klapştok
klarnet
OBASTAN VİKİ
Artur Klark
Artur Klark (16.12.1917-19.3.2008) — İngilis fantastı, yazıçı == Həyatı == Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur.
Bleyk Klark
Bleyk Klark (ing. Blake Clark, 2 fevral 1946, Corciya, ABŞ) amerikalı aktyor.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. == Həyatı == Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həmdə uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Kerolayn Klark
Kerolayn Klark (d. 28 iyun 1990) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kerolayn Klark, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Klark Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Klark Kent
Klark Kent — komiks personajıdır. İlk dəfə 1933-cü ildə yazıçı Cerri Siel və rəssam Co Şuster tərəfindən hazırlanmışdır. "DC Comics" adlı komiks şirkəti tərəfindən istehsal edilir.
Klark Qeybl
Vilyam Klark Qeybl (ing. William Clark Gable; 1 fevral 1901 — 16 noyabr 1960) — ABŞ aktyoru, kino ulduzu və 1930-1940-cı illərin "Hollivud Kralı" adını daşıyan seks simvolu . "Oskar" mükafatı laureatı (1935).
Klark gölü
Klark gölü (ing. Lake Clark) — Alyaskanın cənub-qərbində göl. Klark gölü şimal-qərbi Amerika Birləşmiş Ştatları Alyaska ştatının cənubunda "Lake and Peninsula Borough" mahalında yerləşən bir göldür. Bu gölə qaynaq su təmin edən axarsu "Tlikakıla çayı" olub gölün ayağı "Six Mile Golü" və "NEWHALEN çayı" ilə ILIAMNA Gölü əmələ gətirir. Bu gölün uzunluğu 64 km və genişliyi də 8 kmdir. Klark gölü 1891-ci ildə John W. Clarkın xatirəsinə adlandırılmışdır. John W. Clark bu gölü görən ilk yerli ABŞlı olmayan Avropa əsilli adamdır və yerli ABŞ-lılarla ticarət üçün qurulan "Nushagak Ticarət Mövqeyi" 'nin başçılığını etmişdir. Bu göl mövqeyində əsrlərlə yaşamış olan yerli amerikalıların istifadə etdikləri göl adı "Dena-ına Athabaska Dili" 'ndə "Kılçık-Vona" idi. Bu "Xaliqi toplandığı Mövqe Golü" mənasını verməkdə idi. Klark gölü Klark gölü Milli Parkı və Qoruğu ərazisinə daxildir.
Suzanna Klark
Suzanna Klark (1 noyabr 1959, Nottinqem, Nottinqemşir[d]) — Britaniyalı roman yazıçı. Suzanna Klark 2005-ci ildə yazdığı "Conatan Starnc və Mister Norrel" romanına görə qazandığı Ən yaxşı roman üzrə Hüqo mükafatı ilə və jurnallar üçün yazdığı hekayələri ilə tanınır. Suzanna Klark "Conatan Stranc və Mister Norrel" romanını 1993-cü ildə yazmağa başlamışdır. 2003-cü ildə "Bloomsbury" tərəfindən müəlliflik hüquqları alınmış və 2004-cü ildə kitab "çox satılanlar" siyahısına düşmüşdü. Suzanna Klark iki il sonra hekayələrini "The Ladies of Grace Adieu and Other Stories" adlı kitabı ilə yayınlandı yayımlandı.
Uilyam Klark
Vilyam Klark (ing. William Clark; 1 avqust 1770[…] – 1 sentyabr 1838[…], Sent-Luis, Missuri) — Amerikalı səyyah, Qızıldərili cəsus və leytenant. Şimali Amerika qitəsinin iç hissələrini kəşf etmişdir. 18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi.
Vilyam Klark
Vilyam Klark (ing. William Clark; 1 avqust 1770[…] – 1 sentyabr 1838[…], Sent-Luis, Missuri) — Amerikalı səyyah, Qızıldərili cəsus və leytenant. Şimali Amerika qitəsinin iç hissələrini kəşf etmişdir. 18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi.
Zila Klark
Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır. == Həyatı == Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir. 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir. Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür.
Emiliya Klark
Emiliya Klark (ing. Emilia Isobel Euphemia Rose Clarke (23 oktyabr 1986, London, İngiltərə, Birləşmiş Krallıq) — Britaniyalı televiziya və kino aktrisası. O, daha çox "Game of Thrones" filmindəki Daenerys Targaryen obrazı ilə tanınır. O, "Empire Mükafatı", "Saturn Mükafatı", üç "Tənqidçinin Seçimi Mükafatı" nominasiyası və dörd "Primetime Emmi Mükafatı"" nominasiyası daxil olmaqla müxtəlif mükafatlar alıb. 2019-cu ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. == Erkən həyatı == Emiliya Klark, İngiltərənin London şəhrəində doğulub və Oxfordshire-da büyüyüb. Atası teatrda səs mühəndisi, anası iş adamıdır. Qardaşı isə universitetdə siyasət üzrə təhsil alır. Klarkın oyunculuğa marağı, hələ üç yaşındaykən atasının işlədiyi teatrda Show Boat-ı izlədikdən sonra başladı. İlk olaraq Oxford St.
