Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Azərbaycanda təşkil edilən intellektual yarışların siyahısı
Aşağıdakı siyahıda Azərbaycanda təşkil edilən intellektual yarışlar verilib.
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi
"Peşə təmayüllü siniflərin təşkili" layihəsi ― 2019-cu ildə Təhsil Nazirliyinin dəstəyilə fəaliyyətə başlamış layihə. Hazırda "Peşə Təhsili üzrə Dövlət Agentliyi"-nin nəzdində fəaliyyət göstərir. == Məqsəd == X–XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir. == İstiqamətlər == "Peşə Təmayüllü Siniflərin Təşkili" layihəsi çərçivəsində 4 profil üzrə (kənd təsərrüfatı, xidmət, təmir-tikinti, İT) 10 peşə ixtisası tədris edilir — dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel ustası, aqronom, dərzi, İT, bərbər, qənnadçı.Layihə fəaliyyətə başladığı 2019–2020-ci tədris ilində 20 məktəbdə 20 sinif, 2020–2021-ci tədris ilində 35 məktəbdə 55 sinif, 2021–2022-ci tədris ilində isə 80 məktəbdə 124 sinfi əhatə etmişdir.Layihə siniflərinin təşkil edildiyi bütün məktəblərdə "STEAM" modulunun və karyera məsləhəti xidməti tətbiq edilir, bütün 11-ci sinifdə təhsil alan şagirdlər üçün isə "Sürücülük" modulu tədris edilir.
Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu - Aqrar sahənin iqtisаdiyyаtının öyrənilməsi == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. == Mənbə == İsmət Abasov, "Ərzaq təhlükəsizliyi və kənd təsərrüfatının prioritet istiqamətləri", Bakı, "Elm və təhsil" 2011.
Azad (təşkilat)
Azad — XX əsrdə Azərbaycanda qurulmuş anarxist təşkilat. Qoçu Ağakərim tərəfindən qurulmuşdu. 15 nəfər üzvdən ibarət idi. Teymur bəy Aşurbəyov ilə davalı idilər. 1907-ci ildə hər iki şəxsin həbsindən sonra təşkilat dağılmışdı. Qoçu Ağakərim və Teymur Aşurbəyov haqqında Məmməd Səid Ordubadi öz xatiratını yazmışdır.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
"Ədalət" inqilabi fəhlə təşkilatı
Ədalət Partiyası, Ədalət İnqilabi Fəhlə Təşkilatı və ya Ədalət Firqəsi — 1916-cı ildə iranlı mühacirlər tərəfindən əsası qoyulmuş, 1916-cı ildə sosial demokrat təşkilat kimi formalaşmışdır. Onun qurucuları arasında Əsədulla Qafarzadə, Bəhram Ağayev, Ağababa Yusifzadə və, sonradan Seyid Cəfər Pişəvəri kimi tarixə keçən, Cavadzadə Xalxali vardılar. == Tarixi == Ədalət özünü İctimaiyyun-Amiyyunun varisi hesab edir, Cənubi Azərbaycanda müntəzəm surətdə fəal inqilabi iş aparırdı. Təşkilatın Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Bakı Komitəsində və Hümmətdə daimi nümayəndələri var idi.Ədalətin proqram və nizamnaməsi Azərbaycan və fars dillərində xüsusi kitabça şəklində nəşr edilmişdir, həmçinin, "Hürriyyət" qəzetində dərc olunmuşdu, hansınınki redaktoru partiyanın üzvü olan Mir-Cəfər Pişəvəri idi. Ədalət 1917-ci ildən Azərbaycan və fars dillərində "Bayraqi-ədalət" adlı jurnal nəşr etməyə başlamışdı. Burada, əsasən, İranın daxili siyasi vəziyyətinə dair problemlər, Qacar sülaləsinə qarşı mübarizə, şahlıq hakimiyyətinin devrilməsi və demokratik respublika qurulması tələbi işıqlandırılırdı. 1917–1918-ci illərdə təşkilat xeyli möhkəmləndi və Cənubi Azərbaycan fəhlələri içərisindən silahlı dəstə təşkil etdi. Bu dəstə 1918-ci ilin mart soyqırımı zamanı mədən-zavod rayonlarında asayişə nəzarət edir, burada qırğın düşməsinin qarşısını alırdı. 1919-cu ilin əvvəlində Əsədulla Qafarzadə başda olmaqla, partiyanın Mərkəzi Komitəsinin yeni tərkibi seçildi. Mərkəzi Komitəyə Bəhram Ağayev, Seid Cəfər Cavadzadə (Pişəvəri), R. Kərimov və başqaları daxil oldular.
ASAN Könüllüləri Gənclər Təşkilatı
"ASAN xidmət" — Azərbaycan Respublikasında dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlər.> ASAN sözünün açılışı ingiliscə "Azerbaijan Service and Assessment Network"dür (azərb. Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi‎). "ASAN xidmət" Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tabedir. İlk "ASAN xidmət" mərkəzi 2013-cü ildə fəaliyyətə başlayıb. Hal-hazırda 25 mərkəz fəaliyyət göstərir. Onlardan 7-si Bakıda, on səkkizi sə Azərbaycanın bölgələrindədir. "ASAN xidmət"ə indiyə qədər 60 milyondan çox müraciət edilib. Xidmətlərin göstərilməsində könüllülər də cəlb olunur. "ASAN xidmət" mərkəzlərində müxtəlif dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərdən başqa funksional yardımçı xidmətlər də təklif olunur. Həmçinin mərkəzlərdə sosial layihələr də keçirilir.
Afrika, Karib və Sakit okean Dövlətlərinin Təşkilatı
Afrika, Karib və Sakit Okean Dövlətlərinin Təşkilatı, qıs. AKS ölkələri (ing. African, Caribbean and Pacific Group of States, ACP countries) — günümüzdə əksəriyyəti əvvəllər Fransa və Böyük Britaniya müstəmləkələri olan 79 ölkəni (Afrikada 48, Karib dənizində 16 və Sakit okeanda 15) birləşdirən beynəlxalq təşkilat. Təşkilatın qurucu sənədi, əsasən iqtisadi sahədə birgə işlərə dair əsas razılaşmaları özündə cəmləşdirən 1975-ci il tarixli Corctaun sazişidir. Təşkilatın əsas hədəfləri iştirakçı ölkələrin iqtisadi inkişafı, dünya iqtisadiyyatına inteqrasiya, eləcə də "yeni, ədalətli və ədalətli dünya ictimai düzəninin" qurulmasıdır. Əvvəldən əsas məqsəd AKP ölkələri ilə AB arasında iqtisadi əlaqələrin koordinasiyası idi Son illərdə iştirakçı ölkələr ÜTT çərçivəsində bir sıra tədbirlər keçirərək diqqətlərini Aİ ölkələrindən dünya birliyinə yönəldiblər. == Yaranma tarixi == Avropa Birliyinin quruluşu dövründə, Avropadan kənarda keçmiş müstəmləkələri olan Avropa ölkələri onlarla xüsusi münasibətlərini qorumağa çalışdılar. Beləliklə, asılı ərazilərlə "birləşmə" fikri ortaya çıxdı, bu da onlara ticarət güzəştləri vermək və inkişafa kömək etmək demək idi. Bu fikir 1963 və 1969-cu illərdə Yaoundedə imzalanan I və II Konvensiyalarda rəsmiləşdirildi. Afrika Dövlətləri Birliyi (əsasən keçmiş Fransız və Belçika koloniyaları) ilə AB arasında.
