MTT üzrə müavini vəzifələrində xidmət edib. Müdafiə Nazirinin 25.06.2018-ci il tarixli sərəncamı ilə vəzifəsinə təyin olunub. 9 iyul 2020-ci ildə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
Fərid Əliyev (hərbçi)
Fərid Əliyev (tam adı: Fərid Vaqif oğlu Əliyev) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Əliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Kamil Məmmədov (hərbçi)
Kamil Məmmədov (azərb. Məmmədov Kamil İsmayıl oğlu‎; 4 fevral 1942, Quba – 14 iyul 2023) — general == Həyatı == Kamil Məmmədov 4 fevral 1942-ci ildə Quba şəhərinin Müxtədir küçəsindəki 45 nömrəli evdə doğulmuşdur. 1 nömrəli şəhər orta məktəbini bitirmişdir. 1959-cu ildə Qubadakı kənd təsərrüfatı texnikumuna daxil olmuş, tərəvəzçi ixtisası üzrə texnikumu bitirmişdir. 12 noyabr 1963-cü ildə hərbi xidmətə çağırılmış, üç il Brest şəhərindəki artilleriya alayında xidmət etmişdir. Üçillik Tambov şəhərindəki hərbi artilleriya məktəbini 1967-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Hərbi məktəbi əla qiymətlərə bitirdiyinə görə Almaniya Demokratik Respublikasına göndərilmişdir. 1973-cü ilə kimi orada xidmət etmişdir. 1973-cü ildə baş leytenant rütbəsində baş qərargahın arxa cəbhə və Nəqliyyat Akademiyasına imtahan verib qəbul olunmuşdur. 1976-cı ildə akademiyanı mayor rütbəsində bitirmiş, Ukraynaya diviziya komandirinin müavini vəzifəsinə göndərilmişdir.
Məhərrəm Seyidov (hərbçi)
Namiq Əhmədov (hərbçi)
Nazim Abdullayev (hərbçi)
Nizami Ələkbərov (hərbçi)
Novruz Aslanov (hərbçi)
Aslanov Novruz Məmmədqulu oğlu (1913, Saray, Bakı qəzası – oktyabr 1942, Taman yarımadası) — hərbçi, II Dünya müharibəsində alay komandiri. Aslanov Novruz Məmmədqulu oğlu 1913-cü ildə Abşeron rayonunun Saray kəndində doğulmuşdur. O, 1942-ci il aprelin 1-də Azərbaycan Bakı DTK-sı tərəfindən orduya göndərilmişdir. 396-cı Taman atıcı diviziyasının alay komandiri olmuşdur. 1942-ci il oktyabr ayında Kerç uğrunda gedən ağır döyüşlərdə həlak olmuşdur. 1942-ci ilin başlanğıcında Taman yarımadası sahilində Sovet qüvvələrinin Azərbaycanda formalaşan 396-cı atıcı diviziyası müdafiə olunurdular. Bu diviziyanın mühasirədə olan bir qrup döyüşçüsü komissar Novruz Aslanovun komandanlığı altında məharətlə mühasirədən çıxaraq Azov dənizi sahilinə çıxmaq istəyən və içi desant qüvvələri ilə dolu olan 7 faşist motorlu qayığını batırmışdır. Bu istiqamətdə sovet ordusunun vəziyyəti çox ağır idi. Son anda alınan qərar əsasında ön xəttdən sovet artilleriya qurğularını geri çəkmək zərurəti yarandıqda bu plan həyata keçirilənədək Novruz Aslanovun başçılıq etdiyi bir sıra qüvvələr faşistlərin sayca qat-qat çox olan ordu birləşmələrinin hücumunun qarşısında durdu. <Правда> qəzetinin 1942-ci il nəşrində qeyd olunan məlumata görə, Aslanov ölümə doğru getdiyini bilirdi.
