kələsərlik
kəlik
OBASTAN VİKİ
Asiya dağlıq kələzləri
Laudakia (lat. Laudakia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinə aid heyvan cinsi. Əvvəllər bu cins Afrika cinsləri olan Acanthocerus və Stellio daxil edilirdi.
Düzənlik kələzi
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Düzənlik kələzləri
Düzənlik kələzi (lat. Trapelus) — Kələzlər fəsiləsinə aid cins. Orta ölçülərə malik kərtənkələlərdir. Əsasən onurğasızlarla və bəzən bitkilərlə qidalanır. Əvvəllər bu cinsə daxil olan kələzlər, Kələzlər cinsinə daxil edilirdi. == Yayılması == Düzənlik kələzi Avropanın arid cənub-şərq hissəsi, Asiya cənub-qərb hissəsi, Orta və mərkəzi Asiya, Çin, İran, Əfqanıstan, Ərəbistan yarımadası, kimi ərazilərdə yayılmışdır.
Kələzağ
Kələzağ — Abşeronda yaşayış məskəni. Kələzağ adlanan bu kənd Abşeron yarımadasının şərqində dəniz sahilindən 1–2 km aralıda yerələşən yaşayış məntəqəsidir. == Tarixi == Kələzağ yaşayış ərazisi IV minilliyə aid edilərək qədim tarixə malikdir. Bakı kəndləri içərisində Kələzağın iqtisadi inkişafı XVI əsrdə baş verib. Burada daşları qalaqlanan məscidin XV və ya XVIII əsrlərə aid edilməsi Şirvanşahlar saray kompleksinə uyğun memarlıq elementlərinə oxşarlığı ilə xarakterizə etmək olar. Suraxanı kənd sakinləri uzun müddət bu yeri qışlağ kimi istifadə etdikdən sonra daimi məskunlaşıblar. Tarixi faktlara əsaslanaraq Kələzağ adlı qışlaq sahəsinin Bakının Suraxanı kənd əhalisinə məxsus olduğunu qeyd etmək olar. Bu haqda etnoqrafik və tarixi mənbələrdə də ətraflı məlumat var. XX əsrin 50-ci illərinə qədər Kələzağ ərazisində yaşayan əhalinin təsərrüfatı, xırman yerləri, icma torpaqları kolxozların hesabına keçdi. Hökumətin bu addımından sonra müflisləşən sakinlər qışlaqdan, doğma kəndlərinə — indiki yeni Suraxanı qəsəbəsinə köç edirlər.
Kələzeyvə
Kələzeyvə — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. == Əhali == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyası Şamaxı qəzasının Qalazeyvə kəndində 13 evdə 50 nəfəri kişilər, 44 nəfəri isə qadınlar olmaqla 94 nəfər sünni təriqətli müsəlman Azərbaycan tatarı yaşayırdı. Əhalisi 247 nəfərdir ki onunda 124 nəfəri kişi, 123 nəfəri qadındır.
Kələzeyvə türbəsi
Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər. == Tarixi == Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir. == Memarlıq xüsusiyyətləri == Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsilə həyata keçirilmişdir. Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır. == İstinadlar == == Ədəbiyyat == Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.
Kələzlər
Kələzlər (lat. Agamidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi. Kələzlər fəsiləsinin nümayəndələri Avropa, Asiya (İndoneziya arxipelaqı istisna olmaqla), Afrika (Madaqaskar istisna olmaqla) və Avstraliyada rast gəlinir. Kələzlər müxtəlif şəraitlərə asanlıqla uyğunlaşa bilirlər. Onlara çöllərdə, səhralarda, meşəliklərdə, su hövzələri sahillərində və dağlarda, bir sözlə, çox soyuq olan bölgələrdən başqa hər yerdə rast gəlmək olar.
Kələzçanaqlılar
Kələzçanaqlılar (lat. Saurischia) — sürünənlər sinfinə aid heyvan dəstəsi, qabırğa-qarınarası, oturaq və qasıq sümüklərindən təşkil olunmuş üçşüalı quruluşlu çanaqlı dinozavrlar. Həyat tərzinə görə iki qrupa bölünür: yırtıcı və bitkilərlə qidalanan, yerüstü həyat tərzi keçirən ikiayaqlı yırtıcıayaqlılar (terapodalar) və amfibiotik, tamamilə bitkilərlə qidalanan dördayaqlılar (zauropodalar). Uzunluğu 14 m-ə çatan iri yırtıcı heyvanlar (karnozavrlar) və nisbətən xırda (25 sm-dən 5 m-dək) dəvəquşunabənzər yırtıcı dinozavrlar (selurozavrlar) yırtıcıayaqlı dinozavlara aid edilir. İri dinozavr — tarbozavrın uzunluğu 12 m-ə çatırdı. Onun hündür kəlləsi, seyrək iti dişləri, çox kiçik qabaq ayaqları, bədənin qabaq hissəsini tarazlayan və dayaq rolu oynayan güclü quyruğu olmuşdur. Orta trias — gec təbaşir.
Qafqaz kələzi
Paralaudakia caucasia (lat. Paralaudakia caucasia) — heyvanlar aləminin pulcuqlular dəstəsinin kələzlər fəsiləsinin paralaudakia cinsinə aid heyvan növü. Uzunluğu 140–150 mm, çəkisi 170 q təşkil edir. Onlar həşaratlar, digər onurğasızlar və bitkilərlə qidalanırlar. Qafqaz kələzi əsasən daş rəngində olur bu isə onların maskalanmasına xidmət edir. Qafqaz kələzi Cənubi Qafqazın Azərbaycan, Gürcüstan, Dağıstan və Ermənistan ərzilərində, Türkiyənin şərqində, İran, İraq, Əfqanıstanın şimalı, Pakistanın şimal-qərbində, Türkmənistan ərazilərində yayılmışdır. Определитель земноводных и пресмыкающихся фауны СССР. Учеб. пособие для студентов биол. специальностей пед. институтов, М., Просвещение, 1977 — стр.
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.

Значение слова в других словарях