im

= in dem; im Kino kinoda, sinemada
Illustrierte
Image
OBASTAN VİKİ
Dami İm
Dami İm (kor. 임다미, ing. Dami Im; 17 oktyabr 1988, Seul) — Cənubi Koreyada anadan olmuş Avstraliya müğənnisi və bəstəkarı. İm doqquz yaşında ikən ailəsi ilə birlikdə Cənubi Koreyadan Avstraliyaya köçmüşdür. O, 2013-cü ildə Avstraliyanın The X Factor musiqi yarışmasında iştirak edərək, qələbə qazanmış və nəticədə Sony Music Australia albom şirkəti ilə müqavilə fürsəti əldə etmişdir. Yarışmadakı qalibiyyətindən sonra İmin "Alive" adlı debüt sinqlı təqdim olunmuşdur. Mahnı Avstraliya hit paradlarında birinciliyə yüksələ bilmişdir. Daha sonra ifaçının öz adını verdiyi ikinci studiya albomu işıq üzü görmüşdür. Albom Avstraliyanın albom siyahılarında zirvədə yer almışdır. İmin Heart Beats adlı üçüncü studiya albomu 2014-cü ildə işıq üzü görmüş və ümumilikdə ifaçının ikinci uğur qazanan albomu olmuşdur.
Frayburq-im-Braysqau
Frayburq-im-Braysqau (alm. Freiburg im Breisgau‎) — Almaniyanın cənub-qərbində yerləşən və Baden-Vürtemberq əyalətinin dördüncü böyük şəhəridir. Alman dilindən tərcümədə "frei" azad, "burg" isə qurulan, işlənən mənasındadır. Qara meşənin qərbindən, Ren ovalığına kimi yerləşən Frayburq, ilıq iqlimi ilə məşhurdur və Almaniyanın ən isti bölgəsidir. "Üç ölkə üçbucağında" (alm. Dreiländereck‎) olan şəhər, İsveçrənin sərhəddindən 60 km və Fransanın sərhəddindən 25 km uzaqlıqda yerləşir. Əhalisinin təxminən 85%'i fransızca danışır və əhalinin əsas hissəsi katolikdir. 1091-ci ildə Zähringerler bir qala tikdilər. Bu qaladan başlayaraq inkişaf edən qəsəbəyə 1120-ci ildə şəhər statusu verildi. Ondan sonra müxtəlif sülalələrin nəzarətində olan Frayburq, 1386-cı ildə Habsburgluların əlinə keçdi.
.im
.im — Men adalarının internet kodu.
İm Yuna
İm Yuna (kor. 임윤아, d. 30 may 1990-cı il) — tanınmış koreyalı müğənni, rəqqasə, aktrisa, model. İlk dəfə 2007-ci ildə «9 Ends, 2 Outs» serialında çıxış edib. Yuna K-Pop qrup Girls' Generationun ifaçısıdır. Yuna 1990-cı ildə Seul, Cənubi Koreyada anadan olub. Yunanın atası və özündən böyük bacısı var. Anası barədə o heç danışmayıb. Onun olmadığı məlumdur. Amma Yuna bu tərəfi barədə susmağa üstünlük verir.
Freiburg im Breisgau
Frayburq-im-Braysqau (alm. Freiburg im Breisgau‎) — Almaniyanın cənub-qərbində yerləşən və Baden-Vürtemberq əyalətinin dördüncü böyük şəhəridir. Alman dilindən tərcümədə "frei" azad, "burg" isə qurulan, işlənən mənasındadır. Qara meşənin qərbindən, Ren ovalığına kimi yerləşən Frayburq, ilıq iqlimi ilə məşhurdur və Almaniyanın ən isti bölgəsidir. "Üç ölkə üçbucağında" (alm. Dreiländereck‎) olan şəhər, İsveçrənin sərhəddindən 60 km və Fransanın sərhəddindən 25 km uzaqlıqda yerləşir. Əhalisinin təxminən 85%'i fransızca danışır və əhalinin əsas hissəsi katolikdir. 1091-ci ildə Zähringerler bir qala tikdilər. Bu qaladan başlayaraq inkişaf edən qəsəbəyə 1120-ci ildə şəhər statusu verildi. Ondan sonra müxtəlif sülalələrin nəzarətində olan Frayburq, 1386-cı ildə Habsburgluların əlinə keçdi.