Qriqori Petrov (hərbçi)
Qriqori Petrov (rus. Петров Григорий Константинович; 1892, Ryazan – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, eser, 26 Bakı komissarından biri. Qriqori Petrov 1917-ci ildə yaranan Bakı kommunasında Bakı şəhərinin mərkəzi hərbi hakimiyyətinin sədri, qırmızı dəstənin komandiri olmuşdur. Qriqori Petrov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
Qəzənfər Ağayev (hərbçi)
Qəzənfər Mahmud oğlu Ağayev (13 oktyabr 1996, Təklə, Cəlilabad rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı. Qəzənfər Ağayev 13 oktyabr 1996-cı ildə Cəlilabad rayonunun Təklə kəndində doğulub. 2013-cü ildə Zərifə Əliyeva adına Cəlilabad rayon 7 saylı orta məktəbi bitirib. Elə həmin il Ali Hərbi Akademiyaya daxil olmuş, 2017-ci ildə akademiyanı bitirib. 2017-ci ildən N saylı hərbi hissədə xidmət edir. Ailəlidir, 1 qızı var. Qızı İkinci Qarabağ müharibəsindən 4 gün öncə dünyaya gəlib. Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ yüksəyliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qəzənfər Ağayev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rafiq Nağıyev (hərbçi)
Rafiq Heydər oğlu Nağıyev (5 oktyabr 1957, Seyidlər, Laçın rayonu) — Qarabağ müharibəsi iştirakçısı, 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi (1992–1994), mayor. Rafiq Nağıyev 5 oktyabr 1957-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1963–1967-ci illərdə Seyidlər kənd ibtidai məktəbində, 1967–1973-cü illərdə Pircahan kənd orta məktəbində, 1973–1976-cı illərdə isə Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alıb. 1976–1978-ci illərdə Belarusiya SSR-də sovet ordu sıralarında hərbi xidmətdə olub. 1978–1979-cu illərdə Gəncə Aliminium zavodunda operator vəzifəsində, 1980–1981-ci illərdə Laçın rayon Baytarlıq müalicəxanasında çalışıb. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq fakültəsinə daxil olub, 1985-ci ildə institutu bitirib. 1985-ci ildən 1991-ci ilə qədər Laçın şəhər 1 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. Həmçinin 1988–1991-ci illərdə Laçın şəhərində yaradılmış Müdafiə Komitəsinin sədr müavini olub. 1 oktyabr 1991-ci ildə 01 saylı əmrlə Laçın Ərazi Özünü Müdafiə Batalyonunun qərargah rəisi, 27 mart 1992-ci ildən 15 oktyabr 1993-cü ilədək 811 saylı Laçın Dağ Atıcı Alayının qərərgah rəisi, 20 oktyabr 1993-cü ildən isə 896 saylı Cəbrayıl Alayının qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.. Sarıbaba dağında və Tığik kəndində keçirilən hərbi əməliyyatlarda uğur qazanmışdır.
Rahim Əliyev (hərbçi)
Ramiz Məmmədov (hərbçi)
Ramiz Xosrov oğlu Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin general mayoru, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1993–1995). Azərbaycan Respublikası Prezidentinin 20 may 1992-ci il tarixli 767 nömrəli Fərmanı ilə daxili işlər polkovniki Ramiz Xosrov oğlu Məmmədova daxili xidmət general-mayoru rütbəsi verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 19 avqust 1993-cü il tarixli 720 nömrəli Fərmanı ilə Ramiz Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. General Ramiz Məmmədov 1993-cü ilin dekabrından başlamış 6 yanvar tarixinə kimi davam edən Horadiz Əməliyyatının təşkilatçılarından biri olmuşdur. Ona verilən xasiyyətnamədə belə yazılıb: "O, qanunvericiliklə Daxil İslər orqanlarına, Daxil Qoşunlara həvalə olunmuş vəzifələrin yerinə yetirilməsəsində, cinayətkarlığa qarşı mübarizənin təşkilində, ictimai qaydaların qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Daxili İslər nazirinin müavini və Daxili Qoşunların komandanı kimi kuratoru olduğu xidməti sahələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə edilməsində düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirib, dövlətin konstitusion qurluşunun mudafiəsində, əmin — amanlğın təmin edilməsində, diqqətə layiq xüsusi rolu olub". Azərbaycan Vətən Muharibesi Veteranlarının ictimai Birliyinin (AVMVİB) generalın yubileyi ilə bağlı təbrikində belə yazılıb: "Genral-mayor Ramiz Məmmədov mənalı həyatının 44 ilini Daxili İslər orqanlarına, Daxil Qoşunlara və Mərkəzi Komitədə müvafiq vəzifəyə həsr edərək şərəfli yol keçib. Vətənə və xalqa sədaqətlə xidmət edib. Rəhbər vəzifələrdə işləyərkən səmərəli fəaliyyəti, təşkilatçılıq bacarığı, işguzarliğı və mənəvi keyfiyyəti ilə, ölkə prezdentinin və Daxil İşlər Nazirliyinin daimi diqqət mərkəzində olmuşdur. General-mayor Ramiz Məmmədovun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə onun bilavastə rəhbəri tərəfindən yuksək qiymətləndirildiynə görə bir sıra medalla, döş nişanları, orden və Fəxri Fərmanla mükafatlandırlıb". O, 1995-ci il iyunun 20-də Daxili Qoşun Komandanı vəzifədən təqaüdə göndərilib.
