KİLK
KİLSİ
OBASTAN VİKİ
Abuğamir kilsəsi
Abuğamir kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında qədim erməni kilsəsi. Bu kiçik kilsə Alacaçay (ermənicə Tsağkotsadzor) vadisində bir təpənin üstündə inşa edilmişdir. Qəribədr ki, Anidəki kilsələrin hamısı sanki şəhərin kənarından və uzaqdan görünməsi istənirmiş kimi hündür təpələrin üstündə inşa edilib.Mütəxəssislər abidəni X əsrə aid (binanın bəzədilməsində istifadə edilən naxışların çoxu bu dövr erməni memarlığı üçün xarakterikdir) edirlər və Pahlavuni sülaləsinə aid olduğunu, Şahzadə Qriqor tərəfindən inşa etdirildiyini güman edirlər. Bu sülalə Aninin müstəqilliyinin son illərində önəm qazanmışdır. Pahlavuni sülaləsindən olan ən məşhur tarixi şəxsiyyət Aninin Bizans imperiyasına ilhaq edilməsinə qarşı çıxmış dəstənin başında duran Vahram Pahlavuni olmuşdur. Vahramdan kilsənin qapısı üzərindəki kitabədə də bəhs olunur və adının kilsəyə verildiyi, özünün isə oğlu Abuğamirin xatirəsinin anılması üçün keçirilən mərasimlərə pul ayırdığı qeyd edilir.1040 - cı il tarixli başqa bir kitabə isə şahzadə Ablğaribin atası, qardaşı və bacısı üçün iki otaqlı bir qəbir inşa etdirildiyi qeyd edilir. " 489 - cu ildə (miladi təqvimlə 1040) mən Ablğarib, ermənilərin mərzbanı Qriqorun oğlu və Abuğamirin nəvəsi ən gənc oğlu olmam səbəbiylə atam tərəfindən ciddiylə alınmamağıma rəğmən ailəmə olan sevgimə görə bu son mənzili atam Qriqor, qardaşım Həmzə və bacım Seda üçün inşa etdirdim, həmçinin Müqəddəs Stefanos və Müqəddəs Kristofer kilsələrini tikdirdim." Kilsənin Şimal divarına birləşmiş olan və günümüzə yalnız təməlləri çatan binanın məhz bu iki otaqlı qəbir olduğu güman edilir. 1998-ci ildə bu təməllər qızıl axtaranlar tərəfindən qazılır. İçəridə həqiqətən də məzarların olduğu qızılaxtaranlardan sonra qalan xarabalıqların arasında görünən inşan sümüklərindən aydınlaşır. Hər biri qalın beton təbəqəsiylə əhatə edilmiş ən azı üç məzar olmuşdur.
Akdamar kilsəsi
Ağdamar kilsəsi (erm. Աղթամարի Սուրբ Խաչ եկեղեցի) — Türkiyənin Van bölgəsində Van gölünün içərisində kiçik Ağdamar adasında yerləşən erməni kilsəsi. Ağdamar kilsəsi yeganə Surb Xaç kilsəsi hesab olunur. Qüds şəhərindən İrana gətirilən əsl xaç nümunəsi VII əsrdə Van gölünün yaxınlığına gətirilir. Burada gölün üzərində yerləşən adada xaçı gizlətmək üçün kilsənin inşa olunmasına başlanılır. Tikintinin başlamasına erməni hökmdarı I Qagik göstəriş vermişdir. 915-ci ildə memar Manuel tərəfindən adada kilsə inşasına başlanılır. Tikinti 6 il davam etmiş və 921-ci ildə tamamlanmışdır. Adanın cənub tərəfində inşa olunmuş kilsə memarlıq baxımından Orta əsr erməni memarlığını təmsil edir. Qızıl andezit daşından inşa olunmuş kilsənin çöl divarında müxtəlif heyvan relyefləri əks olunmuş, həmçinin İncildən bəzi səhnələr canlandırılmışdır.
Alban Həvari Kilsəsi
Alban Həvvari Kilsəsi, Alban Kilsəsi və ya sadəcə Alban Katolikosluğu — Qafqaz Albaniyasında mövcud olan kilsə. İmperator I Nikolayın 11 mart 1836-cı il Fərmanına əsaslanan Rusiya Senatının 10 aprel 1836-cı il tarixli Əsasnaməsinə görə erməni-Qriqoryan kilsəsinin idarəçiliyinə daxil edilir. 1836-cı ildə Rusiya tərəfindən erməni Qriqoryan kilsəsinin tabeçiliyinə verilərək fəaliyyəti tam dayandırılmışdır. 2003-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Alban Udi xristian icmasını qeydiyyata alır. Azərbaycanın maddi-mədəni irsi olan Alban kilsələrinin bərpası, mühafizəsi və dini ibadətlərin keçirilməsi istiqamətində dövlət tərəfindən işlər görülməyə başlanılır. 2003-cü ildə Qafqazın ən qədim kiləslərindən biri olan Şəki rayonundakı Kiş məbədi bərpa olunur, 2006-cı ildə isə Qəbələ rayonunun Nic qəsəbəsində yerləşən 3 xristian mədəbindən biri — Müqəddəs Yelisey adına Cotari Kilisəsi bərpa edilərək icmanın istifadəsinə verilir. == Tarixi == Xristianlığın ilkin çağlarında, xristian aləmində ideoloji birliyin hələ mövcud olduğu, alban ruhaniliyinin tam formalaşmadığı, kilsə iyerarxiyasının təşəkkül tapmadığı bir dövrdə erməni və gürcü kilsələri kimi, Alban Apostol kilsəsi də iyerarxik baxımdan bilavasitə yunan imperiya kilsəsindən asılı idi; lakin başçısı Kappadokiyanın Qeysəriyyə şəhərində təsdiq edilən erməni-qriqoryan kilsəsindən fərqli olaraq, başçısı Yerusəlimdə təsdiq edilən Alban Apostol kilsəsinin asılılığı formal xarakter daşıyırdı. Alban müəllifi Moisey Kalankatulunun məlumatlarına görə, IV əsrin əvvəllərində Maarifçi Qriqori yepiskop rütbəsinə təsdiq edilmişdi. Romadan onunla birlikdə yepiskop rütbəsinə layiq görülmüş daha bir "müqəddəs ər" gəlmiş və həmin adam alban hökmdarı Urnayrla birlikdə Alban Apostol kilsəsinə başçılıq etmək üçün Albaniyaya yola düşmüşdü. Əlamətdar haldır ki, Ermənistan və Albaniyanın ilk yepiskopları – Maarifçi Qriqori və həmin "müqəddəs ər" alban müəllifi tərəfindən hərfən "ruhanilərin başçıları" mənasını verən terminlə ifadə olunmuşdu; bu isə yepiskop sözünün real sinonimidir.
Alban Həvvari Kilsəsi

Alban Ortodoks Kilsəsi
Albaniya Pravoslav Kilsəsi (albanca: Kisha Ortodokse Autoqefale e Shqipërisë) baş yepiskopluğu idarəsi Tirana və Durres bölgələri ilə bərabər ümumilikdə Albaniyanın bütün cənub ərazilərini əhatə edir. Ayinlər alban dilində həyata keçirilir. Üzvlərinin sayı təqribən 0.5 milyon nəfərdir. Anastas kilsənin indiki baş yepiskopdur. == Tarixi == Xristianlığın Albaniyada yayılması çox qədim zamanlarda başlanmışdır. Durres şəhəri dünyadakı ən qədim yepiskopluq mərkəzlərindən biridir. Əziz Paulus artıq I yüzillikdə İlliryada xristianlığı yaymışdı. 325-ci ildə keçirilən Birinci Nikeya Kilsə Məclisində bütün İlliriya Roma idarəsinə verilmişdi. 731-ci ildə isə Bizans imperatoru III Leo Durres ərazisini Bizansa birləşdirdi. 927-ci ildə Bizans bulqar patriarxlığını qəbul etməyə məcbur qaldıqdan sonra alban kilsəsi də müstəqil Ohri yepiskopluğuna birləşdirildi.
