kiviyəbənzər
kiyekdirmək 2021
OBASTAN VİKİ
Böyük Kiy
Böyük Kiy — Kiy adaları arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenqski rayonu ərazisinə daxildir. Rıbaçi yarımadasından 1,6 km qərbdə yerləşir. Dairəvi formaya malikdir. Şimaldan cənuba uzunluğu 580 metr, maksimal eni 420 m təşkil edir. Cənub-şərq hissəsi istisna olaraq digər sahilləri qayalıqdır. Sahil xəttinin uzunluğu 1,6 km-dir. Mərkəzdə yerləşən düzən ərazilərdə tundra yayılmışdır.
Kiy adaları
Kiy adaları (rus. Кийские острова) — Barens dənizinın Varanger-Fiord körfəzində yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinın Peçenq rayonu ərazisində yerləşir. Arxipelaq iki adadan ibarətdir: Böyük Kiy və Kiçik Kiy. Rıbaçi yarımadasının qərb sahillərindən 2 km aralıda yerləşir. Adalar 1920—1944-ci illərdə Finlandiyaya məxsus olmuşdur. İnzibati baxımdan Petsamo bölgəsinə daxil idi.
Kiçik Kiy
Kiçik Kiy — Kiy adaları arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenqski rayonu ərazisinə daxildir. Rıbaçi yarımadasından 1,1 km qərbdə yerləşir. Dairəvi formaya malikdir. Adanın diametri 110 metrdir. Sahil xəttinin uzunluğu 0,4 km-dir. Mərkəzdə yerləşən hündürlüklər vardır.
"Kiyevin 1500 illik xatirəsinə" medalı
"Kiyevin 1500 illik xatirəsinə görə" medalı- SSRİ Ali Sovetinin 10 may 1982-ci il tarixli qanununa əsasən təsis edilmiş medal. Rəssam E. Kuddur.
"Kiyevin müdafiəsinə görə" medalı
"Kiyevin müdafiəsinə görə" medalı — SSRİ Ali Sovetinin 21 iyun 1961-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı. Medalın rəsmləri Vladimir Atlantov tərəfindən çəkilib. == Xarici keçidlər == "Медаль «За оборону Киева»". Каталог орденов, медалей, значков СССР. 2012-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12/12/2010. Медаль "За оборону Киева".
Abbas Kiyarüstəmi
Abbas Kiyarüstəmi (farsca: عباس کیارستمی; /abˈbɑːs keˈjɑː.rɔs.taˌmiː/; ingilis, fransız və alman dillərində: Abbas Kiarostami; 22 iyun 1940[…], Tehran – 4 iyul 2016[…]) — dünya miqyasında tanınan və təqdir edilən İranlı rejissor, ssenarist və prodüserdir. 1970-ci ildən bu yana kino sahəsində işləyən Kiyarüstəmi, qısa film və sənədli filmlər də daxil olmaqla 40-dan çox film üzərində işləmişdir. Xüsusilə Koker trilogiyası, Albalı dadı və Külək bizi sovuracaq filmləri ilə öz üzərinə diqqət toplaya bilmiş və müvəffəqiyyətlər qazanmışdır. Əsasən ssenarist, rejissor, prodüser, redaktor, bədii rəhbər olaraq tanınan Kiyarüstəmi, şair, fotoqraf, rəssam, karikaturaçı və qrafik dizayner peşələrində də müvəffəqiyyətlər qazanıb. İran kinosunda 1960-cı illərin sonlarında başlayan və Füruğ Fərruxzad, Sohrab Şahit Sales, Bəhram Beyzayi və Pərviz Kimyavi kimi rejissorların da daxil olduğu İran Yeni Dalğa studiyası rejissorlarından biridir. Bu studiya rejissorlarının səciyyəvi xüsusiyyəti bəzilərinin poetik dialoqlardan istifadəsi, siyasi və fəlsəfi mövzularla bağlı alleqorik hekayələr izah etmə tərzidir. Uşaq obrazlarından istifadə etmək, sənədli film tərzində nəqletmə, kənd bölgələrində cərəyan edən hadisələr, maşınların içində olan dialoqlar və adətən sabit kameradan istifadə Kiyarüstəminin ən əsas xüsusiyyətlərindəndir. Dialoqlarında, film adlarında və mövzularında İran ədəbiyyatından, İran şeirindən geniş istifadə edir. == Həyatı == Tehranda anadan olmuşdur. İncəsənətlə ilk əlaqəsi şəkil çəkmək olmuşdur.
