HƏRƏKƏTSİZLİK

is.
1. Hərəkət olmadığı hal, vəziyyət, tərpənməzlik. Cismin hərəkətdə olması və hərəkətsizliyi bir-birinə əks olan iki haldır.
– Hərəkətsizlikdən bədəni həm dözülməz dərəcədə üşüyür, həm də gizildəyirdi. M.Rzaquluzadə.

2. məc. Lənglik, ağırlıq, tənbəllik, ətalət. İndi [ova getdikdə] Axtarı [tənbəl tulanı] tanımaq olmurdu.
Tənbəllik necə olmuşdu? Hərəkətsizlik harada qalmışdı. S.S.Axundov.

Синонимы

  • HƏRƏKƏTSİZLİK durğunluq — lənglik — ağırlıq
  • HƏRƏKƏTSİZLİK fəaliyyətsizlik — tənbəllik
  • HƏRƏKƏTSİZLİK ölüvaylıq — süstlük
HƏRƏKƏTSİZ
HƏRƏKƏTVERİCİ

Значение слова в других словарях