konstruktor
konsulxana
OBASTAN VİKİ
Konsul
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır. Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir. == Konsul dərəcəsi == Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər. Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksəkvəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.
Konsul-suffekt
Roma konsulu — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510–509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367–366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Konsul (dəqiqləşdirmə)
Konsul — hökumətin xaricdəki səlahiyyətli nümayəndəsi. Həmçinin bu mənalara gələ bilər: Roma konsulu — Qədim Romada respublika dövründə mövcud olmuş vəzifə, titul. Fransa konsulu — Fransada konsulluq dövründə mövcud olmuş vəzifə, titul.
Konsul (nümayəndə)
Konsul (lat. consul) — bir dövlətin hökumətinin başqa dövlətinin ərazisində rəsmi nümayəndəsi. Adətən konsulun işi öz dövlətinin vətəndaşlarına yardım etmək, onları müdafiə eləmək və ölkələrin əhaliləri arasında ticarəti və dostluğu asanlaşdırmaqdır. Konsul münasibətlərinin qaydalarını Konsul əlaqələri haqqında Vyana Konvensiyası müəyyən edir. == Konsul dərəcəsi == Vyana Konvensiyası 9-cu maddədə konsulluq müəssisələri başçılarının dörd dərəcəsini müəyyən edir. Konsul müəssisələrinin başçıları baş konsullara, konsullara, vitse-konsullara və konsul agentlərinə bölünürlər. Baş konsul konsulluğun başçısı və müəyyən ərazidə ən yüksəkvəzifəli konsuldur. Baş konsul həmçinin başqa konsulluqlarının olduğu, bir ölkənin çərçivəsindəki konsul rayonu üçün cavabdeh ola bilər.
Həbibulla xan (konsul)
Həbibulla xan — İranın Azərbaycan Xalq Cümhuriyyətində konsulu. == Baş verən hadisələr == 1918-ci ilin iyulunda, Qafqaz İslam Ordusunun hərbi uğurları şəraitində ölkənin türk-müsəlman əhalisinin nifrətini qazanmış S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Soveti istefa verməyə məcbur oldu. Hakimiyyətə keçən daşnak və eser-menşeviklərdən ibarət "Sentrokaspi diktaturası" ingilislərdən gözlənilən köməyi ala bilmədi. Qafqaz İslam Ordusuna müqavimət göstərə bilməyən "Sentrokaspi diktaturası" əlverişli təslim şərtlərinə nail olmaq üçün bu zaman İranın Bakıdakı konsulu olan Həbibulla xanı vasitəçi seçdi. Sentyabrın 1-də İran konsulu Bakını müdafiə edən Qərb cəbhəsinin komandanı ilə birlikdə Beşinci Qafqaz firqəsinin qərargahına getdi. Bakının təslim şərtlərinin müzakirəsi zamanı "Sentrokaspi" hökumətinin, İran, ABŞ, İsveç və Danimarka konsullarının və bir ingilis zabitinin də iştirak etdiyi beynəlxalq heyətin yaradılması təklifi irəli sürüldü. Türk qayməqamı Rüşdi bəy Bakıya gələrək, buradan sülh heyəti ilə geri qayıtdı. Bakıdan gələn heyətlə şəhərin qeyd-şərtsiz təslim edilməsi, dövlət əmlakının təhvil verilməsi, türk, Avstriya və alman əsirlərinin azad olunması şərtilə saziş bağlandı. Bağlanmış saziş və Qafqaz İslam Ordusunun sürətli hücumu erməni birliklərini tələm-tələsik gəmilərə dolub şəhəri tərk etməyə məcbur etdi. Təslim aktı nəticəsində tərəflər arasında küçə döyüşlərinin baş verməməsi Bakını genişmiqyaslı dağıntılardan xilas etdi.
