8-ci kilometr
8-ci kilometr — Bakının Nizami rayonunda şəhər tipli qəsəbə.
== Mədəniyyəti ==
Qəsəbədə tikintisinə 2010-cu ilin mayında başlanmış, ümumi ərazisi 22 min 500 kvadratmetr olan, beynəlxalq standartlara cavab verən, müasir avadanlıqla təchiz edilmiş, 11 min tamaşaçı yeri olan stadion 14 sentyabr 2012-ci ildə istifadəyə verilmişdir.
== Tarixi ==
== Tarixi məkanları ==
Dakar meydanı və ya Dakar dairəsi — Bakı şəhərində yerləşən meydanlardan biri. "Neftçilər" metrostansiyasının yaxınlığında, Rüstəm Rüstəmov küçəsi və Qara Qarayev prospektinin kəsişməsində yerləşir. Bakı sakinləri onu daha çox "Neftçilər dairəsi" kimi tanıyırlar. Meydan, Bakı ilə qardaşlaşmış şəhər olan Seneqalın paytaxtı, Dakar şəhərinin şərəfinə adlandırılmışdır. İki şəhər 1967-ci ildə qardaşlaşmışlar. 1987-ci ilin sentyabrında Dakar şəhərinin əsasının qoyulmasının 100 illiyi münasibətilə Dakar şəhər bələdiyyəsinin nümayəndə heyəti Bakıda səfərdə olmuş və Dakar meydanına baş çəkmişdir.