Aleksandr Nevski kilsəsi (Gəncə)
Aleksandr Nevski Kilsəsi — Gəncə şəhərində 1887-ci ildə tikilmiş pravoslav kilsəsidir. Kilsə Bakı yeparxiyası tabeliyindədir. Kilsənin baş rahibi yerey Andrey Bezatosnıydır. Kilsə Gəncə şəhərinin Nizami rayonunda yerləşir. Azərbaycandakı mövcud pravoslav kilsələri arasında ən qədimlərindən biridir (Bakıdakı Mixaylo-Arxangelsk kilsəsindən sonra ikinci). Azərbaycan Respublikası Tarixi Abidələrinin Milli Reyestrinə daxil edilmişdir. == Tarix == Məbəd 1887-ci ildə köhnə qəbirstanlığın yerində həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına ucaldılmışdır. Mənbələrə görə 1916-cı ildə, bu məbəd bir kafedral statusuna sahib idi. Bina Bizans üslubunda plint kərpicdən tikilmişdir.Kilsə 1931-ci ildə Sovet höküməti tərəfindən bağlanmışdır. 1935-1938-ci illərdə bina muzey binası kimi istifadə edilmişdir.
Aleksandriya Pravoslav Kilsəsi
Aleksandriya Pravoslav Kilsəsi — Misirdə yerləşən avtokefal pravoslav kilsə. Kilsə Afrikanı əhatə edir. II Feodor kilsənin indiki patriarxıdır. == Tarixi == İsgəndəriyyə Patriarxlığının tarixinə Kilsənin ən böyük və ən tanınmış atalarından bəziləri, xüsusən də müvafiq olaraq Nikea və Efes ekumenik şuralarında İsgəndəriyyə patriarxları olan Afanasius və Kirilin tarixləri daxildir. 451-ci ildə Xalkedon Şurasında siyasi və Xristoloji mübahisələr nəticəsində yaranan parçalanmada İsgəndəriyyə Kilsəsi iki yerə bölündü. Yerli (yəni Kopt) əhalinin əksəriyyəti Şərq Pravoslav Birliyinin Miafizit Xristologiyasına sadiq qalaraq Xalsedon Şurasına qoşulmadı və Kopt Pravoslav Kilsəsi kimi tanındı. İsgəndəriyyə Kilsəsinin kiçik bir hissəsi Kalsedon Xristologiyasını izlədi və bu, Yunanıstanı liturgik dil olaraq istifadə etdiyi üçün İsgəndəriyyə Yunan Pravoslav Kilsəsi adlanır. Bu Yunan Kalsedon möminləri Şərqi Roma İmperatoruna sadiq idilər. Bölgəni Bizans İmperiyasından daimi olaraq ayıran VII əsrdə ərəblərin Misiri zəbt etməsindən sonra Yunan Kalsedonları hətta xristianlar arasında da bölgədə təcrid olunmuş azlığa çevrildilər və kilsə əsrlər boyu kiçik olaraq qaldı. Bu İskəndəriyyə Xristianları adlarını diptiklərində qeyd edən Konstantinopol Patriarxı ilə, həm də Roma Papası ilə kilsə birliyində qaldılar.
Allahverdi kilsəsi
Allahverdi kilsəsi — Qax şəhəri, Zaqatala küçəsində yerləşən gürcü-pravoslav kilsəsi. == Haqqında == Qax şəhəri, Zaqatala küçəsi, 28 ünvanındə yerləşən kilsənin tikilmə tarixi XIX əsrdir. Rusiya imperiyası Qafqazı tam şəkildə işğal etdikdən sonra 1888-ci ildə XIII əsrə aid qədim bazilikanın qalıqları üzərində xristianların könüllü ianələri və Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin maliyyəsi ilə tikilmişdir. Kilsənin inşasında bişmiş kərpicdən, çay daşından və əhəngdən istifadə olunmuşdur. Dördkünc formaya malikdir. Hazırda fəaliyyət göstərmir.