Stok-im-Ayzen
Stok-im-Ayzen (alm. Stock-im-Eisen‎ – dəmir içində ağac) — orta əsrlərdən bəri, uğur üçün yüzlərlə mismar vurulmuş və mismar ağacı (Nagelbaum) adlanan ağacın kəsilmiş gövdəsi. Hal-hazırda Avstriyanın paytaxtı Vyananın mərkəzində şüşə arxasında yerləşdirilib. Ağacın gövdəsi 2.19 metr (7 ft 2 düym) hündürlüyündədir və beş dəmir bantla divara bərkidilib. Dəmir 1575-ci ilə aiddir və üzərindəki HB hərfləri ehtimal ki, binanın sahibi Hans Buettingerə aiddir. Kötük 1400-ci illərdə əkilmiş küknara aiddir və təxminən 1440-cı illərdə kəsilmişdir. 1975-ci ildə ağac aşkar edilir. İlk mismarlar ağac hələ sağ ikən yəni 1440-a qədər vurulmuşdu. Bu barədə ilk yazılı qeyd 1533-cü ilə aiddir və 1548-ci ildə, o artıq hal-hazırda Stok-im-Ayzen-Platz adlanan bir evin divarında yerləşirdi. Ağac hal-hazırda Çexiya hornblendindən hazırlanmış bir baza üzərində dayanır.
Ço İm-Yon
Ço İm-Yon (d. 14 fevral 1981) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Macarıstan yığmasını 28:33 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və bürünc medal qazandı. Ço İm-Yon Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Crucifera impatiens
Cardamine impatiens (lat. Cardamine impatiens) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. Cardamine apetala Gilib. [Invalid] Cardamine apetala Moench Cardamine basisagittata W.T.Wang Cardamine brachycarpa Opiz Cardamine dasycarpa M.Bieb. Cardamine glaphyropoda O.E.Schulz Cardamine glaphyropoda var. crenata T.Y.Cheo & R.C.Fang Cardamine impatiens var. acutifolia Knaf Cardamine impatiens var. angustifolia O.E.Schulz Cardamine impatiens var. dasycarpa (M.Bieb.) T.Y.Cheo & R.C.Fang Cardamine impatiens subsp. elongata O.E. Schulz Cardamine impatiens var.
Cəfər Şərif İmami
Cəfər Şərif İmami(fars. جعفر شریف‌امامی‎ — 'Jafar Sharif-Emami') (9 sentyabr 1910, Tehran – 16 iyun 1998, Nyu-York, Nyu-York ştatı) — İran siyasətçisi, baş nazir. Cəfər Şərif İmami 9 sentyabr 1910-cu ildə Tehran şəhərində anadan olmuşdu. İbtidai və orta təhsilini doğma şəhərində almışdı. Ali təhsilə Almaniyada yiyələnmişdi. Atası tanınmış din xadimi idi. Cəfər Şərif İmami İran Dəmiryolunda iş fəaliyyətinə başlamışdı. Cəfər Şərif İmami 6 iyun 1998-ci ildə Nyu-York şəhərində vəfat edib.
Cəfərli (İmişli)
Cəfərli — Azərbaycan Respublikasının İmişli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd Mil düzündədir. Yaşayış məntəqəsi sarıxanlı tayfasının cəfərli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır. Kənd əhalisinin sayı 6313 nəfərdir ki, onun da 3091 nəfəri kişi, 3222 nəfəri isə qadındır.[mənbə göstərin] Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Cəfərli bələdiyyəsi (İmişli)
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Desi (Roma imperatoru)
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.
