Koalitionsregierung
Koben
OBASTAN VİKİ
Kobalt
Kobalt (Co), tarixi Azərbaycandilli mənbələrdə Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) adlanırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 27-ci element. == Adı == Kobalt sözü almanca kobold (damdabacaya bənzər bir varlıq) sözündən gəlmişdir. Bu ad mədənçilər tərəfindən bəzi batil inanclara görə verilmişdir. Azərbaycanca tarixi mənbələrdə isə bu kimyavi elementin adı Zırnıxdaşı (az.-əski. زرنخ داشى‎) deyə keçir. Zırnıx əslində Sıçanotu (Arsenic) deməkdir və ərəbcə əl-Zərnix (الزرنيخ) sözündər gəlir; bunun səbəbi kobaltın ilkin filizləri tərkibində həmişə arsen (arsenik) olmasıdır, filizin əridilməsi arseni yüksək zəhərli və uçucu arsen oksidinə oksidləşdirir və filizin əhəngini artırır. == Tərkibi == Kobalt (Co) elementi B12 vitamininin tərkibinə daхildir. Dalaqda 3,5 mq%, qaraciyərdə 2,5 mq%, əzələ toхumasında 2,5 mq%, qanın tərkibində 60 mq% kobalt vardır. Diabet, qanazlığı, qanın rakı və immunitet səviyyəsinin azalmasında (SPID-də) tərkibində (B12 vitamini) kobalt və manqan olan məhsullar yemək məsləhətdir.
Qarasu kobalt təzahürü
Şimali Daşkəsən kobalt yatağı
Kobaltasetat
Kobalt asetat (II) Со(CH3COO)2 - sirkə turşusunun kobalt duzu. Tetrahidrat şəklində sulu məhlullardan kristallaşır - qırmızı kristallardı. == Alınması == Kobalt asetatı sirkə turşusunun kobalt asetatla СоСО3 və ya kobalt hidrokdid ilə Со(OH)2 reaksiyası zamanı almaq olar C o ( O H ) 2 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + 2 H 2 O {\displaystyle {\mathsf {Co(OH)_{2}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+2H_{2}O}}} C o C O 3 + 2 C H 3 C O O H → ( C H 3 C O O ) 2 C o + H 2 O + C O 2 ↑ {\displaystyle {\mathsf {CoCO_{3}+2CH_{3}COOH\rightarrow (CH_{3}COO)_{2}Co+H_{2}O+CO_{2}\uparrow }}} == Kimyəvi xassələri == Hiqroskopikdir. Suda (25 ° C-də 33,7%), sirkə turşusunda, izobutil və amil spirtində, amil asetatda yaxşı həll olunur, etanolda az həll olunur (25 ° C-də 0,29%). 1400 C-də kristallohidrat susuzlaşır və qismən parçalanma baş verir. Susuz kobalt asetat açıq – çəhrayi rəngdədir, sirkə anhidridinin kobalt nitrata Co(NO3)2 təsirindən alına bilər. Ozonla oksidləşərək və ya sirkə turşusunda elektroliz zamanı üç valentli kobalt asetat Со(ОСОСН3)3, əmələ gəlir. Açıq yaşıl kristallar şəklində kristallaşır və ~ 1000 C parçalanır. == Tətbiqi == Kobalt asetat boyalar, laklar, qurutma yağları, şüşə, keramika, piqmentlər, sintetik liflərin istehsalında istifadə olunur. Sənayedə kobalt asetat oksosintez katalizatorları əldə etmək üçün tətbiq olur.
Kobaltin
Kobaltin — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Ferrokobaltin (16 %-dək Fe), nikelli kobaltin (3 %-dək Ni). == Xassələri == Rəng – çəhrayı çalarlı qalayı-ağ; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 6,0-6,4; S – 5,5; Kövrəkdir; Ayrılma – {100} üzrə mükəmməl; Sınıqlar – qeyri-hamar, qabıqvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Termoelektrik xassəlidir; Morfologiya – kristallar: tez-tez oktaedrik, heksaedrik, pentaqon-dodekaedrik; İkiləşmə: nadir hallarda {110} və {111} üzrə; Mineral aqreqatları: sıx, dənəvər kütlələr, damarcıqlar, püruzlar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineraldır. Ən çox damar tipli və kontakt-metasomatik yataqlarda inkişaf edir. Qızıl-kvars, kolçedan və dəmir filizlərində, beş elementli Co-Ni-Ag-Bi-U filiz formasiyası yataqlarında qeyd edilir. Maqmatik kobaltının nadir tapıntıları bazit-hiperbazit süxurlarında müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: safflorit, skutterudit, şmaltin, hersdorfit, maqnetit, argentit, pirit, xalkopirit, qranat, kalsit, kvars və b. Mineralın tapıldığı yerlər: Kobalt (Kanada); Skutterud (Norveç); Tunaberq (İsveç); Kola yarımadası (Rusiya).

Значение слова в других словарях