Azərbaycan ixtiraları və kəşfləri

Azərbaycan ixtiraları və kəşflərinə Azərbaycanda tarixən və müasir dövrdə yaşamış xalqların və etnik azərbaycanlıların fəaliyyəti daxildir.

Qafqaz Alban mədəniyyəti

[redaktə | mənbəni redaktə et]
  • Alban təqvimi. 352-ci ildən etibarən albanlar Misir sisteminə uyğun təqvim istifadə etməyə başlamışdılar.[1] Bu alban hökmdarı Urnayrın dövründə (313–371) baş vermişdir.
  • Alban əlifbası. Erməni tarixçisi Koryuna görə alban əlifbası erməni dilçisi Mesrop Maştots tərəfindən erməni yepiskopu Ananiya və alban tərcüməçi Benyaminin köməyi ilə 420-ci illərin əvvəlində yaradılıb (və ya yenilənib). Bu alban hökmdarı Yesuagenin dövründə (424–444) baş vermişdir.[2] Qeyri-erməni ilkin mənbələr alban əlifbasının Mesrop tərəfindən yaradıldığını qeyd etmir.[3]
Azərbaycan tarı
  • Qavaldaş. Qobustan dövlət tarixi-bədii qoruğunda qəbilə adamlarının maddi güzəranı üçün istifadə olunan daş musiqi qurğuları.[4]
  • Muğam. Mürəkkəb, ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən musiqi janrı.[5] Muğam yarandığı ən qədim zamanlardan başlayaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesi nəticəsində yetkinləşmiş, formalaşmış və kamilləşmişdir.[6]
    • Muğam operası. İlk nümunəsi Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" muğam operasıdır.
    • Simfonik muğam. 1948-ci ildə Fikrət Əmirov simfonik muğam janrını yaratdı. O, 3 simfonik muğamın: "Şur", "Kürd-ovşarı" və "Gülüstani Bayatı-Şiraz"ın müəllifidir.
    • Caz-muğam. Vaqif Mustafazadə Azərbaycan milli musiqisi ilə caz elementlərini sintez edərək yeni musiqi janrı — caz-muğamı yaratmışdır.
  • Rədif-dəstgah sistemi. Etnoqraflar tərəfindən farsdilli ərazilərin musiqi normalarına uyğun gəlmədiyi bildirilmiş, Jin Durinq isə bu sistemin birbaşa 12 muğam sistemindən gəlmədiyini, mənşəcə azərbaycanlılara uyğun göründüyünü qeyd etmişdir.[7][8]
  • Balaban. Balabanın ilk nümunəsi Mingəçevir qədim yaşayış məskənində tapılıb.[9] Sümükdən hazırlanmış eramızdan əvvəl I əsrə aid olan bu nəfəsli musiqi aləti balabanın ilk prototipi hesab olunur.[9][10]
  • Laqqutu. Müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir.
  • Meyxana. Azərbaycana məxsus, zərb alətinin müşayiəti ilə oxunan və ya deklamasiya edilən metrikləşdirilmiş musiqi-poetik janrı.[11]
  • Azərbaycan tarı. 1875-ci ildə Mirzə Sadıq (Sadıqcan) tərəfindən Səfiəddin UrməviMir Möhsün Nəvvabın nəzəri bilikləri istifadə edilərək yaradılmışdır.[12][13] Azərbaycan tarı çox sürətli şəkildə İran Azərbaycanında, Ermənistanda, Gürcüstanda, bir müddət sonra isə Dağıstanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda və Türkiyədə populyar olmuşdur.[14]
  • Kəlağayı. İpək sapdan toxunmuş dördkünc formalı ənəvi Azərbaycan qadın baş örtüyü.[15]
  • Şəbəkə sənəti. Azərbaycan ustalarının yapışqan və ya mismarsız kiçik odun parçalarını rəngli şüşələrlə tamamlayaraq, hazırladığı pəncərə.[16]
  • Tuğrayi‐şahi xətt növü. Ətiq Ordubadi tərəfindən ixtira edilmişdir.