Konsul (Qədim Roma)
Roma konsulu — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510–509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367–366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Qay Helvidi Prisk (konsul)
Qay Helvidi Prisk (lat. Gaius Helvidius Priscus; 55, Roma – 96) — Roma imperiyasının siyasətçisi, 87-ci ildə konsul-suffekt. Qay Helvidi Prisk 55-ci ildə Romada, eyniadlı zadəganlar ailəsindən idi. O, stoaçı filosof və müxalifətçi Qay Helvidi Priskin oğlu olmuşdur. Yaxşı təhsil alan Prisk gəncliyində senator olmuşdur. O, 87-ci ildə Qay Bellisi Natal Tebanianla birlikdə konsul-suffekt təyin edilmişdir. Prisk sonradan siyasətdən əl çəkərək kənddə yaşamağa başlamışdır. O, hökuməti tənqid edən poetik bir kitabça tərtib etmiş və bu, imperator Domisianı qəzəbləndirmişdir. Helvidi 96-cı ildə həbs edilmiş və burada vəfat etmişdir. Qay Helvidi Prisk mövzularını Roma və yunan miflərindən götürdüyü çoxsaylı faciələrin müəllifi olmuşdur.
Tit Flavi Klement (konsul)
Tit Flavi Klement (lat. Titus Flavius Clemens; təq. 50 – may 95, Roma) — Qədim Roma dövlət xadimi, 95-ci ildə konsul. O, Flavilər sülaləsindəndir. Roma katolisizmində və bir sıra pravoslav kilsələrində müqəddəs kimi şöhrət qazanmışdır. Klement Tit Flavi Sabinin oğlu idi. Sabin 72-ci ildə konsul-suffekt idi. Klementin qardaşı Tit Flavi Sabin 82-ci konsul olmuşdur və həyat yoldaşı Yuliya Flaviya idi. Atası 69 dekabrda Vitelli dövründə öldürülmüşdür. O, imperator Vespasianın qardaşının nəvəsi, imperator Tit və Domisianın qohumu idi.
Konsul əlaqələri haqqında Vyana Konvensiyası
Konsul əlaqələri haqqında Vyana Konvensiyası — konsul münasibətləri sahəsində universal qaydaları müəyyən edən ilk beynəlxalq çoxtərəfli razılaşma. 24 aprel 1963-cü ildə qəbul edilmişdir. == Tarixi == Beynəlxalq əlaqələrin hərtərəfli inkişafı, konsul müəssisələrinin rolunun hədsiz artması konsul hüququnun universal səviyyədə məcəllələşdirilməsi zərurətini yaradırdı. Bununla əlaqədar olaraq BMT-nin Baş Assambleyası 1949-cu il dekabrın 6-da Konsul əlaqələri və immunitetləri haqqında konvensiya layihəsinin hazırlanması barədə qətnamə qəbul etmişdir. Baş Assambleyanın bu məsələ ilə bağlı çağırdığı konfransda Konsul əlaqələri haqqında Vyana Konvensiyası qəbul edilmişdir. == Müqavilənin müddəaları == Konsul əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyası preambuladan, 5 hissədə birləşən 79 maddədən ibarətdir. 1961-ci il Vyana Konvensiyasında olduğu kimi, bu Konvensiyaya da iki əlavə protokol qəbul edilmişdir (Vətəndaşlığın əldə olunması haqqında fakultativ Protokol və Mübahisələrin məcburi həlli haqqında fakultativ Protokol). Preambulada Konvensiyanın bağlanmasının məqsədləri açıqlanır. Konvensiyanın 1-ci maddəsi xüsusi əhəmiyyət kəsb edir, belə ki, burada konvensiyada yer alan “konsul müəssisələri”, “konsul dairəsi”, “konsul vəzifəli şəxsi”, “konsul əməkdaşı” və s. kimi terminlərin açıqlaması verilir.
Tit Flavi Sabin (konsul-suffekt, 72-ci il)
Tit Flavi Sabin (lat. Titus Flavius Sabinus; 30-cu illər, Roma – bilinmir, Roma) — Qədim Roma siyasi və hərbi lideri, imperator Vespasianın qardaşı oğlu. Flavilər sülaləsindəndir. Atası Tit Flavi ​​Sabin 47-ci ildə konsul-suffekt olmuşdur, anası isə Arresina Klementina idi. İmperator Neronun ölümündən sonra hakimiyyət uğrunda mübarizədə fəal iştirak etdi. O, atası ilə birlikdə Otonu dəstəkləmişdir. 69-cu ilin mayında Neronun dövründə bu vəzifəyə təyin edilmiş Qney Arulen Seli Sabin ilə birlikdə konsul-suffekt olmuşdur. Onun oğulları 82-ci ildə konsul olmuş Tit Flavi ​​Sabin və 95-ci ildə konsul olmuş Tit Flavius ​​Klement idi.
Cəlal Qasımov (fəxri konsul)
Cəlal Cəlil oğlu Qasımov (16 aprel 1952, Kəlbəcər) — professor, texniki elmlər doktoru, Azərbaycan Respublikasının Slovakiya Respublikasında fəxri konsulu. == Həyatı == Cəlal Qasımov 1952-ci ildə, aprel ayının 16-da Kəlbəcər rayonunun Kəbəcər şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Kəlbəcər şəhər orta məktəbinə daxil olan Calal Cəlil oğlu, həmin orta məktəbi 1969-cu ildə qurtarmışdır. O, 1970-ci ildən 1973-cü iə qədər Minsk şəhərində ordu sıralarında xidmət etmişdir. === Təhsili === C. C. Qasımov 1973-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunun İnşaat fakültəsinə daxil olmuşdur. Sonra təhsilini 1974-cü ildən Slovakiyadakı Bratislava Texniki Universitetinin İnşaat fakültəsində davam etdirmişdir. O, Slovakiyaya Azərbaycan dövlətinin göndərişilə getmişdir. 1980-ci ildə həmin universitetin "Yerüstü və yeraltı qurğuların tikintisı" fakültəsini müvəffəqiyyətlə bitirmişdir. Ali təhsil alandan sonra C. C. Qasımov təyinatla Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna gəlib, assistent işləməyə başlamış, 1983-cü ildə Moskva İnşaat Mühəndisləri İnstitutunun aspiranturasına daxil olmuşdur. O, 1987-ci ildə aspiranturanı müvəffəqiyyətlə başa vurmuşdur.
Azərbaycan Respublikasının Təbrizdə Baş Konsulluğu
Azərbaycanın Təbriz Baş Konsulluğu — Azərbaycan Respublikasının İranın Təbriz şəhərindəki siyasi və diplomatik nümayəndəliyi. == Tarixi == Azərbaycanın Təbriz Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. == Baş konsul == Əli Fikrət oğlu Əlizadə İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin olunmuşdur. == Yeri == Konsulluğun binası Təbriz şəhərindəki Arif xiyabanında yerləşir.
Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspidə konsulluğu
Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspidə konsulluğu — Azərbaycan Xalq Cümhuriyyətinin Zakaspi müvəqqəti höküməti yanında nümayəndəliyi. == Yaradılması == Azərbaycan höküməti 1919-cu il aprelin 2-də Əkbər ağa Sadıqovu Zakaspi müvəqqəti höküməti yanında konsul təyin etdi. İyunun 5-də Azərbaycan diplomatik missiyası Aşqabadda fəaliyyətə başladı. Konsulluq Zakaspi müvəqqəti höküməti yanında Azərbaycan Xalq Cümhuriyyətinin maraqlarını təmsil etməli idi. == Fəaliyyəti == Konsulluq 1918-ci ildə Bakıda mart soyqırımı və bolşevik-daşnak ağalığı dövründə Türkmənistana qaçmış Azərbaycan vətəndaşlarına da, imkan daxilində, kömək edirdi. Azərbaycan höküməti 1919-cu il 24 iyul tarixli qərarı ilə qaçqınlara yardımı təşkil etmək üçün konsulluğa 75 min manat vəsait və 50 pud un ayırmışdı. Bu vəsait və ərzaq Qızıl Arvadda yemək məntəqəsinin təşkili, Krasnovodskda bundan əvvəl açılmış gecələmə və yeməkxana məntəqəsinin fəaliyyətinin davam etdirilməsi üçün nəzərdə tutulmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti həmin dövrdə Mərkəzi Asiyanın digər bölgələrinin türk-müsəlman əhalisinə də yardım göstərirdi. 1919-cu il iyunun 20-də Azərbaycan höküməti Türküstan Xalq Şurasına 500 min manat məbləğındə faizsiz borc vermişdi. Türküstan Xalq Şurasının üzvü Mircəlilovla imzalanmış müqaviləyə görə, Türküstan tərəfi bu borcu 2 il ərzində qaytarmalı idi.
