Komanda Vəhdəti

firmanın ideoloji quruluşunun əsasını təşkil edən prinsipdir.
Komanda
Kombinat
OBASTAN VİKİ
Nail Vəhdəti Çakırxan
Nail Vəhdəti Çakırxan(14 iyul 1910, Ula, Muğla ili – 10 oktyabr 2008, Muğla) —Türkiyə mimar, şair və jurnalist. Ağahan Mimarlık Ödülü sahibidir. 1910'da Muğla'nın Ula ilçesinde doğdu. Muğla ve Konya'da lisyi okuduktan sonra Tıp ve Hukuk fakültelerini yarım bıraktı. Rusya'ya giderek tahsiline burada devam etti. Önçülərindən olduğu sərbəst şeir anlayışının yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi mücadilə ilə uğraşmışdır.
Azad (komanda)
Azad - Hərbi komanda mənası :başqasından asılı olmayan, sərbəst,maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən deməkdir. Komanda əsasən Farağat komandasından sonra verilir.Komanda hərbi qulluqçular və ya başqa qurumların qulluqçuları özlərin sərbəst hiss etmək üçün verilir. Azad - bu zaman qullquçular əlləri yanda saxlamaq şərti ilə sol ayağı sağ ayaqdan 30 sm kimi sol tərəfə aralı qoyur. Mərasim azad - komandası əsasən adındanda görüldüyü kimi mərasimlərdə verilir.Bu zaman qulluqçular azad komandasında olduğu kimi sol ayağı hərəkət etdirirlər,lakin burada əllər belin arxa tərəfində qoyulur və sağ əlin üzəri sol əlin içinə qoyulmaq şərti ilə.
Cd (komanda)
Cd — bir çox əməliyyat sistemlərində, məsələn, Windows, Linux, Unix və s., cari işlədiyin qovluğu dəyişmək üçün komandadır.
Daxili komanda
Daxili komanda( ing. internal command ~ ru. внутренняя команда ~ tr. iç komut) – əməliyyat sistemi ilə yanaşı yaddaşa yüklənən və kompüter yanılı olduğu müddətdə daim orada qalan prosedur. Adətən, belə prosedurlar əməliyyat sisteminin işi ilə bağlı məsələləri yerinə yetirir. Bunun alternativi olan xarici komandalar ayrıca fayllar kimi saxlanılan proqramlardır; onlar yalnız lazım olduqda yaddaşa yüklənir və istifadə olunur. MS-DOS əməliyyat sistemində daxili komandalara misal olaraq DIR, VER, DATE və TIME komandalarını göstərmək olar. MS-DOS’un daxili komandaları COMMAND.COM faylında saxlanılır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda (qəzet)
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Komanda dövrü
Komanda dövrü ( ing. instruction cycle ~ ru. командный цикл ~ tr. komut çevrimi) – mikroprosessorun aşağıdakı əməliyyatları yerinə yetirdiyi proses: komandanı yaddaşdan götürür, dekodlaşdırır və icra edir. Komanda dövrü iki hissədən ibarətdir: komandanın yaddaşdan götürülmə zamanı və çalışdırma (translyasiya və icra olunma) zamanı; komanda dövrü bütün əməliyyatların baş verdiyi takların (kompüterin sistem saatının impulslarının) sayı ilə ölçülür. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Komanda qəzeti
KomandA qəzeti Azərbaycan Respublikasının Bakı şəhərində nəşr olunan qəzet. Qəzetin yaradıcısı Kənan Məstəliyevdir. Qəzetin ilk sayı 2008-ci ilin may ayının 4-də işıq üzü görmüşdü. "KomandA" qəzeti maraqlı müsahibələri, eksklüziv xəbərləri, şərhləri və köşə yazılarıyla əvvəlcə həftədə bir dəfə satışa çıxırdısa, fevral ayından etibarən isə hər həftə iki dəfə oxucularını sevindirir. Qəzet hər həftənin çərşənbə və bazar günləri satışa çıxır. Ölkə və dünya futbolunda baş verən bütün hadisələr, Avropa kubokları, qitə və Dünya Çempionatları kimi mötəbər turnirlər, digər idman növləri haqqında məlumatlar fərqli şərh və üslübda oxucuların diqqətinə çatdırılır. Qəzetin 20-yə yaxın əməkdaşı, bir neçə bölgədə müxbiri var. Qəzet ölkənin bütün ərazilərinə yayılır. Qəzetin kollektivində çalışacaq əsas imzalar Rəşad Ergün, Kənan Məstəliyev, Natiq Muxtarlı və Pərvin Kazımoğlu təcrübəli idman yazarlarıdır. 13 avqust 2014-cü ildə qəzet bağlanılaraq onlyan şəkildə fəaliyyətinə davam edib.
