Kriptokokkoz (lat. cryptococcosis) — kriptokokkoz neoformans göbələklərinin törətdiyi, meningit simptomlarına oxşar, mərkəzi sinir sisteminin, ağciyərlərin, dəri və selikli qişaların zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik.[3][4]
Ağciyərlər yoluxduqda öskürək, tənəffüs çətinliyi, sinə ağrısı və qızdırma müşahidə olunur.[5] Simptomları pnevmoniyaya bənzəyir.[5] Yorğunluq hissi də olur.[3] Beyin yoluxduqda simptomlara baş ağrısı, qızdırma, boyun ağrısı, ürəkbulanma və qusma, işığa həssaslıq, çaşqınlıq və davranış dəyişiklikləri daxildir.[5] Kriptokokkoz həmçinin ölü toxuma ilə bir neçə maye ilə dolu düyünlər kimi dəri də daxil olmaqla bədənin digər hissələrinə təsir göstərə bilər[6] və dəri, gözlər, sümüklər, prostat və s. hissələrinə də təsir edə bilər.[4]
Simptomların başlanğıcı tez-tez ağciyərlər yoluxduqda qəfil və mərkəzi sinir sistemi təsirləndikdə bir neçə həftə ərzində tədricən baş verir.[4]
Bu xəstəliyə kriptokokkoz neoformans və ya daha az rast gəlinən kriptokokkoz gattii göbələkləri səbəb olur və havadan sporlar vasitəsilə tənəffüs yolu ilə ötürülür.[3] Bu göbələklərə dünyanın hər yerində — torpaqda, çürüyən ağaclarda, göyərçin tullantılarında və bəzi ağac növlərinin çuxurlarında rast gəlinir.[4][7] K. neoformans adətən HİV/QİÇS və immunosupressant qəbul edən insanları yoluxdurur və sağlam insanları yoluxdurmur, K. gattii (Kanada və ABŞ-nin bəzi yerlərində tapılıb) yoluxdurur.[4][7]
Tənəffüs edildikdə, qurudulmuş maya hüceyrələri ağciyərləri koloniyalaşdırır, burada ya immun hüceyrələr tərəfindən təmizlənir, hərəkətsiz qalır, ya da infeksiyaya səbəb olur və yayılır.[8]
Kriptokokkoz 1970-ci illərə qədər nadir xəstəlik idir. Risk qruplarının sayı artdıqda (məs. orqan transplantasiyası olan və ya immunosupressant qəbul edən insanlar) xəstələrin sayı çoxaldı.[4] 1980-ci illərin ortalarında xəstəlik hallarının sayı daha da artdı və onların 80%-dən çoxu HİV/AİDS diaqnozu olan insanlarda baş verir.[4]
Göyərçinlərlə çox təmasda olan, "göyərçin həvəskarları" kimi tanınan insanlar kriptokokkozu göyərçin nəcisi ilə əlaqəsi səbəbindən PCC də daxil olmaqla, kriptokok infeksiyalarının yüksək olduğu bilinir.[9][10]
Diaqnoz xəstə toxuma nümunəsindən kriptokokkozu təcrid etmək və ya bədən mayelərinin boyanmasından istifadə edərək göbələkləri birbaşa müşahidə etməklə qoyulur.[4] Həmçinin onurğa beyni mayesindən, bəlğəmdən və dəri biopsiyası vasitəsi ilə diaqnoz qoyula bilər.[4] Müalicə flukonazol və ya amfoterisin B ilə aparılır.[4]
Simptomlara yüksək qızdırma, yorğunluq, quru öskürək, baş ağrısı, bulanıq görmə və çaşqınlıq daxildir.[11] Xəstəlik yumşaq formada başlayır, bir neçə həftə ərzində tədricən pisləşir. Ən çox görülən iki təzahür meningit (beynin içində və ətrafında infeksiya) və ağciyər (yüngül) infeksiyadır.
Mərkəzi sinir sistemindən kənar kriptokokkozu olan hər bir şəxs (məsələn, ağciyər kriptokokkozu) onurğa beyni mayesini kriptokok meningitinin əlamətlərinə görə müəyyən etmək üçün spinal anesteziya keçirməlidir, hətta onlarda MSS xəstəliyinin əlamətləri və ya simptomları yoxdursa. Serebrospinal maye, bəlğəm və sidik analizləri kriptokok antigeninin aşkarlanmasının qəti diaqnozunu təmin edir.
İmmun çatışmazlığı olmayan insanlarda kriptokokoz nadir hallarda olur.
Kriptokokk adətən necə və harada yoluxduğuna görə təsnif edilir.[12] Adətən ağciyərlərdə başlayır və sonra bədənin digər hissələrinə, xüsusən də beyin və sinir sisteminə yayılır. Dəri növü daha az rast gəlinir.