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Ali Audit İnstitutlarının Beynəlxalq Təşkilatı
Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və ya AAİBT (ing. International Organi zation Of Supreme Audit Institutions – INTOSAI) – INTOSAI BMT- yə və ya onun ixtisaslaşmış agentliklərinə üzv olan ölkələrin ali audit institutlarının peşəkar beynəlxalq təşkilatıdır. INTOSAI 1953-cü ildə o dövrdə Kubanın Ali Audit Təşkilatının rəhbəri olan Emiliyo Fernandez Kamusun təşəbbüsü ilə formalaşıb. Həmin vaxt 34 ölkənin ali audit institutunun iştirakı ilə Kubada INTOSAI-nin I konqresi keçirilmişdir. Bu gün isə təşkilatın 186 üzvü vardır. INTOSAI muxtar, müstəqil və qeyri- siyasi təşkilatdır. O, BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi konsultativ statusa malik qeyri-hökumət təşkilatıdır. Bir çox onilliklər ərzində təşkilatın Baş Katibliyinə Avstriya Audit Təşkilatı ev sahibliyi etmişdir. Hal-hazırda da təşkilatın mənzil-qərargahı Vyanadadır. 1977-ci ildə INTOSAI Lima Deklarasiyasını qəbul etmişdir.
Amerika Dövlətləri Təşkilatı
Amerika Dövlətləri Təşkilatları (ADT) (ing. Organization of American States, isp. Organización de los Estados Americanos, port. Organização dos Estados Americanos, fr. Organisation des États américains) - 30 aprel 1948-cu ildə qurulmuş, Şimali,Mərkəzi və Cənubi Amerika xalqalarını birləşdirən regional təşkilat. == Təsis edilməsi. == 1948-ci ildə Boqatoda IX Pan-Amerikan Konfransı keçirilən zaman ADT-nin nizamnaməsi imzalanmışdır. Təşkilatın nizamnaməsinə 1967-ci ildə Buenos-Ayresdə, 1985-ci ildə Kartagen de İndiasda, 1992-ci ildə Waşinqtonda ve 1993-cü ildə Manaquada tərtib edilmiş protokollar əlavə edilmişdir. == Məqsəd və vəzifələri. == Təşkilatın yaradılmasında məqsəd: Qitədə sülh və təhlükəsizliyi qorumaq və möhkəmləndirmək; Qarışmazlıq prinsipinə əsaslanaraq demokratiyanın inkişafına çalışmaq; Üzv ölkələr arasında ola biləcək münaqişələri sülh yolu ilə həll etmək; Üzv ölkələrin iqtisadi,sosial və mədəni inkişafına birgə dəstək vermək; Üzv dövlətlərin demokratikləşməsini ləngidən yoxsulluq və bu kimi amillərin aradan qaldırılmasına çalışmaq; Demokratiya və insan hüquqlarının müdafiəsi; Korrupsiya, terrorizm və narkobiznesə qarşı mübarizə.1990-cı ildən etibarən Soyuq Müharibənin başa çatması və Latın Amerikası ölkələrinin demokratiyaya qayıtması ilə ADT özünü inkişaf etdirməyə başladı.
Anarxiya (təşkilat)
Anarxiya — XX əsrdə Bakıda fəaliyyət göstərmiş ən iri anarxist təşkilat. == Quruluşu və mahiyyəti == 1905-ci ildə Hnçak partiyasının keçmiş üzvü S.Kalaşyants tərəfindən yaradılmışdı. 1905-ci ildə erməni-daşnakların azərbaycanlılara qarşı törətdikləri qırğından sonra anarxistlərin təsiri xeyli gücləndi. Bu zaman vəzifəli şəxslərə və sənayeçilərə qarşı terror aktları geniş hal aldı ki, bu da anarxistlərin fəaliyyəti üçün əlverişli şərait yaratdı. Anarxistlərin başlıca prinsipi onların insan azadlığına zidd saydıqları hər hansı dövlət hakimiyyətinin məhv edilməsi idi. Əsası hələ Mixail Bakunin və Pyotr Kropotkin tərəfindən qoyulmuş anarxist təsəvvürlərə görə, Rusiyada xalqın iradəsi ilə anarxizm ideyalarına əsaslanan inqilab labüddür. Sonra isə dövlətçiliyin xarabalıqları üzərində kollektiv əməyə və mülkiyyətə əsaslanan azad şəhər və kənd icmaları yaradılmalıdır. O dövr anarxistlərinin fəaliyyətində iki əsas cərəyan özünü göstərirdi - Kropotkinin ardıcılları anarxist-kommunistlər və həmkarlar təşkilatlarında işləyən anarxist-sindikalistlər. Bakı anarxistlərinin sosial tərkibinin xüsusiyyəti onda idi ki, onların sıralarına fəhlələrdən başqa, sonralar xeyli sayda sinfi simasını itirmiş ünsürlər də qoşulmuşdu. Təşkilata bir neçə sosial-demokrat və "Hnçak" partiyasının üzvləri də daxil olmuşdu.
Avropa Patent Təşkilatı
Avropa Patent Təşkilatı (ing. European Patent Organisation; EPO və ya EPOrg) — ixtira hüququnun patent mühafizəsini təmin edən hökumətlərarası təşkilat. Bu, 1973-cü ildə qəbul edilmiş Avropa patentləri verilməsi haqqında Konvensiya əsasında təsis edilmişdir və 1977-ci ildən fəaliyyət göstərir. Baş qərargahı Almaniyanın Münhen şəhərində yerləşir. Onun Haaqada filialı və Vyanada bürosu var. == Məqsədi və strukturu == APT-nin rəsmi məqsədi Avropa ölkələrinin ixtiralarının mühafizəsi sahəsində əməkdaşlığı dərinləşdirmək, Avropada patentləri vahid prosedur altında və vahid normalar əsasında verməkdir. Avropa patent sistemi milli patent hüququnun Avropa patentləri verilməsi haqqında Konvensiyaya uyğunlaşdırılmasını təmin edir. APT Avropa patentlərinin qüvvəsinin öz ərazilərində tətbiqi üçün bu təşkilata daxil olmayan dövlətlərlə həmin dövlətlərdə patent idarəsi və intellektual mülkiyyətin qorunması haqqında qanun olması şərti əsasında müqavilələr bağlayır. Avropa patenti patent sahibini 20 il müddətinə patent mühafizəsi ilə təmin edir. Avropa patent sifarişi Patent Kooperasiyası haqqında 1970-ci il müqaviləsinə üzv olan, sifarişçi tərəfindən müəyyən edilmiş dövlətlərdəki milli sifarişlə eyni qüvvəyə malikdir.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır.ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə Gənclər Təşkilatı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) — Azərbaycanda ali təhsil müəssisəsi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illik tarixi var. Əsası 1930-cu ildə qoyulmuşdur. İlk illər institutda 11 kafedra yaradılmışdır. Tədris Azərbaycan, rus, gürcü və erməni dillərində aparılmış, əvvəlcə 3 illik, sonra isə 4 illik təhsil sistemi qəbul edilmişdir. 1936-cı ildən bu ali məktəb Zaqafqaziyada Dövlət Bədən Tərbiyəsi İnstitutu kimi fəaliyyətini davam etdirmişdir. Bu dövrdə institutda ictimai elmlər, anatomiya, biologiya, kimya, gigiyena, fizika, fiziologiya, riyaziyyat, bədən tərbiyəsinin texnikası və metodikası kafedraları açılmışdır. 1941-ci ildə başlayan İkinci Dünya müharibəsi dövründə institutun yüzlərlə müəllim və tələbəsi ölkəni müdafiə etmək üçün müharibəyə qoşuldu, arxa cəbhədə müalicə bədən tərbiyəsi vasitəsilə yaralı əsgərləri yenidən həyata qaytarmaq üçün çalışdılar. 1969-cu ildə institut üçün yeni binanın tikintisinə başlamış və 1972-ci ildə onun açılışı olmuşdur. 1998-ci ildə institutun bazasında Milli Olimpiya Akademiyası yaradılmışdır və o, Azərbaycanda Olimpiya ideyalarını, sağlam həyat tərzini, ədalətli oyun və davranış qaydalarını gənclər arasında, ümumiyyətlə, əhali arasında təbliğ etməyi öz üzərinə götürmüşdür.
Azərbaycan Milli Dirəniş Təşkilatı
Azərbaycan Milli Dirəniş Təşkilatı Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların milli müqəddəratını təyinetmə haqqını əldə etmələri üçün dinc mübarizə aparan təşkilat.Azərbaycan Milli Dirəniş (Muqavimət) Təşkilatı 19 mart 2006-cı ildə Cənubi Azərbaycanda yaradılmışdır. Cənubi Azərbaycanda fars şovinizmilə mubarizə aparan milli təşkilatlardan biridir. Yayımladığı məramnaməsində təşkilatın Azərbaycan vətəni və türklüyü əsas tutaraq Cənubi Azərbaycanda yaşayan türklərin öz siyasi gələcəklərini təyinetmə haqqını əldə etmələri üçün dinc şəkildə mübarizə aparmaqdadır.Araz News saytı təşkilatın rəsmi xəbər orqanı olaraq 3 sentyabr 2010-cu ildə Babək Çələbiyanlı tərəfindən qurulmuşdur. Hazırda Araz News 3 dildə Cənubi Azərbaycan haqqında xəbər və məlumatlar yaymaqdadır.Təşkilat irqçiliyə, terrorizmə qarşı fəaliyyət göstərir, həmçinin Cənubi Azərbaycanda yaşayan dini azlıqların İran rejimi tərəfindən pozulan haqlarını mudafiə edir.Təşkilatın ilk sözçüsü Davud Turan olmuşdur. Hazırda təşkilatın rəsmi sözçüsü ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlıdır. 2016-cı ildə isə təşkilat Cənubi Azərbaycanın şəhərlərində gizli olaraq 10-cu ildönümü munasibəti ilə tədbirlər keçirib. Təşkilat bir il sonra — 2017-ci ildə Ankara və Vaşinqton şəhərlərində 11-ci ildönümünü qeyd edib.Təşkilatın sözçüsü Babək Çələbiyanlı İsrail dövlətinin Yaxın Şərqdə yeni bir kürd dövlətinin yaranmasını dəstəkləməsinə və bu yeni dövlətin sərhədləri içinə Cənubi Azərbaycanın Urmiya şəhərinin də salınmasına etiraz olaraq İsrail xarici işlər nazirliyinə məktub yazmışdır. == Məramnamə == Azərbaycan Milli Dirəniş Təşkilatı Azərbaycanın milli varlığına qarşı aparılan yağma və talanı durdurmağın tək yolunun irəli səviyyədə təşkilatlanmada və uzmanlaşmada görür və aşağıda sayılan ilkələr və inancları mənimsəyir: Azərbaycan Türk milləti işsizlik, yoxsulluq, məcburi köç və hər türlü maddi və mənəvi bohran və təzyiqdən qurtularaq səadət və rifaha qovuşmalıdır. Azərbaycan Türk milləti hər cür sinif, cinsiyyət, inanc və başqa ayrımlardan uzaq və çağdaş dünya standardlarına uyğun, eşitlik və müsavat içində bir yaşam sürməlidir. Azərbaycan vətəni və Türk milliyyəti əsasında, milli məfkurə və düşüncə zəminində Azərbaycan Türk millətinin öz gələcəyini və milli muqəddəratını təyin etmək haqqı geri qazanılmalıdır.
Azərbaycan Pioner Təşkilatı
Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı (Азәрбајҹан Пионер Тәшкилаты) — Azərbaycan SSR pionerlərinin kütləvi təşkilatı. Vladimir Lenin adına Ümumittifaq Pioner Təşkilatının hissəsi. Azərbaycan Pioner Təşkilatına Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi rəhbərlik etmişdir. Ali orqanı Respublika Şurası olmuşdur. Azərbaycan Pioner Təşkilatı gənc nəsli kommunizm ideyaları, sovet vətənpərvərliyi və beynəlmiləlçilik ruhunda tərbiyə etmişdir. == Tarixi == Vladimir Lenin adına Azərbaycan Pioner Təşkilatı 23 may 1923-cü ildə yaradılmışdır. Azərbaycan ilk pioner dəstələri 1922-ci ildə Bakıda, Vladimir Lenin adına toxuculuq fabrikində, leytenant Şmidt adına zavodda, Sabunçu, Suraxanı, Bibiheybət rayonlarında və Gəncədə təşkil edilmişdir. 1924-cü ildə Azərbaycanda 22,817 pioner var idi. 1975-ci ildə onların sayı 826 minə çatmışdır.Azərbaycan Pioner Təşkilatı 1920-ci illərdə uşaqların məktəblərə cəlb olunmasında, mövhumata və cəhalətə qarşı mübarizə hərəkatında fəal iştirak etmişdir. 1930-cu illərdə qolçomaqların bir sinif kimi ləğv edilməsində, kolxoz quruculuğuna maneəçilik törədən sinfi düşmənlərin ifşa olunmasında, ibtidai icbari ümumtəhsilin həyata keçirilməsində Azərbaycan Pioner Təşkilatı böyük rol oynamışdır.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası — 146 gənclər təşkilatını birləşdirən qurumdur. == Haqqında == Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci il 21 noyabr tarixində 11 gənclər təşkilatının təşəbbüsü ilə təsis olunmuş, Azərbaycanın vahid gənclər platforması və aparıcı gənclər təsisatı olaraq ətrafında regional, milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Milli Şura Azərbaycanın gənclər təşkilatlarının vahid əlaqələndirmə və əməkdaşlıq mərkəzi olmaqla onların eyni zamanda gənclər təşkilatlarının beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. == Məqsəd == Gənclər Təşkilatları Milli Şurası öz tərkibinə daxil olan uşaq və gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərinin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir. == Struktur == Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası qarşısına qoyduğu məqsəd və vəzifələri həyata keçirmək üçün Əsasnamə və Nizamnaməyə uyğun olaraq xüsusi struktura malikdir. === Qurultay === Gənclər Təşkilatları Milli Şurasının ali qərarverici orqanıdır və ən azı 2 ildə 1 dəfə çağrılır. Qurultay Nizamnaməni, təşkilatın fəaliyyətini tənzimləyən əsasnamə qəbul edir, ona əlavə və dəyişikliklər edir, üzvlərin qəbul və xaric edilməsi ilə bağlı Məclisin qərarlarını təsdiq edir, sədr və müavinləri, büro üzvlərini, MNTK üzvlərini seçir, NAYORA-nın əsas fəaliyyət istiqamətlərini müəyyən edir. === Məclis === Qurultaylararası dövrdə ARGTMŞ-ın qərarverici orqanıdır və ən azı 6 ayda 1 dəfədən az olmayaraq çağırılır. Məclis Milli Şuranın fəaliyyətini tənzimləyən qərarlar, fəaliyyət proqramını qəbul edir, üzvləri qəbul və ya xaric edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (əvvəlki: Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası) — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin (bundan sonra – layihələr) mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası prezidentinin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yerinə yaradılmışdır. == Haqqında == 19 aprel 2021-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" publik hüquqi şəxs yaradılmışdır. == Nizamnamə == Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsinə əsasən Agentliyin fəaliyyət istiqamətləri, vəzifələri və hüquqları, idarə olunması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi, agentlikdə uçot və hesabat, agentliyin ləğvi və yenidən təşkili təsdiq edilmişdir. == Xarici keçidlər == "Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. İstifadə tarixi: 27 yanvar 2022.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ və ya Tələbə İttifaqı) Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir.ATGTİ qeyri-siyasi, qeyri-kommersiya və qeyri hökumət təşkilatıdır. İttifaqın əsası 20 noyabr 2009-cu ildə qoyulmuşdur, 2010-cu ilin mart ayında isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İttifaqın məqsədi ali məktəblərdə təhsilin inkişafına kömək olmaq, tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. ATGTİ mütəmadi olaraq yerli təlimlər, seminarlar, konfranslar, milli və beynəlxalq yay düşərgələri, tələbə mübadilələri, tələbələrarası müxtəlif olimpiadalar, incəsənət müsabiqələri və digər bu kimi fəaliyyətlər təşkil edir.
Azərbaycan Xalq Cümhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatı
Əksinqilabla Mübarizə Təşkilatı — Azərbaycan Xalq Cümhuriyyətinin Dövlət Müdafiə Komitəsi ilə eyni vaxtda (1919-cu il, 11 iyun) və ona tabe qurum kimi yaradılmış əks-kəşfiyyat orqanı. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk günlərdən böyük təhlükələrlə qarşılaşmalı oldu. Belə ki, müxtəlif dövlətlər mühüm geosiyasi bölgədə yerləşən Azərbaycanı özünün nüfüz dairəsinə salmaq məqsədilə açıq mübarizə aparırdılar. Ən böyük təhlükə mənbələri "vahid və bölünməz Rusiya" uğrunda mübarizə aparan Denikin ordusu və "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı tarixdə görünməmiş vəhşiliklər və soyqırımları törədən daşnaklar və daşnak Ermənistanı idi. Bu qüvvələrin hər biri Azərbaycanda, xüsusilə də Bakıda geniş təxribatlar törədir, Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsinə, ölkədə qayda-qanun yaradılmasına mane olmağa çalışırdılar. Denikin qüvvələri Şimali Qafqazı tutduqdan sonra Azərbaycan üçün daha böyük təhlükə yarandı. 1919-cu il fevralın 18-də Parlamentin iclasında çıxış edən Fətəli xan Xoyski Azərbaycanda, xüsusilə də Bakıda general Prjevalskinin rəhbərliyi ilə Denikinə yardım göstərən qüvvələrin gizli surətdə silahlı hərbi dəstələr təşkil etdiklərini, ağqvardiyaçılar üçün əsgər yazılışı aparıldığını bildirdi. Denikin qüvvələrinin 1919-cu il mayın axırlarında Dərbəndi tutması nəinki Azərbaycanı, həmçinin bütün Cənubi Qafqazı böyük təhlükə qarşısında qoydu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il iyunun 9-da keçirilən iclasında Parlamentin tövsiyəsi ilə dövlətin müdafiəsi üçün xüsusi orqan - 5 nəfər hökumət üzvündən (baş nazir, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri) ibarət Dövlət Müdafiə Komitəsinin yaradılması qərara alındı.Azərbaycanda təxribatlara qarşı xüsusi mübarizə strukturunun - Əks-inqilabla Mübarizə Təşkilatının yaradılması da bununla eyni vaxta təsadüf edir. Azərbaycanda əks-kəşfiyyat işi ilə hələ 1919-cu ilin yanvarından hərbi kəşfiyyat məşğul olurdu.
Bank olmayan kredit təşkilatlatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Bank olmayan kredit təşkilatı
Bank olmayan kredit təşkilatı — (BOKT) xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və Bank olmayan kredit təşkilatları haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-nin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları və normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra -Mərkəzi Bank) normativ xarakterli aktları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu Qanun kredit ittifaqlarına və lombardlara şamil olunmur. == Lisenziya == Kreditlərin verilməsi üçün BOKT Mərkəzi Bankdan xüsusi razılıq (lisenziya) (bundan sonra - lisenziya) almalıdır. Girov əmanəti qəbul etmək üçün BOKT-nin lisenziyasında bu barədə xüsusi icazə olmalıdır. Belə icazə olmadan BOKT-nin girov əmanəti qəbul etməsi qadağandır. BOKT-yə verilən lisenziya müddətsizdir. Lisenziya Mərkəzi Bank tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış BOKT tərəfindən istifadə edilə bilər.. == Maliyyələşdirilmə mənbələri == BOKT-lərin fəaliyyəti aşağıdakı mənbələr hesabına maliyyələşdirilə bilər: nizamnamə (şərikli) kapitalı (əmlak haqları) və əldə edilmiş gəlirlər; cəlb edilmiş kreditlər; fiziki və hüquqi şəxslərin ianələri, qrantları və digər formalarda əvəzsiz olaraq ayırdıqları vəsaitlər; qanunvericilikdə qadağan olunmayan digər mənbələrdən əldə edilən vəsaitlər.
Biliklərin təşkili
Sənayenin təşkili
Sənayenin təşkili (ing. industrial organization) və ya sənaye bazarları nəzəriyyəsi — bazarların işləmə qanunauyğunluqlarını və onlarda firmaların davranışlarını araşdıran iqtisadi nəzəriyyənin bir qolu. Sənayenin təşkili nəzəriyyəsinin mövzusu əsasən mikroiqtisadiyyatla eynidir. Eyni zamanda, sənayenin təşkili nəzəriyyəsi, sadə situasiyalarla məhdudlaşmadan eyni məsələləri dərindən araşdırdığından ayrıca fənn kimi qəbul edilir. == Mövzu == Sənaye təşkilatı nəzəriyyəsində firmaların bir və ya daha çox bazarda fəaliyyət göstərdikləri qəbul edilir. Kifayət qədər yaxın əvəzedicilər olan həm homogen, həm də fərqli mallar vahid bazarda satıla bilər. Buna görə də müəyyən bir bazarın sərhədlərinin ciddi şəkildə müəyyənləşdirilməsi təhlil olunan vəziyyətdən asılıdır. Jan Tirol qeyd edir: == Tarixi == Müasir sənaye təşkilatı nəzəriyyəsinin inkişafı iki mərhələdə baş verdi. === Birinci mərhələ === Birinci mərhələ (1930–1970-ci illər) Edvard Meyson və Co Beyn adları ilə əlaqələndirilir. Onların yanaşmasına bəzən Harvard ənənəsi də deyilir.
Maliyyə bazarının infrastruktur təşkili
Maliyyə bazarının infrastruktur təşkili (ing. financial market infrastructure), maliyyə bazarı infrastrukturu, təşkilat və ya maliyyə bazarı infrastruktur obyekti – fəaliyyəti maliyyə aktivləri / öhdəlikləri ilə əməliyyatlar aparmaq və ya bu əməliyyatların həyata keçirilməsi üçün zəruri olan xidmətlərin göstərilməsi ilə əlaqəli olan maliyyə sektorunun köməkçi təşkilatı (köməkçi maliyyə institutu, financial auxiliaries). Köməkçi funksiyanın icrası, infrastruktur təşkilatının müstəqil olaraq maliyyə alətləri ilə əməliyyatlar aparması, yəni maliyyə vasitəçisi kimi çıxış etməməsi demək deyil. == Maliyyə bazarının infrastruktur təşkilatlarının növləri == Maliyyə bazarının infrastruktur təşkilatlarına aşağıdakıları təmin edən təşkilatlar daxildir: maliyyə alətləri ilə ticarət (birjalar və birjadan kənar elektron ticarət platformaları), təmizlənmə, qarşı tərəfin kredit riskindən qorunma, ödəmələrin hesablanması və ya uçotu, qiymətli kağızların uçotu, mallar üçün müqavilələr daxil olmaqla maliyyə alətləri, maliyyə türevləri ilə reçetesiz satılan müqavilələrin uçotu.Cədvəl. 2017-ci il üçün Rusiyada maliyyə bazarının infrastruktur təşkilatları Maliyyə bazarının infrastruktur təşkilatları, təşkilatı, funksiyası və quruluşu ilə fərqlənə bilər, eyni zamanda fərqli təşkilati və hüquqi formalara sahib ola bilərlər. İnfrastruktur təşkilatları kommersiya və ya qeyri-kommersiya ola bilər. İnstitusional çərçivədən asılı olaraq, eyni və ya fərqli ərazilərdə müxtəlif yollarla lisenziyalaşdırıla, tənzimlənə və nəzarət edilə bilər. == Terminin yaranması == "Maliyyə bazarının infrastruktur təşkili" konsepsiyası ilk dəfə 2012-ci ilin aprelində yayımlanan Beynəlxalq Hesablaşmalar Bankı və Qiymətli Kağızlar Komissiyaları Təşkilatının Ödəmə və Hesablaşma Sistemləri Komitəsinin "Maliyyə bazarı infrastrukturunun əsasları" (CPSS-IOSCO) beynəlxalq hesabatında istifadə edilmişdir. Hesabatda aşağıdakı təşkilatlar üçün beynəlxalq fəaliyyət standartları təsvir edilmişdir: sistematik əhəmiyyətli ödəmə sistemləri (systemically important payment system), mərkəzi qiymətli kağız depozitarisi (central securities depository), qiymətli kağızlarla hesablaşma sistemləri (securities settlement system), mərkəzi tərəflər (central counterparty), ticarət anbarı (trade repository).Maliyyə Bazarları İnfrastrukturunun Əsasları dövlət qurumlarının tənzimləmə, nəzarət və nəzarət üzrə vəzifələrini də təsvir edir. == İnfrastruktur təşkilatlarının maliyyə bazarındakı iqtisadi rolu == Ticarət, klirinq, hesablaşma və maliyyə aktivlərinin / öhdəliklərinin uçotunu təmin edən maliyyə bazası infrastrukturları xidmət etdikləri bazarların inkişafına kömək edir.
Sosial gigiyena və səhiyyənin təşkili
Sosial gigiyena və səhiyyənin təşkili və ya ictimai səhiyyə – cəmiyyətin, təşkilatların, icmaların və fərdlərin mütəşəkkil səyləri və şüurlu formada seçimləri yolu ilə ömrü uzadan və həyat keyfiyyətini yaxşılaşdıran "xəstəliklərin qarşısının alınması elmi və sənəti" olaraq müəyyən edilmişdir. Daha geniş bir formada deyiliş ilə təşkil edilən ictimai fəaliyyətlərin nəticəsində, ətraf mühitin və səhiyyə şəraitinin yaxşılaşdırılması, insanlara səhiyyə haqqında düzgün məlumatlarının verilməsi, yoluxucu xəstəliklərin qarşısının əvvəlcədən alınması, xəstəliklərin əvvəlcədən diaqnostikası və müalicəsini həyata keçirəcək sağlamlıq təşkilatlarının yaradılması, ictimai fəaliyyətlər nəticəsində cəmiyyətin hər bir üzvünün sağlamlığını təmin edə biləcək bir yaşayış səviyyəsinin təmin edilməsi, insan ömrünün uzadılması, insanların fiziki sağlamlıqlarının artırılması hesabına iş qüvvələrinin yüksəldilməsini hədəfləyən bir elmdir.
Xalq istehlakı mallarının buraxılışının öyrənilməsinin təşkili (film, 1989)
Eskil
Eskil — Aksaray ilinə yerləşən ilçə.
Təskin (Tarım)
Təskin (az.-əbcəd تسکین‎, fars. تسکین‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 757 nəfər yaşayır (219 ailə).