Dynamosaurus imperiosus
Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi. Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub. Manospondylus gigas Cope, 182 Dynamosaurus imperiosus Osborn, 195 Nanotyrannus lancensis ?
Dənizlər imperatoru
Dənizlər imperatoru və ya Dəniz tanrısı (해신 Hae-sin, ing. Sea God və ya ing. Emperor of The Sea) - 2004-2005-ci illərdə yayımlanan Bədii Televiziya Teleserialıdır. Serial real tarixdə baş verən hadisələr əsasında yaradılmışdır. Serial Cənubi Koreyanın yazıçılarından biri olan 1945-2013-cü illər ərzində yaşamış Çoy İn Honun (Choi In Ho) yazdığı eyniadlı romanın əsasında hazırlanmışdır. Serialda Cənubi Koreyada Şila krallığı (e.ə. 57-935) dövründə baş vermiş hadisələrdən danışılır. Serialda, əsasən, "Dənizlər imperatoru" ləqəbli Çanq Boqonun həyatından danışılır. Çanq Boqo əvvəllər qul olmasına baxmayaraq bir müddət sonra dəniz komandanlığı vəzifəsinə qalxır. Bu zaman çətinliklə qarşılaşır.
Dənizlər imperatoru (teleserial)

Dənizlər imperatoru (teleserial, 2004)

E-imza
Elektron imza və ya e-imza — məntiqi olaraq digər məlumatlarla əlaqəli olan və imza sahibi tərəfindən əlaqəli məlumatları imzalamaq üçün istifadə edilən verilənlər. Bu imza yaradıldığı xüsusi reqlamentin tələblərinə (məsələn, Avropa İttifaqında eIDAS, ABŞ-də NIST-DSS və ya İsveçrədə ZertES) riayət etdiyi müddətcə əlyazma imza ilə eyni hüquqi statusa malikdir. Elektron imzalar rəqəmsal imzalardan fərqli hüquqi anlayışdır, elektron imzaları həyata keçirmək üçün tez-tez kriptoqrafik mexanizm istifadə olunur. Elektron imza elektron sənədə əlavə olunmuş ad qədər sadə ola bilsə də, rəqəmsal imzalar elektron ticarətdə və elektron imzaları kriptoqrafik cəhətdən qorunan şəkildə həyata keçirmək üçün tənzimləyici sənədlərdə getdikcə daha çox istifadə olunur. NIST və ya ETSI kimi standartlaşdırma agentlikləri onların həyata keçirilməsi üçün standartlar təmin edir (məsələn, NIST-DSS, XAdES və ya PAdES). Konsepsiyanın özü yeni deyil, ümumi hüquq yurisdiksiyaları teleqraf imzalarını hələ XIX əsrin ortalarına kimi tanımış və 1980-ci illərdən bəri faksla göndərilmiş imzaları qəbul etmişlər. Elektron imza əməliyyat zamanı imza sahibi üçün etibarlı və dəqiq eyniləşdirmə metodunu təmin etmək üçün nəzərdə tutulub. Elektron imzanın izahı müvafiq yurisdiksiyadan asılı olaraq dəyişir. Əksər ölkələrdə ümumi məxrəc aşağıdakıları tələb edən qabaqcıl elektron imza səviyyəsidir: İmza sahibi unikal şəkildə müəyyən edilə və imza ilə əlaqələndirilə bilər İmza sahibi elektron imzanı yaratmaq üçün istifadə edilmiş şəxsi açara tək nəzarət etməlidir İmza, mesaj imzalandıqdan sonra onu müşayiət edən məlumatların dəyişdirildiyini müəyyən edə bilməlidir. Müşayiət olunan məlumatlar dəyişdirildikdə, imza etibarsız hesab edilməlidir Elektron imzalar yüksək təhlükəsizlik səviyyələri ilə yaradıla bilər, hər birinin öz tələbləri və imzanın etibarlılığını sübut edən müxtəlif səviyyələrdə yaratma vasitələri vardır.