Anqlikan Kilsəsi
Anqlikan kilsəsi — VIII Henrixin dövründə (1509–1547) İngiltərənin katolikliyə yaxın olan dövlət kilsəsi. İdarə üsuluna görə Katolik kilsəsinə protestantizmdən daha yaxın hesab edilir. Anqlikan kilsəsi Reformasiya dövründə meydana gəlib İngiltərədə kral mütləqiyyətinin möhkəmləndirilməsinə qulluq edirdi. 1534-cü ildə parlamentin "Üstünlük Aktı" əsasında Anqlikan kilsəsinin başçısı Kral elan edilmişdir. Kral Vatikandan dini asılılığını tam aradan qaldırmaq üçün Anqlikan kilsəsinin əlaqəsini Vatikan kilsəsi ilə qırdı. Anqlikan kilsəsinə tabe olan monastırlar ləğv olundu. Kral öz dvoryanları arasında hörmətini artırmaq üçün monastırlara məxsus olan torpaqları onlar arasında bölüşdürdü. Parlamentin qərarları ilə 1549-cu ildə bütün ingilislərə vacib olan "İcma ibadət kitabı" və 1571-ci ildə 39 maddədən ibarət anqlikanlığın inam rəmzləri təsdiq edilmişdir. Yeni dövlət kilsəsinin yaranması ilə razı olmayan katoliklər və kalvinistlər vəhşicəsinə təqib olunurdular. Anqlikan kilsəsi başda arxiyepiskop olmaqla iki, Kenterberi və York kilsə vilayətlərinə bölünür.
Antixalkidon kilsələr
Antixalkidon kilsələr, Şərqi pravoslav kilsələri, Qədim şərqi pravoslav kilsələr və ya Qədim pravoslav kilsələr — Şərqi xristianlığın qədim kilsələr qrupu. Onlar Ekumenik Kilsə Məclislərinin sadəcə iki və ya üç ehkamını tanıyır, onları tətbiq edirlər. Antixalkidon kilsələrə aiddir: Qibti Pravoslav Kilsəsi, Süryani Pravoslav Kilsəsi, Erməni Həvari kilsəsi, Efiopiya Pravoslav Kilsəsi, Eritreya Pravoslav Kilsəsi və Malankar Pravoslav Kilsəsi.
Antixalkidon kilsələri

Aquen kilsə məclisi
Aquen kilsə məclisi, Aquen məclisi, Aluen məclisi — Qafqaz Albaniyası xristian ruhanilərinin 488-ci ildə Aquendə (indiki Ağdam rayonu ərazisində) alban hökmdarı III Vaçaqan tərəfindən çağırılmış yığıncağı. İlk hüquqi alban sənədinin qəbul olunduğu ali kilsə məclisi. == Aquen kilsə məclisinin kecirildiyi tarixi şərait == Aquen qanunları erkən orta əsrlər Qafqaz Albaniyasının dövrümüzə gəlib çatmış ilk və yeganə siyasi hüquqi sənədi kimi böyük əhəmiyyətə malikdir. Bu sənəddə Albaniyada sosial, hüquq və kilsə münasibətləri öz əksini tapmışdır. Aquen qanunlarının qəbul olunduğu zamanadək Albaniyada, Ermənistanda və Gürcüstanda kilsənin ehtiyac və maraqlarını ifadə edən tərcümə və orijinal qanun mətnləri mövcud idi: hüquqi normalarla birlikdə Bibliyanın tərcüməsi, ümumdünya kilsə məclislərinin (325-ci ilin Nikeya, 381-ci ilin Konstantinopol, 431-ci ilin Efes kilsə məclislərinin) bütün xristianlar üçün icbari olan qanunları. Ümumdünya kilsə məclislərinin hüquqi kodekslərinin müəyyən təsiri və Albaniyada ictimai münasibətlərin daxili inkişafı nəticəsində alban qanunlarının yaradılması zərurəti meydana gəldi. Alban hökmdarı III Vaçaqan Albaniyanın müstəqilliyini möhkəmləndirməyə can ataraq, yad dini-siyasi təsirlərə və yadelli qüvvələrin assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil alban kilsəsinin böyük siyasi rolunu nəzərə alaraq alban kilsəsinin dayaqlarını möhkəmləndirməyi, onu iqtisadi cəhətdən gücləndirməyi zəruri hesab edirdi. Bunu isə alban kilsə hüquqi normalarının qəbul olunması yolu ilə etmək mümkün idi. III Vaçaqan bu məqsədlə 498-ci ildə Aquen kilsə məclisini çağırdı. Aquen məclisinin çağırılması səbəblərini izah edən Moisey Kalankatlı yazırdı ki, "ruhani olmayanlarla ruhanilər arasında, azatlarla qara camaat (ramiklər) arasında narazılıqlar baş verdi; onda hökmdar məclis — böyük məhkəmə qurmaq istədi".