Rövşən Cavadov (hərbçi)
Rövşən Bəxtiyar oğlu Cavadov (19 oktyabr 1951, Laçın – 17 mart 1995, Bakı) — Azərbaycan həkimi, karateçisi, hərbçisi, milliyətçisi, Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri (1992–1995), Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini (1993–1995). Rövşən Cavadov Bakıda tibb təhsili aldıqdan sonra SSRİ DİN Akademiyasında davam etdirmişdir. O, Əfqanıstan müharibəsi vaxtı cəbhəyə könüllü olmuş, lakin antikommunist fikirlərinə görə onun bu müraciəti hökumət tərəfindən qəbul edilməmişdir. Cavadov bundan sonra Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam etmişdir. Rövşən Cavadov 1980-ci illərin axırlarında siyasi fəaliyyətə başlamış, Qara Yanvar hadisələri zamanı sovet qoşunlarına qarşı göstərdiyi müqavimətdən sonra hərbi fəaliyyətə başlamış və çox keçməmiş hökumət tərəfindən ona polkovnik rütbəsi verilmişdir. Cavadov 1991-ci ilin sonuna qədər respublika XTPD-nin komandanı olmuş, Çaykənd əməliyyatında iştirak etmişdir. O, İsgəndər Həmidov ilə müttəfiq olmuş və Əbülfəz Elçibəyin prezidentliyi dövründə XTPD-yə demək olar ki, qeyri-məhdud nəzarəti ələ keçirmişdi. Onun komandanlığı dövründə XTPD qüvvələri "Goranboy" əməliyyatı əsnasında Ağdərə şəhərinə daxil olmuşdu. 1993-cü ildə Elçibəyin devrilməsindən sonra Surət Hüseynov və Heydər Əliyev ilə müttəfiq olan Rövşən Cavadov Əfqanıstandan mücahidlərin gətirilməsində mühüm rol oynamışdır. Buna baxmayaraq, Bişkek protokolunun imzalanmasından sonra Hüseynov ilə Cavadov Əliyevə qarşı çıxmağa başlamış, 1994-cü ilin axırlarında baş verən qarşıdurmalardan sonra Hüseynov bütün siyasi və hərbi gücünü itirmişdir.
Sergey Sokolov (hərbçi)
Sergey Leonidoviç Sokolov (1 iyul 1911, Evpatoriya, Tavriya quberniyası[d] – 31 avqust 2012, Moskva) — Sovet hərbi sərkərdəsi, Sovet İttifaqı Marşalı (1978), Sovet İttifaqı Qəhrəmanı (1980). SSRİ Müdafiə Naziri (1984–1987). Böyük Vətən müharibəsinin iştirakçısı. 1992–2012-ci illərdə Rusiya Federasiyasının Müdafiə Nazirliyi yanında məsləhətçi. Sergey Leonidoviç Sokolov 18 iyun (1 iyul) 1911-ci ildə Pusiya imperiyasının Tavrida quberniyasının Yevpatoriya şəhərində (indiki KrımRespublikası) qulluqçu ailəsində anadan olmuşdur. 1917-ci il Oktyabr inqilabından sonra ailəsi ilə birlikdə Vyatski quberniyasının Kotelniç şəhərinə köşmüş və gələcək marşalın uşaqlıq illəri bu şəhərdə keçmişdir. 1927-ci ildə O, 9 illik məktəbi bitirmişdir. Əmək fəaliyyətinə istehlak cəmiyyətində qab-qacaq qablaşdırıcısı kimi başlamış, sonra məsul komsomol işinə keçirilmişdir. S.Sokolov 1932-ci ildə Qızıl Ordu sıralarına daxil olmuşdur. Komsomol göstərişi ilə Qorki şəhərində yerləşən zirehli tank məktəbinə daxil olmaq hüququ qazanmışdır.
