1. Yaradıcı iş nəticəsində keçmişdə məlum olmayan yeni bir şey tapma, kəşf etmə, yaratma, icad etmə. Parovozun ixtirası. Radionun ixtirası. Elektron maşınlarının ixtirası.
□ İxtira etmək (eləmək) – yaradıcı surətdə çalışaraq, keçmişdə məlum olmayan yeni bir şey yaratmaq, icad etmək, düzəltmək. Yeni maşın ixtira etmək.
// Əsasını qoymaq, yaratmaq.
// Yeni ixtira edilmiş şey, ixtiraçının yaradıcı əməyinin məhsulu olan şey; kəşf. İyirminci əsrin ixtiraları. Mühəndisin yeni ixtirası.
2. dan. məc. Uydurma, qondarma. Bu söz sənin ixtirandır.
□ İxtira etmək məc. – uydurmaq, qondarmaq.