Azərbaycan Xalq Cümhuriyyətinın Batum baş konsulluğu
Azərbaycanın Batum Baş Konsulluğu — Türkiyə və Avropa ölkələri ilə normal iqtisadi və ticarət əlaqələri saxlamaq, beynəlxalq aləmdə baş verən hadisələrdən müntəzəm və operativ xəbər tutmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin təsis etdiyi nümayəndəlik. == Yarandığı tarix == Qara dəniz hövzəsində ən mühüm liman şəhəri, Azərbaycan dəmir yolu və ağ neft kəmərinin Avropaya çıxış məntəqəsi olan Batumda nümayəndəlik yaradılmasının zəruriliyini Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin yayında İstanbulda Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyət göstərərkən bildirmişdi. Azərbaycan Hökuməti Batumun ölkə üçün iqtisadi, ticarət və Avropa dövlətləri ilə əlaqələr qurmaq baxımından mühüm əhəmiyyətini nəzərə alaraq, 1918-ci il noyabrın 10-da orada konsulluq yaratmağı qərara aldı. 10 noyabr 1918-ci il tarixində Mahmud bəy Əfəndiyev Azərbaycan Xalq Cümhuriyyəyinin Batumda konsulu təyin edildi. Konsulluğun katibi doktor Əziz bəy Qədimbəyov, kargüzarı Safuət əfəndi Ağayev idi. == Vəzifəsi == Azərbaycanın Batumdakı konsulluğu ölkəyə aid yüklərin Batum limanında qəbul edilməsi və yola salınması, nəqliyyat vasitələri, xüsusən yük vaqonları və vaqon-sisternlərlə bağlı mübahisələrin tənzimlənməsi, diplomatik kuryer və poçtla əlaqədar məsələlərin nizama salınması sahəsində mühüm rol oynamışdı. Konsulluq bölgədə türk və müsəlman əhalinin problemlərinin həllində də fəal iştirak edirdi. Məsələn, konsulluq 1919-cu ilin mart ayında bölgədəki Azərbaycan təbəələrinə 10 min rubl, 1919-cu ilin mayında normal fəaliyyət göstərməsi üçün Batumdakı türk məktəbinə 10 min rubl yardım etmişdi. 1919-cu il sentyabrın 27-də konsulluq nəzdində ticarət şöbəsi yaradıldı. Şöbənin tərkibinə yollar, ticarət və sənaye, həmçinin ərzaq nazirliklərinin nümayəndələri daxil edildi.