Dil və ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Tuyuq. Klassik türk ədəbiyyatına məxsus olan tuyuq adlı dördlüklərin meydana gəlməsi də başlanğıcda Azəri ərazisində xalq ədəbiyyatının təsiri altında olmuş və sonradan Cığatay və Osmanlı ədəbiyyatlarına keçmişdi.[17]
  • Sayaçılıq. Azərbaycan sayaçılığın əsil vətənidir.[18]
  • Fars işarət dili. Cabbar Əsgərzadə tərəfindən.
Gürzə yeməyi

Oyunlar və idman

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycansayağı künc zərbəsi. 1994-cü ildə futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb. Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür. Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır. Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur.
  • Proqressiv şahmat. 2013-cü ildə şahmat əsasında yaranan altı nəfərlik rəngarəng intelektual oyun.[26]

Elm və texnologiya

[redaktə | mənbəni redaktə et]

Astronomiya və kosmonavtika

[redaktə | mənbəni redaktə et]
Sputnik-1-in replikası
  • Hacıbəy Sultanov Mars və Yupiter planetlərinin orbitləri arasında yerləşən asteroidlərin mənşəyi ilə bağlı riyazi nəzəriyyənin müəlliflərindəndir. Asteroidlər həlqəsinin Mars və Yupiterin arasında hərəkət edən bir neçə nisbətən böyük ilkin cisimlərin ardıcıl parçalanması nəticəsində əmələ gəldiyini əsaslandırmışdır.[27]
  • İlk süni peyk Sputnik-1. Kərim Kərimov həmtəsisçisidir.
  • İlk pilotlu kosmik uçuş proqramı Vostok 1. Kərim Kərimov həmtəsisçisidir.
  • İlk kosmik dok Kosmos 186 və Kosmos 188 (kosmik gəmilərin təmir yeri). Kərim Kərimov həmtəsisçisidir.
  • İlk kosmik stansiyalar olan Salyut və Mir. Kərim Kərimov həmtəsisçisidir.[28][29]
  • Lev Landaunun kəşfləri. Onun elmi nailiyyətləri arasında kvant mexanikasında sıxlıq matrisi metodunun kəşfi, diamaqnetizmin kvant nəzəriyyəsi, ifrat axıcılıq nəzəriyyəsi, ikinci növ faza keçidləri, ifrat keçiriciliyin Qinzburq – Landau nəzəriyyəsi, plazma fizikasında Landau sönməsinin izahı, kvant elektrodinamikasında Landau qütbü və iki-komponentli neytrinoların nəzəriyyəsidir. Landau ifrataxıcılığın riyazi nəzəriyyəsinin kəşfinə görə 1962-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür.
  • Qaz lazer. Əli Cavan və Uilyam Benet tərəfindən.
  • Lazerin güclənmə mərkəzində lazerin daxilolma gərginliyinin enmə rezonansı hadisəsi. Əli Cavan Uilyam Bennet və C. Lembornla birlikdə kəşf etmişdir.
  • Mod kəsişmələrinin effekti nəzəriyyəsi. 1966-cı ildə Əli Cavan tərəfindən yaradılmış, 1969-cu ildə müşahidə edilmişdir.

Riyaziyyat və məntiq

[redaktə | mənbəni redaktə et]
  • Qeyri-səlis məntiq. Riyaziyyatın bir bölməsi olub, klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülmüşdür. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər [0;1] intervalında olur.[34]
    • Qeyri-səlis çoxluq. Çoxluq anlayışının element olmanın qiymətləndirilməsinə söykənən ümumiləşdirmədir.
  • Rasizadə alqoritmi. Rifahı xammal ixracından asılı olan dövlətlərdə sənayesizləşmə, yoxsullaşma, deqradasiya və həyat səviyyəsinin aşağı düşməsi prosesində hadisələrin təbii ardıcıllığını izah edən tipoloji model.[35]
  • Xarici fiksə aparatı. 1936-cı ildə Rəhim Əlizadə tərəfindən dünyada ilk dəfə sınıqların müalicəsində xarici fiksasiyası prinsiplərinə əsaslanan funksional müalicə üsulu yaradılmışdır.[36]
  • İlizarov aparatı. Qavril İlizarov tərəfindən əza sümüklərinin uzadılması üçün kəşf edilmişdir.

Kənd təsərrüfatı texnologiyası

[redaktə | mənbəni redaktə et]
  • Enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi. Ziyad Abbasov tərəfindən yaradılan bu ixtira SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.
Uzun vuruşlu sualtı nasoslar üçün kaçalka
  • Neft quyusu. 1594-cü ildə Allahyar Məmmədnur tərəfindən[37]
  • İlk müasir neft quyusu. 1848-ci ildə Bibiheybətdə.[38]
  • İlk müasir neft tankeri. 1887–1885-ci illərdə. Ludviq Nobelin bunda rolu olmuşdur.[39]
  • Neft Daşları. 1949-cu ildə dünyada ilk dəniz neft platforması.[40]
  • Eyyub Mehdiyevin ixtiraları: uzun vuruşlu sualtı nasoslar üçün kaçalka, hermetik fırlanma qazması üçün cihaz, preventor-tıxac, məhlula ağırlaşdırıcı agentin əlavə edilməsi cihazı və s.