Türenn (hərbçi)
Anri de La Tur d'Overn, vikont de Türenn (fr. Henri de La Tour d'Auvergne, vicomte de Turenne; 11 sentyabr 1611[…], Sedan – 27 iyul 1675[…]) və ya sadəcə Türenn — Fransa hərbi lideri, Fransa marşalı (1643), Fransanın baş marşalı (1660-cı ildən). Latur d'Overn soyunun nümayəndəsi. O, Otuzillik müharibənin görkəmli hərbi taktiki və strateqlərindən və ən məşhur generallarından biri hesab edilir. Anri de La Tur d'Overn 11 sentyabr 1611-ci ildə anadan olmuşdur. Onun uşaqlıqdan hərbi işlərə marağı var idi. 14 yaşında atasını itirmiş və əmisi Morits Oranlının rəhbərliyi altında döyüş sənətini öyrənmək üçün Hollandiyaya getmişdir. Otuzillik müharibə zamanı sadə əsgər kimi xidmətə başlayan Türenn, bacarığı və cəsarəti sayəsində tez bir zamanda rütbələrdə yüksəlməyə başlamışdır. 1634-cü ildə o, artıq bir alaya komandir təyin edilmiş və 1644-cü ildə Pyemontda yerləşən Trino qalasını tez bir zamanda ələ keçirdiyi üçün marşal rütbəsinə yüksəlmişdir. 1645-ci ildə Yuxarı Reyn ordusuna komandanlıq etmişdir.
İsrafil Məmmədov (hərbçi)
İsrafil Məhərrəm oğlu Məmmədov (16 mart 1919, Qapanlı – 1 may 1946, Yalta, Krım vilayəti[d]) — ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı. 1919-cu ildə martın 16-da Şəmkir rayonu Qapanlı kəndində anadan olmuşdur. Kirovabad sənaye texnikumunu bitirmiş və buradakı toxuculuq kombinatında çalışmışdır. 1939-cu ildə hərbi xidmətə çağrılmış, Böyük Vətən Müharibəsinin başlanmasını cəbhədə qarşılamışdır. 1941-ci ilin iyulunda ona baş serjant rütbəsi verildi. Əvvəlcə o taqım komandiri kimi xidmət etmiş, sonradan isə bölük komandirinin köməkçisi təyin olunmuşdur. 2 dekabr 1941-ci ildə ona kiçik leytenant rütbəsi verilir. 3 dekabr 1941-ci il tarixində onun rəhbərlik etdiyi 20 nəfərlik dəstə Novqorod yaxınlığında, İlmen gölü ətrafında əhəmiyyətli yüksəkliyin alman ordusunun taboruna qarşı qorunmasını təmin etmiş və 10 saat davam edən döyüşdə düşmənin 300 nəfər canlı qüvvəsini məhv etmişdi. Təkcə İsrafil Məmmədovun bu döyüşdə 70 əsgər və 3 zabiti məhv etdiyi bildirilir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 11 dekabr 1941-ci il tarixli fərmanı ilə komandanlığın verdiyi döyüş tapşırığının nümunəvi icrasına və alman işğalçılarına qarşı mübarizədə göstərdiyi rəşadət və qəhrəmanlığa görə İsrafil Məmmədova Lenin ordeni və "Qızıl Ulduz" medalı (№ 554) təqdim edilməklə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Qarabağlı hərbçilər (kitab)
Sovet repressiya siyasətinin qurbanı olmuş azərbaycanlı hərbçilərin siyahısı
Sovet represiyası qurbanı olmuş azərbaycanlı hərbiçilərin siyahısı

Значение слова в других словарях