KRİP

(ing. creepsürünmək) ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır. крип creep
KRİOSFER
KRİPTODEPRESSİYA
OBASTAN VİKİ
Krip
Krip (rus. крип, ing. creep) — ağırlıq qüvvəsinin təsiri altında kövrək örtüyün yavaş-yavaş yamac aşağı sürüşməsi. Ağırlıq qüvvəsinin təsiri altında baş verir. Suyun olması, rütubətlənmənin və qurumanın, donuşluğun və ərimənin, bitkilərin kökünün inkişafının və qurumasının növbələşməsi və yereşən heyvanların fəaliyyəti, prosesi asanlaşdırır.
Heinriç Krippel
Heinriç Krippel (27 sentyabr 1883, Vyana – 5 aprel 1945, Vyana) — Türkiyədə reallaşdırdığı monumental heykəlləri ilə tanınan Avstriyalı heykəltaraş, rəssam, xalkoqraf və illüstrator. Heinriç Krippel 1883-cü il sentyabrın 27-də Vyanada dünyaya gəlib . Vyanadakı İncəsənət Akademiyası Professoru Hemler atelyesində sənət təhsilini tamamladı. O, əsasən portret, büst və məzar daşlarında işləmişdir. Birinci Dünya müharibəsinə artilleriya zabiti olaraq qatılıb. 1925-ci ildə Atatürk heykəlləri düzəltdirilmə məqsədilə Türk Hökumətinin dəvəti ilə Türkiyəyə gəldi. 1938-ci ildə qədər on üç il Türkiyədə qalaraq Atatürk heykəlləri düzəltdi. Atatürk, sənətçinin köşkdə ev sahibliyi edərək hazırladığı bütün heykəllər üçün ona verdi. Krippel bu heykəl və abidələrin ön işləri və taslaklarını Türkiyədə hazırladı. Heykəllər Vyanalı rəssamın atelyesində hazırlanmış və istehsal olunmuşdur və Vyanada Birləşmiş Millətlər müəssisələrində tuncdan düzəldildi.
Kripta
Kripta (qədim yunan dilində κρυptή “örtülü yeraltı keçid; gizli yer”) - orta əsrlər Qərbi Avropa memarlığında məbədin qurbangahının və xor hissələrinin altında yerləşən, müqəddəslərin və şəhidlərin qalıqlarının dəfn mərasiminə və nümayişinə xidmət edən bir və ya bir neçə yeraltı tağlı otaqlardır. Məbədin başqa adı “aşağı kilsə”dir. Qədim Romada hər hansı tağlı yeraltı və ya yarı yeraltı otaq kripta adlanırdı. Kript sözünün sinonimi olaraq xristianlıqdan əvvəlki dövrlərdə ölülərin ritual yandırılması yeri, sonralar – xristian məzarları mənasını verən latın dilindəki qəbir (məzar) terminindən istifadə edilə bilər. Kriptanın orijinal forması Konstantinin hakimiyyəti dövrünə məxsus Roma bazilikalarındakı həvarilərin məzarlarından miras qalmışdır. VII əsrdən etibarən apsis formasını təkrarlayan yarımdairəvi formaya malik olan kriptalarda məbədin şərəfinə təqdis olunan müqəddəslərin və şəhidlərin qalıqları saxlanılırdı. X-XI əsrlərdə kriptanın forması dəyişdi: təkcə apsisin altında deyil, həm də məbədin nefləri və transepsiyalarının altında uzanmışdır ki, bu da kriptanın faktiki olaraq ikinci yeraltı kilsəyə çevrilməsinə səbəb olmuşdur.