Assizli Müqəddəs Fransisk kilsəsi (Praqa)
Assizli Müqəddəs Fransisk kilsəsi və ya Serafimli müqəddəs Fransisk kilsəsi (çex. Kostel svatého Františka Serafinského (z Assisi)) — Praqanın katolik orden kisəsidir. Bina tarixi Stare Mesto rayonunun Krjijovnitske meydanında (çex. Křižovniské náměstí) yerləşir. Kilsə Çexiyanın Qırmızı xaçlı cəngavər ordeninin əsas binası hesab olunur. == Tarix == İndiki Assizli Müqəddəs Fransisk kilsəsinin sələfi, həmin yerdə xəstəxana və monastır ilə birlikdə 1252-ci ildə Qırmızı xaçlı cəngavər ordeninin sərəncamı ilə təsis edilmiş qotik üslublu Müqəddəs Ruh məbədi idi. Monastır kompleksində 1378-ci ildə baş vermiş yanğın zamanı Müqəddəs Ruh məbədi əhəmiyyətli dərəcədə zədələnmişdi, lakin təmirdən sonra etibarlı bir şəkildə 1679-cu ildə yeni kilsə üçün yenidənqurma işlərinə kimi uğurla fəaliyyət göstərmişdi. Müasir Fransisk kilsəsi 1679—1685-ci illər arasında yüksək barokko üslubunda, fransalı memar Jan-Baptist Matei və italiyalı ustalar Domeniko Kanevalle və Qaudensio Kazanovanın rəhbərliyi altında inşa olunmuşdur. Kilsə 1688-ci ildə Praqa arxiyepiskopu Yan Bedrjix fon Valdşteyn tərəfindən Assizli müqəddəs Fransisk şərəfinə təqdis edilmişdir. Müxtəlif vaxtlarda kilsə orqançalanları içərisində Yozef Seger, Kristof Villibald Qlük və Antonin Dvorjak kimi istedadlı insanlar iştirak edirdilər.
Atskuri kilsəsi
Atskuri və ya Atskuri Məryəmin Ölümü kilsəsi (gürcücə: აწყურის ღვთისმშობლის მიძინების სახელობის ტაძარი) — cənubi Gürcüstanın Samtshe-Cavaxeti bölgəsindəki Axısqa bələdiyyəsində yerləşən Atskuri kəndində tikilmiş orta əsrlər kafedralıdır. İlk dəfə X və XI əsrlərdə tikilmiş olan kilsə 1283-cü ildəki zəlzələ nəticəsində dağıldıqdan qısa müddət sonra yenidən inşa edilmişdir. Kafedral şrqində üç çıxıntısı olan xaçlı qübbə kilsəsi idi. Kafedral dövründə Gürcüstandakı ən böyük kafedrallardan biri olmuşdur, ancaq kilsədən geriyə sadəcə uçuq dıvarlar qalmışdır. 2016-cı ildə kilsəni tamamən yeniləmə layihəsi başladılmışdır. Kilsə Gürcüstanın Milli Əhəmiyyətə Sahib Daşınmaz Mədəniyyət Abidələri siyahısına daxildir. == Tarixi və memarlığı == Kilsə Kür çayının sağ sahilindəki kiçik təpənin ətəyində yerləşməkdədir. Biri 10 və 11-ci əsr, digəri 13 və 14-cü əsrlərə aid edilən iki inşaat qatı ayırd edilir. İkinci qat 1283 zəlzələsindən sonra inşa edilən strukturlardan ibarətdir. Atskuri Gürcüstanın mərkəz qismindəki ən önəmli xristian mərkəzlərdən biri olmuşdur.
