KRİZ

is. \[fr.\] tib. Bir sıra xəstəliklərə gözlənilmədən tutulma. □ Hipertonik kriz.
KRİPTOQRAFİYA
KROSSFİT
OBASTAN VİKİ
Hipertonik kriz
Hipertonik kriz — arterial təzyiqin başlanğıc səviyyədən (normal və ya yüksəlmiş) qəflətən yüksək həddə yüksəlməsidir. Hipertonik kriz zamanı beyin, ürək, böyrək qan dövranı kəskin pisləşir və ciddi ağırlaçmalar meydana çıxır (insult, infarkt, aorta divarının laylanması, ağciyər ödəmi, kəskin böyrək çatmamazlığı). Hipertonik krizlər bir neçə prinsiplər üzrə təsnif edilir. AT-nin yüksəlmə mexanizmlərinə əsasən hipertonik krizlər hiperkinetik, hipokinetik və eukinetik tiplərə bölünür. Hiperkinetik krizlər periferik damarların normal və ya zəifləmiş tonusu, ürək atımının yüksəlməsi ilə xarakterizə olunur – belə hallarda sistolik təzyiq artır. Hipokinetik krizin inkişaf mexanizmi ürək atımının azalması, periferik damarların müqavimətinin kəskin artması ilə bağlıdır, bu da əsasən diastolik təzyiqin yüksəlməsinə gətirib çıxarır. Eukinetik hipertonik krizlər normal ürək atımı və periferik damarların yüksək tonusu ilə səciyyələnir, nəticədə həm sistolik, həm də diastolik təzyiq yüksəlir. Klinik əlamətlərinə görə hipertonik krizin 2 qrupa ayrılması qəbul olunmuşdur: ağırlaşmamış hipertonik kriz (I tip); ağırlaşmış hipertonik kriz (II tip). Kriz hipertoniya xəstəliyinin istənilən mərhələsində baş verə bilər. Əsas səbəblərə aiddir: yüksək psixoemosional gərginlik; hipertoniya xəstəliyinin qeyri-adekvat müalicəsi; antihipertenziv preparatların qəbulunun dayandırılması; xörək duzunun izafi qəbulu; alkoqoldan çox miqdarda istifadə; bəzi ikincili hipertenziyalar və s.
1958 Livan Krizisi
1958 Livan böhranı — 1958 Livan böhranı Amerika Birləşmiş Ştatlarının bu ölkəyə hərbi müdaxiləsi ilə nəticələnən siyasi və dini gərginliyin səbəb olduğu siyasi böhran.Bu müdaxilə Prezident Kamil Chamounun kömək tələb etməsi ilə başlamış və prezidentin öz vəzifə səlahiyyətlərinə bitirməsinə qədər-3ay davam etmişdir. Amerika və Livan ordusu birlikdə Beyrut limanını və Beyrut Beynəlxalq hava limanını ələ keçirtmişdi. Böhran birdikdən sonra ABŞ ordusu ölkəni tərk etmişdir. 1958-ci ilin iyulunda Livan Maronet xristianları ilə Müsəlmanlar arasında ola biləcək Vətəndaş müharibəsi ilə üz-üzə idi.1956-cı ilin əvvəllərində qərb yönümlü Xristian prezident Kamil Chamounun Süveyş böhranı zamanı Misirə hücum edən qərb dövlətləri ilə əlaqəsini kəsməməsi prezident Camal Əbdül Nasir başda olmaqla Misir xalqının qəzəbinə səbəb olmuşdu. Chamonun Bağdad paktına olan sadiqliyi isə vəziyyətin daha gərginləşməsinə səbəb olmuşdu.Prezident Nasir Bagdad paktını Ərəb millətinə qarşı təhlükə kimi dəyərləndirirdi. Chamonun etdiklərinə qarşılıq olaraq Misir və Suriya Birləşmiş Ərəb Respublikasını yaratdı. Livanın Sünni Baş naziri Rəşid Kərimi 1956 və 1958 hadisələrində Nasirin tərəfində idi. Bu vaxt Ölkənin müsəlman əhalisi Livanın Birləşmiş Ərəb Respublikasina qoşulmasına, xristian əhali isə ölkənin qərb dövlətləri ilə əlaqəsinin güclənməsinə çalışırdılar. Suriya vasitəsi ilə Birləşmiş Ərəb Respublikasının silahlandırdığı Müsəlman qrupunun törətdiyi üsyandandan sonra prezident Chamoun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına bu məsələ barədə şikayət ünvanladı. Birləşmiş Millətlər Təşkilatı araşdırma üçün bir qrup nümayəndə göndərsədə, sonda Birləşmiş Ərəb Respublikasının bu hadisədə iştirakına dair heç bir sübut tapılmır.