Kripteks
Kripteks ilk dəfə Dan Brown un DaVinci Şifrəsi adlı kitabında təyin olunmuşdur, Kriptoloji və Kodeks terminlərinin bir yerə gəlməsindən meydana gəlmiş bir sözdür. İngiliscəsi isə "cryptex"dir. Romanda izah edildiyi üzrə Kripteks qiymətli və çox gizli mesajları saxlamaq üzrə hazırlanmış təhlükəsiz bir kassa kimidir. Romana görə Kripteks DaVinci tərəfindən DaVinci nin gizli mesajlarını saxlaması üçün hazırlanmışdır, amma gerçəkdə belə bir kassa nın olduğu heç isbatlanmamışdır. Likitlərin köhnə sənədlərə qətiliklə zərər verdikləri bilinməsinə baxmayaraq, onlar bütün məlumatları tamamilə yox edəcək təsirə sahib deyildirlər. Kripteks içərisində sirkə saxlayar və bu sirkə bir şüşənin içərisində mühafizə edilmişdir, əhəmiyyətli məlumatlar və mesajlar isə bir papirus kağızına yazılar bu kağız sarılar və kripteksin içərisinə sirkəylə birlikdə qoyular əgər kripteksə səhv şifrə girilsə kripteksin sahib olduğu mexanizm şüşəsi qırar və sirkə papirus kağızının üzərinə yayılar, nəticədə sirkə papirusa zərər verər və üzərindəki yazılar yox olar. Əslində sirkə papirusun üzərindəki yazılara zərər versə belə papirusu əritməsi çox, amma çox çətindir, bir anda əritməsini buraxın bir ay sirkənin içində belə qalsa papirus əriməz. Bu səbəbdən siz yazıları qismən silinsə belə papirus sapsağlam ələ keçirə bilərsiniz. Ayrıca indiki vaxtda müasir oxuma texnikaları ilə (ultrasonic və XRay darama kimi) papirusun üzərindəki yazıları kripteksi açmadan belə oxuya bilərsiniz. Başqa bir yolda budur ki; kripteksin dərin dondurucuya yerləşdirdiyinizə sirkə bi müddət sonra tamamilə donacaq, bu səbəbdən siz kripteksi qırdığınızda sirkə donmuş olacağından yazılara heç bir zərər verə bilməyəcək.
Kripto Yəhudilik
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kripto yəhudilər
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kriptobiya borelli
Cryptobia borelli (lat. Cryptobia borelli )-Mastigophora tipinə aid olan növ. Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Ön qamçı uzundur, arxa qamçı bir az qısadır. Nüvə müxtəlif dərəcədə uzunsovdur, adətən bədənin dorzal şişkin hissəsində yerləşir, arxaya yaxındır, bir qayda olaraq kinetoplasta paraleldir. Kinetoplast nisbətən kiçik ölçülü, çubuq formasındadır. Bədənin uzunluğu 12.6-24.5, eni 2.5-7.5, ön qamçının uzunluğu 6.5-18.0, arxa qamçının uzunluğu 5.6-15.0, nüvənin uzunluğu 3.0-5.5, kinetoplastın uzunluğu 2.0-9.0 mkmdir. Cryptobia borelli Kür çayı, Araz çayıDəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. Kriptobilər içərisində Azərbaycan su tutarlarında balıqların qanında parazitlik edən ən geniş yayılmış növdür. Sahiblər: mursa, qızılüzgəc, çapaq, daban, lil, çəki balıqlarıdır.
Kriptobiya cyprini
Cryptobia cyprini (lat. Cryptobia cyprini )-Mastigophora tipinə aid olan növ. Cryptobia cyprini Bədən oraqvari əyri formadadır, öndən genişlənmiş, arxadan müəyyən qədər sıxılmışdır. Nisbətən uzunqamçılar iri, qısa və ya böyük kineto-plastın yaxınlığından başlanğıc götürürlər ki, o da adətən ön qurtaracağa yaxın yerləşir. Ölçüləri kəskin dəyişən nüvə çox vaxt bədənin ön hissəsində yerləşir, bəzən bədənin arxasında da olur. Kinetoplast intensiv rənglənir. Bədənin uzunluğu 12.0–28.5, eni 3.8–9.0, ön qamçının uzunluğu 9.4–16.5, arxa qamçının uzunluğu 6.2–15.7, nüvənin uzunluğu 3.5–6.0, kinetoplastın uzunluğu 3.0–8.0 mkm-dir. Kür çayı, Araz çayı, Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzi, Ağgöl, Naxalıqçala gölü, Çınqıl karxanası, Nohurqışlaq, Şəmkir və Yekəxana su anbarlarında yayılmışdır. Sahiblər: çəki, karp balıqlarıdır.