Aya Triyada Yunan Ortodoks Kilsəsi (İstanbul)
Aya Triyada Yunan Ortodoks kilsəsi (Yunanca: Ιερός Ναός Αγίας Τριάδος, Ierós Naós Agías Triádos, Türkcə: Aya Triada Rum Ortodoks Kilisesi. Aya Triyada Azərbaycan dilində "Müqəddəs Üçlü" deməkdir. Türkiyədə həmçinin Ayiya Triyas olaraq da bilinir) — İstabuldakı ən böyük yunan ortodoks məbədidir. Kilsə, İstanbul, Beyoğlunda, Taksim Meydanının cənub-qərbində, Meşəlik Küçəsi, İstiqlaliyyət küçəsi və Sıraselvilər küçəsi ilə kəşisdiyi yerdə yerləşən bir ortodoks kilsədir. == Adı == Ümumiyyətlə Şərq Xristiyanlığında kilsələrin rahib və rahibə adlarına həsr olunmalarına qarşı, İstanbul Arxiyepiskopuna aid olan Aya Triyada və ya Ayiya Triyasın adı, Yunan dilində Müqəddəs Üçlü yəni daha geniş şəkildə istifadə edildiyi şəkildə Təslis mənasını verməkdədir. == Tarixi == Kilsənin yerləşdiyi mülk, əvvəllər bir yunan Ortodoks qəbiristanlığı və xəstəxanasının yeri olmuşdur. Bu mülk, kilsəni inşa etmək üçün dağıdılmışdır. Osmanlı memarı P. Kampanaki'nin dizaynlarına əsaslanan kilsənin, 1876-cı ilin Avqust ayının 13-də tikintisinə başlanmış və 1880-ci ilin Sentyabr ayının 14-də tamamlanmışdır. Kilsə, Bazilika elementləri ilə birlikdə Yeni-Barokko tərzində, əlavə olaraq iki zəng qülləsi, böyük bir günbəz və yeni-qotik bir fasad ilə inşa edilmişdir.1839-cu ildə, Tanzimat olaraq bilinən bir dövrdə, kilsələrdə günbəzlərin tikilməsinə icazə verilən zamanda, günbəz kimi memarlıq elementlər kilsəyə əlavə edildi. Aya Triyada, İstanbulda inşa edilməsinə icazə verilən ilk günbəzli xristian kilsəsidir.
Aya İrini Kilsəsi
Aya İrini ya da Müqəddəs İrini (Yunanca: Ναός της Αγίας Ειρήνης İlahi Sülh və ya Müqəddəs Sülh) İstanbulda, Topqapı sarayının birinci həyətində, Aya Sofya ilə yaxın və müasir olan tarixi bir muzeydir. == Tarixi == İstanbulda məscidə çevrilməyən ən böyük Bizans kilsəsidir. Qədim mənbələrə görə, IV əsrin əvvəllərində, I Konstantin (324–337) dövründə, Roma dövrünün Artemis, Afrodita və Apollon ibadətgahlarının qalıqlarından istifadə edilərək tikilmişdir. Ayasofya ilə eyni həyət divarında yerləşən Aya İrini, 532-ci ildə Nika üsyanı zamanı Sempson Zenonla birlikdə yandırılmışdır. İmperator I Yustinian, Ayasofyanın yanındakı Aya İrinini də yenidən qurdu. İnşaat 532-ci ildə başlasa da, tam başa çatma tarixi məlum deyil. VIII və IX əsrlərdə baş verən şiddətli zəlzələlər binaya ciddi ziyan vurdu. Bizanslıların patriarxlıq kilsəsi adlandırdığı Aya İrini, İstanbulun fəthindən sonra Topqapı Sarayı ətrafındakı Sur-ı Sultani daxilində qaldı, bu səbəbdən məscidə çevrilmədiyi üçün əhəmiyyətli bir memarlıq dəyişikliyi olmadı. Əvvəlcə daxili sursat, daha sonra Müharibə Nazirliyinin silah anbarı kimi istifadə edilmişdir. == Muzey işləri == Türkiyənin ilk muzey işləri Aya İrinidə başlamışdır.
