İSMİ-ƏZƏM

nağıllarda: sehrli, tilsimli dua; Allahın ən böyük adı.
İSMAİLİZM
İSNA-ƏŞƏRİ
OBASTAN VİKİ
İsmi-əzəm
İsmi-əzəm (ərəb. الاسم الأعظم‎, hərf. ali ad) və ya ismi-allahu-əkbər ( ərəb. اسم الله الأکبر‎; hərf. Allahın ali adı) islamda Allahın yalnız peyğəmbərlərə məlum olan ali adı. Bəzi islam hədislərinə görə, kim ismi-əzəm istifadə edərək Allaha dua edərsə, onun duası qəbul olar. Şiə islamında ismi-əzəmin xeyir-dua aktında güclü təsirə malik olduğuna inanılır. İslamda tanrının adları What is Ism Al-Azam?
Vəziri-əzəm
Baş vəzir, sədrəzəm və ya vəziri-əzəm (osman. صدر اعظم, وزیر اعظم) — İslam dünyasında əsasən erkən və orta əsrlərdə hökumət başçısının daşımış olduğu tarixi titul. == Osmanlıda == Osmanlı dövlətində sultanın adından dövlət işlərini idarə edən ən yüksək dərəcəli şəxsə verilən siyasi rütbədir. Bugünkü baş nazir vəzifəsi ilə eynidir. Osmanlı dövlətinin quruluş dönəmində sadəcə vəzir ünvanı işlədilmişdir. Orxan Qazi səltənətində 4 vəzir elmiyyə sinfindən seçilmişdir. I Murad səltənətində Çandarlılar qazılıqdan vəzirliyə yüksəlmiş, eyni dönəmdə vəzirlərin sayı artdığından əvvəlcə I vəzir, II vəzir ifadələri, daha sonra vəzir-i əzəm və nəhayət Bab-ı Əlinin qurulması ilə sədrəzəm ünvanı işlədilmişdir. 15. əsrin sonlarına qədər vəzir sayı üçü keçməmişdir. Vəzirlər Divan-ı Hümayun məclisi üçün Topqapı Sarayının Qübbəaltı adlanan hissəsində yığışdıqları üçün adətən onlar qübbə vəziri və ya qübbəaltı vəziri adlanırdılar.
İsmi xan Cami
İsmi xan Cami (krımtat. İsmi Han Cami) ― Krımda Bağçasaray şəhərində yerləşən XVI—XVIII əsrlərə aid məscid. 2000-ci illərin əvvəlində məscidin bərpası nəzərdə tutulsa da bu vaxta qədər heç bir iş görülməyib. Hazırda məscidin bərpaya ehtiyacı var. Məscid XVI—XVIII əsrlərdə Krım xanının qohumlarından olan İsmi xan tərəfindən tikdirilib. Məscidin xarici fasadında barokko bəzi digər mənbələrə görə isə kalssisizm elementlərindən istifadə olunub. Məscidin digər fərqləndirici cəhəti isə altı guşəli ulduz şəkilində düzəldilən taxta pəncərələridir. Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. Bu isə onun daha da dağılmasına səbəb olub. Krım Diyar İcraiyyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli № 164 qərarı ilə məscid yerli əhəmiyyətli abidə statusu alıb.
