KELLE
KEMİK
OBASTAN VİKİ
Kemer
Kəmər — Türkiyə Respublikası Antalya əyalətində rayon. Aralıq dənizi sahilində, Antalya əyalət mərkəzindən 40 km uzaqlıqda yerləşir. 1980-cı ildən etibarən sürətlə inkişaf edən Kəmər bölgəsi 1991-ci ildə rayon adı aldı və ölkə turizminin mühüm mərkəzlərindən birinə çevrildi. Rayonun şimalında Konyaaltı rayonu, qərbində və cənub-qərbində Kumluca rayonu, cənubunda, cənub-şərqində və şərqində isə Aralıq dənizi yerləşir == Adlandırılması == XX əsrin 10-cu illərində Köhnə kənd (Eski köy) xalqı, kəndi sellərdən qorumaq məqsədi ilə dağın ətəklərində 23 km uzunluğunda bənd hörmüşlər. Sonralar bu divara görə kəndi Kəmər adlandırmışlar == Tarixi == Kəmər rayonunun tarixi E.ə. 690-cı ilə dayanır. Tarixi Likiya şəhərləri olan Faselis, Olimpos, İdyros Kəmər rayonu ərazisində yerləşir. E.ə. 690-cı ildə Rodos kralı I Oleios tərəfindən Faselis şəhərinin əsası qoyuldu. Şəhərin qalıqları bu gündə qalmaqdadır.
2018-ci il Kemerovo yanğını
"Zimnyaya vişnya" ticarət mərkəzində yanğın (rus. Пожар в торговом центре «Зимняя вишня») — 25 mart 2018-ci ildə Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ticarət mərkəzində baş vermiş yanğın hadisəsi. == Nəticəsi == Hadisə nəticəsində 64 nəfər həlak olmuşdur.
Ceyms Kemeron
Ceyms Kemeron (d. 16 avqust, 1954, Kapuskasinq, Ontario) — Kanadalı kinorejissor, ssenarist, dərin-dəniz kəşfiyyatçısı, vizual rəssam və redaktordur. Çəkdiyi filmlərin arasında bunlar ən uğurlularıdır: Piranya II: Kürütökmə (1981), Terminator (1984), Yadlar (1986), Uçurum (1989), Terminator 2: Axirət günü (1991), Düzgün yalan (1994), Titanik (1997), Qaranlıq mələyi (2000–02) və Avatar (2009). Kinematoqrafiya tarixində ən gəlirli iki filmin (Titanik, Avatar) rejissorudur. Titanik 11, Avatar isə 3 "Oskar"a layiq görülüblər. 26 mart 2012 tarixində Kemeron Marian çökəkliyinə enmişdi, hansı ki, dünyanın ən dərin nöqtəsi sayılır. == Karyerası == Kameronun çəkdiyi filmlərdən səkkizi dünya prakatında 5,5 milyard dollardan çox gəlir gətirib. Onun atası mühəndis, anası isə rəssam olub. Bəlkə də, ona görə hər iki xüsusiyyəti özündə cəmləyib. Ailədə 5 uşaqdan ən böyüyü olub.
Culiya Marqaret Kemeron
Culiya Marqaret Kemeron (11 iyun 1815[…] – 26 yanvar 1879[…]) — 19-cu əsrin ən mühüm portretçilərindən biri sayılan ingilis fotoqraf. O, məşhur Viktoriya kişi və qadınlarının yumşaq fokuslu yaxın planları, mifologiya, xristianlıq və ədəbiyyat personajlarını əks etdirən illüstrativ rəsmləri, kişi, qadın və uşaqların həssas portretləri ilə tanınır.