Qızıl Komanda
Qızıl Komanda (mac. Aranycsapat; Qüdrətli macarlar, Möcüzəli macarlar, Möhtəşəm macarlar və ya Sehrli macarlar) — 1950-ci illərdə Macarıstan milli futbol komandasına verilən ad. Bu ad 1953-cü ildə İngiltərəyə qarşı "Əsrin Oyunu", Braziliyaya qarşı dörddəbir final ("Bern Döyüşü") və 1954 FİFA Dünya Kubokunun yarımfinal (Uruqvaya qarşı) və final oyunları da daxil olmaqla, bir sıra mötəbər oyunlarla əlaqələndirilir. Komanda 1956-cı il Macar inqilabından əvvəl o zamankı futbol dünyasının ən güclüləri olan İngiltərə, Uruqvay və Sovetlər Birliyini böyük məğlubiyyətlərə uğratmışdı. 1950–1956-cı illərdə komanda 42 qələbə, 7 heç-heçəyə imza atmış, sadəcə bir oyunda — 1954-cü il Dünya Kubokunun Qərbi Almaniyaya qarşı finalında məğlubiyyətə uğramışdır. Elo reytinq sisteminə əsasən, onlar milli yığma komandalar arasında ən yüksək reytinqə malik olmuşdular (2230 xal, 30 iyun 1954), ikinci yerdə onları Almaniya izləyirdi (2223 xal, 13 iyul 2014). 2016-cı ildə BBC komandanı dünya futbol tarixində ən yaxşı futbol komandası elan etmişdi. Komanda, əsasən, sonralar hollandlar tərəfindən 1970-ci illərdə istifadə edilən "total futbol" taktikasının ilkin formasını müvəffəqiyyətlə tətbiq etmişdi. Komanda, həmçinin oyun boyu qəbul edilən yeni məşqçilik və taktiki yenilikləri təqdim etməsilə də tanınır. Komandanın uğurları, 1945-ci ildə ölkəni işğal edən Sovet İttifaqı tərəfindən Macarıstana tətbiq edilən kommunist rejiminin zülmünün hökmranlıq etdiyi ən pis dövrlərdə ən mühüm milli qürur məsələsi və Macarıstanın milli uğurunun simvolu hesab edilirdi.
Apollon komanda modulu
Komanda modulu kosmik gəminin vacib hissələrindən biridir. Adından da göründüyü kimi, astronavtlar tərəfindən komandanlıq missiyasının yerinə yetirildiyi hissədir. Bura həm də astronavtların kosmik gəmilərdə vaxtlarının çox hissəsini keçirdikləri yerdir. Misal üçün; Apollon kosmik gəmisindəki Komanda Modulu 3 hissədən ibarətdir: yuxarı hissə, alt hissə və heyət hissəsi. Yuxarı hissədə bir-birinə kilidləmə mexanizmi (Apollon ay modulu ilə bir-birinə bağlanmanı təmin edir) və 2 reaktiv mühərrik; aşağı hissədə, qalxma zamanı baş verən sarsıntıyı aradan qaldırmaq üçün nəzərdə tutulmuş cihaz və 10 mühərrik; Heyət hissəsində isə nəzarəti təmin edəcək cihazlar və göstəricilər mövcuddur. Komanda modulu işə buraxılma zamanı yuxarı hissədə yerləşdiyi üçün aerodinamik formadadır. Atmosferə yenidən daxil olarkən sürtünmə nəticəsində əmələ gələn istiliyin daha geniş bir səthə paylanması və enişin asanlaşdırılması üçün komanda modulunun aşağı hissəsi daha geniş formada hazırlanmışdır. İfrat qızışmanın yaratmış olduğu problemləri aradan qaldırmaq üçün üst hissəsi istilik dəf edicilər ilə örtülmüşdür.
Top-Komanda Kuboku
CEV Kuboku kişilər arasında 1972-ci ildən keçirilir. Turnir ilk vaxtlar Challange Kuboku adlandırılsa da daha sonralar CEV Kuboku adını almış və Azərbaycanca tələffüzdə Çev kuboku kimi məşhurlaşmışdır.
