Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə.
Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür:
Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər)
Koto( köhnə qılınc 900-1596)
Şinto(yeni qılınclar 1596-1780)
Şinşinto(ən yeni qılınclar 1781-1876)
Qendayto(müasir qılınclar 1876-1945)
Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda)
Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.