KOXA

сущ. истор. староста. Kəndin koxası староста деревни
KOĞUŞVARİ
KOK
OBASTAN VİKİ
Məmməd Koxa bulağı
Məmməd Koxa bulağı — Azərbaycanın Qazax rayonunun Daş Salahlı kəndində bulaq. Avey mağarasının yanında yerləşir. 1914-cü ildə Qazax general qubernatoru Məmməd Mahmudov (Məmməd Koxa) tərəfindən dağın döşündən yerin altı ilə çəkilib. Bura Qazax rayonunun əsas turizm mərkəzlərindən biridir. Qonaqlar üçün bura görməli yerlər marşrutunda olur. Avey dağının aşağısında çox mənzərəli bir yerdə yerləşir.
Koxanəbi
Koxanəbi — Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi kənd inzibati ərazi dairəsində kənd. Kənd keçmiş Ocaqlı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin adı koxa (kovxa) və Nəbi (şəxs adı) sözlərindən ibarət olub, "kəndxuda Nəbiyə məxsus" mənasındadır. "Kəndxuda" sözünun sinonimi olan kovxa XVI-XIX əsrlərdə Azərbaycanda və qonşu ölkələrdə inzibati vəzifə olmuşdur. Kovxalar mahal bəyinə tabe idilər. Hər kəndin ayrıca kovxası olurdu. Bu kənd də tabeliyində olduğu kovxanın adını daşıyır. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Əsrikçay və Zəyəmçay arasında, dağlıq ərazidə, Ermənistan sərhəddinin yaxınlığında yerləşir. Ələkbərov Muraz Məzahir oğlu (1995-2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Koxanəbi bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Koxaqışlaq (Miyanə)
Koxaqışlaq (fars. كوخه قشلاق‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Mateuş Koxalski
Mateuş Koxalski (pol. Mateusz Kochalski; 25 iyul 2000, Svidnik[d], Lyublin voyevodluğu[d]) — Azərbaycanın "Qarabağ" futbol klubunda qapıçı kimi çıxış edən polşalı peşəkar futbolçu. == Klub karyerası == === Gənclik karyerası === Koxalski futbola BSK Lublin futbol akademiyasında başlamış, 2015-ci ildən Legiya Varşava klubunda gənclər səviyyəsində oynamışdır. Futbolçu 2016-cı ildə 19 yaşadək gənclərdən ibarət komandaya qoşulub. === Legiya Varşava FK === Koxalski mövsümün sonunda, 2017-ci ildən etibarən klubun ikinci komandasında, "Legiya Varşava II"-də oynamağa başlayıb. Futbolçu yeni mövsümdə də ehtiyat qapıçı olmuş və buna görə debüt edə bilməmişdir. 2018-ci ilin fevral ayında futbolçu mövsümün sonuna qədər icarə əsasında Leginoviya Legionovo klubuna transfer edilib. O, klubda debütünü 11 mart 2018-ci ildə "Radomyak Radom" klubu ilə matçda edib. Futbolçu dərhal sonra klubun əsas qapıçısına çevrilmişdir. O, icarə müqaviləsi başa çatdıqdan sonra klubu tərk edib.

Digər lüğətlərdə