Azərbaycan yepiskopluğu (Suriya Ortodoks Kilsəsi)
Azərbaycan yepiskopluğu — Süryani Pravoslav kilsəsinin Atropatenadakı tarixi inzibati ərazisi. Azərbaycan yepiskopluğu ilə qarışdırılmamalıdır. Mərkəzi Təbriz idi. == Bilinən yepiskopları == Filoksen — 962-ci ildə bir müsəlman qızla yatdığı üçün xristianlar tərəfindən məcbur edilərək kəlmeyi şəhadət dedizdirilmişdi və müsəlman olmuşdu. Qriqori Yohannan (ö. 1269) — o da Bartella qəsəbəsində doğulmuşdu. Basil (1264-1272) — 1272-ci ildə Təbriz kafedral kilsəsini təmir etdirmişdi. Mar Severus Yaqub bar Şakko (1272-1277) — bundan əvvəl 1232-1241-ci illərdə Mor Mattay kilsəsində rahib idi, Bartella qəsəbəsində doğulmuşdu. Yozef-Denis (1277-?) — öncələr sadə rahib olmuş, Mar Severusun qardaşıoğlu idi. Fransiskanlarla arası yaxşı idi.
Azərbaycan yepiskopluğu (Süryani Pravoslav Kilsəsi)

Ağ xaç kilsəsi
Ağ xaç kilsəsi — Xocavənd rayonunun Çinarlı kəndində yerləşən tarix-memarlıq abidəsi. Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Zəng qülləsi ibadət zalının mərkəz hissəsi üzərində inşa edilmişdir. == Tarixi == Vaxtilə ərazidə olmuş monastrın başkilsəsi olmuş Ağ xaç kilsəsinin inşa tarixi dəqiq bilinməsə də, bir çox memarlıq detallarına əsasəm ən geci XIV əsrdə onun artıq fəaliyyət göstərdiyi hesab olunur. Kilsə interyerində, şimal tağının altında yerləşdirilmiş xaçdaş üzərindəki kitabədə qeyd edilir: “Mən, Sirak, bu xaçı atam Xutlapın xatirəsinə ucaltdım. 1333-cü ilin yayı.”Narteksin portal timpanındakı kitabədə isə kilsə və ya yalnız narteksin 1735-ci ildə “Surapın oğlu Hovannesin əli ilə” bərpa edildiyi qeyd edilir. == Memarlıq xüsusiyyətləri == Birnefli bazilika formasında olan kilsə, müxtəlif tipli onulmamış yerli daşlardan əhəng məhlulu ilə inşa edilmişdir. Narteks ilə birlikdə kilsənin uzunluğu 15,75 m, eni isə 7,1 metrə bərabərdir.Memarlıq baxımından maraqlı formaya malik olan zəng qülləsində yazılmışdır: “Bu zəng qülləsiSurapın oğlu yepiskop Hovannesin xatirəsinə inşa edilmişdir. 1674- cü ilin yayı.” Qüllə rotondavari tikili olmaqla, altı sütun və sütunlar üzərində ucalan piramidavari dama malikdir.
Aşağı Kilsə
Aşağı Kilsə — İrəvan quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 23 km cənub-qərbdə, Hallavarla Güllüdərə kəndləri arasında yerləşir. Quqark rayonunda tarixən Kilsə kəndi olmuşdur. Sonra Kilsə kəndindən ayrılanlar yeni kənd salırlar. Yeni salınan kənd Kilsə kəndindən fərqləndirilmək üçün Aşağı Kilsə kəndi adlandırılmışdır. Toponim «aşağı» fərqləndirici sözü ilə «dini məbəd» mənasında işlənən kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == Kənddə 1922-ci ildə 87, 1926-cı ildə 110, 1931-ci ildə 128 nəfər, 1987-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin dekabr ayında ermənilər kəndə hücum edərək azərbaycanlıları zor və qırğınlarla öz doğma kəndlərindən qovmuşlar. İndi burada yalnız ermənilər yaşayır.