Kriptobiya guerneyorum
Cryptobia guerneyorum (lat. Cryptobia guerneyorum )-Mastigophora tipinə aid olan növ. Cryptobia guerneyorum Bədən oraqvaridir, öndən enliləşmişdir, arxadan bu və ya digər dərəcədə nazikləşmişdir. Ön qamçı uzundur, arxa qamçı nisbətən qısadır. Titrək membran nisbətən enlidir. Bədənin önündə yerləşən nüvənin ölçüləri dəyişir. Çubuqvari kinetoplast nisbətən kiçikdir. Rənglədikdə sitoplazma intensiv-göy rənglənir. Əsasən iri qatı dənəçiklər müşahidə edilən, bədənin arxa hissəsi intensiv rənglənir. Bədənin uzunluğu 18.2–42.0, eni 3.9–8.2, ön qamçının uzunluğu 10.0–15.3, arxa qamçının uzunluğu 6.7–10.7, nüvənin uzunluğu 3.0–6.7, kinetoplastın uzunluğu 2.5–6.5 mkm-dir.
Kriptobiya khaibulaevi
Cryptobia khaibulaewi (lat. Cryptobia khaibulaewi )-Mastigophora tipinə aid olan növ. Cryptobia khaibulaewi Bu parazitin bədən forması dəyişkəndir, uclardan kütləşmiş amöb formalı əyri, oval formalı ön və iti arxa qurtaracaqlı formalara qədər dəyişir. Uzanmış, azca əyilmiş formalara da rast gəlinir. Nüvə müəyyən formada deyil, ön qurtaracaqda və ya arxada yerləşir, ya da lap arxa qurtaracaqda olur. Bu növün xarakterik xüsusiyyəti ön tərəfin əyri tərəfində yerləşən kinetoplastın ölçülərinin iri olmasıdır. Əksər fərdlərdə o intensiv qırmızı rəngə boyanır. Sitoplazma tünd göy rəngdədir, bədənin ön hissəsi əksər halda açıq rəngdədir. Bədənin uzunluğu 15.0–26.0, eni 3.0–14.0, ön qamçının uzunluğu 11.0–21.0, arxa qamçının uzunluğu 9.0–18.0, nüvənin uzunluğu 3.0–8.5, kinetoplastın uzunluğu 6.5–12.0 mkmdir. Dəvəçi limanı, Kiçik Qızılağaç körfəzində yayılmışdır.
Kriptodepresiya
Kriptoiudaizm
Kriptoiudaizm və ya Gizli yəhudilik — gizlincə yəhudiliyi tətbiq edərək, lakin cəmiyyətdə fərqli bir dini tətbiq edirmiş kimi görünməkdir. XV əsrin sonunda inkvizisiya tərəfindən İspaniyadan qovulan minlərlə yəhudi Portuqaliyaya sığındı. Kral I Manuel onları müdafiə edəcəyinə dair söz verdi. Ancaq bir müddət sonra yəhudilər burada da təqiblərə məruz qalmağa başladılar. Ölüm təhdidi ilə Xristianlığı qəbul etməyə məcbur oldular, balaca uşaqlar ailələrinin əlindən alındı. Təxminən iki mini öldürüldü, yüzlərlə yəhudi isə ölkədən qovuldu. Təqib və ölümdən qurtulmaq üçün çoxu formal olaraq katolikliyi qəbul etdi, ancaq gizli şəkildə İudaizmə etiqad bəsləyirdilər. Onları kriptoyəhudilər (gizli yəhudilər) adlandırırlar. Uzun müddət hesab olunurdu ki, Portuqaliyada artıq yəhudi qalmayıb. Yalnız XX əsrin sonunda Belmonte şəhərciyində öz ənənələrinə sadiq qalan yəhudilərin gizli icması aşkarlandı.
