İsmi xan Cami

İsmi xan Cami (krımtat. İsmi Han Cami) ― Krımda Bağçasaray şəhərində yerləşən XVI—XVIII əsrlərə aid məscid.[1] 2000-ci illərin əvvəlində məscidin bərpası nəzərdə tutulsa da bu vaxta qədər heç bir iş görülməyib. Hazırda məscidin bərpaya ehtiyacı var.[2]

İsmi xan Cami
krımtat. İsmi Han Cami
Xəritə
44°45′03″ şm. e. 33°52′02″ ş. u.HGYO
Ölkə Ukrayna Ukrayna
Yerləşir Bağçasaray
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məscid XVI—XVIII əsrlərdə Krım xanının qohumlarından olan İsmi xan tərəfindən tikdirilib. Məscidin xarici fasadında barokko bəzi digər mənbələrə görə isə kalssisizm elementlərindən istifadə olunub. Məscidin digər fərqləndirici cəhəti isə altı guşəli ulduz şəkilində düzəldilən taxta pəncərələridir. [3]

Sovet işğalından sonra məsciddən anbar kimi istifadə edilib. Bu isə onun daha da dağılmasına səbəb olub. Krım Diyar İcraiyyyə Komitəsinin 15 aprel 1986-cı il tarixli № 164 qərarı ilə məscid yerli əhəmiyyətli abidə statusu alıb.[4]

XXI əsrin əvvəllərində məscidin təmir olunacağı gözlənilsə də məscid hələ də yarı dağılmış vəziyyətdədir.

  1. Олекса Гайворонский. "Память Крыма. Мечеть Исми-хан-джами" (rus). crimeantatars.club. 28 sentyabr 2016. 21 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  2. "Исми Хан Джами" (rus). necrotula.ru. 13 may 2015. 21 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  3. "Мечеть Исмихан-джами, г. Бахчисарай" (ukrayna). shukach.com. 21 oktyabr 202 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.
  4. "Mечеть "Исмихан Джами"" (rus). encyclosights.com. 9 mart 2013. 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 oktyabr 2021.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]