Devid Kemeron
Devid Vilyam Donald Kemeron (9 oktyabr 1966[…], Marlibon[d], Böyük London) — Böyük Britaniya siyasətçisi, 2005-ci ildən Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri,Böyük Britaniyanın 75-ci Baş Naziri(11 may 2010 – 13 iyul 2016). == Həyatı == === Uşaqlığı və təhsili. Siyası fəaliyyətinin başlanğıcı === Kemeron aristokratik ailədən olan broker ailəsində anadan olub. Ailələri öz kökünü ingilis kralı IV Vilhelm və onun rəfiqəsi Doroti Cordandan götürür. İton kollecini və 1988-ci ildə Оksford Universitetiini bitirib. Orada siyasət, fəlsəfə və iqtisadiyyatı öyrənib. Oksfordda Londonun indiki meri, babası türk olan Boris Consonla yaxından tanış olub. Universiteti bitirdikdən sonra 1988–1993-cü illərdə Mühafizəkarlar Partiyasının tədqiqat şöbəsində fəaliyyətə baəlayır. Həmçinin o vaxtkı baş nazir Con Meycorun çıxışlarını hazırlayır və iqtisadi məsələlərlə məşğul olur. 1993-cü ildə Kemeron xarici işlər nazirliyində çalışır.
Kemeraltı
Kemeraltı və ya Kemeraltı Çarşısı — Türkiyənin İzmir şəhərindəki tarixi bir bazar (çarşı) bölgəsi. İzmirin ən canlı hissələrindən biri olaraq qalır. Ərazi Smirna Aqorası səviyyəsindən Konak meydanı boyunca dəniz sahilinə qədər geniş bir ərazini əhatə edir. Şimal-şərqdəki Fevzipaşa Bulvarı, cənub-qərbdəki Eşrefpaşa küçəsi və Kadifekale silsilələri ilə əhatə olunan cənub-şərqdəki Xəlil Rıfat Bəşav küçələri ilə məhdudlaşır. == Tarixi == Çarşı əvvəlcə uzun bir küçə ətrafında meydana gəldi. Orta əsrlərdə bu ərazi, buradakı dərgahın (sufi qardaşlığının yığıncaqları üçün tikilmiş bina) varlığı səbəbilə "Mövləvilər küçəsi" adlandırılırdı.17-ci əsrdə bazarın olduqca genişləndirlir. Bu gün, indi Anafartalar Caddesi ("Anafartalar Prospekti") adlanan küçə, dayaz daxili buxtanın dairəsini geniş bir əyri ilə tamamlamaq üçün dolanır. === 16-cı əsr === Çarşısın inkişafında əsas mərhələ Hisar məscidinin ("Qala məscidi") 1592-ci ildə inşası ilə oldu. Bu, İzmirdəki ən qədim, ən əhəmiyyətli Osmanlı məkanıdır (Məscidin Aydınoğulular nəslindən olan Aydınoğlu Yaqub bəy tərəfindən qurulmasına baxmayaraq, bu sülalə Osmanlı fəthindən əvvəl İzmirə nəzarət etmişdilər). "Qala" məscidinin adı bu məsciddən əvvəl həmin ərazidə var olan, Genuya dövrünə aid "San Pietro" qalası ilə bağlıdır.
Kemeri Milli Parkı
Kemeri Milli Parkı (latış. Ķemeru nacionālais parks‎) — Latviyanın Yurmala şəhərinin qərbində, Riqadan 50 km uzaqlıqda yerləşən milli park. Kemeri Milli Parkı sahəsində görə Latviyanın ən böyük üçüncü milli parkıdır (381,65 km2). Milli park ərazisinin böyük hissəsi meşələrdən və bataqlıqlardan ibarətdir. Milli parkda Böyük Kemeri bataqlığı (latış. Lielais Ķemeru tīrelis‎) yerləşir. Ərazidə Litorina dənizinin qalıqları olan laqun mənşəli bir neçə göl var. Kanieris gölü Ramsar yeri elan olunmuşdur. Milli parkda əsrlərlə müalicəvi məqsədlərlər istifadə olunmuş təbii bulaqlar və bataqlıqlar mühafizə olunur. Bulaqlar XIX əsrdə burada bir çox kurortların, spaların və sanitariumların tikilməsinə səbəb olmuşdur.
Kemerovo
Kemerovo (rus. Кемерово) — Rusiya Federasiyasının Kemerovo vilayətində şəhər.
Kemerovo vilayəti
Kemerovo vilayəti (rus. Кемеровская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
-ешек- духа́нщица жердя́стый книгове́д минерало́г озада́ченность перехвати́ться прикола́чиваться пропла́вливание се́канс шу́рхнуть вообще́ говоря глазуро́ванный запра́шивать неопредели́мость остекле́ние по́йменный поте́рянность урва́ть air-eddy autoanalyses Little Bahama Bank olla podrida выругаться контрразведчик