Elnur İmamverdiyev
Elnur Vəfadar oğlu İmamverdiyev — (01.09.2001; Carlı, Kürdəmir, Azərbaycan — 25.10.2020; ?, Azərbaycan) Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elnur İmamverdiyev 1 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı 2020-ci il oktyabrın 25-də qəhrəmancasına şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Eloy İmaniraquya
Eloy İmaniraquya (1 yanvar 1995) — Ruandalı üzgüçü. Eloy İmaniraquya Ruandanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Eloy İmaniraquya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 26.43 saniyəlik nəticəsi ilə 68-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Elvin İmaməliyev
Elvin Elsevər oğlu İmaməliyev 9 may 1989; Qırılı, Ağstafa rayonu — 10 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi Elvin İmaməliyev 1989-cu il mayın 9-da Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 1995–2006-cı illərdə S. Əliyev adına Qırılı kənd tam orta məktəbində, 2006–2010-cu illərdə Azərbaycan Dillər Universitetində (ADU) xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə ali təhsil alıb. 2012-ci ildə müəllimlərin işə qəbulu üzrə imtahanın nəticələrinə əsasən orta təhsil aldığı Ağstafa rayonunun Qırılı kənd tam orta məktəbində müəllim olaraq fəaliyyətə başlamışdır. 2019-cu ildə isə direktorların işə qəbulu üzrə müsabiqədə iştirak edib və yüksək bal toplayaraq Ağstafa şəhəri 1 nömrəli tam orta məktəbə direktor təyin edilib. Rayonun ən gənc məktəb direktoru olaraq tanınırdı. Yeni Azərbaycan Partiyasının Ağstafa Rayon Şöbəsinin Gənclər Birliyinin sədri idi. Ailəli idi. İki oğlu yadigar qaldı. Elvin İmaməliyev 2010–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Elvin İmaməliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb.
Elçin İmanov
İmanov Elçin Bəhrəm oğlu (11 yanvar 1971, Tiləkənd, Yardımlı rayonu) — azərbaycanlı aktyor, rejissor. Elçin İmanov 1971-ci il yanvar ayının 11-də Yardımlı rayonunun Tilə kəndində anadan olub. 1978-ci ildə Yardımlı rayonunun Tilə kənd ibtidai məktəbinin birinci sinfinə qəbul olunub. 1988-ci ildə Masallı rayonunun C.Cabbarlı adına Ərkivan kənd orta məktəbini bitirib və həmin ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. İnstitutda oxuyarkən 1990-cı ildə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işə başlayıb. 1993-cü ildə institutu bitirib və həmin ildən teatrda baş səhnə maşinisti kimi fəaliyyətini davam etdirib. Bundan başqa teatrda həm də aktyor kimi fəaliyyət göstərir. 1996-cı ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist vokalist kimi çalışır. Həmçinin İctimai televiziyada rejissor kimi bir neçə verlişin müəllifi olub. 2005-ci ildə "Tənbəlin toyu" filmi ilə özünü rejissor kimi də sınayıb.
Elçin İmanov (aktyor)
Elçin İmanov (Şəhid)
Emil İmanov
Emil İmanov (7 yanvar 1983, Sumqayıt) — Azərbaycan alimi, implantoloq ağız cərrahı, baş həkim, beynəlxalq stomatoloji nəşriyyat "Quintessenz"in Azərbaycan bölməsinin ("Quintessenz-az" jurnalının) baş redaktoru. Azərbaycanda stomatoloji implantologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Emil İmanov 7 yanvar 1983-cü ildə Sumqayıtda anadan olmuşdur. 1989-cu ildə 14 saylı orta məktəbə daxil olub və 1999-cu ildə bu məktəbi bitirdikdən sonra həmin ildə AzərbaycanTibb Universitetinin Stomatologiya fakültəsinə daxil olmuşdur. 2004-cü illərdə məzun olduqdan sonra 2005–2006-cı illərdə Avstriyanın tələbə mübadilə proqramı (ÖAD) ilə təqaüd qazanaraq Avstriyanın Qraz Tibb Universitetində üz-çənə cərrahiyəsi və implantologiya üzrə ixtisaslaşma keçmişdir. 2009–2011 ci illərdə Finlandiyada və Almanyanın Freiburg, Erlangen, Ulm, Nürmberq şəhərlərinin tibb universitetlərində və özəl klinikalarında implantalogiya ixtisası üzrə qısa müddətli kurslar keçmişdir. 2012–2014 illərdə Almaniyanın İohann Volfqanq Göte adına Frankfurt Universitetində Oral İmplantologiya üzrə Master təhsili almışdır. Ailəlidir. Üç övladı var. 2006–2011-ci illərdə Sumqayıt şəhər 2 saylı xəstəxanada üz-çənə cərrahı ixtisası üzrə işləmişdir.