Azərbaycanın Batum Baş Konsulluğu

Konsultasiya
Konsultasiya – [lat. consultation, consultare – iclas keçirmək, məsləhət almaq] 1)bir məsələyə dair mütəxəssisin məsləhəti; 2)məsləhətxana; 3)hər hansı məsələ ətrafında mütəxəssislərin müşavirəsi, həmçinin müəllimin şagirdlərə fənnin mənimsənilməsində göstərdiyi əlavə kömək; 4)əhaliyə hər hansı bir məsələ üzrə mütəxəssis məsləhətinin verilməsi yolu ilə kömək göstərən təşkilatların adı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Konsulyar tribun
Hərbi tribun (lat. Tribunus militum consulari potestate) — Qədim Romada dövlət vəzifəsi, konsul səlahiyyətli magistrat. Bəzən onu konsulyar tribun da adlandırırdılar. Tribun vəzifəsinin yaradılması Qədim Romada plebslə patrisiatın mübarizəsi tarixinə gedir. Plebeylərin hüquqlarını qorumaq üçün, onların tələbi ilə, tribun vəzifəsi təsis edildi. Tribun ancaq plebey ola bilərdi. Tribun çox vacib veto hüququna malik idi, o istənilən maqistratın və hətta senatın qərarına veto qoya bilərdi. E.ə 444 ildən başlayaraq Romada iki konsulun əvəzinə 3-8 tribunun seçilməsi praktikası tətbiq olunmağa başladı. Bunlara konsulyar tribun deyilirdi. Bu maqistratura plebeylərə əlçatan idi.
Melburndakı türk konsulluğunda partlayış
Melburndakı türk konsulluğunda partlayış — 23 noyabr 1986–cı ildə Avstraliyanın Melburn şəhərindəki türk konsulluğunda törədilmiş terror aktı. Partlayıcı maddələrlə yüklənmiş avtomobil yerin altında yerləşən avtomobil dayanacağında partlayır, partlayış nəticəsində bir terrorçu — Akop Levonyan həlak olur. Partlayışa qörə məsuliyyəti əvvəllər məlum olmayan "Yunan-Bloqra-Erməni Cəbhəsi" (YBEC) terror qrupu öz üzərinə götürür. Həlak olmuş terrorçu ilə əlbir olan Levon Dəmiryan Livana qetmək istəyərkən yaxalanmışdır. 13 günlük məhkəmə prosesindən sonra, Dəmiryan təqsirli bilinərək 25 illik həbs cəzasına məhkum olunur, lakin appelyasiya məhkəməsi onun üzərindən bəzi ittihamları qötürür və nəticədə terrorçu 10 illik həbs cəzası alır.
İranın Naxçıvan Baş Konsulluğu
İranın Naxçıvan Baş Konsulluğu — İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərindəki Baş Konsulluğu. İranın Naxçıvan Baş Konsulluğunun yaranma tarixi 1992-ci il avqustun 19-dan başlayır. Həmin gün Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında diplomatik əlaqələrə əsaslanaraq, iki dövlət arasında Təbriz və Naxçıvan şəhərlərində Baş konsulluqların təsis edilməsi haqqında protokol imzalanmışdır. Baş Konsulluğun binası Naxçıvan şəhərindəki Atatürk küçəsi 13 ünvanında yerləşir.
İranın Naxçıvan konsulluğu

Konsulluq
Konsulluq — konsulun idarəsidir. Diplomatik missiya növüdür, həmin xarici ölkənin (ev sahibi dövlət) paytaxtında dövlətin əsas nümayəndəliyinə, adətən səfirliyə tabedir. Konsulluq termini təkcə konsulun ofisinə deyil, həm də konsulun və konsulun əməkdaşlarının yaşadığı binaya aid edilə bilər.
Ukraynanın Azərbaycan Fəxri Konsulluğu
Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu
Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu
Qədim Roma konsulu
Roma konsulu — Qədim Romada ali magistraturadan biri. İki nəfər olub, bir illiyə seçilirdi. İki konsul kollegiyası Məğrur Tarkvini qovulduqdan sonra (e.ə. 510–509) təsis edilmişdi. Əvvəllər yalnız patrisilərdən, e.ə. 367–366 illərdən isə həm də plebeylərdən seçilirdi. Konsullar ali mülki və hərbi hakimiyyətə malik idilər; fövqəladə vəziyyətdə senat konsula qeyri-məhdud hüquqlar verirdi. İmperiya dövründə konsul fəxri titula çevrildi. Konsul Qədim Romada maqistrat. Adətən iki konsul seçilirdi.
Roma konsulu

Значение слова в других словарях