Bakirə Məryəm kilsəsi (Çanaqçı)
Bakirə Məryəm kilsəsi — Xocalı rayonunun Çanaqçı kəndində yerləşən tarix-memarlıq abidəsi. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Tarixi == Giriş portalının tağında yazılmış kitabədən bəlli olur ki, kilsə 1616-cı ildə tikilmişdir. Sərkis Calalyants yol qeydlərində yazır ki, kilsədə gözəl tərtib edilmiş inşaat kitabəsi görüb və həmin kitabədə kilsənin Qayane və Ripsime bacıları tərəfindən ter Arakelin köməkliyi ilə inşa edilib.Kilsənin olduğu yerdə qədim dövrlərdən dini və mədəni mərkəzin olması haqqında həm yuxarıda qeyd edilən mənbələr, həm də abidə ətrafında qədim tikililərin xarabalıqları sübut edir; V-VII əsrlərə aid xarakterik kapitellərə, sütun altlıqlarına və ornamentli memarlıq elementlərinə malik bazilika xarabalıqları xüsusi diqqət cəlb edir.Tədqiqatlar göstərmişdir ki, Vərəndə məlikliyinin ilk dövrlərində qədim dini kompleksin yerində Məlik-Şahnazarovların sərdabələri olan monastır tikilmiş, tikili Qayane monastırı adlandırılmışdır. == Memarlıq xüsusiyyətləri == Kilsə Çanaqçı kəndinin cənub-qərbində, sıldırım qayalıq ərazidə yerləşir. Vaxtilə qərb tərəfdən abidəni əhatə edən qala divarlarının dövrümüzə yalnız divarlar və qüllələrin xarabalıqları qalmışdır.Kilsənin inşasında kobud yonulmuş yerli daşlardan istifadə olunmuşdur. Planda xaçvari formaya malik olan kilsə 11 metr uzunluöa, 9 metr enə və 7 metr hündürlüyə malikdir.İbadət zalında olan gözəl pilonlar, yükdaşıyan tağlar vasitəsi ilə zalın tağtavanını daşıyır. Kilsənin qərb tərəfində giriş qapısı vardır. Cənub divarında iki, şərq divarında isə üç pəncərə yeri vardır.Kilsənin cənub fasadını bəzəyən 2x1 metr ölçülərə malik üç qədim xaçdaş dövrümüzə ciddi zədələr və dağıntılarla çatmışdır.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, katolik)
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (pol. Kościół Niepokalanego Poczęcia Najświętszej Maryi Panny; rus. Храм Непорочного Зачатия Пресвятой Девы Марии) - sovet hökuməti tərəfindən dağıdılana qədər 1915-1931-ci illərdə mövcud olmuş Roma-Katolik Kilsəsidir. 2006-cı ildə eyni adı daşıyan yeni kilsə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə nunsi tərəfindən təqdis edilib. Kilsənin adı Müqəddəs Bakirə Məryəm kilsəsidir (rus. Церковь Непорочного Зачатия Пресвятой Девы Марии).
Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı, pravoslav)
Müqəddəs Məryəm Ananın Miladı kilsəsi (rus. Собор Рождества Пресвятой Богородицы) — Bakı yeparxiyası tabeliyində kilsə. Kilsə baş rahibi yerey Oleq Kosolapovdur, 3 rahib və 2 dyakon fəaliyyət göstərir. == Tarixi == Bazilika formasında olan kilsə 1896-cı ildə ianələr hesabına inşa edilmişdir. Kilsədə prixod məktəbi fəaliyyət göstərmişdir. Oktyabr inqilabından sonra məbəd bağlanmış və hərbi kazarmaya çevrilmişdir. 1944-cü ildə bu ibadət ocağı yenidən Rus Pravoslav Kilsəsinə qaytarılmış və ona Stavropol-Bakı yeparxiyasının Kafedral Kilsəsi statusu verilmişdir. 1946-cı ildə Azərbaycandakı pravoslav kilsələrinin blaqoçini protoyereyi Sergey Kazanskinin təşəbbüsü ilə kilsədə əlavə mehrab quraşdırılmışdır. == Hazırda == Kilsədə 1999-cu ildən 2001-ci ilə kimi Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu Aleksandr İşeinin qayğısı ilə yenidənqurma işləri aparılmışdır. 26 may 2001-ci ildə Moskva və Ümumrusiya Patriarxı II Aleksi Müqəddəs Məryəm kilsəsinə baş çəkmiş və burada dua mərasimini həyata keçirmişdir.
Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsə

гру́дка дубото́л нака́шивать присосе́живаться разрыхля́ть функциона́льность часте́нько штопорообра́зный законода́тельный злоде́йство нау́шники подлёдник предлага́ться соразме́рно прочный пуперчик all-outer arch-presbyter discolor forerun welcome гудеть истлеть первообраз срабатывать