Erodium cicutarium var. immaculatum
Sikuta durnaotu (lat. Erodium cicutarium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinin durnaotu cinsinə aid bitki növü. Aralıq dənizi sahili olan ölkələr və Şimali Amerikada yayılıb. Azərbaycanda Qobustan, Xaçmaz rayonu, Ceyrançöl və Naxçıvan Muxtar Respublikasının bəzi dağətəyi rayonlarında yayılıb.
Erodium immaculatum

Fatma İmamquliyeva
Fatma Məhərrəm qızı İmamquliyeva (15 iyun 1926, Kənd Şahbuz, Naxçıvan MSSR – 29 iyul 2002, Kənd Şahbuz, Naxçıvan Muxtar Respublikası) — pambıqçı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1951), Sosialist Əməyi Qəhrəmanı (1950). Fatma İmamquliyeva 15 iyun 1926-cı ildə Naxçıvan MSSR-in (indiki Şahbuz rayonu) Şahbuzkənd kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Şahbuz rayonundakı "Kommunist" kolxozunda başlamışdır. 1950–1973-cü illərdə Kirov adına kolxozda sədr, manqabaşçısı, Nizami adına kolxozda manqabaşçısı, İliç rayonu Dəmirçi kənd sovetinin sədri kimi vəzifələrdə çalışmışdır. 1973-cü ildən Nizami adına kolxozda briqadir olmuşdur. 1951-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1949-ci ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 iyul 1950-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü çağırış) deputat seçilmişdir. Fatma İmamquliyeva 29 iyul 2002-ci ildə Şahbuz rayonunda vəfat etmişdir.
Fatma İmamquluyeva

Fransa müstəmləkə imperiyası
Fransızlar Afrikanın qərbi və cənubunu öz hakimiyyətləri altında birləşdirmişdilər. Əsas məqsədləri zənciləri bir-birindən ayrı salmaq idi. Bu yolla bir çox zənci qəbiləsi bir-biri ilə danışa bilməyəcək vəziyyətə gətirilmişdir. Həmçinin missionerlik fəaliyyəti ilə məşğul olaraq Xristianlıq dininin qəbul etdirilməsinə çalışmışdırlar. Hal-hazırda bir çox Qərbi Afrika ölkəsinin dili Fransızcadır. Fransız müstəmləkə imperiyası XIX və XX əsrdə Britaniya İmperiyasından sonra dünyanın ikinci böyük müstəmləkə imperiyasıdır. Fransız müstəmləkə imperiyasının sahəsi ana vətən ilə birlikdə 1900 ilə 1930-cu illər arasında 24.000.000 km² olmuşdur. Bu böyüklük dünyadakı torpaqların sahəsinin 17.8%-inə bərabərdir. Amerikadakı Fransız müstəmləkələrinin ən vacibi şübhəsiz olaraq Kanadadır. Kanadaya ilk ayaq basan Fransızlardan sonra Kanadaya İngilislər çıxmış və işğal etmişdilər.
Fritillaria imperialis
Fritillaria imperialis (lat. Fritillaria imperialis) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.