İxtira

təcrübədə istifadə oluna bilən elm, mədəniyyət, səhiyyə və digər sahələrdə texniki xarakterli məsələlərin yeni proqressiv yaradıcılıqla həll edilməsidir.
İxracın “Könüllü” Məhdudlaşdırılması
İxtisar
OBASTAN VİKİ
İxtira
İxtira keçmişdə məlum olmayan yeni bir şeyin yaradılması; elmin, texnikanın müxtəlif sahələrində texniki həllinə görə fərqlənən və iqtisadi səmərə verən yenilik; bu yeniliyin aşkar edilməsi; yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf, icad etmə, naməlum olan, yenilik əldə etmə; yaratma; Məsələn, yeni maşın ixtira etmək. məcazi mənada uydurma, qondarma, yalan. Məsələn, bu söz sənin ixtirandır; xalq təssərrüfatının, sosial və mədəni quruculuğun və ya müdafiəsinin hər hansı sahəsində məsələnin müsbət səmərə verməklə yeni və mühüm fərqlərlə texniki həlli; məhsulun texniki səviyyəsinin və keyfiyyətinin əhəmiyyətli dərəcədə artırılmasını, texnologiyanın təkmilləşdirilməsini, əmək səmərəliliyinin qaldırılmasını və əmək fəaliyyəti şəraitinin yaxşılaşdırılmasını mümkün edən texniki yenilik; sözün geniş mənasında – texnikanın mövcud səviyyəsini yüksəltməklə məsələnin yeni texniki həlli. Məhdud mənada ixtira dövlətin ixtira kimi tanıdığı və ölkənin mövcud qanunvericiliyinə uyğun olaraq mühafizə etdiyi texniki nəticədir. mövcud olmayan materiya konstruksiyası və ya yeni xüsusi üsul olub, təsərrüfat üçün əhəmiyyətə malikdir. Yeniliyi tapanlara ixtiraçılar deyilir. İxtiraçı adını almaq üçün verilmiş problem həllinin ixtiraçılıq səviyyəsi olmalıdır. İxtira kimi qurğu, üsul, əşya, bitkilərin və heyvanların hüceyrələrinin quruluşlarının təsviri göstərilə bilər. İxtira sənaye mülkiyyəti sayılır. İxtiraçılıq hüququ patentlə müdafiə olunur.
Dörd böyük ixtira
Dörd böyük ixtira Dörd böyük Çin ixtirası — Orta əsrlərdə Çində icad edilən kompas, barıt, kağız və kitab çapının ümumi adıdır. Ad Çin elmini tədqiq edən dahi Britaniya tədqiqatçısı (ing. Joseph Needham) tərəfindən təklif edilmişdir. Gündüz vaxtı istiqamətləri təyin etmək üçün maqnit cihazı ilk dəfə 1044-cü ildə Çin kitabında xatırlanır. Təkmilləşdirilmiş kompas, 1088-ci ildə yazılmış bir yazıda Şen Ko tərəfindən ətraflı təsvir edilmişdir. "Vujing zonqyao" hərbi traktatında (1044), nitrat miqdarı 27 ilə 50 % arasında olan barıt hazırlamağın müxtəlif üsulları təsvir edilmişdir. Xubilay xan dövründə (1260–1294), İnçiüdə (çin. 扬州市 Yángzhōu shì) bir silah-sursat anbarında baş verən partlayış yüz mühafizəçinin ölümünə səbəb olmuşdu. O vaxtlar çinlilər barıt ilə doldurulmuş çuqun qumbaralardan istifadə edirdilər. İlk kağız bizim eradan əvvəl II əsrdə Çində, ipəkdən hazırlanıb.
Azərbaycan Respublikasının əməkdar ixtiraçılarının siyahısı
Ramiz Qulam oğlu Həşimov — 09.04.1991
Azərbaycan SSR əməkdar ixtiraçısı
Azərbaycan SSR əməkdar ixtiraçısı (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар ихтирачысы) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-in xalq təsərrüfatında, texnikanın tərəqqisində xüsusilə böyük rol oynayan, həyata keçirilmiş ixtiraların müəlliflərinə, habelə ixtiraçılığın inkişafında və ixtiraların həyata keçirilməsində xüsusi böyük xidməti olan şəxslərə verilirdi. Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan ixtiraçılar hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə qızıl döş nişanı verilirdi. Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar ixtiraçısı" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar ixtiraçısı" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Azərbaycan ixtiraları və kəşfləri
Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir. Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar. Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir. Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir. Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir. Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.
Azərbaycan ixtiraları və kəşflərinin yaranma tarixi

