Kayzerşteyn sarayı
Kayzerşteyn sarayı (çex. Kaiserštejnský palác, alm. Kaiserstein Palais) - Praqanın Mala Strana meydanı №37-də yerləşən barokko üslublu binadır. O, 1714-cü ildə iki İntibah dövrünə aid binanın yenidən qurulması nəticəsində yaranmışdı. Hazırda Kayzerşteyn sarayı qorunan memarlıq abidəsi sayılır və UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Bura həmçinin toy mərasimləri keçirmək üçün ən populyar məkandır. Çexiya paytaxtının ən qədim rayonlarından birində, yəni Praqa 1-də yerləşən saray, şəhərin tarixinin bir parçası olmaq üçün özünün xidmətlərini yeni ailə quranlara təklif edir.
== Tarix ==
Bu barokko sarayı 1714-cü ildə daha erkən tikililər və iki renessans üslublu binanın yerində ucaldılmışdı. O, yaxınlıqdakı Şternberq sarayı ilə birlikdə italiyalı memar Covanni Batisto Alliprandi tərəfindən inşa edilmişdi. Kayzerşteyn sarayı birləşmiş nazik yan qanadları olan iki binadan ibarətdir; bu binalar kiçik bir daxili həyəti formalaşdırır.