Anka Krizmaniç
Anka Krizmaniç (Anka Krizmaniç-Pauliç; 10 mart 1896[…] – 2 noyabr 1987[…], Zaqreb) — Xorvat rəssam, qravür və elmi illüstrator. Ən aktiv fəaliyyət dövrü 1910–1946-cı illəri əhatə edir. O, Zaqrebdə xüsusi rəssamlıq məktəbi olan Krizman Rəsamlıq Məktəbində təhsil amışdır. Tomislav Krizmandan dərs almışdır. 1913–1917-ci illərdə təhsilini Almaniyada Drezden şəhərində Kunstgewerbeschuledə, 1920–1930-cu illərdə isə Parisdə davam etdirib. 1921–1922-ci illərdə Dubrovnikdə litoqrafiya üsulu ilə xəritələr tərtibi üzərində işləməyə başlayıb və bir müdət bu şəhərdə yaşayıb. Onun rəsm əsərləri 2 əsas seriyadan ibarətdir. Birinci "rəqs" seriyasıdır ki, bu seriyaya Anna Pavlova, Qreta Vizental və Gertrud Leystikov kimi rəqqasların şəkilləri daxildir. digər seriya "sevgililər" adlanır. 1935-ci ildə o alman rəssam Lüdviq Veninger (1904–1945) ilə qarşılaşır və aralarında eşq yaşanır.
Kodori krizisi (2001)
2001-ci il Kodori krizisi Gürcüstanın Kodori dərəsində 2001-ci ilin oktyabrında gürcü (etnik çeçen döyüşçüləri tərəfindən dəstəklənən) və abxaz qüvvələri arasındakı qarşıdurma idi. Böhran ABŞ-nin Əfqanıstana eyni vaxtda hücum etməsinə yönəlmiş dünya mediası tərəfindən əhəmiyyətli dərəcədə diqqət görmədi. Döyüş ən az 40 nəfərin ölümü ilə nəticələndi.
Kostas Krizoqen
Kostas Krizoqen (d. 7 iyun 1961, Serres) — Kostas Krizoqen Konstitusiya Hüququ üzrə professor, Avropa Parlamentinin Üzvüdür və"Radikal Solçu Koalisiyası" siyasi qrupunu təmsil edir. O Saloniki Aristotel Universitetində hüquq fakültəsini bitirmişdir. 1983-cü ildə Bakalavr pilləsindən fərqlənmə ilə məzun olmuşdur (10 üzərindən 9.90). 1987-ci ildə o Almaniyanın Hannover şəhərində yerləşən Gottfried Wilhelm Leybnits universitetindən doktorluq adını fərqlənmə (Magna Cum Laude) ilə qazanmışdır. 1990-ci ildə Saloniki Aristotel Universitetinin Hüquq Fakültəsində müəllim təyin olunmuş, 1993-ci ildə isə dosent köməkçisi olmuşdur. 1999-ci ildə dosent və 2003-cü ildə Konstitusiya Hüququ ixtisaslaşması üzrə Professor olmuşdur. O bir neçə il Hakimlər Milli Akademiyası və Hellenik Açıq Universitetində Konstitusiya Hüququ üzrə mühazirələr demiş, Regensburg Universitetində və Hannover Universitetində qonaq Professor kimi fəaliyyət göstərmişdir. Onun 16 kitabı nəşr edilmişdir hansı ki bu kitablardan bəziləri “Konstitusiya Hüququ” və “Xüsusi və Sosial hüquqlar” sahəsində stolüstü kitablardır və yunan universitetlərində tədris vəsaiti kimi istifadə olunur, o cümlədən hüquq jurnallarında və yunan, alman, ingilis dillərində redaktə edilmiş kitablarda 100-dən artıq elmi məqalənin müəllifidir. Kostas Krizoqen SYRIZA Yunan siyasi partiyasına qoşulmuşdur (Yunan Radikal Solçu Koalisiya) və 2014 Avropa seçkilərində Avropa Parlamenti üçün namizədliyini irəli sürmüşdür.
Kriztian Tot
Kriztian Tot (1 may 1994) — Macarıstanlı cüdoçu. Kriztian Tot Macarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Kriztian Tot birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Keniyanın nümayəndəsi Kiplanqat Sanq ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 100:0 hesabı ilə qalib gəldi. Daha sonra Kriztian Tot 1/8 final mərhələsində Çin təmsilçisi Çenq Xunjao ilə üz-üzə gəldi. Həmin görüşdə Kriztian Tot rəqibinə 0:100 hesabı ilə uduzdu.

Значение слова в других словарях