Abbas Kiyarüstəminin filmoqrafiyası
Abbas Kiyarüstəminin filmoqrafiyası — İranlı rejissor, ssenarist, prodüser, rəssam, fotoqraf, şair Abbas Kiyarüstəminin çəkdiyi filmlərdir. Rejissor çoxlu sayda film çəkib, ssenari yazmışdır.
Ana Vətən (Kiyev)
Ana Vətən heykəli (ukr. Батьківщина-Мати, rus. Родина-мать) — Ukraynanın paytaxtı Kiyevdə yerləşən İkinci Dünya müharibəsinin xatirəsinə inşa edilən heykəl. Heykəltəraş Yevgeni Vuçetiç və quruluşçu rəssam Vasili Boroday tərəfindən hazırlanan heykəl paslanmaz poladdan istehsal olunmuşdur. Əlindəki 16 metrlik qılınc ilə birlikdə ümumi hündürlüyü 102 metr, çəkisi 560 tondur. Heykəlin sağ əlindəki qılıncın ağırlığı 9 tondur. Sol əldə 13x8 metr enində, üzərində Sovet Sosialist Respublikalar İttifaqı gerbinin yer aldığı bir qalxan vardır. Heykəlin yer aldığı sahədəki muzeydə təxminən 11.600 əsgərin oyma adlarının olduğu mərmər vallar vardır. Həmçinin müharibə zamanı Sosialist Əməyi Qəhrəmanı və Sovet İttifaqı Qəhrəmanı nişanları verilən təxminən 200 işçi burada anılır. Abidə Kiyevdə yer alan İkinci Dünya Müharibəsində Ukrayna Tarixi Muzeyinin bir hissəsində yerləşir.
Cəfərabad (Kiyar)
Cəfərabad— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər.
Cəlil Kiyekbayev
Cəlil Kiyekbayev (rus. Джали́ль Гиния́тович Киекба́ев; 25 oktyabr 1911 – 19 mart 1968, Ufa, RSFSR, Başqırd MSSR, SSRİ) — başqırd əsilli SSRİ alimi, türkoloq, Başqırd Muxtar Sovet Sosialist Respublikasında elm və ali təhsil təşkilatçısı, professor, yazıçı. SSRİ Yazıçılar İttifaqının üzvü olan Kiyekbayev başqırd dilçiliyinin, Ural-Altay dilində təhsil verən və Başqırd məktəbinin yaradıcısıdır. == Həyatı == Cəlil Kiyekbayev 25 oktyabr 1911-ci ildə Başqırdıstanın Qafuri rayonunun Karan-Elga kəndində kəndli ailəsində doğulmuşdur. İlk təhsilini Makarovo kəndindəki məktəbdə başa vurdu. Daha sonra Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun Alman filologiyası fakültəəsini bitirdi. Müəllim kimi fəaliyyət göstərib, müxtəlif orta məktəblərdə və ali məktəblərdə xarici dillərdən dərs demişdir. 1943-1944 illəri arasında Başqırd Nəşriyyat Evində baş redaktor vəzifəsində işləmişdir. 1948-ci ildə "Başqırd ədəbiyyatı dili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi və Başqırdıstan Dövlət Pedaqoji İnstitutunda işə başladı. Bu dövrdə SSRİ Elmlər Akademiyasının həmkarı, türkoloq Nikolay Dmitrievin Kiyekbayevin elmi görüşlərinin formalaşmasında rolu olmuşdur.
Dinamo Kiyev FK
Dinamo (Kiyev) - Ukraynanın Kiyev şəhərini təmsil edən, Ukrayna premyer liqdasının daimi iştirakçısı olan futbol klubudur. Ukraynanın ən titullu futbol klubudur. SSRİ-nin bütün futbol üzrə çempionatlarında iştirak etmiş 2 klubdan biridir (Moskva "Dinamo"su ilə birlikdə). SSRİ-nin ən titullu klubudur.İlk dəfə SSRİ çempionu olmuş qeyri-Moskva klubudur. İki dəfə Kuboklar kubokunu (1975,1986), bir dəfə isə UEFA Superkubokunu (1986) qazanmışdır. İlk dəfə Avropada mükafat qazanmış SSRİ klubudur. 15 dəfə Ukrayna çempionu olmuş, 12 dəfə Ukrayna kubokunun, 8 dədə Ukrayna superkubokunun sahibidir. == Tarixi == 1927-ci ildə 13 may tarixində yaradılmışdır.İlk rəsmi oyununu "Beliy Cerkov" şəhərində, həmn şəhərin yığmasına qarşı keçirmişdir. Növbəti oyun 17 iyun 1928-ci ildə Odessa Dinamosuna qarşı keçirmişdir (2-2). Ümumittifaq idman cəmiyyəti kimi isə Dinamo 1923-ci ildə Feliks Djerzinskinin təşəbbüsü ilə yaradılmışdır.