Kəşkül
Kəşkül — süddən bişirilən bir növ şirniyyat ya desertdir. Kəşkül, süd, döyülmüş badam, şəkər, düyü unu və kartof unu ilə bişirilir.Bişirmə texnikası Muhallebi kimidir. Qaynama sona çatarkən südün içinə hindistan qozu tozu tökülür. Kasalar vasitəsilə çəkilmiş badam, şamfıstığı və fıstıq ilə bəzənər. == Mənbə == Kəşkül Arxivləşdirilib 2011-12-17 at the Wayback Machine == Xarici keçidlər == Ne Pişirim?
Məşkül
Məşkül (fars. مشكول‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 165 nəfər yaşayır (36 ailə).
Təhlil
Аnaliz (yunanca ἀνάλυσις "çürümə , parçalanma") — hər-hansı vahidin (əşya, hal, proses və ya obyekt lər arasındakı münasibətlərin) nəzəri və ya real şəkildə tərkib hissələrinə bölünməsi. Bölünmə insanın idrak və ya praktiki fəaliyyəti üçün lazım olur.,Sintezlə birgə analiz metodu tədqiqat obyekti haqqında tam və lazım olan informasiyanı əldə etməyə inkan verir. Аnaliz tədqiqat metodu kimi aşağıdakılardır: Fəlsəfə — fəlsəfi analiz metodu. Məntiq — məntiqi analiz, qeyri-standart analiz. Kimya — analitik kimya, struktur analizi. Tibb — tibbi analiz, qan anlizi, sidik analizi, ifrazat analizi. Riyaziyyat — riyazi analiz, funksional analiz. İqtisadiyyat — iqtisadi analiz, maliyyə analizi.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Təmsil
Təmsil (danışıq dilində - Məsəl) — epik növün ən qədim janrlarından biri. Bitki və heyvanların insanların xüsusiyyətləri ilə təsviridir və həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir. Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn: M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir: Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.
Təşkilat
Təşkilat (yun. ὄργανον alət) — konkret şəxsin rəhbərliyi altında konkret vəzifəni həyata keçirən və birgə fəaliyyət göstərən insanlar qrupu. Bu resursların məqsədli birliyidir. Təşkilat daxilində insan özü aktiv resurs rolunu oynayır. Təşkilat daha böyük təşkilatın daxilində fəaliyyət göstərərsə təşkilatın özü resurs rolunu oynayır. Təşkilatın mütləq məqsədi və fəaliyyət planı olmalıdır.
Təşvir
Təşvir (az.-əbcəd تشویر‎, fars. تشویر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,249 nəfər yaşayır (378 ailə).
Təbil
Təbil - eramızdan əvvəl yaradılmış qədim zərb alətidir. "Kitabi-Dədə Qorqud" dastanında təbilin adı çəkilir. Klassik şairlərimizdən Əfzələddin Xaqani, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məsihi və başqaları öz şeirlərində təbili vəsf etmişlər Nizami "İsgəndərnamə" poemasında yazır: Təbildən müxtəlif məqsədlərlə istifadə olunurdu: qoşunu döyüşə ruhlandırmaq, karvanı səfərə səsləmək, informasiya vasitəsi kimi və s. Əfrasiyab Bədəlbəyli "Musiqi lüğəti" kitabında yazır: "Sağanağının hər iki tərəfinə dana və ya qoyun dərisi çəkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarilə nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də çəllək kimi ellips şəklində olur".
Təcil
Təcil — sürət dəyişməsinin bu dəyişmənin baş verdiyi zaman fəsiləsinə nisbətinə bərabər olan fiziki kəmiyyət . Cismin təcillənməsi Nyutonun ikinci qanununda göstərildiyi kimi cismə təsir edən qüvvələrin əvəzləyicisinin hesabına baş verir. Beynəlxalq vahidlər sistemində (BS) təcilin vahidi metr bölünsün saniyə kvadratıdır ( m s a n 2 {\displaystyle m \over san^{2}} ). Təcil vektorial kəmiyyətdir (yəni həm qiyməti həm də istiqaməti ilə müəyyən olunur) və paraleloqram qanununa görə cəmlənir. Bir vektor kimi hesablanan əvəzləyici qüvvə cismin kütləsi (skalyar kəmiyyətdir) ilə onun təcilinin hasilinə bərabərdir. Misal üçün bir avtomobil hərəkətsiz haldan (başlanğıc sürəti 0 olan haldan) düz xətt boyunca sürətini artıraraq hərəkət edərkən, təcilin istiqaməti hərəkət istiqamətində yönəlir. Əgər avtomobil dönərsə, təcil istiqamətini dəyişərək yeni istiqamət alır. Bu misalda avtomobildəki sərnişinlərin müşahidə etdiyi onları oturacağa doğru itələyən ve ya basan qüvvəni maşının təcili və ya xətti təcil adlanır. Avtomobil istiqamətini dəyişərkən avtomobildəki sərnişinlər onları yan tərəfə doğru itələyən qüvvələrin yarandığını müşahidə edəcəklər belə təcil qeyri xətti təcil adlanir. Əgər avtomobil sürətini azaldarsa, bu zaman təcil avtomobilin hərəkət istiqamətinin əksinə yönəlir və buna bəzən yavaşıma deyilir.Yavaşıma zamanı sərnişinlər onları önə doğru itələyən qüvvənin meydana gəldiyini müşahidə edirlər.Riyazi olaraq yavaşımanın ayrıca bir düsturu yoxdur,hər ikisidə surət dəyişməsidir.
Tədil
Tədil — Ərəb dilində "tərifləmək" mənasını verir. Ravinin ədalətli olduğuna hökm etməyə deyilir. Ravinin ədalət sahibi olduğunu hökmünü verənə isə muaddil deyilir. Ravinin ədalətli olmasını ifadə edən bir sıra terminlər vardır ki, onlara tədil ləfzləri deyilir. == İstinadlar == == Həmçinin bax == Hədis Siqə (termin) Səduq (termin) Mutqin (termin) == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Təkin
Təkin — ad, soyad. Təkin Alp — Təkin Arıburun — Təkin Bingöl — Təkin Dərəli — Bülent Tekin — Kürd yazıçı. Gürsel Tekin — Türk siyasətçi.Harun TəkinHarun Təkin (musiqiçi) — məşhur Türkiyə müğənnisi. Harun Təkin (futbolçu) — futbolçu.
Tətil
Tətil (it. və isp. basta! «yetər! bəsdir!») — işəgötürəndən və ya hökumətdən hər hansı tələblərin yerinə yetirilməsini tələb etmək üçün təşkilatda və ya müəssisədə kollektiv şəkildə işin dayandırılması; əmək mübahisələrinin həlli yollarından biridir. == Məqsədlərə görə == Hücum tətili tətilçilərin yaşayış və iş şəraitinin yaxşılığa doğru dəyişməsini tələb etdikləri tətildir. Müdafiə tətili - tətilçilərin daha pis yaşayış və iş şəraitinin dəyişdirilməsinə müqavimət göstərdiyi tətil. Siyasi tətil - işçilərin siyasi xarakterli tələblər irəli sürdüyü tətil (hökumət dəyişikliyi, qanunvericilikdə dəyişikliklər və s.). O, öz təbiətinə görə adətən milli ölçülərə çatır və cəmiyyətin və tarixin siyasi həyatında dönüş nöqtələrində mühüm amilə çevrilir (məsələn, 1905-ci il Ümumrusiya Oktyabr siyasi tətili). == Tarixi == Yazıçı Amennaxt tərəfindən papirusda qeydə alınan tarixdə məlum olan ilk zərbə Qədim Misirdə, Firon III Ramsesin hakimiyyəti dövründə baş verib.
Təvil
Təvil (Vərziqan)
Vəkil
Vəkil (ərəb. ماحم‎) Vəkalətə əsasən iş görən şəxs -Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm. (M. F. Axundzadə). Məhkəmədə tərəflərin əvəzində işi aparan şəxs, hüquqçu, advokat.
Xəşil
== Xəşil Haqqında == xəşil — is. Suda bişirilib yağ və doşabla yeyilən xəmir xörəyi. Qarğa özünü quş bilir, xəşil özünü aş. (Ata. sözü). == Tərkibi: == (2 nəfərlik) 1 stəkan un3 stəkan qaynadılmış soyuq su1/3 çay qaşığı duz === Üstü üçün: === Bəkməz (doşab)əridilmiş kərə yağıŞəkər tozu === Hazırlanması: === Suyu bir qazana töküb üstünə duz töküb qarışdırırıq. ələnmiş unu əlavə edib yaxşı çalırıq. Elə çalmaq lazımdır ki düyür qalmasın. Sonra qazın üstündə vam odda dayanmadan qarışdıra-qarışdıra bişiririk. Yemək getdikcə qatılaşacaq.
Şəkil
Forma, bir obyektin çevrəsi və səthi kimi xarici xüsusiyyətlərindən asılı olan ümumi bir tərifdir. Rəng, naxış və maddə kimi xüsusiyyətlər bir cismin formasında həlledici rol oynamır. Psixoloqlar düşünürlər ki, insanlar cisimləri mənalandırarkən onları zehinlərində geon adlanan formalara bölürlər. Konuslar və kürələr bu formaların nümunəsidir.
Ərkil
Ərkil — İrəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı. == Tarixi == Mənbədə Arkel kimidir. 1590-cı ildə Rəvan əyalətinin İrəvan qəzasında kənd adı, 1728-ci ildə İrəvan əyalətinin Qırxbulaq nahiyəsində kənd adı. "Qara Abdal kəndinin yaxınlığında yerləşir". == Toponimi == Ərk adından və qədim türkcə il (azərbaycanca el-"tayfa") cözündən ibarətdir. Erkən orta əsrlərdə Van gölündən şimal-qərbdə Tavrubəran əyalətində (Araz çayının yuxarı axını ilə Murad-Su və Bingöl-Su, yə'ni Mingəl-Su çayları arasında) Ark (Ərk) mahalındançıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. XX əsrin 30-cu illərində kəndin əhalisi qovulmuş və ermənilər yerləşdirilmişdir.
"Təhsil" nəşriyyatı
Təhsil Nəşriyyat-Poliqrafiya MMC — Azərbaycanda nəşriyyat. 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə 100 nəfərdən çox yüksək ixtisaslı, peşəkar kadrlar çalışır. Ən müasir və güclü poliqrafiya bazasına malikdir. Bu günədək 60 milyon nüsxəyə yaxın kitab nəşr etmişdir. 2003-2008-ci illərdə "İlin nəşriyyatı" statusu qazanmışdır. Nəşr etdiyi kitablar Avropa və digər beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmişdir. 2005-ci ildə "Qarabağ" kitabı II Beynəlxalq "Kitab sənəti" müsabiqəsində ən yüksək balla birinci yerə layiq görülmüşdür. == Haqqında == Azərbaycanın müasir nəşriyyat sferasında önəmli yeri və özünəməxsus dəst-xətti olan «Təhsil» nəşriyyatı 1993-cü ildən fəaliyyət göstərir. Müəssisədə peşəsinin sirlərini dərindən bilən 80 nəfərə yaxın işçi çalışır.
Alabamada təhsil
Alabamada təhsil Alabama Universiteti, özəl kolleclər və ibtidai və orta məktəblər daxil olmaqla Alabama ictimai və özəl məktəblərdən təşkil olunmuşdur. == Tarixi == İndi Alabama olan keçmiş Missisipi Ərazisində şəxsi və yerli qurulan ümumi məktəblər mövcud olmuşdur. 1819-cu il Ştat Konstitusiyası ela edir : == İbtidai və orta təhsil == Alabamada ibtidai və orta təhsil Alabama Ştat Təhsil Şurasının, eləcə də 67 qraflıq təhsil şurası və 60 şəhər təhsil şurasının nəzarətindədir. Ümumilikdə 1,541 məktəb 743,364 şagirdi ibtidai və orta təhsillə təmin edir.İctimai məktəb maliyyələşdirilməsi Təhsil Etimad Fondu vasitəsilə Alabama qanunvericiliyi ilə idarə edilir. 2006-2007-ci maliyyə ili üçün Alabama ibtidai və orta təhsilə 3,775,163,578 $ vəsait ayırmışdı. Bu əvvəlki maliyyə ilinə nisbətən 444,736,387 $ artıq olmuşdu. 2007-ci ildə məktəblərin 82 faizindən çoxu Alabama ştatı tərəfindən Milli Heç Bir Uşaq Geri Qalmasın qanunu çərçivəsində müəyyənləşdirilən tədbirlərdən istifadə edərək adekvat illik tərəqqi (AİT) əldə etdilər. 2004-cü ildə məktəblərin 23 faizi AİT səviyyəsinə çatdmışdı.Alabama ictimai təhsil sistemi inkişaf etməsinə baxmayaraq digər ştatlarla müqayisədə geri qalır. 2000-ci il əhalinin siyahıyaalma məlumatına əsasən Alabamanın tam orta məktəb məzuniyyət səviyyəsi 75%-dir və ölkədə Missisipidən sonra ən aşağı ikinci yerdə dayanır. Ən böyük təhsil gəliri dərəcəsiz kollec təhsili alan şəxslər tərəfindən əldə edilir.
Albaniyada təhsil
Albaniyada təhsil — Albaniya Respublikasındakı təhsil vəziyyətinə verilən ad. Albaniyada əhalinin savadlılıq faizi 99 %-dir (9 yaş və yuxarı). İlkin ümumi təhsil məcburidir (1-9 siniflər). Əksər oxuyanlar sonradan orta təhsili davam etdirir. Təhsili davam etdirmək üçün mütləq 9 -cu və 12 -ci siniflərin sonunda imtahan verilməli. Ölkədə əksər məktəbləri dövlət maliyyələşdirir. Ancaq son illərdə Albaniyada bir neçə özəl məktəblər fəaliyyətə başlamışdır. Dərs ili iki semestrdən ibarətdir. Dərs həftəsi bazar ertəsi başlayır və cümə günü bitir. Dərslər sentyabrın yarısı və ya oktyabrda başlayır, iyun və ya iyulda bitir.
Avstriyada təhsil
Avstriyada təhsil — Avropanın mərkəzində yüksək səviyyəli təhsil sistemi. == Ali təhsil == Dövlət universitetlərində maksimum təhsil haqqı semestrdə 363 avrodur. Avropa məkanında ali və ikinci ali təhsil almağın ən əlverişli şərlərinin Avstriyada olduğu hesab edilir. === Əsas üstünlükləri === birbaşa orta təhsildən sonra qəbul olunmaq olur; qəbul üçün yaş məhdudiyyəti yoxdur; qəbul üçün alman dilini bilmək tələb edilmir; qəbul imtahanları yoxdur (istisna: tibb, psixologiya, yaradıcı ixtisaslar) qəbul yerləri məhdud deyil və müsabiqə yoxdur qəbul zamanı attestat və diplom qiymətləri nəzərə alınmır; maksimal təhsil haqqı semestrdə 363 avro; universiteti bitirdikdən sonra ölkədə qalıb işləmək hüququ verilir. === Xüsusiyyətləri === Bütün Avstriya universitetlərində tədris Bolonya prosesi tələbləri ilədir. Universitetlərdə 330-dən çox fakültə vardır. Tələbələr eyni zamanda bir neçə universitetdə təhsil ala bilərlər. Tədris dövründə tələbələrin praktika keçməsi üçün geniş şərait yaradılır və universitet bu işdə tələbələrə kömək edir. Arzu edən tələbələr bir neçə semestri digər Avropa ölkələrinin universitetlərində keçirə bilərlər. Tədrisi bitirən tələbə təhsil aldığı səviyəyə görə bakalavr, magistr və ya doktor dərəcəsini alır.
Başqırdıstanda təhsil
Başqırdıstanda təhsil — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının təhsil sistemi. Başqırdıstanda 3,3 min ümumtəhsil məktəbi, 76 orta ixtisas təhsili müəssisəsi, o cümlədən Ufada 1922-ci ildən fəaliyyət göstərən İncəsənət məktəbi və 1986-cı ildən fəaliyyət göstərən Xoreoqrafiya məktəbləri vardır. Ölkənin ən iri ali məktəbləri 1957-ci ildən fəaliyyət göstərən Başqırdıstan Dövlət Universiteti, 1930-cu ildən fəaliyyət göstərən Aqrar Universitet, 1932-ci ildən fəaliyyət göstərən Tibb Universiteti, 1948-ci ildən fəaliyyət göstərən Neft Texniki Universiteti, 1932-ci ildən fəaliyyət göstərən Aviasiya Texniki Universiteti; 1968-ci ildən Ufada fəaliyyət göstərən İncəsənət İnstitutu, 1970-ci ildən Ufada fəaliyyət göstərən Hüquq İnstitutu; 1952-ci ildən Birskdə, 1954-cü ildən isə Sterlitamakda fəaliyyət göstərən pedaqoji institutlar, 1983-cü ildən fəaliyyət göstərən Təyyarəçilərin Ali Hərbi Aviasiya Məktəbi və digərləri var. 1951–1987-ci illərdə Ufa Elmi Mərkəzi olmuş qurum sonradan Rusiya EA Ural Şöbəsinin Elmi Mərkəzi adlandırılmışdır. Bundan başqa ölkədə Rusiya EA-nın elmi tədqiqat institutları da var. Başqırdıstan Respublikası Hökumətinin İcra şöbəsinə daxil olan Təhsil Nazirliyi başqırd dilini xilas və inkişaf etdirmə, Başqırdıstanda təhsilin gücləndirilməsi siyasəti aparır.
Meşkin
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləriŞəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Teksel
Teksel (nid. Texel, [ˈtɛsəl]) və ya Tessel — Niderlandın Şimali Hollandiya vilayəti ərazisində yerləşən şəhər. Qərbi-Friz adaları arasında əhali baxımından ən iri adasıdır. Adada eyni adlı ərazi inzibati vahidliyi fəaliyyət göstərir. Hələ 1415-ci ildə adada yerləşən yaşayış məntəqəsi müstəqil şəhər statusu almışdır.. Bölgənin sahəsi 585,96 km² təşkil etsə də, onun 416,14 km² ada ərazisinə daxildir. Teksel şəhəri adadan kənar sahəsi ilə birlikdə Niderlandın sahəsi ən böyük şəhəridir. == Coğrafi məlumat == Adanın sahəsi 169,82 km² təşkil edir. Onun ərazisində 13,711 nəfər (2008) yaşayır. Adada 7 şəhərcik vardır: De Koksdorp De Kooq De Vaal Den Burq Den-Hoorn Oosterend AudeşildAdada onlarla kiçik qəsəbə yerləşir.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. == Apologetikası == Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Tespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Teşkan
Teşkan — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. == Tarixi == Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..
Esxil
Esxil (qəd-yun. Αἰσχύλος, E.ə. 525, Elefsis– e.ə. 456, Cela) — qədim yunan dramaturqu, avropa və yunan faciəsinin banisi. == Həyatı == Esxil (e.ə. 525–456) ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olmuşdur. Esxilin həyatı Afina tarixinin ən mühüm dövrünə təsadüf edir. E.ə.
Fəsil
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). == Təqvim üzrə mövsümlər == Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Nəsil
Nəsil— başlanğıcını bir ümumi əcdaddan götürən, birlikdə yaşayıb-işləyən, ümumi əmlakı olan qohumlar kollektivi. Nəsil (qəbilə) icması "ağıllı insan"ın meydana gəlməsi ilə yaranır. Qəbilə icması insan sürüsündən daha çox möhkəm və mütəşəkkil idi.Nəsil — (ing. generation, ru. поколение) — Verilənlərin saxlanması sistemlərində: bir-biri ilə qarşılıqlı əlaqəli olan fayllar toplusunun ayrılması (xüsusiləşməsi) sxemi; ən əski variant "baba", sonrakı "ata", ən yeni isə "oğul" adlanır. 2. Proqramlaşdırmada: proqramın çalışması gedişində yaranan proseslərin (məsələlərin) "nəsil" proseslərini təsvir etmək üçün istifadə olunan analoji terminlər çoxluğu (ulubaba, ata, övlad). 3. Aparat təminatında: kompüterlərin, onlarda istifadə olunan texnoloji yeniliklərin növləri üzrə təsnifatı. Nəsillərin hesablanması elektronlampalar əsasında yaradılmış ilk kompüterlərdən başlayıb və hazırda beşinci nəslə çatıb.
Qəsil
Aşağı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd. Yuxarı Qəsil — Azərbaycan Respublikasının Ağdaş rayonunda kənd.