İnzibati komanda sistemi
İnzibati komanda sistemi (rus. Административно-командная система, Administrativno-komandnaya sistema) — iqtisadiyyatda kapitalın və torpağın dövlətə məxsus olduğu, məhdud resursların bölüşdürülməsinin mərkəzi hökumətin göstərişi ilə və planlara uyğun olaraq həyata keçirildiyi iqtisadi həyatın təşkili üsulu. İnzibati komanda sisteminin yaradılması ideoloji bayrağı marksizm olan bir sıra sosialist inqilablarının nəticəsi idi. İnzibati komanda sisteminin xüsusi modeli Vladimir Lenin və İosif Stalin tərəfindən hazırlanmışdır. Marksist nəzəriyyəyə uyğun olaraq, burada ölkənin rifahının kəskin yüksəldilməsi və vətəndaşların fərdi rifahındakı fərqlərin xüsusi mülkiyyətin ləğv yolu ilə aradan qaldırılması, eləcə də bütün təsərrüfat fəaliyyətinin müəyyən prinsiplər əsasında aparılması, dövlət hökuməti tərəfindən elmi əsaslarla işlənib hazırlanmış vahid məcburi plan nəzərdə tutulmuşdur. İnzibati komanda sistemi xüsusi mülkiyyətin tamamilə aradan qaldırılmasını və onun dövlət mülkiyyəti ilə əvəz olunmasını nəzərdə tutur. Əsas iqtisadi məsələlər dövlət orqanları tərəfindən həll edilir və icrası məcburi olan sərəncam və planların köməyi ilə həyata keçirilir. Bunun üçün dövlət cəmiyyətin iqtisadi həyatının bütün sahələrini, o cümlədən qiymətlərin və əmək haqqının müəyyən edilməsini tənzimləməyə məcbur olur. SSRİ-nin inzibati komanda sistemində istehsal müəssisələrinin təsərrüfat fəaliyyəti Dövlət Plan Komitəsi, istehsal texnologiyasını diktə edən və avadanlıqların alınması üçün vəsait ayıran sahə nazirliyi, Təchizat üzrə Dövlət Komitəsi, Qiymətləndirmə üzrə Dövlət Komitəsi, Əmək və Əmək haqqı üzrə Dövlət Komitəsi və s. ilə tənzimlənirdi.
Birləşmiş Komanda 1992 Yay Olimpiya Oyunlarında
== Ümumi məlumat == === Medalçıların siyahısı === == Nəticələri == === Atıcılıq === Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər === Cüdo === Q=Qalib gəldi M=Məğlub oldu Kişilər === İdman Gimnastiкası === Q=Növbəti mərhələyə vəsiqə qazandı Kişilər 1992 Barselona Olimpiadasında idman gimnastiкası üzrə yarışlar 26 iyul-2 avqust tarixləri arasında "Palau dels Esports de Barcelona" İdman Sarayında baş tutdu. Azərbaycanın idman şərəfini bir gimnast, Valeri Belenкi qorudu.
Voleybol 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda)
Voleybol 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda) — 19-27 iyun tarixlərində Bakının Bakı Kristal Zalında baş tutdu. Yarışlarda 12 ölkənin 168 idmançısı qüvvəsini sınadı.
19 yaşadək qızlardan ibarət milli komanda (futbol)
İndiyədək qatıldığı 5 Avropa çempionatında yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb. Qeyd edək ki, Azərbaycan yığması iki dəfə birinci seçmə mərhələyə ev sahibliyi edib.
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı
FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı sürətli şahmat üzrə komandalar arasında keçirilən beynəlxalq yarışdır. Çempionat Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən WR Logistics GmbH ilə dəstəyi ilə 26-28 avqust 2023-cü il tarixlərində Almaniyanın Düsseldorf şəhərində keçirilib. FİDE Rapid Şahmat üzrə Komanda Dünya Çempionatı İsveçrə yarış sistemi üzrə keçirilib və 12 turdan ibarət olub. Turnirin qaydalarına görə, hər komandada ən azı bir qadın oyunçu olmalı idi. Eyni zamanda, hər komandanın ən az bir oyunçusu (yarışda qeydiyyat tarixi etibarilə) FİDE standart, rapid və ya blitz reytinqlərində heç vaxt 2000 Elo xalı əldə etməmiş olmalı idi. Bununla, çempionatda inklüzivlik, müxtəliflik və ədalətli təmsilçilik təmin edilib . Çempionatın iştirakçıları arasında Vişvanatan Anand, Vladimir Kramnik, Hou Yifan, Mariya Muzyçuk və Aleksandra Kosteniuk kimi keçmiş dünya çempionları ilə yanaşı, dünya çempionatı gümüş medalçıları, Dünya Kuboku qalibləri, sürətli və blitz şahmat üzrə keçmiş dünya çempionları da yer alıblar. Ümumilikdə, dünyanın dörd bir yanından olan təqribən 300 iştirakçı, o cümlədən 15-dən çox Olimpiya çempionu yarışmaq üçün 36 komanda formalaşdırıblar. Hələ yarışdan əvvəl, heyətin təcrübəsi və orta komanda reytinqini nəzərə alaraq, FİDE aşağıdakı komandaları ən güclü və açıq favoritlər kimi göstərmişdi. Freedom (Rixard Rapport, Vişvanatan Anand, Daniil Dubov, Santoş Qucrathi Vidit, Evgeni Najer, Polina Şuvalova, Aleksandr Şapiro) ; WR Chess (Yan Nepomnyaşşiy, Yan-Krjiştof Duda, Uesli So, Nodirbek Abdusattorov, Vinsent Keymer, R. Praqnanandha, Hou İfan, Aleksandra Kostenyuk, Vadim Rozenştayn); Kompetenzakademie Allstars ( Fabiano Karuana, Levon Aronyan, D.Qukeş, Sebastyan Zibrext, Nino Batsiaşvili, Keti Çaçalaşvili, Rayner Beker, Manfred Şnayder); Chess Pensioners (Vladimir Kramnik, Pyotr Svidler, Lener Dominqes, Darmen Sadvakasov, Yovanka Huska, Kristof Barati, Dennis Köniq, Miron Ananiev, Yaroslav Ananiev).