Doan Kiyen Kuoc
Doan Kiyen Kuoc (24 mart 1979) — Vyetnamı təmsil edən stolüstü tennisçi. == Karyerası == Doan Kiyen Kuoc Vyetnamı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub. Daha sonra Doan Kiyen Kuoc Vyetnamı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Eicun Kiyokumo
Eicun Kiyokumo (yap. 清雲栄純; 11 sentyabr 1950, Encan[d], Yamanaşi) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 42 oyun keçirib.
Hiroşi Kiyotake
Hiroşi Kiyotake (d. 12 noyabr 1989) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 33 oyun keçirib, 1 qol vurub.
Kato Kiyömasa
Katö Kiyomasa (yapon加藤 清正) (d. 25 iyul 1561 – ö. 2 avqust 1611) — yapon sərkərdəsi. XVI əsrin sonu Yaponiyanı idarə edən üç feodal hakimdən ikincisinə, qohumu Toyotomi Hideyösiyə xidmət edib. Hideyösinin Yaponiyanı birləşdirmək üçün apardığı müharibələrdə iştirak edib. İmcın müharibəsi vaxtı yaponların avanqardına başçılıq edir. İkinci yürüş vaxtı (1597–98) Ulsanda yapon qoşunlarına başçılıq edir. 1600 ildə Seqiqahara döyüşündə Katö Yaponiyanı birləşdirən üçüncü feodal hakim İeyasu Tokuqavanın tərəfində vuruşur. Sonralar Hideyösinin oğlu Hideyörinin tərəfinə keçir.
Kiyev
Kiyev (ukr. Київ təlləfüzü Kıyiv [ˈkɪjiu̯], tarixi Azərbaycan mənbələrində Kiyif az-əbcəd. کييف‎) — Ukraynanın paytaxtı və ən böyük şəhəri. Kiyev Ukraynanın mərkəzi hissəsinin şimalında və Dnepr çayında yerləşir. Şəhərin ölçüsü şimaldan cənuba— 50 km, qərbdən şərqə isə 56 km-dir. Əhalisi üzrə Kiyev Avropa şəhərləri olan Moskvadan, Londondan, Parisdən, Sankt-Peterburqdan, Berlindən və Madriddən sonra yeddincidir. == Toponimi == "Zaman illəri haqqında povestlər" ("Повесть временных лет") salnaməsinə əsasən şəhərin adı Kiy adından yaranıb — üç qardaşdan ən böyüyünün adı belə idi, hansılar ki, Kiyevin baniləri hesab edilirlər. Həqiqətə daha yaxın olan, Kiyev şəhərinin əsasını qədim türklər tərəfində qoyulduğu bildirilir və "Kiyev" sözü qədim türk dilində "ki" yəni "iki" anlamını verir, "yev" ya da "ev" türk ləhçələrində geniş yayılmış "ev" anlamına istinad edir. == Tarixi == Öz uzun tarixi boyu Kiyev polyakların, Kiyev Rusiyasının, Kiyev knyazlığının, Ukrayna Xalq Respublikasının, Ukrayna Dövlətinin, Ukrayna Sovet Sosialist Respublikasının paytaxtı olmuşdur. 1991-ci il, 24 avqust tarixindən isə müstəqil Ukraynanın paytaxtı olmuşdur.