Kriptomneziya
Kriptomneziya— (kryptos – yunan sözü olub, gizli deməkdir.) başqasının başına gələn hadisələri, onlara məxsus xidmətləri öz adına çıxmaqla xarakterizə olunan yaddaş pozuntusudur. Xəstələr bildikləri, eşitdikləri hadisələrin kimə məxsus olduğunu, nə vaxt baş verdiyini unudaraq onları öz adına çıxır, keçmişdəki hadisələri isə təzə baş vermiş hadisə kimi qələmə verirlər. Başqa sözlə, kriptomneziyalarda məlumatın mənbəyi və vaxtı unudulur. Bunun üçün şəxs həmin hadisələri öz başına gələn hadisə kimi yadına salır. Xəstələrin bunu qəsdən və müəyyən məqsəd üçün etmədikləri söhbət əsnasında asanlıqla aydın olur.
Kripton
Ar Kripton kk(Kr) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 36-cı element. Fotoqrafiyada istifadə olunan bəzi flaş lampalarının istehsalında istifadə olunur. Floresan lampalarda və dalğa boyu standartı olaraq ultrabənövşəyi (UB) Lazer də istifadə edilir. Kripton-85 izotopu, müxtəlif qatların tərkibinə yerləşdirilərək, kimyəvi təhlillərdə istifadə olunur.
Kripton (II)flüor
Kripton (II) flüor KrF2 — uçucu rəngsiz kristallardı, kriptonun ilk açıq birləşməsidir. Kimyəvi aktiv maddədir. Yüksək temperaturda flüor və kriptona parçalanır. Kripton (II) flüor iki kristal modifikasiyadan birində mövcud ola bilər: α-forma və β-forma. β-KrF2 −80 °C-dən yuxarı temperaturda sabitdir. Aşağı temperaturda α-forma sabitdir. Kripton (II) flüoru sadə maddələrdən bir çox yolla almaq olar. Aşağıda birləşmənin alınma sürətini artırmaq üçün KrF2-nin sintezi üsulları verilmişdir. Ümumi reaksiya sxemi aşağıdakı kimidir: K r + F 2 → K r F 2 {\displaystyle {\mathsf {Kr+F_{2}\rightarrow KrF_{2}}}} Bu üsul nəticəsində həm də kripton tetraflüor alınır. Flüor və kripton qarışığının 1: 1 və 1: 2 nisbətində, 40-dan 60 mm.c.st təzyiq altında güclü elektrik boşalması ilə (cərəyan şiddəti 30 mA, gərginlik 500–1000 V) aktivləşdirilir.
Kripton (komiks)
Kriptoniyalılar — Kripton planetində yaranan DC Komiks Kainatı içərisində humanoid lərin uydurma xaricdən gələn irqi. Termin DC Comics superqəhrəmanı Supermen hekayələrindən yaranmışdır. Hekayələr "Kripton"dan planetin özü və ya onun üzərində mövcud olan mədəniyyətlər tərəfindən yaradılan və ya əlaqəli bir şeyə aid bir sifət kimi istifadə edir. Kripton planetinin dominant növlərinin üzvləri görünüşü baxımından insandan ayrılmazdır; onların fiziologiyası və genetikası, lakin onlar tamamilə fərqlidirlər. Bəzi davamlılıqlarda Kriptoniklərin klonlaşdırılması çətindir, çünki DNTləri o qədər mürəkkəbdir ki, insan elmi onu deşifrə edə bilmir. Kriptoniklərin hüceyrə quruluşu günəş enerjisinin son dərəcə yüksək səviyyədə udulmasıipton an verir. Krypton planetində Ana ulduzu olan tez-tez nisbətən aşağı enerji çıxışı ilə qədim qırmızı supergigant kimi təsvir olunurdu, təbii qabiliyyətləri insanlarla eyni idi. Günəşlərindən daha kiçik və çox yüksək enerji çıxışı olan Earth 'nin Günəş kimi bir gənc sarı ulduza məruz qaldıqda, bədənləri o qədər enerjini mənimsəyə və emal edə bilir nəticədə geniş fövqəltəbii güclər (fövqəlinsan gücü, fövqəlinsan sürəti, toxunulmazlıq, uçuş, rentgen görmə, istilik görmə və fövqəladə hisslər kimi) özünü göstərir. Planet körpənin Kal-El dünyaya göndərilməsindən qısa müddət sonra partladığı zaman demək olar ki, bütün Kriptonilər öldürüldü. Bəzi davamlılıqlarda o, planetin yeganə sağ qalmasıdır.