Silah texnologiyası

[redaktə | mənbəni redaktə et]

Televiziya və informasiya texnologiyası

[redaktə | mənbəni redaktə et]

Qeyri-dəqiq məlumatlar

[redaktə | mənbəni redaktə et]

Silah texnologiyası

[redaktə | mənbəni redaktə et]
  1. Абрамян А. Г. (арм.)русск.. Албанский календарь (рус.) // Материалы второй Закавказской конференции по историй науки. — Б.: Элм, 1967.
  2. Майсак Т. А. К публикации кавказско-албанских палимпсестов из Синайского монастыря // Вопросы языкознания. — М., 2010. — № 6. — С. 89.
  3. Avedis K. Sanjian. The World’s Writing Systems. Oxford University Press, 1996 — P.356.
  4. "LANDSCAPE PAINTINGS". www.thebusinessyear.com. www.thebusinessyear.com. 3 fevral 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  5. "Muğam - Muğam ensiklopediyası". mugam.musigi-dunya.az. mugam.musigi-dunya.az. 19 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 January 2016.
  6. "Muğam "şumer" deyilən Azəri türkünün milli mənəvi sərvətidir"., Tariyel Vəli Azərtürk., SİETL., ABŞ., 2001., s. 4
  7. Lucas, Ann E. "Ancient Music, Modern Myth." Music of a Thousand Years: A New History of Persian Musical Traditions, 1st ed., University of California Press, 2019, pp. 1–22. JSTOR, http://www.jstor.org/stable/j.ctv1f884pp.8 Arxivləşdirilib 2023-03-05 at the Wayback Machine. Accessed 5 Mar. 2023.
  8. Laudan Nooshin (1998) The song of the nightingale: Processes of improvisation in dastgāh Segāh (Iranian classical music), British Journal of Ethnomusicology, 7:1, 69–116, DOI: 10.1080/09681229808567273
  9. 1 2 "Balaban səsi: sirdaş, yoldaş, qəmdaş..." news.lent.az. news.lent.az. 2017-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  10. К. А. Касимов. Народы Азербайджанской Советской Социалистической Республики. Азербайджанцы. Народное творчество / Под редакцией Б. А. Гарданова, А. Н. Гулиева, С. Т. Еремяна, Л. И. Лаврова, Г. А. Нерсесова, Г. С. Читая. — Народы Кавказа: Этнографические очерки: Издательство Академии наук СССР, 1962. — Т. 2. — С. 158. — 684 с.
  11. "Meyxana sənəti". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 may 2016.
  12. Abdullayeva, Səadət. Azərbaycan çalğı alətləri dünyanı valeh edir (PDF). səh. 213. 2019-07-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 fevral 2017.
  13. Ramiz Quliyev. Azərbaycan milli musiqi aləti — tarın formalaşması və təkmillışməsində Mirzə Sadıq Əsədoğlunun rolu (азерб.) // Musiqi dünyası. — Б., 2012. — S. 137–139.
  14. Ф. И. Челебиев Морфология дастгяха. — С.-Петербург, 2009.
  15. "AZƏRBAYCAN KƏLAĞAYISI HAQQINDA BİR NEÇƏ SÖZ". 2017-11-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 iyul 2016.
  16. К. М. Мамед-заде. Строительное искусство Азербайджана. — Баку: Элм, 1983.
  17. M. F. Köprülü. Azəri. Bakı, "Elm", 2000, 115 səh.
  18. Beydili, 2003. səh. 488
  19. Wright, C. The Little Foods of the Mediterranean. Harvard Common Press. 2003. səh. 239. ISBN 978-1-55832-227-1. March 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.
  20. Akin, E. Essential Turkish Cuisine. ABRAMS. 2015. səh. pt126. ISBN 978-1-61312-871-8. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.
  21. Swan, S. DK Eyewitness Travel Guide: Turkey. DK Publishing. 2010. səh. 350. ISBN 978-0-7566-6495-4. March 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.
  22. Shore, R.; Shore, D. Home and Away: Simple, Delicious Recipes Inspired by the World's Cafes, Bistros, and Diners. Arsenal Pulp Press. 2017. səh. 88. ISBN 978-1-55152-674-4. March 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 22, 2017.
  23. "Более трехсот видов долмы на фестивале в Азербайджане". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-18.
  24. 1 2 Serdar Oktay and Saide Sadıkoğlu, Gastronomic Cultural Impacts of Russian, Azerbaijani and Iranian Cuisines, International Journal of Gastronomy and Food Science, https://doi.org/10.1016/j.ijgfs.2018.03.003 Arxivləşdirilib 2023-06-29 at the Wayback Machine
  25. Азербайджанская кухня Arxivləşdirilib 2009-02-16 at the Wayback Machine, (Azerbaijani Cuisine, Ishyg Publ. House, Baku {{{2}}})