Ceyms Klark Ross
Ceyms Klark Ross (ing. James Clark Ross; 15 aprel 1800[…] – 3 aprel 1862[…]) — britaniyalı hərbi dənizçi, qütb rayonlarının araşdırmaçısı, Kral Coğrafiya Cəmiyyətinin (ing. Fellow of the Royal Society) üzvü. == Bioqrafiya == Ceyms Ross 15 aprel 1800-cü ildə Londonda anadan olmuşdur. Milliyyətcə şotland olmuşdur. Donanmaya hələ 12 yaşında daxil olmuşdur. O, ilk dəfə əmisi Con Rossun gəmisinə minmişdir. 18 yaşında əmisinin "İzabela" gəmisində Baffin Torpağına səfər etmişdir. 1820-ci illərdə Şimal-Qərb keçidini tapmaq məqsədi ilə Vilyam Parrinin təşkil etdiyi üç ekspedisiyada iştirak etmişdir. 1829–1833 illərdə isə Arktika rayonununa əmisinin təşkil etdiyi ekspedisiyada olmuşdur.
Con Beyts Klark
Con Beyts Klark (ing. John Bates Clark; 26 yanvar 1847[…], Providens[d] – 21 mart 1938[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı iqtisadçı, Amerika marjinalizm məktəbinin qurucusu , marjinal məhsuldarlıq nəzəriyyəsinin müəllifi, 1894-1895-ci illərdə Amerika İqtisadi Birliyinin prezidenti. == Bioqrafiyası == Amerikalı iqtisadçı Amherst Universitetində və Sürix və Heydelberq Universitetlərində təhsil almışdır; 1895-1923-cü illərdə Kolumbiya Universitetində dərs demişdir. 1894-1895-ci illərdə Amerika İqtisadi Birliyinin Prezidenti vəzifəsində çalışmıdır. === Ailəsi === Məşhur iqtisadçı Con Moris Klarkın atasıdır. == Elmi töhfələri == Con Beyts Klark çoxsaylı əsərlərin müəllifidir. Dəqiq elmləri yaxınlaşdırmaq üçün siyasi iqtisadiyyatın öyrənilməsinə yeni bir yanaşma təklif etdi. Nəzəri mexanika ilə bənzətmə yolu ilə Con Beyts Klark iqtisadi nəzəriyyəni iki hissəyə - statika və dinamikaya böldü. Statikanın analizinə ilkin əhəmiyyət vermişdi, yəni hərəkətsizlikdə, "tarazlıqda" cəmiyyətin iqtisadi vəziyyəti. Klark dəyişdirdiyi marjinal fayda nəzəriyyəsinə sadiq qaldı.
Jan Klark Vasala
Maykl Klark Dunkan
Maykl Klark Dunkan (ing.
Artur Çarlz Klark
Artur Klark (16.12.1917-19.3.2008) — İngilis fantastı, yazıçı == Həyatı == Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur.
Kelli Klarkson
Kelli Klarkson (d. 24 aprel 1982) ABŞ müğənnisi. 2002-ci ildə American Idol ilə şöhrət qazanmağa başlayıb. İlk albomu "Thankful"u 2003-cü ildə, ikinci albomu "Breakaway" 2004-cü ilin sonlarında, sonuncu albomu "My December" isə 2007-ci ildə çıxıb.
Klarkiya
Gözəl klarkiya (C.pulchella) yabanı halda ABŞ-nin qərb hissəsində yayılmışdır. Gülçülükdə 1826-cı ildən istifadə olunur. Bitkinin ilk istifadə edilən növünün çiçəkləri tünd-çəhrayı rəngdədir, mədəni formaları və hibridləri isə müxtəlif rəngləri ilə fərqlənərək çiçəkləri çoxləçəklidir. Kompozisiyalar yaratmaq üçün aşağı hissədə açılmış güllərdən istifadə etmək olar. Klarkiyanı güldana qoymamışdan əvvəl 3-4 saat ərzində soyuq su olan qabda saxlamaq lazımdır. Cavan bitkilər yayın əvvəlində ziyanvericilərlə zədələndiyi üçün toxumları tez əkilməlidir. Bitkilərin alçaqboylu olması və yaxşı budaqlanması üçün cücərtilərin təpə tumurcuğu kəsilməlidir. == Növləri == == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine == İstinadlar == Klarkiya:The Plant List saytında takson barədə məlumat.
мужичо́к с ногото́к обру́б опоро́жниться прислужи́ться просту́дно впуска́ть защи́тник к сча́стью микросо́циум рои́ться сгова́ривать товарищ по несча́стью астрономия ad arbitrium brochure denaturalization fermium lushed-up passable receiving end subduct suffrage uncomfortably working man дорисовать