Kriptoqrafik alqoritm
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Kriptoqrafiya
Kriptoqrafiya — yunanca Κρυπτός (gizli) və Γραφος (yazı) sözlərindən yaranmışdır. Müasir kriptoqrafiyanın predmeti informasiyanı bədniyyətlinin müəyyən əməllərindən mühafizə etmək üçün istifadə edilən informasiya çevirmələridir. Kriptoqrafiya konfidensiallığı, bütövlüyə nəzarəti, autentikasiyanı və müəlliflikdən imtinanın qeyri-mümkünlüyünü təmin etmək üçün tətbiq edilir. Şifrləmə proseduru adətən müəyyən kriptoqrafik alqoritmdən və açardan istifadəni nəzərdə tutur. Kriptoqrafik alqoritm – məlumatların çevrilməsinin müəyyən üsuludur. Açar isə çevirmə üsulunu konkretləşdirir. Müasir kriptoqrafiya o prinsipdən çıxış edir ki, kriptoqrafik çevirmənin məxfiliyi yalnız açarın məxfi saxlanması ilə təmin edilməlidir. Kriptoqrafiyanın yaşını heç kim bilmir, lakin kriptoqrafiya — "gizli yazı" mənasına görə də güman etmək olar ki, yazı ilə həmyaşdır, onunla bir vaxtda meydana gəlmişdir. Yazı təxminən e.ə. 3300-cü ildə Şumerdə, e.ə.
Kriptosporidlər
[[Cryptosporiae]diid] (lat. Cryptosporidiidae) — Sporlular tipinə aid ibtidai dəstəsi. Buraya bircə Cryptosporidium cinsi daxildir. Kriptosporidiyaların cəmi 19 növü təsvir edilmişdir, ancaq hazırda valid olaraq 4 növ məlumdur. Onurğalı heyvanların bağırsaqlarındakı epiteli hüceyrələrində parazitlik edirlər. Bu parazitin endogen inkişaf xüsusiyyəti odur ki, o, sahibin hüceyrəsinə nüfuz etmir, xüsusi yapışıcı orqanellaları vasitəsilə hüceyrənin membranına yapışır. 3–6 mkm ölçüsündə olan oosistaların sporosistaları yoxdur, 4 sporozoiti vardır. Azərbaycanda C.muris Tyzzer və C.parvumbuzovlarda və donuz potalarında tapılmışdır. Azərbaycanın heyvanlar aləmi. I cild, Elm nəşriyyatı, 2002, 266 səh.