Kiyev-Peçersk lavrası
Kiyev-Peçersk lavrası — Ukraynanın Kiyev şəhərində dini obyekt, Ukraynanın yeddi möcüzəsindən biri. Kiyev-Peçersk lavrası pravoslavların çox əhəmiyyət verdiyi dini obyektlərdəndir. O, Həzrət Məryəmin xeyir-dua verdiyi dörd yerdən biri hesab olunur. Bura həm də Rus dövlətinin ilk monastırlarından biridir. O, Ukraynanın Kiyev şəhərinin cənub hissəsində, Dnepr çayının sağ sahilində olan iki təpənin üzərində yerləşir. Monastırın əsası 1051-ci ildə knyaz Yaroslav Mudrının hakimiyyəti zamanı, Antoni adlı rahib tərəfindən qoyulmuşdur. O, Afon dağından qayıdaraq, öz vətənində buna bənzər bir monastır yaratmaq fikri ilə mağarada məskən salmış, orada bir sıra tələbələr yetişdirrmişdir. Onlardan biri olan Feodosi, müəlliminin yolunu davam etdirərək, mağaralarda olan hücrələrin sayını artırmışdır. İlk mağaralar Uzaq, və ya Feodosi mağaraları, sonrakılar isə, Yaxın və ya Antoni mağaraları adlanır. Mağaralar rahiblərə azlıq etdiyinə görə onlar burada bir monastır inşa etmişlər.
Kiyev-Peçora lavrası

Kiyev Beynəlxalq Hava Limanı
İqor Sikorski adına Kiyev Hava Limanı — (ukr. Міжнародний аеропорт "Київ") — Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən beynəlxalq hava limanı. Borispol Beynəlxalq Hava Limanı ilə birlikdə Kiyevə xidmət edən iki sərnişin hava limanından biridir. Hava limanı 265 ha əraziniəhatə edir. == Statistika == == Xarici keçidlər == Официальный сайт аэропорта «Киев» (Жуляны) Офіційний сайт аеропорту «Київ» (Жуляни) Архитектурный совет г.
Kiyev Dövlət Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev Knyazlığı
Kiyev Rus dövləti, Kiyev knyazlığı və ya Qədim Rus — Qədim şərqi slavyanların 882-ci ildə knyaz Oleq Veşiy tərəfindən əsası qoyulmuş dövləti. == Yaranması == Şərqi slavyanlar üç qola bölünür: ruslar, beloruslar və ukrainlər. Artıq VI–VIII əsrlərdə Şərq slavyanlarında əmlak bərabərsizliyi yaranda, ilk tayfa ittifaqları meydana çıxdı. Hələ VII əsrdə Dnepr çayı boyunda yaşayan Şərq slavyanları Xəzər xaqanlığından asılı idi və ona xərac ödəyirdi. IX əsrdə Şərq slavyanlarının erkən feodal dövləti olan Kiyev dövləti yarandı. Şərq slavyanlarının erkən feodal dövləti halında birləşməsinə onlarən arasında inkişaf etməkdə olan ticarət əlaqələri də çox kömək edirdi. Məsələn, şərq slavyanlarının torpaqlarını və vilayətlərini öz ətrafında birləşdirən Kiyev dövlətinin nəinki xarici, eləcə də daxili ticarətinin ən mühüm yolu varyaqlardan yunanlara gedən böyük yol idi. Kiyevlə Novqorodun birləşməsi ilə Kiyev dövlətinin yaranması başa çatdı. 862-ci ildə Oleqin başçılıq etdiyi drujinaların Novqoroddan Kiyevə yürüşü nəticəsində varyaqlardan yunanlara gedən yol boyu dövlətin bu iki mühüm mərkəzi birləşdirildi. Kiyev knyazı şərq slavyanlarının torpaqlarında dayaq məntəqələri yaratmağa, onlardan xərac toplamağa və yürüşlərdə onların iştirakını tələb etməyə başladı, lakin şərq slavyanlarının çoxu hələ Kiyevə bağlı deyildi.
