İZAH

[ər.] сущ. баян авун, гъавурда ттун, ачухрун (са фикир ва мс. кхьена ва я лагьана); баян, изагь; izah etmək баян авун, ачухрун, гъавурда ттун (са месэла, фикир ва мс.).
İZAFİ
İZAHAT
OBASTAN VİKİ
İzah olunmayan fenomen
Fenomen (yun. φαινόμενον — «zühr edən», «üzə çıxan») — hissiyyatla qəbul edilən halı izah edən termin. Çətin izah edilən və ya izah edilə blinməyən nadir hadisə. Antik fəlsəfədə termin bir sıra tədqiqatçıların fikirlərində rast gəlinir və təcrübədən gələn bilik kimi izah edilir. Əflatunun fəlsəfəsində fenomenallıq ideyalara əks götürülür. Onun qənaətincə fenomenlik ideyanın təzahürüdür. Yeni dövrün fəlsəfəsində fenomenlik tək ideyanın təsviri kimi götürülmür. Fenomenliyə dair Corc Berkli, Qotfrid Leybnits kimi filosoflar fikir söyləyirlər. Kanta görə, isə fenomen transsendetal subyekt tərəfindən meydana gəlir. Kant fenomeni noumenə əks qoyur.
Azərbaycan dilinin izahlı lüğəti
"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət. Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin tanınmış nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur. == Tarixi == “Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib. Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olmuşdular.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
İnformatika terminlərinin izahlı lüğəti
İnformatika terminlərinin izahlı lüğəti — Azərbaycan dilində olub, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan kitabdır. Elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir. Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir. Kitabda proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib. Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub. Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.
İzahedilməmiş Sərvət Sərəncamı
İzahedilməmiş Sərvət Sərəncamı (ing. Unexplained wealth order) — Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür. Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.
İzahlı lüğət
İzahlı lüğət - müxtəlif sahələrə aid, əlifba sırası ilə düzülmüş, başqa dilə tərcüməsi müəyyən dərəcədə izah olunmuş sözləridən ibarət kitabdır.
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti
Ensiklopediya və ya elmlərin, incəsənətin, sənətin izahlı lüğəti (fr. Encyclopédie, ou Dictionnaire raisonné des sciences, des arts et des métiers) — Fransada 1751-1780-ci illərdə Deni Didronun və riyazıyatçı Jan Leron Dalamberin təşəbüsü ilə yaradılan, universal arayış sözlüyünün müəllif - tərtiblçilər qrupu. Bu maarifləndirici arayış kitabının nəşrində Jorj-Lui Lekler de Büffon, Volter, Klod Adrian Helvetsi, Pol Anri Holbax, Lui de Jokur, Etyenn Bonno de Kondilyak, Jan Jak Russo, Ann Rober Jak Türqo və bir çox başqa mühəndis, yazıçı və alimlər yaxından iştirak etmişdilər.

Значение слова в других словарях