Kriptosporlar
Kriptosporlar — ölçüləri <200 μ fossil spor və sporabənzər mikrofosillər. Kriptosporlar izosporlar, həqiqi mikrosporlar, xırda meqasporlar, mikrosporlar yaxud toxumlu ayıdöşəyilərinin tozcuqları daxildirlər. Kriptosporlar müxtəlif funksiyalar daşıyan sporları fərqləndirmək üçün işlənilən sərbəst termindir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kriptovalyuta
Kriptovalyuta və ya qısaca kripto - mübadilə vasitəsi olaraq istifadə etmək üçün yaradılan rəqəmsal aktiv. Burada fərdi koin sahiblərinin qeydləri əməliyyat prosesini mühafizə etmək, əlavə koinlərin yaradılmasına nəzarət etmək və koin mülkiyyətinin ötürülməsini təsdiq etmək üçün güclü kriptoqrafiya istifadə edərək hazırlanan, komputerləşdirilmiş verilənlər bazası formasında mövcud olan ledcerdə saxlanılır. Bu valyuta növü fiziki formada mövcud deyil (kağız pul kimi) və hər hansısa bir mərkəzi hakimiyyət tərəfindən dövriyəyə buraxılmır. Kriptovalyutalar tipik olaraq mərkəziləşmiş rəqəmsal aktivlərin və mərkəz bankçılıq sistemlərinin əksinə, desentralizasiyadan istifadə edir. Kriptovalyuta buraxılmadan əvvəl zərb edildikdə və ya yaradıldıqda və ya tək bir emitent tərəfindən verildikdə, ümumi olaraq mərkəzləşdirilmiş sayılır. Desentralizasiyalaşdırılmış nəzarət prinsipi ilə tətbiq edilən hər bir kriptovalyuta bölüşdürülmüş ledcer vasitəsi ilə işləyir. Ən çox istifadə edilən ledcer vasitələrindən biri ictimai maliyyə əməliyyatı verilənləri olan blokçeyn texnologiyasıdır. Bitkoin ilk dəfə 2009-cu ildə açıq mənbəli proqram təminatı kimi buraxıldıqda ilk desentralizasiyalaşmış kriptovalyuta oldu. Bitkoin yaradıldıqdan sonra digər kriptovalyutalar da yaradıldı. 1983-cü ildə amerikalı kriptoqraf Deyvid Çom e-pul olaraq adlandırılan, anonim, kriptoqrafik elektron pul barədə fikirləşdi.
Kriptovalyutaların siyahısı
Bitcoin yaradıldıqdan sonra mövcud kriptovalyutaların sayı artır.
Kriptozoologiya
Kriptozoologiya — biologiyada mövcud olmayan və ya əfsanəvi qəbul edilən heyvanları araşdıran elm. Peter Dendle. (2006). Cryptozoology in the Medieval and Modern Worlds. Folklore 117 (2): 190-206. Daniel Loxton; Donald Prothero. (2015). Abominable Science! Origins of the Yeti, Nessie, and Other Famous Cryptids. Columbia University Press.
Yapon kriptomeriyası
Yapon kriptomeriyası (lat. Cryptomeria japonica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin kriptomeriya cinsinə aid bitki növü. Əsasən Şərqi Asiyada, xüsusilə Çin və Yaponiyada geniş yayılmışdır. Piramidal çətirli, həmişəyaşıl ağacdır. Vətənimdə hündürlüyü 45 m-ə və gövdəsinin diametri 1–2 m-ə çatır. Gövdəsinin qabığı qırmızımtıl-qonurdur, ensiz, uzun zolaqlıdır. Yarpaqları iynəvarıdır, sərtdir, sıx yerləşmiş, bizvarıdır, oturaq hissəsi əyilmişdir, kənarlarından içəriyə doğru batıqdır, yayda sarımtıl-yaşıl, qışda tünd-yaşıl olub, budaq üzərində 7 il qalır. Erkəkcik sünbülcükləri budaqların ucunda iynəvarı yarpaqların qoltuğunda yerləşir, tozcuqları 3–5 tozcuq kisəsindən ibarətdir. Dişicik sünbülcükləri isə budaqların ucunda yerləşir. Toxumları oval formalıdır, hər toxum 2–3 ensiz qanadla əhatə olunur.
Çoxsəviyyəli kriptoqrafiya
Çoxsəviyyəli kriptoqrafiya (ing. Multilevel cryptography) – simmetrik kriptosistemlər üçün kriptoqrafik açarların xüsusi metodla seçilməsinə əsaslanır, R.Rayvest tərəfindən təklif edilib. Bu mexanizmdən istifadə edən kriptosistem elə qurulur ki, ilk kriptoqrafik açar ixtiyari seçilə bilər, sonrakı açarların seçilməsi isə müəyyən qanuna tabe olmalıdır. Belə kriptosistemlərin yaradılması zərurəti ABŞ-də “güclü kriptoqrafiya”nın ixracına məhdudiyyətlərin qoyulması ilə meydana çıxmışdı. İmamverdiyev Y.N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı,160 səh.