Ceyms Kemeron
Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır.
== Karyerası ==
Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib.
Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub.