Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hraçiyan itburnu
Karyagin itburnu
Komarov itburnu
Kozlovski itburnu
Marşal itburnu
Nizami itburnu
Qalxanvari itburnu
Qalxanvari itburnu (lat. Rosa corymbifera) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Ukraynada, Krımda, Rusiyada, Moldovada, Qafqazda, Orta Asiyada, Avropada, Şimali Afrikada, Ön Asiyada, Pirney yarmadasında yayılmışdır. Hündürlüyü 3 m-dək olan koldur. İynələri qarmaqvari, xırda, yarpaqları 5-7, iri yumurtavari, alt tərəfi tükcüklü, sadə dişlidir. Çiçəkləri uzun saplaqlarda, ağ və ya əsasən açıq çəhrayı, orta ölçülüdür, çiçəkaltlığı lansetvaridir, kasayarpaqları aşağıya əyilmiş, lələkvaridir. İyun-iyulda çiçəkləyir. Meşədə açıq yamaclarda, orta dağ qurşağına qədər, kölgəli və rütubətli yerlərdə, dağ çaylarının sahillərində, kolların arasında, dəniz səviyyəsindən 2300 m hündürlükdə tək və ya kiçik qruplarla bitir. Kiçik və Böyük Qafqaz (Balakən, Zaqatala), Kür-Araz ovalığında, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir. Balverici, dekorativ bitkidir.
Qazaryan itburnu
Qovuqlu itburnu
Qovuqlu itburnu (lat. Rosa pulverulenta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Qafqazda (Narzan), Rusiyanın Avropa hissəsində, İranda və Kiçik Asiyada təbii areallarına rast gəlinir. Naxçıvan MR və Lənkəran rayonu ərazilərində rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı yerlərdə, daşlı-qayalı quru yamaclarda yayılmışdır. Azərbaycanda dar bir arealda yayılmışdır. Hündürlüyü 50-90 sm-dən çox olmayan, alçaqboy kolcuqdur. Qopartikanı müxtəlifdir. Yarpaqları 3-6 sm uzunluğunda olub, 5-7 yarpaqcıqdan ibarətdir.
Qırışlı itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Qırışıqmeyvəli itburnu
Qırışıqmeyvəli itburnu (lat. Rosa rugosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Rusiyanın qərbində, Çində, Yaponiyada və Koreyada yayılmışdır. Hündürlüyü 0,8-6 m-dək olan, düzdayanan, qalın budaqlı, əlverişli şəraitdə sıx, keçilməz budaqlar əmələ gətirən koldur. Qoca budaqları oduncaqlaşmış, qonur və çılpaq, cavan zoğları açıq yaşıl və sıx tükcüklüdür. Yarpaq yerləşməsi növbəli, saplaqdır. Yalançı zoğları enli, saplaqla bitişmiş, ucu biz, üstü çılpaq, alt tərəfi ağ tükcüklüdür. Xırda yarpaqları yeddi, bəzən beş və ya doqquz, yumru ellipsvaridən uzunsov ellipsvariyədək, uzunluğu 2,5-3 sm, eni 1,5-2 sm, üstü qırışlı, parlaq, alt tərəfi tükcüklü, boz keçəli, kənarları dişlidir. İyun-iyulda çiçəkləyir, əlverişli şəraitdə yenidən sentyabr-oktyabrda çiçəkləyə bilər. Çiçəkləri tək və ya iki-üç, iri, diametri 6-7 sm-dən, uzunluğu 1,5-2 sm olan çiçək saplağında, vəziçiçəklərlə örtülmüş, çiçək altlıqları yumurtavari, ucu bizdir.
Qəhvəyi itburnu
May itburnusu (lat. Rosa majalis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Azərbaycanın dağ-meşə zonalarında və kolluq yerlərində geniş yayılmışdır. Dərman məqsədilə meyvələrindən istifadə olunur. Meyvələri adətən sentyabr-oktyabr aylarında toplanır və quruducularda 70-80 temperaturda qurudulur. Meyvələrin rəngi çəhrayıdan parlaq-qırmızı rəngə keçəndə onları toplamaq məsləhətdir. May itburnusu meyvəsinin tərkibində C vitamini, karotin, B1, B2, K və P vitaminləri, karotinoidlər, flavonoidlər, 18 %-ə qədər şəkər, 4 % aşı maddəsi, 3,7 % limon və alma turşuları, pektin maddələri, dəmir, manqan, fosfor, kalsium duzları və s. vardır. Ona görə də bu meyvələrdən çox zəngin polivitaminli xammal kimi təbabətdə geniş istifadə olunur. May itburnusunun meyvələrindən dəmləmə, konsentrat, şərbət və mürəbbə şəklində bir sıra xəstəliklərin müalicəsində, məsələn skorbutin, C və P Hipo – və avitaminozların, raxitin, qızılyelin, qanazlığının, vərəmin, sidik və öd yolları xəstəliklərində geniş istifadə edirlər.
Ruprexti itburnu
Ruprехti itburnu
Saxokiyan itburnu
Sjunik itburnu
Sosnovski itburnu
İtburnu
İtburnu (lat. Rosa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsin 300 növündən Azərbaycanda 42 növünə rast gəlinir ki, bunların 36-sı yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və qırışıq itburnulardır. Təbiətdə bitkinin əksər zoğları sarımtıl-yaşıl rəngdədir. Birilliklərdə isə silindir şəkillidir və sarımtıl tikanlıdır. Bitkinin yarpaqları 3-5 cüt yarpaqcıqdan ibarət olub yarpaqcığın üst tərəfi yaşıl tüklü, alt tərəfi isə boz tüklüdür. Yarpaqcıqları enli, qaidəsi ürəkvarı, ucu isə əyilmiş sivridir. Yarpaqcıqların uzunluğu 12-15 sm, eni isə 7-10 sm arasında olur.