FİDE Sürətli Şahmat üzrə Komanda Dünya Çempionatı

2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər komanda yarışı — 2016 UEC Avropa Trek Çempionatında 14 komandanın iştirakı ilə 19-20 oktyabr 2016-cı il tarixləri arasında baş tutan yarışdır. Ən sürətli 8 komandadan 4-ü ilk mərhələdə qızıl medal uğrunda, digər 4-ü isə bürünc medal uğrunda mübarizə aparmışdır. Digər yerləri tutanlar isə turnir ilə vidalaşmışdır. Q = vəsiqə qazandı; qızıl medal uğurunda yarışa q = vəsiqə qazandı; bürünc medal uğurunda yarışa İlk tur yürüşləri aşağıdakı kimi nəticələnmişdir: Cığır 1: 6-cı və 7-ci vəsiqəçi Cığır 2: 5-ci və 8-ci vəsiqəçi Cığır 3: 2-ci və 3-cü vəsiqəçi Cığır 4: 1-ci və 4-cü vəsiqəçi 3-cü və 4-cü yürüşlərin qalibləri qızıl medal uğrunda yarışa vəsiqə qazanmışdır. Qalan 6 komandadan isə ən sürətli ikisi bürünc medal uğrunda oyuna vəsiqə qazanmışdır. QG = qızıl medal uörunda yarışa vəsiqə qazandı QB = bürünc medal uörunda yarışa vəsiqə qazandı Final oyununda medalçılar müəyyənləşdi.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 2 gün sonra 19 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 86.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 85.430 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 84.610 xal toplayan Belarus təmsilçiləri qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Lent) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. Bürünc medalı isə İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Çoxnövçülük) — 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 17 iyun tarixində baş tutdu. Yarışların qızıl medalını Rusiya Federasiyasının idmançıları (Anastasiya Maksimova, Anastasiya Tokareva, Darya Kleşçeva, Mariya Tolkaçeva, Sofya Skomorox və Vera Biryukova) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (komanda, çoxnövçülük) — 14 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 25 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 14 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 116.897 xal toplayan Rusiya Federasiyası idmançıları, Olimpiya və 3 qat dünya çempionu Aliya Mustafina, Viktoriya Komova və Seda Tutxalyandan ibarət komanda qazandı. Gümüş medalı 110.397 xal toplayan Almaniya idmançıları Leh Griesser, Sofie Şeder və Elizabet Seitzdən ibarət komanda qazandı. Bürünc medalı isə 110.099 xal toplayan Hollandiya idmançısıları Lisa Top, Seline van Gerner və Lieke Veversdən ibarət komanda qazandı. Finalda 25 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 14 iyun tarixində baş tutdu.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Balans hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.700 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.550 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.510 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə)
Bədii Gimnastika 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Gürzə və Həlqə) — 17, 21 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda 13 ölkənin 75 idmançısı qüvvəsini sınadı. Yarışlarda Təsnifat mərhələsi 17 iyun tarixində keçirildi. Final isə 21 iyun tarixində keçirildi. Yarışların qızıl medalını Belarus idmançıları (Anna Dudzenkova, Arina Tsitsilina, Ksenya Çeldişkina, Mariya Kadobina, Mariya Katsiak və Valeriya Pisçelina) ibarət komanda qazandı. Gümüş medalı İsrail idmançıları (Alona Koşevatskiy, İda Maryin, Karina Lıxvar, Yekaterina Levina və Yuval Filo) ibarət komanda qazandı. Bürünc medalı isə Ukraynanın idmançıları (Anastasiya Voznyak, Oleksandra Qridasova, Olena Dmitraş, Valeriya Qudım, Viktoriya Mazur və Yevgeniya Qomon) ibarət komanda qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində 13 ölkənin 75 idmançısı mübarizə apardı. Yarışlar 17 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançılar finala vəsiqə qazandı.