Koqnitiv azadlıq
Koqnitiv azadlıq və ya «əqli öz müqəddəratını təyinetmə hüququ» — fərdin öz zehni proseslərini, idrakını və şüurunu idarə etmək azadlığı. Bu konsepsiya düşüncə və vicdan azadlığı və bədəninizlə əlaqəli hərəkət azadlığı kimi anlayışları genişləndirir. Koqnitiv azadlıq beynəlxalq insan hüquqları müqavilələrində tanınmış bir hüquq deyil, lakin ABŞ-də məhdud bir səviyyədə tanınmışdır.
Müasir elm üçün şəxsiyyətin tədqiqi ənənəvi hal alıb. Hazırda şxsiyyətin quurluşunu əmələ gətirən meyil, istək, duyğu, hiss, tələbat, motiv, maraq, bilik, bacarıq, ideal, inanc, dəyər, dünyaya münasibət və s. məsələlər geniş şəkildə öyrənilir.
Koqnitiv azadlığa sahib olmaq, düşüncə, yoga, holotropik nəfəs alma, psixoaktiv maddələrin istifadəsi (məsələn, psixodeliklər, psixostimulyatorlar və digər qrupların maddələri), neyroteknologiyaların dəyişdirilmiş şüur vəziyyətlərinə çatma yollarında məhdudiyyətsiz olmaq və s. deməkdir.
Şəxsiyyətin quruluşundakı azadlıq göstəricilərinə psixologiyada onun harmonik inkişafının əsas şərtlərdən biri kimi baxılır. Bu fikir dünyanın tanınmış psixoloqların elmi tədqiqatlarında da təsdiqlənir.