Kiyev Milli Memarlıq və İnşaat Universiteti
Kiyev Milli İnşaat və Memarlıq Universiteti (ukr. Київський національний університет будівництва і архітектури) və ya qısaca: KNUBA (ukr. КНУБА) — Ukraynanın memarlıq və inşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri. == Tarixi == 1930-cu ildə yaradılmışdır. == Fakültələri == Universitetdə 6 fakültə fəaliyyət göstərir. === Memarlıq fakültəsi === Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat fakültəsi === Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Geoinformasiya sistemləri və ərazilərin idarə edilməsi fakültəsi === Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat və texnologiya fakültəsi === Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsi === Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
Kiyev Milli Ticarət və İqtisadiyyat Universiteti
Ticarət və İqtisadiyyat Kiyev Milli Universiteti (ukr. Київський національний торговельно-економічний університет) — Ən böyük Ukrayna universitetlərindən biri də Kiyev şəhərində yerləşir. == Tarix == 1946 – Kiyev Milli Ticarət və İqtisadiyyat Universitetinin tarixi 1946-cı ilə qədər Sovet İttifaqı Yazışma İnstitutunun Kiyev şöbəsi ilə başlamışdır. 1959 – Sovet İttifaqı Ticarət Birliyi birliyin Kiyev filialı Sovet Ticarətinin Xarkov İnstitutuna, eyni zamanda Donetsk Sovet Ticarət İnstitutuna tabedir. 1966 – Ukrayna SSR Nazirlər Sovetinin 1966-cı il 4 mart tarixli 195 nömrəli qərarı ilə Kiyev Ticarət və İqtisadi İnstitutu Donetsk Sovet Ticarət İnstitutunun Kiyev şöbəsi əsasında yaradılmışdır ki, bu da Odessa və Çernovtsı filiallarını əhatə etmişdir. 1994 – Ukrayna Nazirlər Kabinetinin 29 avqust 1994-cü il tarixli 542 saylı qərarı ilə Kiyev Dövlət Ticarət və İqtisadiyyat Universitetinə çevrildi. 2000 – Ukrayna Prezidentinin 11 sentyabr 2000-ci il tarixli 1059/2000 saylı fərmanı universitetə milli statusu verdi. == Universitetin Azərbaycan tərəfdaşları == Azərbaycan Dövlət İqtisad Universiteti == İstinadlar == Мазаракі, А.А.; Пиріг, О.А.; Скирда, Т.І.; Кучеренко, В.Д.; Притуляк, П.П.; Губицький, Л.В. Історія Київського національного торговельно-економічного університету (ukrayna). Київ: Київ. нац.
Kiyev Milli Universiteti
Taras Şevçenko adına Kiyev Milli Universiteti (ukr. Київський національний університет імені Тараса Шевченка) – Ukraynanın Kiyev şəhərində yerləşən ali məktəbidir. Ukraynanın əsas və ən böyük ali məktəblərindən biri, həmçinin milli elm və mədəniyyət mərkəzi və Ukraynanın ən qədim universitetlərindən biridir. == Tarix == Universitet 8 noyabr 1833-cü ildə I Nikolayın fərmanı ilə fəaliyyətdə olmayan Vilenski universitetinin və Kremeneski liseyinin əsasında müq. Vladimirin Kiyev İmperator universiteti kimi yaradılmışdır. I Nikolay universitetin müvəqqəti nizamnaməsini və ştat cədvəlini təsdiq etmiş, hansına ki, müvafiq olaraq o yalnız maarif nazirinə yox, həm də dairə himayəçisinə tabe idi. Hər il universitet şurası tərəfindən fakültələrin dekanları, namizədlikləri nazir tərəfindən təsdiqləndiyi, seçilirdilər. Universitet Malorssiyada, 1804-cü ildə açılmış Xarkov İmperator universitetindən sonra, ikinci belə müəssisə və Rusiya imperiyasının sayca altıncı universiteti oldu. Universitetin təntənəli açılışı 1834-cü ilin 15 iyulunda Müqəddəs Vladimir günü olmuşdur. Elə həmin gün də birinci məşğələlər keçirilmişdir.
Kiyev Milli İnşaat və Memarlıq Universiteti
Kiyev Milli İnşaat və Memarlıq Universiteti (ukr. Київський національний університет будівництва і архітектури) və ya qısaca: KNUBA (ukr. КНУБА) — Ukraynanın memarlıq və inşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri. == Tarixi == 1930-cu ildə yaradılmışdır. == Fakültələri == Universitetdə 6 fakültə fəaliyyət göstərir. === Memarlıq fakültəsi === Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat fakültəsi === Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Geoinformasiya sistemləri və ərazilərin idarə edilməsi fakültəsi === Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === İnşaat və texnologiya fakültəsi === Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. === Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsi === Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.
Kiyev Musiqi Festivalı
Kiyev Musiqi Festivalı — Kiyev şəhərində 1990-cı ildən başlayaraq, payız aylarıda Mədəniyyət və informasiya siyasəti Nazirliyinin dəstəyi ilə baş tutan beynəlxalq musiqi festivalı. Kiyev Musiqi Festivalının bədii rəhbərləri 1990–2001-ci illərdə İvan Karabis, 2002–2005-ci illərdə Miroslav Shorih, 2006–2012-ci illərdə İvan Nebesnı, 2013–2015-ci illərdə isə Miroslav Shorih olub.
Kiyev Müqəddəs Vladimir Universiteti