Kriptokokkoz QİÇS-ə yoluxmuş insanlar arasında geniş yayılmış fürsətçi infeksiyadır, xüsusilə Afrikada. Artan risk yaradan digər şərtlərə bəzi bədxassəli xəstəliklər (məsələn, limfoma), qaraciyər sirozu, orqan transplantasiyası və uzunmüddətli kortikosteroid terapiyası daxildir.[13] Torpaqla bütün dünyaya yayıla bilər.[14]
QİÇS-ə yoluxma hallarının artması və immunosupressantlardan istifadənin artması son 50 ildə kriptokokkozun yayılmasına əsas səbəblərdəndir. İnsanlarda K. neoformans əsasən dəriyə, ağciyərlərə və mərkəzi sinir sisteminə təsir edir (meningitə səbəb olur).
Birincili dəri kriptokokkozu sistematik infeksiya nəticəsində yayılan ikincili dəri kriptokokkozundan ayrı kliniki diaqnozdur. Kişilərdə infeksiya inkişaf etdirmə ehtimalı daha yüksəkdir və 2020-ci ildə aparılan bir araşdırma, cinsi meylin testosteron tərəfindən aktivləşdirilən gibberellik turşusu adlı və K. neoformans tərəfindən istehsal olunan böyümə hormonu ilə bağlı ola biləcəyini göstərdi.[15]
Kriptokoklar (həm K. neoformans, həm də K. gattii) HİV və digər immun çatışmazlığı olan yetkin insanlarda müşahidə olunan invaziv ağciyər mikozlarında ümumi rol oynayır.[16] O, həmçinin sağlam insanlara çox az halda təsir edir, çünki onlarda heç bir simptom olmur və ya yüngül ola bilər.[17] İmmuniteti yaxşı olan insanlar müalicə olmasalar da müayinə olmalıdılar.[18]
Kriptokokok pnevmoniyası mərkəzi sinir sisteminə yayıla bilər, xüsusən də immuniteti zəif olan insanlarda.[19]
Ağciyər kriptokokkozu bütün dünyada geniş yayılıb. Ağciyər düyünləri onun ən ümumi rentgenoloji xüsusiyyəti olduğundan, klinik və radioloji cəhətdən ağciyər xərçəngi, vərəm və digər ağciyər mikozlarını imitasiya edə bilir. Ağciyər kriptokokkozu kriptokok meningitinin proqnozunu pisləşdirir.[16]
Kriptokokk meningitin (beyin qişasının infeksiyası, beyni əhatə edən toxuma) müşahidə edilən və ya tanınmayan ağciyər infeksiyasından göbələyin yayılması nəticəsində yarandığı düşünülür. Meningit olduqda tez-tez beyin boyunca gizli yayılma müşahidə olunur.
Hüceyrə imunitetində qüsurları olan insanlar, məsələn, QİÇS xəstələri, yayılmış kriptokokkoza xüsusilə həssasdırlar.
Kriptokokkoz hətta müalicə olunsada ölümcül halları çox olur. 2009-cu ilə qədər, dünyada hər il təxminən 958000 yoluxmadan 625000 ölümlə nəticələnir.[20] K. neoformans infeksiyası daha çox immun çatışmazlığı olan şəxslərdə (məsələn, QİÇS) fürsətçi infeksiya kimi özünü göstərsə də, K. gattii tez-tez immuniteti zəif olan insanları yoluxdurur.[21]
Kriptokokkoz (həm K. neoformans, həm də K. gattii) QİÇS xəstəliyi olan yetkinlərdə meningitin dominant və aparıcı[22] etioloji agentidir. Sağlam insanlarda isə “yeni” xəstəlik hesab olunur.[23]
İlkin müalicə (induksiya müalicəsi) üçün oral flusitozin ilə birlikdə venadaxili amfoterisin B tövsiyə olunur.[24]
QİÇS-lə yaşayan insanlarda ölüm halı daha yüksək olur (10-həftədə 30-70%), lakin amfoterisin B və flusitozinlə müalicə onlara da tövsiyə olunur. Flusitozinin olmadığı ölkələrdə flukonazol amfoterisinlə birlikdə istifadə edilməlidir.[25] Amfoterisin B-lə əsaslı induksiya terapiyası flukonazol monoterapiyasına nisbətən daha böyük mikrobioloji aktivliyə malikdir və 10 həftədən sonra sağ qalma nisbəti 30% daha yüksəkdir.[26][27]
Kriptokokkoz pişiklərdə, itlərdə və bəzən atlarda da müşahidə olunur. Bu, pişiklərdə ən çox görülən dərin göbələk xəstəliyidir, adətən xroniki burun və sinus infeksiyaları və dəri xoraları ilə nəticələnir.
Kriptokokkoz daha çox it və pişiklərdə olsa da iribuynuzlu mal-qara, qoyun, keçi, atlar, vəhşi heyvanlar və quşlar da yoluxa bilərlər. İnfeksiya mənbələri torpaq, quş qığı və göyərçin nəcisidir.[28][29]