Böyük Kiy — Kiy adaları arxipelaqına daxil olan ada. İnzibati cəhətdən Murmansk vilayətinin Peçenqski rayonu ərazisinə daxildir.
Böyük Kiy | |
---|---|
Ümumi məlumatlar | |
Sahəsi | 0,16 km² |
Əhalisi | 0 nəfər (2012-ci il) |
Yerləşməsi | |
69°52′50″ şm. e. 31°54′28″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Akvatoriya | |
|
Rıbaçi yarımadasından 1,6 km qərbdə yerləşir[1].
Dairəvi formaya malikdir. Şimaldan cənuba uzunluğu 580 metr, maksimal eni 420 m təşkil edir. Cənub-şərq hissəsi istisna olaraq digər sahilləri qayalıqdır. Sahil xəttinin uzunluğu 1,6 km-dir. Mərkəzdə yerləşən düzən ərazilərdə tundra yayılmışdır.