İTBOĞAN

сущ. бот. кил. novruzgülü.
İTBAZLIQ
İTBURNU
OBASTAN VİKİ
İtboğan
Vaxtsızçiçək (lat. Colchicum) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin vaxtsızçiçəkkimilər fəsiləsinə aid bitki cinsi. Cinsin nümayəndələrinin vətəni Qərbi Asiya, Avropa, Aralıq dənizi sahillərinin bir hissəsi, Şərqi Afrika sahillərindən aşağı Cənubi Afrika və Qərbi Keypdir. Cinsin bütün növləri zəhərlidir. Vaxtsızçiçək və zəfəran bir-birinə bənzəyir və təsadüfi bir müşahidəçi tərəfindən qarışdırıla bilər. Bununla birlikdə, vaxtsızçiçəyin 3 dişiciyi və 6 erkəkciyi olduğu halda, zəfəranın 1 dişiciyi və 3 erkəkciyi var. Zəfəran sözügedən cins ilə heç bir qohumluğa malik deyil və süsənkimilər fəsiləsinə aiddir. Cinsin adı müasir Gürcüstandakı Kolxida bölgəsinin qədim yunanca adı olan Κολχίς ("Colchis") sözündən gəlir. Kolxida yunan mifologiyasında arqonavtların qızıl yun axtarışı üçün getdiyi və Yasonun Medeya ilə qarşılaşdığı yer kimi təqdim olunur. Bu cinsə daxil olan bitkilər podaqra və erməni xəstəliyini müalicə etmək üçün əczaçılıqda istifadə edilən kolxisin alkaloidinin zəhərli miqdarını ehtiva edir.

Значение слова в других словарях