Словарь арабских и персидских слов, используемых в классической азербайджанской литературе

  • VƏLİYYÜLLAH

    VƏLİY(Y)ÜLLAH ə. «Allahın dostu» İmam Əliyə verilən adlardan biri

    Полностью »
  • VƏLİYYÜNNİƏM

    ə. «nemətlər sahibi» birisinin saxlayıb böyüməsində hər cəhətdən kömək edən, onu saxlayan, boynunda haqqı olan

    Полностью »
  • VƏLLEYL

    VƏLLEYL(İ)1 ə. Qur’anda bir surənin adından and olsun gecəyə!

    Полностью »
  • VƏLLEYLİ

    VƏLLEYL(İ)1 ə. Qur’anda bir surənin adından and olsun gecəyə! VƏLLEYLİ2 ə. şairlər tərəfindən gözəlin qara saçlarına işarə kimi işlədilmiş təşbeh

    Полностью »
  • VƏLÖV

    ə. 1) və əgər; 2) hətta belə, hətta belə də

    Полностью »
  • VƏLVƏLƏ

    ə. gurultu, partıltı

    Полностью »
  • VƏNNƏCM

    ə. Qur’anda bir surənin adından 1) and olsun ulduza! 2) m. parlaq, qəşəng alın

    Полностью »
  • VƏR

    VƏR1 f. «və əgər» birləşməsinin əsasən şeirdə işlədilən qısaldılmış forması. VƏR2 f. tərəf, cəhət. VƏR’ ə

    Полностью »
  • VƏRA

    ə. aləm, kainat; xalq

    Полностью »
  • VƏRAƏ

    ə. arxa, geri. Vərayi-imkan imkan xaricində, mümkün olmayan

    Полностью »
  • VƏRAƏDDÜNYA

    ə. dünya xaricində

    Полностью »
  • VƏRAƏLKAİNAT

    ə. kainat xaricində

    Полностью »
  • VƏRASƏT

    ə. varis olma, varislik

    Полностью »
  • VƏRD

    ə. qızılgül. Vərdi-cinan cənnətgülü; vərdi-həmra’ qırmızı qızılgül; vərdi-sirab sudan doymuş gül

    Полностью »
  • VƏRDİ

    ə. gülə aid olan, güldən olan

    Полностью »
  • VƏRƏ

    VƏR’(Ə) ə. Allahdan qorxub haram şeylərdən çəkinmə

    Полностью »
  • VƏRƏK

    ə. qılça sümüyü

    Полностью »
  • VƏRƏQ

    ə. 1) kağız vərəqi; 2) yarpaq

    Полностью »
  • VƏRƏQƏ

    ə. üzərində aktual mətn yazılmış bir vərəq təbliğat vasitəsi; intibahnamə

    Полностью »
  • VƏRƏQİ

    ə. 1) vərəqə aid olan; 2) yarpağa oxşar

    Полностью »
  • VƏRƏQPARƏ

    ə. və f. kağız parçası

    Полностью »
  • VƏRƏQRİZ

    ə. və f. yarpaq tökən

    Полностью »
  • VƏRƏM

    ə. 1) təbabətdə: xəstəlik adı; 2) şiş, şişmə; 3) m. böyük kədər

    Полностью »
  • VƏRƏNDAR

    f. götür-qoy, ölçüb-biçmə

    Полностью »
  • VƏRƏSAT

    ə. varislik

    Полностью »
  • VƏRƏSƏ

    ə. «varis» c. t. varis

    Полностью »
  • VƏRİD

    ə. vena (damar)

    Полностью »
  • VƏRİDİ

    ə. venaya aid olan, venada olan

    Полностью »
  • VƏRNƏ

    f. «və əgər nə» birləşməsinin ixtisarı; və əgər, əgər ki

    Полностью »
  • VƏRŞİKƏST

    f. iflas; müflislik

    Полностью »
  • VƏRTƏ

    ə. 1) uçurum, uçqun; 2) burulğan; 3) fahişəxana; 4) m. təhlükəli, qorxulu yer

    Полностью »
  • VƏRZİŞ

    f. 1) işləmə, çalışma; 2) idman

    Полностью »
  • VƏSAİL

    ə. «vəsilə» c. vəsilələr. Vəsaili-intac istehsal vasitələri

    Полностью »
  • VƏSAİT

    ə. «vasitə» c. vasitələr

    Полностью »
  • VƏSAMƏ

    ə. gözəllik, göyçəklik, qəşənglik

    Полностью »
  • VƏSATƏT

    ə. 1) araçılıq, vasitəçilik; 2) havadar çıxma; havadarlıq

    Полностью »
  • VƏSAVİS

    ə. «vəsvəsə» c. vəsvəsələr, şübhələr

    Полностью »
  • VƏSAYA

    ə. «vəsiyyət» c. vəsiyyətlər

    Полностью »
  • VƏSAYƏT

    ə. 1) bax vəsiyyət; 2) ölən adamın vəsiyyətini yerinə yetirmə

    Полностью »
  • VƏSƏX

    ə. çirk, kir, murdarlıq

    Полностью »
  • VƏSƏN

    ə. büt, sənəm

    Полностью »
  • VƏSƏNİ

    ə. bütə sitayiş edən adam, bütpərəst

    Полностью »
  • VƏSƏT

    ə. 1) orta, aralıq; 2) mərkəz, göbək

    Полностью »
  • VƏSƏTİ

    ə. ortada olan, ortadakı

    Полностью »
  • VƏSF

    ə. 1) bir şəxsin və ya bir şeyin keyfiyyəti; sifəti; 2) tərif etmə, təsvir etmə. Vəsfi-hal bir şeyin və ya şəxsin hal və xüsusiyyətlərini təsvir etmə

    Полностью »
  • VƏSFGU

    ə. və f. vəsf edən, tərif deyən, tərifləyən

    Полностью »
  • VƏSFİ

    ə. bir hal və ya keyfiyyətə aid olan

    Полностью »
  • VƏSİ

    VƏSİ ə. 1) ölənin vəsiyyətini yerinə yetirməyə məmur olan şəxs; 2) başqasını əvəz edən adam, başqası əvəzinə iş görmək ixtiyari olan adam; 3) canişin

    Полностью »
  • VƏSİQƏ

    ə. şəxsiyyəti təsdiq edən sənəd

    Полностью »
  • VƏSİLƏ

    ə. 1) vasitə; 2) səbəb, bəhanə; 3) fürsət; 4) aralıq mərtəbə, halqa

    Полностью »