Karlen Abqaryan
Karlen Aramoviç Abqaryan (erm. Կարլեն Արամի Աբգարյան, rus. Карле́н Ара́мович Абгаря́н; 4 sentyabr 1928, Amasiya, Şirak mərzi – 4 fevral 1995, Sankt-Peterburq) — texniki kibernetika sahəsində SSRİ alimi, texnika elmləri doktoru (1966), professor (1968), SSRİ Elmlər Akademiyasının müxbir üzvü (1987). Əslən Ermənistandandır.
Avtomatik idarəetmə sistemlərinin nəzəriyyəsi, diferensial və inteqro-diferensial tənliklər nəzəriyyəsi, çoxölçülü qeyri-stasionar idarəetmə sistemlərinin dinamik xarakteristikalarının qurulması üsulları üzərində işləmişdir. 1987–1992-ci illərdə SSRİ Nəzəri və Tətbiqi Mexanika Milli Komitəsinin üzvü, Amerika Riyaziyyat Cəmiyyətinin fəal üzvü olmuşdur. 30 elmlər namizədi və 5 elmlər doktoru hazırlamışdır. 3 medalla təltif olunmuşdur.
Qızı Karine Karlenovna Abqaryan, MAİ-nin dosenti, Rusiya Elmlər Akademiyası Hesablama Mərkəzinin baş alimi.
Oğlu Vartan Karlenoviç Abqaryan 1980-ci ildə Moskva Dövlət Universitetinin fizika fakültəsini bitirmişdir, MAİ-də elmi işçidir.