Komandor qoruğu
Komandor dövlət təbiət qoruğu — 23 aprel 1993-ci ildə yaradılmışdır. Qoruq dörd əsas adanın sahəsində qurulmuşdur — Mednı, Beqinqa, Ariy kamen və Toporkov, üstəlik 60 kiçik ada. Qoruğun ərazisinə Berinq dənizi və Sakit okeanın şelf əraziləridə daxildir.
Komandor adaları Sakit okeanın şimal-qərbində yerləşərək, Aleut adaları silsiləsinin sualtı davamını təşkil edir. Ən hündür nöqtəsi Steller dağıdır (755 m). Qoruğun sahəsi 3 648 679 ha təşkil edir. Üstəlik 3 463 300 ha dəniz sahəsi belə bura daxildir.
== Flora və fauna ==
Qoruq ərazisində ümmumilikdə 383 növ və 37 yarımnöv borulu bitkiyə rast gəlinir. Adalar 93 bitkinin şərq, 10 bitkinin isə qərb qərhədini təşkil edir. Ərazidə bir çox endemik və relikdir, İlin şaxtasız günlərinin sayı 127–140 arasında dəyişir.