  26. ""İRƏLİ" Gənclik Mərkəzində yeni şahmat növünün təqdimatı keçirilib". www.azadinform.az. www.azadinform.az. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  27. "SULTANOV HACIBƏY FƏRƏCULLA OĞLU" (az.). nkpi.az. 2016-09-29. İstifadə tarixi: 2017-03-01.[ölü keçid]
  28. Peter Bond, Obituary: Lt-Gen Kerim Kerimov Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine, The Independent, 7 April 2003.
  29. Betty Blair (1995), "Behind Soviet Aeronauts Arxivləşdirilib 2020-08-13 at the Wayback Machine", Azerbaijan International 3 (3).
  30. "Агабейли Агахан Алескер оглы. Биографическая энциклопедия РАСХН, ВАСХНИЛ". 2014-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
  31. Российская академия сельскохозяйственных наук: Биографическая энциклопедия / Отв. сост. И. В. Боровских; Под ред. Г. А. Романенко. — Тула: Гриф и К, 2004. — 616 с. — (Материалы к биобиблиографии академического состава Россельхозакадемии). — ISBN 5-8125-0460-1.
  32. "Aghabeyli Aghakhan. AI, Spring 2005. (13.1). pp. 28-31". 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-13.
  33. 1 2 3 ölkənin milli qəhrəmanı olan alimimiz Arxivləşdirilib 2015-05-16 at the Wayback Machine. aztoday.az, 14.05.2015 (az.)
  34. Blair, Betty. "Interview with Lotfi Zadeh". www.azer.com. www.azer.com. 2009-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  35. M.Humphreys, J.D.Sachs, J.Stiglitz. Escaping the resource curse. Columbia University Press (New York), 2009; K.M.Morrison. Oil, nontax revenue and the redistributional foundations of regime stability. = International Organization (Cambridge University Press), January 2009, volume 63, number 1, pages 107—138; O.J.Blanchard & J.Galí. The macroeconomic effects of oil price shocks. = International Dimensions of Monetary Policy (University of Chicago Press), Summer 2009, pages 182—203; J.D.Hamilton. Causes and consequences of the oil shock of 2007—2008. = University of California at San Diego, 2009, 69 pages; R.Torvik. Why do some resource-abundant countries succeed while others do not? = Oxford Review of Economic Policy, July 2009, volume 25, issue 2, pages 241—256.
  36. Azərbaycan Milli Ensiklopediyası (2007), Azərbaycan, Azərbaycan Milli Ensiklopediyası NPB
  37. "Tariximizin yaddaşı: Bakı kəndləri – Balaxanı". anl.az. anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  38. "World's First Oil Well". inventionandtech.com. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  39. Vassiliou, MS (2009). Historical Dictionary of the Petroleum Industry. Scarecrow Press. ISBN 9780810862883. Retrieved 2013–02–07.
  40. "Oldest offshore oil platform". www.guinnessworldrecords.com. www.guinnessworldrecords.com. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  41. "Azərbaycanın istehsal etdiyi "İstiqlal" snayper tüfəngi". karabakhmedia.az. karabakhmedia.az. 2016-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  42. "New weapons designed in Azerbaijan this year, Azerbaijan Ministry of Defence Industry". azertag.az. azertag.az. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 3 fevral 2017.
  43. ""Zərbə" pilotsuz uçuş aparatlarının təqdimatı olub". www.apa.az. www.apa.az. 2016-12-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2017.
  44. ""Tufan" minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib (FOTO)". az.trend.az. az.trend.az. 2017-02-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 fevral 2017.
  45. "Reyhan Camalova ixtirasına patent alacaq". news.lent.az. 2017-12-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 dekabr 2017.
  46. "Судороги земли — Великая Эпоха (The Epoch Times) — Актуальные новости и фоторепортажи со всего мира. Эксклюзивные новости из Китая". 2007-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-07-19.
  47. Сергей Плужников, Сергей Соколов Украли бомбу // Журнал "Совершенно секретно" Arxivləşdirilib 2013-05-27 at the Wayback Machine
  48. Н. Н. Непомнящий: ЗЕМЛЕТРЯСЕНИЕМ ПО ПРОТИВНИКУ — ПЛИ! Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  49. "Наше гражданское расследование • Просмотр темы — Спитакский пазл". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-20.
  • Beydili, Celal. Türk Mitolojisi Ansiklopedik Sözlük (türk). Yurt Yayınevi. 2003.