Azərbaycan ixtiraları və kəşflərinin zaman şkalası

Bəşəriyyətin ixtiralar tarixi
Bəşəriyyətin ixtiralar tarixi — xronoloji ardıcıllıqla düzülmüş dünya ixtiralarının siyahısıdır. == İbtidai-icma quruluşu == === Paleolit dövrü === 2.6mln il əvvəl Daş alətlərin düzəldilməsi 1.5–2 mln il əvvəl Odun kəşf edilməsi 800–400 min il əvvəl Baltanın düzəldilməsi 790 min il əvvəl Afrikada Homo Erektuslar odu əldə etdilər 400 min il əvvəl Zambiyada Piqmentin alınması 400 min il əvvəl Avropada Nizənin düzəldilməsi 164 min il əvvəl Afrikada Daş bıçağın düzəldilməsi 100min il əvvəl Paltarın tikilməsi 77 min il əvvəl Çarpayının yaranması 60 min il əvvəl İynənin yaranması 50 min il əvvəl Oxun düzəldilməsi 36 min il əvvəl Parça və Kətanın hazırlanması 25 min il əvvəl Keramikanın yaranması 16 min il əvvəl Çində Dulusçuluğun yaranması 15min il əvvəl Avstraliyada Bumeranqın düzəldilməsi === Mezolit dövrü === bizim eradan əvvəl (b.e.ə) 10 min il Əkinçiliyin yaranması b.e.ə 9 min il İordan çayı ətrafında Taxıl anbarlarının tikilməsi b.e.ə 8 min il Ağacdan ilk Oyma qayığın düzəldilməsi === Neolit dövrü === b.e.ə 7500 il Çatalhöyük tikililəri b.e.ə 6 min il Mesopotamiyada Soba tikilməsi b.e.ə 4 min il Misirdə Sement hazırlanması b.e.ə 3500 il Çində Baramaçılığın yaranması b.e.ə 3500 il Təkərin düzəldilməsi === Tunc dövrü === b.e.ə 3 min il Mesopotamiyada Mixi yazıları b.e.ə 3 min il Misirdə Papirusdan istifadə b.e.ə 3 min il Misirdə Şamın düzəldilməsi b.e.ə 2800 il Babildə Sabunun hazırlanması b.e.ə 2600 il Mesopotamiyada Döyüş arabalarının düzəldilməsi b.e.ə 2 min il Misirdə Şüşənin tökülməsi.
Corc Vaşinqton (ixtiraçı)
Corc Konstant Luis Vaşinqton (ing. George Constant Louis Washington) — Anqlo - Belçika əsilli ABŞ ixtiraçısı və iş adamı. Corc Vaşinqton inkişaf etdirdiyi hazır qəhvə hazırlama üsulu və bunun kütləvi istehsalını həyata keçirmək məqsədilə qurduğu " G. Washington Coffee Company" adlı şirkətlə tanınımışdır. Belçikada anadan olan Vaşinqton 1897-ci ildə ABŞ-nin Nyu-York ştatında məskunlaşmış, texniki sahələrdə bir sıra uğursuz təşəbbüsdən sonra o, hazır qəhvə istehsalına başlamışdır. Mərkəzi Amerikada olduğu 1906–1907-ci illərdə qazandığı təcrübə ilə 1909-cu ildə özünün istehsal etdiyi qəhvəni satmağa başlayan Vaşinqton, istehsalı sürətləndirmək məqsədilə 1910-cu ildə bir şirkət qurmuşdur. Nyu-York və Nyu-Cersi ştatlarında yerləşən şirkət qısa müddətdə inkişaf etmiş, ABŞ ordusunun Birinci Dünya müharibəsi zamanı qəhvə ehtiyacının böyük bir qismini qarşılamışdır. Reklamları Nyu-York qəzet və radiolarında yayımlanan şirkətin əldə etdiyi uğur Vaşinqtonu zəngin etmiş, nəticədə ixtiraçı Bruklində qaldığı evdən sonra 1927-ci ildə Nyu-Cersidə bir malikanəyə köçmüşdür. Həmin il vergi auditorları ilə problem yaşayan Vaşinqton daha sonra evlənmiş və üç övladı olmuşdur. Vaşinqton ölümündən bir müddət əvvəl şirkətini "American Home Products"a satmaq məcburiyyətində qalmışdır. Qəhvə markasının 1961-ci ildə fəaliyyətinin dayandırılmasına baxmayaraq, Vaşinqtonun adı hələ də "G. Washington’s Seasoning & Broth" adlı məhsuldan istifadə olunur.
Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir (kitab)
İxtiraçı
İxtiraçı — yeni texniki qurğu və ya metod yaradan insan. Əsasən praktiki mühəndislər alimlərin yenilikləri əsasında ixtiralarla məşğul olurlar. Bir çox hallarda ixtiraçılar mövcud qurğunu təkmilləşdirir və ya digəriləri ilə birləşdirirlər.

Значение слова в других словарях