İdeya

yun. idea – anlayış, təsəvvür, fikir, ideya 1) insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; 2) hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; 3) istək, fikir, plan; “məna”, “mahiyyət” bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; 4) insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; 5) dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; 6) fikir, qayə, məqsəd. Məsələn, sülhü qorumaq və möhkəmləndirmək ideyası.
İdentiv
İdrak
OBASTAN VİKİ
İdeya
İdeya [yun. idea – anlayış, təsəvvür, fikir, ideya] insan şüurunda reallığı əks etdirən təsəvvür və anlayışların məcmusu; insanın reallığa onun dünyaya baxışının əsasını təşkil edən münasibəti; hər hansı bir şeyin məzmununu müəyyənləşdirən fikir, mahiyyət; istək, fikir, plan; "məna", "mahiyyət" bildirən, həmçinin şüur və təfəkkürün kateqoriyaları ilə sıx bağlı olan fəlsəfi termin; insan şüurunda varlığı (həqiqi və ya yanlış şəkildə) əks etdirən və onun bizi əhatə edən mühitə münasibətini ifadə edən anlayış, təsəvvür; dünyagörüşünün əsas və ən mühüm prinsipi; məfkurə, məslək, əqidə. Məsələn, ideya mübarizəsi, ideya silahı; fikir, qayə, məqsəd. Məsələn, [sülh]]ü qorumaq və möhkəmləndirmək ideyası. Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Bütöv Azərbaycan ideyasi
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan ideologiya. == Ərazi == Bütöv Azərbaycan ərazisinə bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan Qum Mərkəzi ostanları və Astara şəhristanı. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın Dərbənd rayonu, Dağıstan Respublikası. Borçalı — Gürcüstanın Aşağı Kartli diyarı. Kərkük, Ərbil və s. — İraq. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.
Heydər Əliyev ideyalarının zəfər yürüşü (kitab)
Çuçxe ideyaları
Çuçxe (kor. 주체, 主體) — Şimali Koreyada Kim İr Sen tərəfindən əsası qoyulmuş ideologiya. "Çuçxe" sözü xanmun sözləri kateqoriyasına aiddir. "Çu" – "sahib", "yiyə", "çxe" – "cisim, varlıq, substansiya, təbiət" deməkdir. Beləliklə, "çuçxe" elə hala deyilir ki, insan eyni zamanda həm özünə, həm də ətrafdakılara sahib olur. Vurğun Əsgərli, "Çuçxe İdeologiyası", məqaləsi.
İdeyalar tarixi
İdeyalar tarixi — bəşəri fikirlərin yaradılması, qorunması və dəyişdirilməsi tarixi prosesi haqqında elm. İdeyalar tarixi intellektual tarix, fəlsəfə tarixi, elm tarixi, ədəbiyyat tarixi və ümumiyyətlə mədəniyyət tarixi ilə sıx əlaqədardır və bu səbəbdən onların bir hissəsi və ya tərkibindəki tətbiq olunan bir intizam kimi qəbul edilə bilər. Metod bir-biri ilə yeni birləşmələrə gələn və ifadə formalarını dəyişən, nisbətən dəyişməz qalan vahid fikirlərin öyrənilməsinə əsaslanır. Konsepsiya bu intizamın qurucusu olan Artur Lavcoy (Great Being Chain of Being: A History of a Idea, 1936) tərəfindən təqdim edilmişdir. Nümayəndələri Artur Lavcoy Rene Uellek Leo Şpitser Pol Azar Tədqiqatçılar İsayya Berlin Mişel Fuko Лавджой, А. Великая цепь бытия: История идеи / Пер. с англ. Владислав Софронов. — М.: Дом интеллектуальной книги, 2001. — 376 с. ISBN 5-7333-0239-9 История идей как методология гуманитарных исследований.

Значение слова в других словарях