Adi itburnu
Adi itburnu (lat. Rosa arvensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Afzelina itburnu
Alekseyenko itburnu
Teberdo itburnu
Tuşet itburnu
Tuşеt itburnu
Hamar itburnu
Hamar itburnu (lat. Rosa laevigata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Fedçenko itburnusu
Fedçenko itburnusu (lat. Rosa fedtschenkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Glanduloza-setosa itburnu
Gürcü itburnusu
Gürcü itburnusu (lat. Rosa iberica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, ellipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Meyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çox qalın tüklü vəziciklidir. == Ekologiyası == Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.
Hacıyev itburnusu
Hacıyev itburnusu (lat. Rosa gadzhievii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda, Azərbaycanda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-2 m olan, düzdayanan koldur. Gövdələri qırmızı-qonur, cavan zoğların rəngi isə açıq qonurdur. Gövdəciklərdə iynələri iri, enli bünövrəli, alt tərəfində bir az oraqvari əyilmiş, çiçəkli zoğlarda iti bucaq altında əyilmiş, bəzən qarmaqvaridir. Yarpaqları 5-7 xırda yarpaqlı, uzunluğu 8-10 sm; oval, kənarları mürəkkəb dişli, üstü çılpaq, əsasən oturaq vəziciklərlə sıx örtülmüşdür. Alt tərəfində damarcıqları tükcüklüdür, digər yerləri isə vəziciklərlə seyrək və ya bərabər örtülmüş olu; raxisi çılpaq və ya seyrək tükcüklü olub, ayaqcıqları vəziciklərlə örtülmüşdür. Yalançı zoğların uzunluğu 12-15 mm, bünövrəsindən enli, yaxşı inkişaf etmiş qulaqlı, xırda yarpaqları kimi vəziciklərlə sıx örtülmüşdür. Çiçəkləri əsasən tək, bəzən 3-4 ədəd, iri, açıq çəhrayı; çiçək altlıqlarının uzunluğu 15-20 mm, zəif tükcüklü, kənarları vəziciklidir.
Karyagin itburnusu
Karyagin itburnusu (lat. Rosa karjaginii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, prioritet endemik növüdür. == Qısa morfoloji təsvir == Təbiətdə xırda koldur, hündürlüyü 50-60 sm-ə çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı koldur. Mürəkkəb, təklələkvarı yarpaqları 7 ədəd yarpaqvarı çiçək qrupunda yerləşir. Meyvəsi sentyabr ayından yetişməyə başlayır. Qopartikanları möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yarpaqları 5-6 sm uzunluqda, 7 ədəd 15–18 mm uzunluqda, 10–15 mm enində ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu vəzicikli, kənarı ikiqat itidişli yarpaqcıqlardan ibarətdir. Yarpaqaltlığı alt tərəfdən tək-tək vəzicikli örtülü 5–6 mm enindədir, uzunluğu isə yarpaqcıqların uzununa bərabərdir.
Komarov itburnusu
Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii halda rast gəlinir. == Azərbaycanda yayılması == Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir.
Prilipko itburnusu
Prilipko itburnusu (lat. Rosa prilipkoana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Turyançay boyu, Şimali Kiçik Qafqazda rast gəlinir. Hündürlüyü 1 m-ə qədər olan iri koldur. Birillik budaqları yaşılımtıldır, yastılaşmış və arxaya doğru əyilmiş qopartikanlara örtülüdür. Yarpaqları 5-7 ədəd, 2,4-3,8 sm uzunluqda və 1-1,8 sm enində, lansetşəkilli və ya ellipsvarı, nazik, üst tərəfdən tünd yaşıl rəngli və çılpaqdır. Alt tərəfdən solğun seyrək tüklü, orta damarı boyu bəzən vəzili tüklə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyun aylarında çiçək açır. Kasayarpaqcıqları çiçəkləmədən sonra qabarıq, yaxud horizontal vəziyyət alır və meyvəsi qızarmağa başlıyan kimi tökülür. Çiçəkləri 2-3 olmaqla çiçək qrupuna toplaşmışdır.
Rapin itburnusu
Rapin itburnusu (lat. Rosa rapinii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. İranda, Türkiyədə, Qafqazda təbii halda yayılmışdır. Hündürlüyü 1-2 m, qövsvarı əyilmiş budaqlı koldur. Cavan budaqları tünd qırmızı qabıqlı örtülüdür. Yarpaqları 5-7 sm uzunluqdadır, 7-9 ədəd uzunsov-tərs yumurtavarı formada, üstdən çılpaq, altdan yapışıq tüklə örtülü, kənarı ikiqat dişli, qaidəsi pazvarı, 9-18 mm uzunluqda, 5-10 mm enində yarpaqcıqlardan ibarətdir. May və iyun aylarında çiçək açır. Çiçəkləri tək-təkdir. Çiçək saplağı 3-3,5 sm uzunluqdadır. Ləçəkləri ağımtıl-sarı və ya parlaq sarı rəngdə, bir qədər oyuqlu, tərs yumurtavarıdır.