Məhəmməd Əzəm Şah
Məhəmməd Əzəm Şah' (d. 28 iyun 1653 – ö. 20 iyun 1707) — daha qısa formada Əzəm Şah olaraq da bilinməkdədir. O, bu adla qısamüddətli də olsa (14 mart 1707 – 20 iyun 1707), Böyük Moğol imperiyasının hökmdarı olmuşdur. O, VI moğol hökmdarı Övrəngziblə onun Səfəvi sülaləsindən olan əsas arvadı Dilras Banu Bəyimin evliliyindən dünyaya gəlmişdir. Məhəmməd Əzəm 12 avqust 1681-ci ildə atası tərəfindən vəliəhd şahzadə elan edilmiş və bu vəzifədə atasının ölümünə qədər qalmışdır. Özünün hərbi kareyerası zamanı Əzəm Berar Subahın, Malvanın, Qucaratın və Dəkkənin canişini kimi xidmət etmişdir. Atasının ölümündən sonra 14 mart 1707-ci ildə Əhmədneqarda moğol taxtına oturmuşdur. Lakin qısa müddət sonra o, 20 iyun 1707-ci ildə Cacau döyüşündə ögey qardaşı Şah Aləmə məğlub olaraq taxtdann endirilmiş və 3 oğlu ilə birlikdə öldürülmüşdür. Şah Aləm isə Bahadur şah adı ilə taxta çıxmışdır.
Əzəm hüseyniyyəsi (Zəncan)
Əzəm hüseyniyyəsi və ya Zəncan böyük hüseyniyyəsi — İran Azərbaycanının Zəncan ostanının Zəncan şəhristanının Zəncan şəhərində yerləşən hüseyniyyə və məscid. Aşura və Tasua günlərində əzadarlıq üçün buraya toplaşanların sayı 500.000 nəfərə qədər yetişir. == Tarix == Qacarlar dövründə təlif olunmuş Tarix-i Darul-Erfan-i Xəmsə kitabı əsasında hüseyniyyə ən azından Əfşar dövründən Zəncan şəhərində fəaliyyət göstərir. Bəzi mənbələrə əsasən isə bu hüseyniyyə Səfəvi dövlətinin son dövrlərində inşa olunmuşdur. Bu hüseyniyyə Zəncan xanlığı dövründə də fəaliyyət göstərərək Qacar dövründə yerli hakimlər və əhali tərəfindən təmir olunmuşdur. Qacar dövründə burası həm məscid həm də mədrəsə olaraq fəaliyyət göstərərimiş; belə ki bəzi tələbələr dini təhsi almağa buradakı mədrəsəyə gəlirdilər. Rza şah Pəhləvi dövründə hökümət adamları hüseyniyyəyə hücuma keçərək buradakı bir sıra dəyərli əşyaları talan edib və hüseyniyyənin bir qismini təxrib etmişlər. Rza şah Pəhləvinin sürgünündən sonra isə hüseyniyyədən təmir işləri aparılaraq yenədən öz əhəmiyyətini kəsb etmişdir. Bura hal hazırda Məkkədəki Mina qurbangahından sonra müsəlmanların aşura günündə ikinci ən çox qurban kəsdiyi yerdir. == Memarlığı == Hüseyniyyə binası əsasən kərpiçdən tikilmiş bir bina olaraq sadə fasada malikdir.
Vəzir-i qorçiyan-i əzəm
Vəzir-i qorçiyan-i əzəm —Ehtimal etmək olar ki, bu halda şah qvardiyaçılarının, qorçilərin hərbi dəstələrinin vəziri və mustoufisi nəzərdə tutulur. Onlar qvardiyaçılar dəstəsinin rəisi olan qorçibaşının yanında xidmət edir, qorçibaşı üçün dəftərxana və mühasibat işlərini yerinə yetirirdilər. Təyinatlar üzrə sənədlər hazırlayır, əmrlərə, vəsiqələrə hesabatlara və s. möhür basır, tapşırıq qeydləri aparırdı. İsgəndər bəy Münşi dövründə böyük qorçilərin vəziri olmuş, Ərəbgirli nəslindən çıxmış Əliqulu bəyin adını çəkir. Həm də bu zaman bildirilir ki, bu vəzifə Səfəvilər hakimiyyətinin əzəlindən onun atası Hüseyn bəyə və nəslinə məxsus olmuşdur. Mirzə Fəthullah İsfahani “böyük qorçilərin mustoufisi” kimi xidmət etmişdir. Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı ,”Şərq-Qərb”,2007, 344 səh.

Значение слова в других словарях